Əmir Teymur

Əmir Teymur

Sevinməyin Düşmənlər indi  üstünüzə Topal Teymur  gəlir.          

 

Alaçığın divarı boyu üzüyuxarı  bir qarışqa özündən böyük  yük daşıyırdı. Hərdən hamar  yerə düşəndə ayağı  sürüşür, bir az dayanıb sanki nəfəsini dərirdi, sonra yenə özünə həkk gəlirdi...                                          

Teymur gözünü qarışqadan çəkmirdi. Sanki yaralarının ağrısı  unutmuşdu. Əslinə qalsa,qolu daha ağrımırdı, daha doğrusu, sağ qolunu heç hiss etmirdi. Sağ ayağını tərpədəndə isə   kəskin ağrıdan bağırmaq istəyirdi.        Bir neçə gün əvvəl Sistan qoşunu ilə döyüşdə ayağından və belindən ox yarası almış Teymuru sadiq silahdaşları  Gərmsir vilayətinə gətirmişdilər. Artıq ikinci  gün idi ki, o, alaçığından  çıxmırdır. Girişin ağzıda duran keşikçilər onun əmiri  ilə təbibdən başqa heç kimi  içəri buraxmır, özləri də qorxudan girmirdilər. Hərdən içəridən inilti səsi kəsiləndə yavaşça keçəni aralayıb taxta uzanmış Teymura baxırdılar: " Birdən Sərdar özünə qəsd eləyər”.                                         

Bu günlər ərzində sərkərdənin yaralarına məıhəm qoyan təbib "Yaramsağalacaqmı, yeriyə biləcəmmi?”soruşan  Teymuru "İnşallah , hər şey yaxşı olar” deyə sakitləşdirirdi. Nəhayət, bu gün səhər  o qorxa-qorxa sərdara dəhşətli həqiqəti söylədi: qolu işləməyəcək, ayağı axsayacaq.   Deməli hər şey bitdi. Puç oldu o xülyalar-yenilməz sərkərdə, qüdrətli hökmdar olmaq arzusu. Harada görünüb ki, şikəst adam hökmdar olsun?! Iran şahları oğul- uşaqlarını şikəst edirlər ki, onların yerini tutan olmasın. İndi sən gəl bir qol, bir ayaqla,Çingiz soyundan olmaya-olmaya hakimiyət uğrunda mübarizə apar,ölkələr fəth elə! Şikəst  sərkərdənin  arxasınca hansı döyüşçü qədər?!. İlahi,kimə lazımdır bu həyat?!. Pərvərdigara, nə idi günahım, niyə bu oxları ürəyimə yönətmədin?!.                                                   

...Divardakı qarışqa yerində zağımaqdan yorulub sağa yönəldi. ?Bir qədər gedib dayandı. Yenə üzünü yuxarı çevirdi, bığçıqlarını  ora-bura tərpədib yenidən yuxarı dırmanmağa başladı.                    

Görəsən nə var orada, yuxarıda,bu həşərat özünü belə həlak edir?Allah bilir, bəlkə də tanrı bütün canlıları elə yaradıb ki, hamısı yuxarıya, nəyinsə zirvəsinə çatmaq istəyir. Məndə istəyirdim...                   

Teymur 1336-cı ildə Amudərya ilə Sırdərya arasında yerləşən Mavəraünnəhrdə, Xacə İlqar deyilən bir kənddə dünyaya gəlmişdi. Atası Turğay, Barlas bəylərindən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda  mahir olan Teymur erkən gəncliyindən tayfalararası döyüşlərdə, hərbi  yürüşlərdə iştirak etməyə başlamışdı. Çox illər sonra, fatehliyinin zirvəsinə çatan sərkərdə öz  tərcüməyi-halında bu sözlər həkk etmişdi: "Mən on iki yaşımda ikən özümdə fövqəladə fərasət və əzəmət hiss etdim. On səkkiz yaşımda isə at çapmaq və ovçuluqda olan  ustalıqlarım barədə düşünməyə başladım Əksər vaxtımı Quran oxumaqda, şahmat oynamaqda və xüsusən at çapmaq məşğələrində keçirirdim”.                                                                   

