İlqar Qabil oğlu Məmmədov

İlqar Qabil oğlu Məmmədov

 

 

İlqar Məmmədovun ömür yolunun
Qısa Tarixçəsi
-8 aprel 1974-cü ildə anadan olub.

-1 sentyabr 1980-ci ildə Biləcəri qəsəbəsində 298Ⅶ-li orta məktəbin 1-ci sinfinə qəbul olub.

-1991-ci il Biləcəri qəsəbəsi 298Ⅶ-li məktəbi qızıl medalla bitirib.

-1991-ci ilin 19 mayında könüllü olaraq cəbhəyə yollanmışdır.

-1992-ci ilin avqust 15-də Cəbrayıl rayonunun "Şişqaya” əməliyyatında qəhrəmanlıqla həlak olmuşdur.

-Bakı şəhəri Xalq Deputatları Sovetinin Rəyasət heyətinin 5 aprel 1994-cü il Ⅶ4/31-li qərarı ilə oxuduğu məktəbin adı verilmişdir.

-Azərbayycan Respublikası prezidentinin 09 oktyabr 1994-cü il tarixli fərmanı ilə "Hərbi xidmətə görə”medalı ilə təltif olunmuşdur.

VƏTƏN SEVGİLİ İGİD

Bir oğlan yaşayırdı bu dünyada,Vətən sevgili oğlan!Cəmi 18 yaşı var idi,amma el dərdi çəkird,torpağ qeyrətini daşıyırdışTibb Universitetində oxusada,ürəyi döyüş bölgəsində idi,gecə də,gündüz də narahat idi,qəmli-qəmli dolanıb gəzirdi.Düşünürdü:
"Nə olaydı,yağıları dəf edəcək bir fürsətim olaydı.”
Nəhayət,bu istəyi bu Vətən eşqi yerinə yetdi.1974-cü il təvəllüdlü gənc İlqar cəbhəyə gedib rabitəçi olaraq öz borcunu verməyə başladı.Düşmən bunu bildiyindən və həm də onun fərasətindən xəbərdar olduğundan İlqarı tez aradan götürməyə qərar verdi.O,belə də etdi.Qönçə ikən gül olmayan,Vətən sevgili İlqar qəfil düşmən gülləsinə tuş gəldi.Lakin ugrunda can qurban etdiyi torpaqlar onun qanına boyansa da,könüllər bir şəhidin nuruyla doldu.Vətənin bir oğluyla da öyündü.Həmin vaxtdan-1992-ci ilin yay axşamında ulduzlar yanında bir şəhid ruhu da uçdu.Bir gənc ömründən isə əzizlərinə yazdıgı vətən sevgili,yadigar bir məktub qaldı:
"Mən həyatda sizlərə çox borcluyam.Amma,Vətən qarşısında borcum daha böyükdü.Məni axtarmayın,mən getdim muharibəyə.Heç nəyə narahat olmayın.Siz əzizinizin canı,heç yerdə qarma-qarışıqlıq salmayın.instituta getməyin.Çünki məni zərbə altında qoyarsız.Sizi and verirəm ananızın südünə heç bir şey etməyin.Torpaq mənə hər şeydən əzizdir.Allaha and verirəm,o müqəddəs Qurana and verirəm,narahat olmayın.Vətən təhlükə qarşısındadır.Allah qoysa sağ-salamat qayıdaram.İnstitut uşaqları ilə gedirəm.”
Açıldı səhərin toran gözləri,
Könüllü döyüşə yollandı İlqar.
Təbiətdə bahar,ürəkdə qəm var,
Gözündə bir kədər,həm də ki nəm var.
Çıxdı o sakitcə barmağı üstə
Çıxdı o evindən xəlfət,ahəstə.

