Mudros barışığı:1918-ci il 30 oktyabr

Mudros barışığı:1918-ci il 30 oktyabr

 

Mudros barışığı: Böyük Britaniya və Türkiyə nümayəndələri arasında Türkiyənin məğlub olması haqqında barışıq sazişi.
 
Sülh  müqavilələri:
      Mudros barışığı(1918-ci il 30 oktyabr) və Azərbaycan
   Mudros barışığı-Böyük Britaniya(admiral Kaltorn) və Türkiyə(Rauf Hikmət və Sədulla bəy) nümayəndələri arasında Türkiyənin Birinci Dünya müharibəsındə
(1914-1918) məğlub olması haqqında barışıq sazişi.Oktyabrın 30-da İngiltərənin Mudros
Limanında(Egey dənizi,Lemnos adsı) dayanmış "Aqamemnon” kreyserində imzalanmış-
dır.İngiltərənin diktəsi ilə hazirlanmışdırMudros barışığının şərtləri türk ordusunun
danışıqsız təslim olmasını,Antanta dövlətlərisilahlı qüvvələrinin Qara dəniz boğazları-nı tutması,onların hərbi qüvvələrinin boğazlardan sərbəst gediş-gəlişinin təmin edilməsini,Türkiyə hərbi hissələrinin İrandan,Kilikiyadan,Cənubi Qafqazdan,o cümlə-
dənAzərbaycandan və Dağıstandan çıxarəlmasını,habelə "fövqəladə vəziyyət yaranar-
sa”, Türkiyənin bütün strateji məntəqələrinin Antanta qoşunları tərəfindən işğalını nə-
zərdə tuturdu.Barışıq sazişinin 6 və 9-cu maddələrinə əsasən, TÜRKİYƏ özünün bütün qüvvələrini-hərbi donmasını,gəmi təmiri emalatxanalarını və hərbi-dəniz cəbbəxana-
larını müttəfiqlərin ixtiyarına verməli idi. Mudros barışığının 11-ci maddəsinə əsasən,
Azərbaycan İngiltərənin nüfuz dairəsi elan edilir,15-ci maddəyə əsasın isə Azərbaycan-
In yolları və neft mənbələri ingilis komandanlığının ixtiyarına keçir.Bakının işğalına Türkiyənin etiraz etməməsi tələb olunurdu.Saziş imzalandıqdan əvvəl ojtyabrən 27-də
Türkiyənin yeni xarici işlər naziri Nəbi bəyin qəbulunda olan Əlimərdan bəy Topçubaş-
ov qarşıdakı Vyana və Berlin səfərini dayandırıb Antanta nümayəndələri ilə sülh danı-
şıqları aparılan Lemnos(Sakkız) adasına getmək istədiyini bildirmişdi.Lakin nazir gözləmək lazım olduğunu söyləmişdi.
       Barışığın 24-cü maddəsinə görə isə , Türkiyənin "altı erməni vilayətindən” hər hansı birisində qarışıqlıq,iğtişaş  baş verərsə ,müttəfiqlər oranı tutmaq ixtiyarına malik olurdular.Azərbaycan höküməti və onun Osmanlı dövlətində olan nümayəndə
heyəti Mudros barışığının Azərbaycana aid ağır şərtlərinə biganə qalmadı
      Noyabrın 3-də Mudros barışığının şərtləri rəsmi şəkildə elan edildi.Azərbaycanın
fövqəladə səlahiyyətli nümayəndəsi həmin gün Rauf bəylə danışıqlarda Azərbaycan
nümayəndələrinin iştirakı olmadan Bakı və Azərbaycan dəmir yolu haqqında Mudros
barışığına bəndlər daxil edilməsinə öz etirazını bildirdi.Noyabrın 4-də Ə. Topçubaşov
Mudros barışığının Azərbaycana aid hissəsi ilə bağlı Osmanlı hökümətinin xarici işlər
naziri Rəşad Hikmət bəyə etiraz notasını təqdim etdi.Notada deyilirdi ki,Osmanlı hökü-
mətinin Azərbaycan Xalq Cümhuriyyətini tanımasına baxmayaraq Cümhuriyyətin
paytaxtı Bakı şəhəri haqqında maddənin Mudros barışığına daxil edilməsi beynəlxalq
hüquq və normalarına zidd olub ,Azərbaycanın ingilislər tərəfindən iığal olunmasına
şərait yaratmasına xidmət edir.Notada qeyd edilirdi ki,barışığın Qafqaza və xüsusən Azərbaycana aid olan bəzi maddələrinin Azərbaycan hökümətinə aydınlaşdırılması
yaxşı olardı.Mudros barışığının Transqafqaza aid olan 15-ci maddəsi ilə bağlı notada
göstərilirdi ki.Azərbaycan dəmir yolları heç bir halda bu maddənin subyekti ola biməz
Notanın sonunda bildirilirdi ki,Azərbaycan höküməti Mudros barışığında Cümhuriy-
yətin mənafeyinə toxunan məsələlərlə bağlı birbaşa ,yaxud Osmanlı hökümətinin vasi-
təçiliyi ilə danışıqlar aparılmasını zəruri hesab edir.
      Mudros barışığının Azərbaycana aid maddələrinə görə narazı qalmasına baxma-
yaraq , Azərbaycan xalqı vaxtilə türk ordusunu böyük hərarətlə qaşıladığı kimi,dünya
müharibəsində məğlub dövlətlər arasında olmasından ehtiyat etməyərək,ona dərin
hörmət və ehtiramla yola saldı.Mudros barışığı təkcə Osmanlı imperiyasının varlığına
son qoymur,Eyni zamanda,Türkiyənin bir müstəqil dövlət kimi yaşamasını da təhlükə
altına alırdı.Mudros barışığı imzalandıqdan az sonra Antanta qoşunlarının Türkiyəni işğal etməyə başlaması(noyabrın 9-da ingilis desant qoşunlarının Dardanel sahilində-
ki limanları tutması,noyabrın 13-də isə 10 min nəfərədək ingilis qoşununun fransız və
italyan qoşunlarını köməyi ilə İstanbuldakı hərbi qalaları və bir çox binalarını tutması) onların məhz bu niyyətindən xəbər verirdi.Türk xalqının milli azdlıq mübari-
zəsi (1918-1923) və dünyanın mütətərəqqi ictimaiyyətinin həmrəyliyi Mudros barışığı-
ğının şərtlərinin həyata keşməsinə imkan vermədi.
 
           Hacıqabul rayonu,UDULU kənd məktəbi,müəllim Z.Əliyev
 

 

 
 

Yükləmək ücün qeydiyyatdan keçin!

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 mart 2015 18:08
    Dəyərli Hamlet müəllim, tarixin problemləri ilə maraqlananlar üçün xüsusi əhəmiyyət kəsb edən bu məqalənin nəfis şəkildə Ana səhifədə dərc etdiyinizə görə Sizə dərindən təşəkkür edirəm, tarix elminin inkişafında Sizə və "Tarix.İnfo"ya yeni-yeni nailiyyətlər arzu edirəm. Hörmətlə Zakir müəllim.

  2. 9 mart 2015 18:11
    Hörmətli və eyni zamanda dəyərli Zakir müəllim ! Hazırladığınız bü əsrarəngizməqalə hər bir Azərbaycan vətəndaşına gərək olacaq bir məqalədir. Belə maraqlı və gözəl məqalə üzərində işlədiyiniz üçün təşəkkür edirəm ...! Əhsən və bir daha Əhsən!!! Allah sizin kimi, Hamlet müəllim kimi müəllimlərdən razı olsun haqqınızı halal edin çox sağolun......

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.