Əmir Teymur

Teymurun cəsarətini və bacarığını görən bir neçə dəliqanlı onun başına yığışdl. Düşmən tayfalara qarşı hərb meydanına atılanda onun dəsdəsində cəmi on adam vardı. Onlardan yeddisi atlı, üçü piyada idi. Sonra piyadalar bu kiçik dəsdənin üç atını qaçırdılar. Kiçicik dəsdə ilə qalan Teymur düşmənlərinin hücumuna məruz qaldı. Onu əsir tutub zindana atdılar. Gənc Teymur 62 gün zindan həyatı yaşadı. Həyayət,o,fürsət tapıb keşikçini öldürdü və azadlığa çıxdı.  Bu zamanlar Manqol xanı Tuğluq Teymur Mavəraünnəhr üzərinə hücüm edib bu varlı ölkəni ələ  keçirmişdi. O,25 yaşlı Temuru Keş vilayətinə hakim təyin etdi . Manqolustana qayıdan Tuğluq Teymuru Mavəraünnəhrdə onun oğlu İlyas Xacə əvəz etdi.

 

Nüfuzlu bir türk əmirinin nəvəsi ilə evlənən Teymur İlyas Xacəyə quluq etmək istəmədi. O, qayını hüseynlə hərbi ittifaq bağladı. Bu ittifaq Mavəraünnəhrdə İlyas Xacəni devirə biləcək bir gücə malik idi. Qohumlar öz aralarında tez-tez ölkədə hakimiyəti ələ keçirmək barədə danışırdılar. Ancaq bu arada Sistan döyüşü baş verdi.

Lənətə gəlmiş Sistan valisi!... Məndən düşmənlərinə qarşı yardım istədi. Dedi ki, qalalarını azad etsəm, altı ay qoşunumu ərzaqla təmin edəcək. Sən demə, fikri başqaymış, məni gücdən məhv etmək istəyirmiş. Beş qalasını azad etdim, o isə mənə arxadan zərbə vurdu. Xain!... Rəqibə inanmaq lazım deyil, onu əzmək lazımdır. Bax, bu qarışqa kimi.

Əmir Teymur

Teymur bir azca dikəlib var gücü ilə divardaki qarışqaya tərəf üfürdü. Qarışqa yox oldu. Teymur taxtdan əyilib yerə nəzər saldı. Orada da həşəratı görəmmədi. Qarışqanın simasına sank özünə həmdart tapan Sərdar elə bir az saitləşdi.Bu neçə gün ərzində ilk dəfə mürgülədi.

 

... Nə qədər yatdığını özü də bilmirdi. Göz qapaqlarını açanda qarşısında kiçik qara bir nöqtənin tərpəndiyi gördü. Bir-iki dəfə gözünü açıb-yumdu və bir daha diqqətlə baxdı. Qarışqa divarda, həminki yerində idi və əvvəlki kimi üzüyuxarı dırmanırdı.         Nə inadkar məxluqdur bu. Düz yeri qoyub divara dırmanır. Bəlkə, belə lazımdı?. Bəlkə,xöşbəxtlik zirvəyə çatmaqda deyil, ona can atmaqdadır? Bəlkə, yol daha çətin olduqça insanda bir o qədər xoşbəxt olur? Onda mən niyə zarıyıram?! Yəni bu qarışqa qədər  də olmadım? Böyük iş olub, ayağım axsayacaq! Güya ki, ölkələri qaça-qaça fəth edəcəydim. Ağlım yerində,qüdrətimi itirməmişəm.

Yaralanmış ayaqla Sistan qoşununu məğlub etdim... Yox, sevinməyin, düşmənlər indi üstsnüzə Topal  Teymur gəlir. O sizdən mərhəmət diləmir, lakin siz də ondan aman gözləməyin.

Teymur salamat qoluna dirsəklənib taxtda oturdu. Ağrılara baxmayaraq  yaralı ayağını yavaş-yavaş taxtdan aşağı salladı. Ayağa qalxdı, ancaq yeriyə bilmədi. Bütün ətrafı lərzəyə gətirən bir səslə qışqırdı:

Ey,kim var orda?!.                                                                                                            

Çingiz nəslindən olmayan Teymur Hakimiyyətə gəlir!

