Subedey

Subedey

Əfsane Monqol Sərkərdəsi Ləqəbli (Savaş iti ) Subutay
"Onlar, Timuçinin Dörd itidir.
Alınları misdən hazırlanmışdır, çənələri qayçı, dilləri deşib keçən toxmaq kimidir, başları dəmirdən, qırmanc kimi istifadə etdikləri qılıncları vardır ... döyüş günü gəldiyində düşmən ətini yalayıb udarlar.
Bu dörd savaş iti---Cebe, Kubilay, Çəlmə və Subutaydır.
" Çingiz xanın sağ əli kimi Subutay cəsur və qüdrətli, güclü taktikaları olan sərkərdə idi. Məşhur monqol liderlərinin imperiyasını genişləndirməsinə kömək üçün əsl etibarlı seçimdir. Monqollara kiçik yaşda qatılmasına baxmayaraq Subutayın inanılmaz qabiliyyətləri Çingiz Xanın 'döyüş itlərindən' biri olmasını təmin etdi. Bahadır 'ləqəbiylə də bilinən Subutay, həm məşhur Monqol hökmdarı Çingiz Xan həm də onun varisi və oğlu Ögeday Xana xidmət etmişdir. Monqol imperatorluğunun ən ürküdücü generallarından biri olan Subutay Asiya və Avropada çətin keçən saysız səfərə göndərilmişdir.
Gənc Subutay 1160 ilə 1170 arasında doğulduğuna inanılır. Mənbələr onu da deyirlər ki, o, 1176-cı il təvəllüdlüdür. Bu sərkərdə əslində Monqol tayfası kimi qəbul olunmayan Uriangxay qəbiləsindəndir.
Bu insanlar meşədə yaşamış və monqollardan fərqli olaraq, kürk ticarəti və dəmirçiliklə atçılıqçılıqdan daha çox məşğul olmuşlar. Subutayın bir dəmirçinin oğlu olduğu və bir qaynaqda da atasının adı Qaban olduğu söylənilir. Dəmirçi kimi, Subutayın atası silah və pişirici kimi qırılan metal əşyaların təmiri ilə monqollara xidmət edirdi. Yəqin ki, gənc Subutayın ele monqollarla tanışlığı bu vaxta təsadüf edir.
Subutay gənc yaşda Çingiz Xanın ordusuna qoşulub. Bir mənbəyə görə, o, Monqol ordusuna qoşulduqda hələ 14 yaşı olduğu üçün müharibələrdə iştirak etmək üçün çox gənc sayılırdı ona görə də Xanın qapı xidmətçisi təyin olunmuşdu.
Bu vəzifə sayəsində Monqolların döyüş sənətlərini öyrənməyə başlayan Subutay at sürmədə heç bir təcrübəyə malik deyildi. Meşədə yaşayan bir adam olaraq, bu qabiliyyəti bilmədiyi üçün monqol döyüşçülərindən hər şeyi öyrənməyə başladı. Ona həmçinin ox və yaydan istifadəni, üstündə bunlardan birgə istifadə etməyə də öyrətdilər.
Beləlikə əsl Sərkərdə artıq savaşlara hazır idi
İştirak etdiyi bütün döyüşlərdən və müharibələrdən qələbə ilə çıxaması Subutayın nə qədər mahir bir komandan olduğuna işarədir. Mənbələrin verdyi məlumatlardan aydın olur ki, Çingiz xan böyük oğlu Cuçinin yetişdirilməsini Subutaya tapşırmışdı. Belə ki, Çingiz xan ələ keçirilən qərb ölkələrini Cuçiyə verdiyində ona bağlı orduların baş komandanı kimi Subutayı təyin etmişdi. Çingiz bir növ Subutayı oğlu Cuçinin “atabəyi” elan etmişdi. Cuçinin oğlanları Batı, Orda, Bərkə və Şibəkin hərbi təlimləri ilə də Subutayın məşğul olduğu, Batının bir dövlət və hərbi lider kimi yetişməsində Subutayın əməyi danılmazdır. Xarəzmşahalar, Azərbaycan Atabəyləri, Gürcü-Qıpçaq krallığı, Rus knyazlıqları, Polşa, Alman, Macarıstan və Bolqariya dövlətləri, Çindəki Kin xanədanlığı Subutayın iştirak etdiyi və çox vaxt rəhbərlik etdiyi ordular tərəfindən məğlub edilib, bir çoxu tarixdən silinmişdir. Subutayın rəhbərlik etdiyi orduların keçdiyi coğrafiyalar nəzərə alınarsa Şərqi Türkistandan başlayıb cənub-qərbdə İraqa, Anadoluya, şimal-qərbdə Polşa, Macarıstan, Rumuniya və Novqoroda, yəni Böyük Monqol imperiyasının sahib olduğu ərazilərin ¾-ü onun tərəfindən alınmışdır.
Subutay bir hərbi-stratejilərin və planların yaradıcısı kimi də qurultaylarda və dövlət məclislərinə yer almış, Çingiz oğlanları hərbi planların onun tərəfindən hazırlanmasını istəmişdilər. Dəşdi-Qıpçaq, Rusiya, Orta Avropa hərbi səfərlərinin dahi idarəedicisi Subutay göstərilir. L. De Hartoga görə, “Subutayın bir general olaraq oynadığı rol çox böyükdür. Rusiya və Mərkəzi Avropa səfərlərinin ağıllıca həyata keçirilən planları tamamilə onun əsəridir. Batı sadəcə görünüşdə başkomandan idi. Gerçək komandanın Subutay olduğunu deməlik. ... Ögedey və monqol ordusunun Avropadakı uğurlarının arxasında Subutay və digər generalların olduğu məlumdur”
Subutayın nə qədər istedadlı olduğunu, bir-biri ilə mübarizə aparan monqol şahzadələri (Batı, Göyük, Möngge, Arıq-Boğa və d.) arasındakı narazılıqlara rəğmən Rusiya və Avropa hərbi səfərindən monqolları qalib çıxarmasıdır. Subutayın vəfatından sonra Monqol fəthlərinin dayandığı və monqolların hərbi cəhətdən yavaş-yavaş tənəzzül etməyə başladıqları da bir həqiqətdir. Digər tərəfdən Subutay, Çəlmə, Cəbə və Kubilay kimi istedadlı komandanları ortaya çıxması Çingiz xanın istedadının əsəridir.
Subutayın xatirəsı özündən sonra türklər arasında yaşadı. Tuva türkləri onu özlərinin ulu babaları qəbul edir və bu səbəbdən özlərini soyot adlandırırlar. Qafqaz xalqlarında işlədilən “Sayat” adı da Subutayın adından yaranmışdır.
(Subutayın ölüm tarixi mənbələrdə göstərilmir. Tarixçilər də onun vəfatı haqqında hər hansı bir fikir irəli sürməyiblər. Sadəcə J. P. Roux əsərinin bir yerində Subutayın 1246-cı ildə vəfat etdiyini yazıb///

Müəllif: İsmayıllzadə Aygül


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.