18 yaşında şəhid olan İlqar Tibb Unversitetində oxuyurdu.Ondan yadigar bir də sinif otağında boş qalan yeridi.
İlqarın şair təbiəti ona bir neçə şeir də yazdırmışdı.Elə o şeirlərdə onun çılğın könlünün yadigarlarındandı.
Getdikcə artırır fələk dərdini,
Zülm edib daraldır sənin səbrini,
Əyməsin ağrılar qəddini,ata,
Qoymayır durasan,səni dinc,ay ata,
* * * * *
Körpə İlqarını gül tək qoxlayan,
Halını sorub,səhhətini yoxlayan.
Hörmətin hamidan əzız saxlayan,
Ey cənnət məkanım əziz anamsan.
* * * * *
İlqarı düz düşün başa,
Oyaq ikən getmə huşa
Əziz bacım,yüz il yaşa
Xeyr-dua verəndən ol.
* * * *
Donub insanların yaşı gözündə,
Bir ölüm hökmü var hər bir izində
Mən təlaş görürəmdünya gözündə
Bizim naləmizdən ağlayır dünya.

Şəhidlər heç zaman unudulmur.Həmçinin eli sevən,torpaqları sevən,Vətəni sevən İlqar da unudulmazdır.İmam Hüseyndən başlanan Şəhidlik zirvəsi bu günkü şəhidlərimizin də ruhlarının uca məkanıdır.
Cümlə Şəhidlərimizə Allah rəhmət eləsin!Amin!




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 iyun 2012 21:59
    Medine xanum cox deyerli biz meqale vermisen sene teshekkur edirem ! Bu cur oqlanlarimizin olmasini her biribiz bilmeliyik. Bu qunlerde 5 nefer shehid verdik Onlarin da cemi 18 yashi vardi Allah her birine rehmet elesin Allah Uca tanrimiz bizlere qisas almaqa imkan versin Oxuduqca yazdiqin cumleleri adam cox kovrelir Sene bir daha teshekkur edirem Allah senin kimi vetenperver qizlarimizdan Vetenimizde eksik etmesin bir gun Qarabaqda gorushmek umidi iole ay Medine xanum !

  2. 7 iyun 2012 23:05
    Allah sizdende razi olsun.Allah butun shehidlerimize rehmet elesin.Onlarin yeri cennetdi.Arzulayirdimki menide veten qulluguna gondersinler heqiqeten bunu helede arzuluyuram.Bu mene qismet olmasa da men soz veriremki dushmenlerimi oz biliyimle meglub edecem,shehidlerimizin qani yerde qalmayacaq,menim ve butun shagirdlerin borcu oxuyaraq savad qazanaraq dushmeni meglub etmekdir.Inwallah buna nail olaram.Inwallah dediyiniz kimi bir daha Qarabagimizda gorusheceyik!

  3. 8 iyun 2012 10:57
    Medine sen saytn feal uzvlerinden birisen. Senin kimi vetenperver,tarixini seven shagirdlerin imzasni gormek mene cox xoshdur.

  4. 9 iyun 2012 14:52
    Medine xanim Allah sizden razi olsunki bele meqaleler verirsiz..heqiqeten oxudum cox kovreldim..Allah butun sehidlerimize rehmet elesin..ve men umid ediremki sizin kimi vetenperver qizlarimiz cox olsun..artiq derecede minnetdaram..

  5. 18 noyabr 2012 14:02
    cox sag olun MEDINE xanim. insami yazmaqda sizin meqaleniz mene komekci oldu. MARAQLI MEQALE IDI. smile

  6. 26 noyabr 2012 20:30
    elaaaaaaaaa cox beyendim...bizim mekteb de ele ILQAR MEMMEDOV--un adin dawiyir...

    --------------------

  7. 4 fevral 2013 21:39
    Vetenini seven her bir kes gerek Ilqar kimi olsun.Hami veteni ucun canindan, qanindan kecmeye hazir olsun.Yeqin haminin arzusu vetenimizi, Qarabagimizi azad gormekdir.Bele bir qehremanlarin sehidlerin adlari hemise diller ezberi olmalidir. Onlar hemise insanlar terefinden yad edilmelidir. ALLAH butun sehidlerimize ve bu dunyadan kocen hemvetenlilerimize rehmet elesin!!!

  8. 6 iyun 2013 17:22
    halaldi sene medine cox sagol 8ci sinifde oxuyub da bu cur meqaleni hazir etmek asan deyil cox sagol

    --------------------

  9. 16 noyabr 2013 19:16
    halaldi.hazirlayana.yeni menim adsima.menimde adim medinedir. love love feel

  10. 24 fevral 2015 22:56
    Mədinə xanım.siz mənim əmim haqqında yazdığınız üçün təşəkkür edirəm

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.