İki ay Gərmsirdə qalıb yaralarını sağaldan Teymur Bəlx dağlarına çəkilib silahdaşlarını başına yığdı. Bu dövrdə onun dəstəsində üç yüz dən artıq döyüşçü var idi. Mavəraünnəhr uğrunda İlyas Xacəyə qarşı mübarizə aparmaq üçün o yenidən qaynı Hüseynlə birləşdi. 365-ci ildə indiki Daşkənd yaxınlığında tarixə Cəngi Loy adı ilə daxil olmuş bir döyüş baş verdi. İlyas Xacənin qoşunu ilə Teymur  və Hüseyin birləşmiş dəstələri qarşı-qarşıya gəldilər. Döyüşdən qabaq leysan yağışı yağmışdı. Atlar zağıyır, süvarilər müvazinətini itirib palçığa yıxılırdılar. Ölümün gözünə dik baxmağa alışmış Teymur irəli atılaraq öz dəstəsini düşmənin içəilərinə doğru aparırdı. Lakin Hüseyin hərbi qüvələri onun hücumunu dəstəkləmədi, yavaş-yavaş geri çəkilməyə başladı. Teymur bu döyüşdə az qala mühasirəyə düşəcəkdi. Yalnız öz şücaətinə və döyüş bacarığına görə o, silahdaşları ilə düşmənin əhatəsindən çıxıb Hüseynin dəstəsi ilə birləşə bildi. Qohumlar cənuba, Amudəryaya tərəf üz tutdular,çayı keçib yenidən Bəlx vilayətində köç saldılar.

Əmir Teymur

Teymur qayını Hüseynin hərəkətindən narazılığını bir kəlmə ilə də büruzə vermədi. Lakin o, artıq başa düşmüşdü ki, dar ayaqda Hüseynə arxa çevirmək  olmaz. Bu andan etibarən qohumların müasibətində soyuqluq yarandı.  Teymur qayını Hüseynin hərəkətindən narazılığını bir kəlmə ilə də büruzə vermədi. Lakin o, artıq başa düşmüşdü ki, dar ayaqda Hüseynə arxa çevirmək olmaz. Bu andan etibarən qohumların münasibətində soyuqluq  yarandı.Artıq İlyas Xacə üçün Səmərqəndə yol açıq idi. Lakin bu zaman monqol  xanlarının hakimiyyətinə qarşı çıxan sərbadarlar Səmərqəndə mədrəsəsini  tələbəsinin Mövlanzadənin başçılığı iləİlyas Xacəyə qarşı müqavimət göstərməyə qərar verdilər. Səmərqəndə yaxınlaşan monqol xanının ordusu sərbadarların qurğu tələyə düşdü və böyük itki verərək geri çəkildi.                                                                      

 

1336-cı ilin yazında qoşunla Səmərqəndə  yaxınlaşan Teymur və Hüseyn şəhər ətrafında düşərgə salıb sərbadarlara elçi göndərdilər və görüşmək istədiklərini bildirdilər. Görüş zamanı onlar sərbadarların  qəhramanlığını təriflədi  və onların şərəfinə ziyafət verdilər. Lakin ertesi gün Hüseynin əmrilə sərbadarların başçıları tutulub qətlə yetirilirdi. Mövlanzadəyə qahmar çıxan Teymur yalnız onun azad buraxılmasına nail oldu. Beləliklə,Teymur və Hüseyn Səmənqərdi  tutub şəhərə sahib oldular. Lakin qohumların münasibətlərin gün- gündən pisləşdi. O dövrdə bəylər,xanları arasında olan çəkişmələr hamını-torpaq sahiblərini, tacirləri, rühaniləri bezdirmişdi. Teymur bunu yaxşı başa düşür, onları inandırırdı ki, hakimiyyət başına gəlsə,bütün ölkəni birləşdirəcək və hərcməcliyə son qoyacaq.Bütün bunlara görə  Mavəraünnəhrdə Teymurun nüfuzu daha güclü idi və əgər istəsəydi,o, ölkənin hakimi ola bilərdi. Lakin Çinqiz xanın soyundan olmadığına görə Teymur hökmdar taxtına əyləşməyə tələsmirdi. Buna görə də o, taxta həmin soydan olan Soyurqatmış xanı çıxardı.                                                                                                                   

