Valeh Əlizaid oğlu Müslümov

                                                      

Valeh Əlizaid oğlu Müslümov

 

 

Valeh Əlizaid oğlu Müslümov

     1968-ci ildə Lerik rayonunda müəllim ailəsində anadan olmuşdur.1975-ci ildə həmin rayonun 2 nömrəli orta məktəbinin birinci sinfinə daxil olmuş,1983-cü ildə səkkizinci sinfi bitirmişdir.Həmin ili Sumqayıt şəhərinə gələrək oradakı 17 nömrəli texniki peşə məktəbinə daxil olmuşdur.1984-cü ildə dülgər peşəsinə yiyələnərək peşə məktəbini bitirmişdir.1984-cü ildə Sumqayıtdakı 2 nömrəli Trestin Səyyar Mexanikləşdirilmiş dəstəsinin 20-ci idarəsində fəhlə işləyib.Eyni zamanda gecə məktəbində orta təhsil alib.1986-cı ildən 1988-ci ilə kimi hərbi xidmətdə olub.Hərbi xidmətdən sonra Sumqayıta qayıdıb.AXC sıralarına daxil olub.Könüllü olaraq Qubadlı rayonuna erməni quldurları ilə mübarizə aparmağa gedib.

     1991-ci ilin avqust ayında Azərbaycan Respublikası DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsinə daxil olmuşdur.Şuşada,Xocalıda,Tovuzda,Qubadlıda,digər döyüş bölgələrində keçirilən bir sıra uğurlu döyüş əməliyyatlarında fərqlənmişdir.

     1992-ci ilin aprel ayında erməni silahlı birləşmələrinin Tərtər şəhərinə hücumunu dəf edərkən Ağdərənin Marquşavan kəndindəki qanlı döyüşlər serjant Valehin son döyüşü olmuşdur.Döyüş zonasında 12 erməni quldurunu məhv etmiş,eyni zamanda yaralı döyüşcüləri qurtarmaq üçün yenidən döyüş meydanına atılarkən qəhrəmanlıqla həlak olmuşdur.

     Adı əbədiləşdirilib.

     Subay idi.

                                  QƏHRƏMAN ANANIN  QƏHRƏMAN OĞLU

     Lerik.Axundov küçəsindəki 2 nömrəli birmərtəbəli ev.Oğul itkisi ilə əbədi matəm libası geyinmiş bu evdə Talış xalqının ilk Milli Qəhrəmanı,Vətəni Azərbaycan uğrunda şəhid olmuş Valehin özü kimi hər şey sadədir.Ev adamlarının mərdanə baxışları,qəmli ürəklərdən gələn səmimi "xoşgəldin”lər,əllinci,altmışıncı illərdən qalma əşyalar hər cür dəbdəbədən məhrum olan bu evin halallığından danışırdı.On uşağa doğma ocaq olan bu evin adamları Lerikin dağlarından,füsünkar təbiətindən,təmiz havasından,şəffaf bulaqlarından güc almış,insanlığa xidmət onların amalları olmuşdur.Əlizaid müəllimin,Nənəgül xalanın tərbiyəsi ilə böyümüş yeddi oğul,üç qız elə uşaqlıq illərindən başıaşağı olmaları,əməksevərliyi ilə yaşıdlarına nümunə olmuşlar.Valeh ancaq sakitliyi ilə seçilərdi bacı-qardaşlarından,yaşıdlarından.Uşaqlıq illərində Valehin yumruq boyda qəlbindəki bir dünya Vətən sevgisini,torpaq məhəbbətini,millət qeyrətini heç kim görə bilməmişdi.Kimsə bilmirdi ki, "Qəhrəman ana” Nənəgül xalanın oğlu Valeh doğma torpağının azdlığı uğrunda mübarizə meydanlarına atılacaq,təqiblərə,təzyiqlərə məruz qalacaq,siyasi mübarizə meydanından əlində silah qanlı döyüş meydanlarına yol alacaq,ulularımızın müqəddəs yadigarı olan ana torpaq uğrunda ölməyi bacaracaq və qəhrəmanlıq,mübarizlik simvolu kimi ölməzliyə qovuşacaq.Valeh Qəhrəman ananın qəhrəman oğlu adı ilə tək leriklilərin deyil,Azərbaycanın fəxri olacaq,tariximizdə iz qoyacaq.

