Erkən orta əsrlərin sülhləri


Müqavilənin  adı

İmzalandığı  tarix

Müqaviləni  imzalayan  tərəflər

Müqavilənin  şərtləri

1.

Nizbin  sülhü

298

Sasani-Roma

Sasanilərlə  Roma  arasında  əldə  edilmiş  bu  sülhə  görə  Kolxida  və  İberiya  Romanın  təsiri  altına  düşdü

2.

 

484

Ağ  hun-Sasani

Ağ  hunlarla  Sasanilər  arasında  baş  vermiş  axırıncı  döyüşlərin  birində  Sasani  şahı  Firuz  7  oğlu  ilə  birlikdə  öldürüldü.Sasanilər  çox  itki  verdilər  və  Ağsuvarın  irəli  sürdüyü  ağır  şərtləri  qəbul  edib  sülh  bağladılar.Sülhün  şərtlərinə  görə  Mərv  və  Soqd  əyalətləri  Ağ  hünlara  verildi.İranın  üzərinə  ağır  vergilər  qoyüldu

3.

Nvarsak  sülhü

485

Sasani-Cənubi  Qafqaz  dövlətləri

481-484-cü  illərdə  Cənubi  Qafqaz  xalqlarının  Sasanilərə  qarşı  üsyanından  sonra  yeni  şahənşah  Balaş  müəyyən  güzəştlrə  gedərək  Cənubi  Qafqaz  dövlətləri  ilə  sülh  müqaviləsi  imzalamağa  məcbur  oldu.Bu  müqaviləyə  görə :

1.Cənubi  Qafqaz  özünüidarə  hüququnu  saxladı.

2.Əyanların  və  xristian  ruhanilərin  imtiyazları  toxunulmpz  elan  edildi.

3.Albaniyada  yerli  hökmdar  hakimiyyəti  bərpa  olundu.

4.

 

592

Bizans-Sasani

Bu  sülhə  görə  Azərbaycan  torpaqları  və  Kartli  Sasani  hakimiyyətinə  verildi.Gürcüstanın  bir  hissəsi (Lazika)  Bizansa  çatdı.Bu  müqavilənin  Azərbaycan  üçün  əhəmiyyəti  ondan  ibarət  idi  ki, türk  etnoslarının  məskunlaşdıqları  torpaqlar  Atropatena  və  Albaniya  hüdudlarında  geri  qaytarıldı

5.

 

447

Bizans –Qərbi  Hun

Bu  müqaviləyə  görə   imperator  hərbi  təzminat  kimi  birdəfəlik  6  min, ildə  isə  2  min  librə  qızıl  ödəməyi,Dunay  çayının  cənub  sahillərini  hunlara  verməyi  öhdəsinə  götürdü.Onlar  başqa  şəhərlərlə  bərabər )Konstans  müqaviləsinin  bəzi  şərtləri  buraya  əlavə  edildi) hunların  tabeliyində  olan  tayfalar  arasında  pozuculuq  işləri  aparmağa  da  söz  verdilər

6

Konstans  müqaviləsi

 

Bizans-Qərbi  Hun

Sülhün  şərtlərinə  görə:

1.Bizans  dövləti  hunlara  tabe  olan  xalqlarla  heç  bir  əlaqə  saxlamamalı , olnlarla  ittifaqa  girməməli  idilər

2.Hunlardan  qaçıb  Bizansda  gizlənən  adamlavr  geri  qaytarılmalı , yaxud  onların  hər  biri  üçün  8  qızıl  pul  verilməli  idi

3.Hər  iki  ölkə  müəyyən  olunmuş  sərhəd  zonalarında  bərabər  hüquqda  ticarət  edə  bilərdi

4.Bizans  hunlara  700  librə  qızıl  verməli  idi

7.

 

571

Sasani-    Göy-türk

Müqaviləyə  əsasən  Soqdiana  türk  dövlətinə  birləşdirildi

8

 

558

İran-Avar

Müqaviləyə  görə  avarlar  Qafqazdan  köçərək  Şərqi  Avropaya  gəldilər.Bununla  İran  Bizans  üçün  böyük  təhlükə  törətdi.558-ci  ildə  bağlanan  fars-avar  ittifaqı  628-ci  ilədək  davam  etmişdir

9

 

681

Bulqar  türk  dövləti-Bizans

Müqaviləyə  əsasən  Bizans  əslində , Bulqar  türk  dövlətinin  müstəqilliyini  tanıdı  və  ona  xərac  verməli  oldu

10

 

996

Qaraxanlı-Samani

Müqaviləyə  əsasən  Samanilərin  Zərəfşan  çayından  şimalda  yerləşən  bütün  torpqları  əlindən  çıxdı

11

Verden  müqaviləsi

843

Böyük  Karlın  üç  nəvəsi

Daz  Karl, almaniyalı  Lüdoviq  və  Lotar  Frank  imperiyasını  üç  hissəyə  bölmək  haqqında  müqavilə  bağladılar.Müqaviləyə  əsasən:

1.İmperiyanın  Şelda, Maas  və  Reyn  çaylarından  şərqdəki  ərazisi  Qərbi  Frank  krallığı  adı  altında  Daz  Karla  verildi

2.Şərqi  Frank  krallığına  imperiyanın  Alp  dağlarından  şimaldakı  vəReyn  çayından  şərqdəki  torpaqları  daxil  edildi.Bu  krallıq  Almaniyalı  Lüdoviqə  çatdı

3.Lotar  isə  imperator  ləqəbini  saxlamaqla  Reynboyu  torpaqlara –Qərbi  və  Şərqi  Frank  krallıqları  arasındakı  əraziyə, həmçinin  İtaliyaya yiyələndi

     Bu  bölünmə  nəticəsində  sonralar  imperiyanın  ərazisində  üç  böyük  krallıq –Fransa, Almaniya  və  İtaliya  dövlətləri  yarandı




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 oktyabr 2011 11:00
    cox konkret,esasli yazidir,twr

  2. 31 avqust 2012 13:26
    nigar twr yox twk yazmaliydin

  3. 4 sentyabr 2012 12:52
    ela idi
    ama cox sulhun adini yazmamisiniz

  4. 11 noyabr 2012 20:01
    emine lap esline qalanda twkr yazilir!!!

  5. 6 dekabr 2012 17:21
    istanbul ve peterburg haqqinda yazinda nolar tecili lazimdi :(

  6. 31 oktyabr 2013 11:05
    maraqlidir cox sagolun.

  7. 18 oktyabr 2014 12:52
    çooooox maraqlıdır doğurdan da təşəkkürlər

  8. 28 oktyabr 2015 11:42
    əməyiniz ucun cox sag olun, kas bunu pdf ve ya word formatinda yuklemek olardi. tesekkurler

  9. 31 dekabr 2015 11:10
    nvarsak ve nizbin sulhleri haqqinda melumat axtarirdim,tsk

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.