Teymurun arvadı öldükdən sonra onun Hüseynlə münasibətləri  artıq düşmənçiliyə çevrilmişdi.Zəkalı və tədbirli Teymurun nüfuzunu qəbul  etməyən və ona paxılıq edən Hüseyn Bəlx qalasına köçdü, xəzinəsini bura gətirdi və qalanı möhkəmləndirməyə başladı. Bunun  nə demək olduğunu başa düşən Teymur artıq Hüseynin güclənməsini  gözləyə bilməzdi. 1370-ci ildə öz qoşunu ilə Bəlx şəhərini mühasirəyə alan Teymur  böyük itki hesabına olsa da, qalanı ələ keçirdi. Onun müttəfiqi Keyxosrov Hüseyni öldürdü. Teymur Hüseynin xəzinəsinə sahib oldu və döyüşçülərinə şəhəri talamağa icazə verdi. Tarixçilərin yazdığına görə döyüş qabağı məkkəli üləma Səyid Bərkə bu savaşın Teymur üçün uğurlu olacağına dəmiş və ona öz əlli ilə hakimiyyət rəmzi olan təbil və bayraq vermişdi. 1370-ci il aprelin 9-da Bəlxdə toplanan türk minbaşılarının qurultayında Teymur türk ənənələləri  ilə ağ keçə üzərində yuxarıya qaldırıldı və ülema Seyid Bərkənin oxuduğu duadan sonra Mavəraünnəhr ölkəsinin əmiri elan edildi.  Əmir Teymur Səmərqənd şəhərini özünə paytaxt  seçdi. O, dərhal uzun müddətdən bəri tamamilə dağıdılmış ölkədə quruculuq işlərinə başladı və tez bir zamanda nizam-intizamı və asayişi bərpa etdi.                                                     

Teymur Çingiz xan nəslindən olmadığına görə "xan” titulu daşıya bilməzdi, buna görə də Əmir Teymur  olaraq qaldı.                                                                                                                                                                                                                                                                                                     

Əmir Teymur

Göydə tək olan Allah kimi, yerin hakimi də tək

 

Olmalıdır.                                               

Mavəraünnəhr hakiminə doqquz il lazım  gəldi ki, cığatay ulusunun bütün ərazilərini tabə edib öz imperiyasının yaratsın. Ən çox müqavimət  göstərən Cənubi Xarəzm oldu. Buranın hakimi Yusif Sufi hər dəfə Teymurun şərtlərini qəbul edib ogedəndən sonra bildiyini edirdi. Nəhayət, 1379-cu ildə Xarəzm Teymurun imperiyasına qatıldı. Hərçəng bundan doqquz il sonra Xarəzmdə Süleyman Sufinin başçılığı ilə yenidən üsyan qalxdı. Bu dəfə Teymur üsyanı amansızlıqla yatırdı: Sufi sülaləsinin kökünü kəsdi, ticarət mərkəzi olan Urgənci yerlə-yeksan etdi, əhalisini Səmərqəndə köçürtdü.                  Ölkə daxilində hərbi-siyasi birliyi bərpa edən Teymuru indi ən çox narahat edən qonşu Cuci ulusu idi. Burada möhkəmlənən Urus xan Qızıl Ordanı da özünə tabe edib böyük xaqanlıq yaratmaq istəyirdi. Əgər bu birlik baş tutsaydı, Teymurun dövləti üçün ciddi təhlükə yarana bilərdi. Buna görə də o, Urus xanın səylərinə mane olmaq üçün bəhanə axtarırdı. Nəhayət, belə bir bəhanə onun əlinə düşdü.         

1376-cı ildə Cuci  ulusundan  Toxtamış adlı birisi Urus xanın əlindən qaçıb Teymurun yanına gəldi.  Xan onun atasını itasətsizliyə görə öldürmüşdü. Toxtamış Əmir Teymurdan intiqam üçün qoşun istədi. Trymur düşündü ki, Toxtamışa kömək edib, onu  hakimiyyətə gətirsə, bu xaqanlığı özünə ən azı mütəffiq edər. Bu fikirlə o, Toxtamışa qoşun verib yola  saldı. Lakin Toxtamış Urus xanla döyüşdə məğlub oldu. Belə olduqda Teymur öz ordusuyla hücuma keçib Urus xanı öldürdü və Toxtamışı taxta oturtdu. Lakin az keçməmiş Urus xanın siyasətini davam etdirən Toxtamış Qızıl Ordanı özünə tabe edib güclü dövlət yaratdı. Onun ordusu qonşu dövlətlərə Rusiyaya, Qafqaza, Azərbaycana, hətta Teymurun hökmranlıq etdiyi Mavənaünnəhrə hücumlar etdi.                                                                                 

1395-ci ildə Şimali Qafqazda, Terek sahillərində Toxtamışın ordusu ilə döyüşə girən Teymur  onu darmadağın etdi. Bu döyüşdən sonra Qızıl Ordanın Volqa sahilərindəki, Krımdakı Şimali  Qafqazdakı bir çox şəhərləri talan edildi, əhalisi əsir alınıb qul kimi satıldı.                                     Əmir Teymurun Xərəzmə və Qızıl Ordaya qarşı yürüşləri Orta Asiyada möhkəmlənmək və güclü dövlət yaratmaq məqsədi güdürdü. Lakin Teymur bununla kifayətlənmirdi. Böyük qənimtlər  əldə etmək, imperiyasının hərbi və siyasi qüdrətini artırmaq üçün o, İrana, Azərbaycana, Kiçik Asiyaya, Hindistana müzəffər yürüşlər etdi.                  İranın tam zəbt edilməsi iyirmi il çəkdi. Teymurun İsfahanda törətdiyi kütləvi qətl tarixin yaddaşında tayı-bərabəri olmayan bir qırğın kimi qaldı.Şəhəri tutmuş Teymur onu məhəllələrə bölüb əmirlərinə tapşırmışdı ki, əhalidən xərac yığsınlar. Lakin əhali üsyan qaldırıb bütün məmurları öldürdü. Bundan qəzəblənən Teymur şəhəri yenidən tutub qoşununa əmir etdi ki, hər bir döyüşçü ona ən azı bir isfahanlı başı gətirsin. Bu qırğında 70000 İsfahan sakini qətlə yetirildi. Teymur bu kəllələrdən güllər  düzətməyi  əmr etdi ki, başqalarına da görk olsun.                                                                                                                         

Bu zaman Azərbaycanda Əmir Teymura itaət göstərməyən əsas qüvvə Qaraqoyunlulardı. Qaraqoyunlu Qara Məhəmməd Teymurun göndərdiyi ordunu məğlub etmişdi. Əmir Teymur Azərbaycan uğrunda gedən döyüşlərdə Qaraqoyunlu əmirlərinin müqavimətini axıra qədər  qıra bikmədi. Qara Yusifin ciddi müqaviməti və itaət göstərməməsi Teymur daha da gəzəbləndirmişdi. Sonralar  azərbaycanlı sərkərdənin İldırım Bayazidə sığınması  Əmir Teymurla Osmanlı sultanı arasında münasibətlərin pisləşməsinə və müharibəyə səbəb olmuşdu. 1402-ci ildə Ankara yaxınlığında Əmir Teymurla İldırım Bayazidin orduları arasında hələdici döyüş oldu. Hər tərəfdən iki yüz min döyüşçünün iştirak etdiyi bu savaşda osmanlı  ordusu darmadağın edildi və qüdrətli türk sultanı əsir alındı. Türkün türkü qırdığı bu qanlı döyüş Kansantinopolun alınmasını 50 il yubatdı.                                 Əmir Teymur düşmənə qarşı amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. O, Fars hakimi Şah Mənsuru məğlub edib öldürsə də, onun haqqında demişdi: "Qırx ildən bəri savaş görmüş qəhramanlarla döyüşdüm. Ancaq Şah Mənsurun göstərdiyi şücaət və cürəti kimsədən görmədim”.Azərbaycanda Əmir Altın cəmi üç yüz nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidən Teymur buna təəsüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bayazidlə də ehtiramla davranırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı.                                                                1339-cu ildə Əmir Teymur çoxdan bəri heç bir fatehin ayağı dəymədiyi Hindistana yürüş etdi. Dəhli sultanı Mahmud ona qarşı 50 minlik qoşun və 120 döyüş fili çıxardı. Döyüş fəndlərindən məharətlə istifadə edən Teymur bu döyüşdə də qalib gəldi və xeyli hindlini əsir götürdü.                                                                                                                                  

Uğurlu hərbi yürüşlərindən vəcdə gələn Teymur düşünürdü ki, əgər göydə allah təkdirsə , yerdə də hakim tək olmalıdır. Lakin qarşıda fəth olunmamış çox ölkələr dururdu. Onlardan biri də nağılar ölkəsi Çin idi.                                                                                                                                   

Mən Tanrının Qulu Teymur...                                       

1405-ci ilin soyuq fevral gecələrindən biri idi. Asiyanın yarısını fəth etmiş 69 yaşlı Əmir Teymur qədim Otrar şəhərində, ölüm yatağında idi. O hələ də həkimi Fəzlullahın onu ölümün pəncəsindən xilas edəcəyinə inanırdı. Buna görə də, Çinə hərbi səfərin təxirə salınması haqda fikirləri qəti rədd edirdi.Teymur həmişə olduğu kimi, yenə də ulu Tanrıya bu səfərin də zəfərlə başa çatması üçün dualar edir, ondan möhlət istəyirdi.                                                                                   

Ömrümün 57 ilini at belində keçırdim. 25 yaşımda yaralanıb qolumu itirdim, topal qaldım...Mənə Teymurləng deyirlər . Topal Teymur deyən də var. Ancaq bu ad heç kimdə istehzal doğurmur. Əksinə, çoxlarının canına üşütmə salır. On yeddi hərbi yürüş etdim. Əvəzsiz bahadırlar sayəsində çox yerlər fəth etdim. 27 ölkənin xaqanı oldum... Turan, İran, Rum, Məğrib, Suriya, Misir, İraqi-Ərəb, İraqi- Əcəm, Mazandaran, Gilan, Şirvan, Azərbaycan, Fars, Xorasan, Dəşdi-Qıpçaq, Böyük Tatarıstan, Xərəzm, Xütən, Kabulistan, Baxtərzəmin, Hindistan... İskəndərdən bəri heç kim bu qədər əraziyə sahib olmamışdı... Deyirlər çox qəddəram, amansızam. Elə blirlər adam öldürməkdən ləzət alıram. Düzdür,eddi sülaləni kökünü kəstim, yüz minlərlə adamı qətlə yütirdim. Ancaq birini göstərsinər ki, naxax yürə qanını tökmüşəm.Məni aldadırdılar, mənə xəyanət edirdilər, məndə öldürürdüm.Belə  olmasa, buboyda islam dünyasına hakim ola bilərdimi? Mən heç kimi aldadmamşam, həmişə sözümün üstündə durmuşam, hətta hücumdan qabaq xəbardarlıq etmişəm. Elə olub ki, düşmənimi igidliyinə görə bağışlamışam. Şairlərə, üləmalara, tacirlərə himayədar olmuşam.                                                                                                Teymurun yadına şair Əhməd Kirmani düşdü. Qoca fatehin saralmış sifətində xəfif təbəssüm göründü.                                                          

Bir dəfə ədiblərin məclisində Əmir Teymurla şair Kirmani arasında belə bir əhvalat  olmuşdu. Söhbət  insan şəxsiyyətini necə qiyməntləndirməkdən  gedirdi. Əmir Teymur Kirmaniyə xitabən soruşdu:                                                                                                                   

-Əgər  mən satılası olsaydım, sən məni neçə paraya qiymətləndirərdin?                                                                                                  

- 25 quruşa! – deyə şair cavab verdi.                                                           

- Şair, sən bilirsən ki, mənim yalnız qurşağım bu qiymətə dəyər.           

-Zatən mən də elə onu nəzərdə tutaram.                                                     

Sonralar "Teymurnamə” əsərini yazmış şairini bu zarafatına Teymur ürəkdən gülmüşdü.                                                                             

Yüz minlərlə müsəlmanı qılıncdan keçirmiş Teymur Allaha dərindən inanır , daim yanında quran gəzdirir və onu mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi , Teymurun qılınc hesabına nail olduğunu o, duaları ilə möhkəmləndirirdi. Böyük fateh  öz məktublarını  " Mən , Tanrının qulu Teymur” sözləri ilə başlayırdı.                                                                             

Əmir Teymur uzaqgörən dövləti xadim idi. İşğal etdiyi ölkələrdə alimlərə, sənətkarlara, tacirlərə toxunmazdı, fəth etdiyi ölkələrdən Səmərqəndə yalnız qiymətli daş-qaşlar gətirmirdi. Nadir kitablar, əlyazmalarla birgə şair və sənətkarları, xəttatları və nəqqaşları da imperiyasının paytaxtına yığırdı. Bu gün dünyanı heyranı qoyan məşhur Səmərqənd abidələrinin bir çoxu Teymurun vaxtında ucaldılmışdı.                                                                                                       

Əmir Teymur  İmperiyasının ayrı-ayrı vilayətləri arasında əaqə yaradılmasında tacirlərin roluna xüsüsi qiymət verirdi. O, Avropa hakimlərinə məktublarında yazırdı: " Bütün aləm ancaq :tacirlərinəməyi sayəsində gülşən olur.Tacirlərin sıxışdırılması yol verilməzdir.Mən istərdim ki, biz bu yerlərə firəng tacirlrini necə himayə ediriksə,bizim tacirlərimizə də o yerlərdə eyni cür münasibət bəslənilsin” Teymur eyni zamanda tacirlərin azğınlaşmasına,xalqın soyulub-talanmasına da yol vermirdi.

... Artıq fevralın 17-i idi.Səhər Fəzlullah özündə cəsarət  tapıb Əmirə demişdi ki,vəsiyyətini eləsin ,yoxsa gec olar.Deyirlər Ölümqabağı insanın bütün həyatı gözləri önündən keçir.Teymurun yadına isə daşlar düşdü... Hər dəfə yürüşə çıxanda onun döyüşçüləri yolda bir yerə hərəsi bir daş atırdı.Böyük bir daş təpəsi yaranırdı.Səfərdən qayıdanda hərəsi bu təpədən bir daşgötürürdü.Təpə balacalanırdı.Ancaq yerdə daşlar qalırdı.Teymur ayaq saxlayıb həmin daşların önündə xəyala dalırdı,həlak olanların ruhuna dua oxuyurdu...

Görəsən,mənim daşımın üstündə ağlayan olacaqmı?..

Teymurun yaxınları artıq onun yatağı önündə yığışmışdılar.Güclə danışan Əmir yalnız bir neçə söz deyə bildi:”Məni seyid bərkənin ayağı altında basdırın... Bir də ki... Nə olursa olsun,qılımcı əlinizdə möhkəm tutun...Zəyifliyi qəlbinizə yaxın buraxmayın.Zəyiflik ağlınızı çaşdırar,ruhunuzu məhv edər,qoymaz məqsədinizə çatasınız.Eşidirsiniz?..Zəyif olan məqsədinə çatmayacaq...”

Əmir Teymur

 

 

Tarixi yaradanlar seriyasindan




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 yanvar 2012 15:49
    Hamlet m cox saqol mukemmel bir ish gormusunuz..Bu dahi haqqinda etrafli melumat her kes ucun deyerlidir..cunki Teymurdan cox shey oyrenmek olar..Meqalede Teymurun tekce herbi yurushlere deyil elecede diger sahelerede cox diqqet yetirmesi xususi ile medeniyyete meqaleni daha da rengarenk edir..Teymurun bir meshhur sozu ki <Tarix meni ermenileri sona qeder qirib qurtara bilmediyime gore qinayacaq>kelmesi bu dahini daha bizim ucun hormetli edir..bir daha teshekkurler!!!

  2. 8 yanvar 2012 21:26
    Bezen deyirler " Tarixi shexsiyyetler yaradir ". Burda mueyyen qeder doqru fikir var.Teymur da tarixde oz sozunu demish shexsiyyetdir.Tebii ki, biz indi onun tarixde oynadigi rolun menfisini,musbetini muzakire ede bilerik,lakin bu onun ezemetini hec de azaltmir.Meqale uzerinde boyuk eziyyet cekilib.Lakin eziyyete deyer.Meqalenin komeyi ile Teymura yeniden baxdiq.Xeyli elave melumat elde etdik.Esasi odur ki, onun haqqinda oz fikrimiz formalashdi.Tarix ele bir elm sahesidir ki,biz onu nece var ele de qebul etmeliyik,onu deyishdirmek mumkun deyil. Bir daha meni inandirdiginiza ve deyerli zehmetinize gore sag olun.Elleriniz var olsun.

  3. 29 iyul 2012 18:14
    COX SAGOLUN KI EZIYYET CEKIB BU MEQALENI YAZMISIZ. EMIR TEYMUR HAQQINDA DAHA ETRAFLI MELUMATA SAHIB OLDUQ.AMA ARADA CENGILOY DOYUSUNUN ILI SEHV YAZMISIZ MENCE.YENEDE TESEKKURLER

  4. 8 avqust 2012 22:14
    meqale cox uzun idi.yaxsi idi winked My Webpage

  5. 9 sentyabr 2012 19:15
    ela idi cox gozael. what [hide][/hide]

  6. 29 oktyabr 2012 16:55
    fellow BIR WEY BAWA DUWMEDIM recourse

  7. 3 noyabr 2012 13:05
    tesekkurler!!!

  8. 8 noyabr 2012 20:14
    cox gozel tesekkurler

  9. 28 noyabr 2012 20:45
    geceler yuxuma girir
    dik atiliram

  10. 28 noyabr 2012 22:15
    Daha genis,etrafli bir meqale idi. COX BEYENDIM......... smile

  11. 29 noyabr 2012 10:11
    Mence Maraqsiz idi Oxumaga Deymezdi Gozum Cixdi Oxuyana Qederr

  12. 29 noyabr 2012 12:15
    her weye gore cox sagolun winked

  13. 5 dekabr 2012 16:12
    salam maraqli melumatlar idi cox sagolun

    tesekkurler bunu yerledirenlere

  14. 6 dekabr 2012 17:18
    Eladi bu serkerdeye heyranam :)

  15. 10 dekabr 2012 21:48
    Cox gozel meqaledi.tesekkurler smile

  16. 16 dekabr 2012 22:29
    heqiqeten bu meqaleni oxuyanda ele bir hadiselerin icindesen minnetdaram hamlet muellim size smile

  17. 6 yanvar 2013 11:47
    cox maraqli idi,tewekkurler

  18. 2 fevral 2013 13:35
    Etrafli melumata gore cox sag olun.

  19. 2 fevral 2013 21:10
    emir teymur.teymurleng,topal teymur..esil cengavermish:)ama ermeniler baresinde dediyi mene lezzet eledi:))O da bilirmishki ermenilerin nankor oldugunu....heyif teymur qirmamisan ermeninin kokunu..indi sahib chixirlar her weyimize

  20. 17 fevral 2013 20:56
    Bzi shvlr var. mir Teymur Hindistana 1398-ci ild yr edib. lol fellow

  21. 27 fevral 2013 17:48
    maraqli meqale idi.tesekurrler hamlet nuellim smile

  22. 10 aprel 2013 13:58
    COX SAGOLUN KI EZIYYET CEKIB BU MEQALENI YAZMISIZ....SIMPATIYAM OLUBDA BU TEYMURA )))

  23. 10 aprel 2013 15:37
    teymurun oglu miransah elince galasini 14 il sonra teslim ede bilib emir teymur baresinde bu geder bilmirdim cox sagolun maragli melumatlara gore

  24. 13 aprel 2013 20:32
    Ay daaa bax bu mene cox lezzet eledi/tesekkurler eladi

  25. 7 may 2013 18:48
    çox əla dərsimdə kömək etdi tongue

  26. 14 may 2013 14:04
    Elə bizim kitab da bunun yarısını yazıb
     
     

  27. 16 may 2013 15:27
    ela.bizim az.dili kitabimizda qarisqa meselesi var idi. wink [hide][/hide]

  28. 13 iyul 2013 09:36
    Teze melumat yoxdu?Ele eyni seylerdir.Kitabdan kocurulub  angry angry angry

  29. 30 may 2016 15:43
    COX GOZELDİ BİZİM DERSLİKDE DE BU METN VAR EEE wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.