     ...Lerikdə səkkillik məktəbi bitirəndən sonra Sumqayıtda 17 nömrəli peşə məktəbinə daxil olaraq təhsilini davam etdirən,hərbi xidmətdən sonra yenədə Sumqayıta qayıdan Valeh mübarizə meydanına 1988-ci ildə,azdlıq hərəkatımızın ilk anlarında qoşuldu.Erməni millətçilərinin Dağlıq Qarabağda başladığı fitnəkarlıqları,iyrənc siyasi oyunlar Sumqayıt əhlinin əsəblərini tarıma çəkəndə dağlar oğlu Valeh Azərbaycan Xalq Cəbhəsinin sıralarına daxil oldu.Hələ AXC-nin təqib və təzyiqlərə məruz qaldığı vaxtlarda heç bir maneədən qorxmayaraq öz haqq səsini ucaltmaq,mövcud rəhbərliyin Qarabağ məsələsi qarşısında acizliyini,ikiüzlüyünü ifşa etmək,xalqı siyasi böhrandan,Moskvanın boyunduruğundan çıxartmaq üçün xalq cəbhəsinin tutduğu mübarizə yolunda Valeh də mətinləşdi.Haqq yoluna üz tutmuş xalqın mübarizliyindən qorxan içərimizdəki bədniyyət qüvvələr çoxlarını yolundan sapındırmağa cəhd etdikləri kimi,Valehi də AXC sıralarından uzaqlaşdırmağa çalışdılar.Lakin heç bir təqib,heç bir təzyiq Valehi yolundan döndərə bilmədi.Hətta o işdən çıxarılanda da,bir tikə çörək pulundan məhrum olanda da həyatın çətin sınaqlarına dözməyi bacardı.

     Valehin mübarizə yolu təkcə mitinqlərdən keçmədi.Erməni silahlı quldurlarının azğınlığı cücərməyə başlayanda "qaynar nöqtəyə” ilk gedənlərdən biri Valeh oldu.Hələ Xankəndində işləyərkən əlinin düzünü erməni millətçilərinə göstərən,mübarizəsindən,haqq yolundan dönməzliyi ilə daşnak tör-töküntülərinə `hər an təhlükə olan Tahir Əliyev Qubadlı bölgəsində erməni quldurlarının cavabını verməyə gedəndə onun dəstəsində Valeh də var idi.Davudluda,Eyvazlıda,Gürgülüdə erməni quldurları ilə gedən döyüşlərdə Valeh öz yüksək döyüşçülük qabiliyyətini nümayiş etdirdi.Ağır döyüşlər zamanı o dərk etdi ki,düşməni yerində oturtmaq üçün ələ silah götürmək,Vətənin müdafiəsinə qalxmaq lazımdır.Valeh sanki Azərbaycanın sabahkı qanlı-qadalı günlərini görürmüş kimi,Vətənin xilası üçün doğma ocaqlardan ayrılmağı,yuxusuz səngərlərdə günlər keçirməyi,ölümün üzünə şax baxmağı,yeri gəlsə ana torpaq uğrunda ölməyi bacarmağın zəruriliyini dərk edirdi.Bütün bunları tam aydınlığı ilə baaşa düşən Valeh bütün varlığı ilə "qaynar nöqtələrə” can atırdı.Elə bu amalla da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinə gəldi.Bacarıqlı karateçi,Sumqayıtda,bakıda keçirilən yarışlarda dəfələrlə fərqlənən,öz üsulu və məktəbi ilə neçə-neçə karateçi hazırlayan Valeh Xüsusi Təyinatlı Milis Dəstəsi üçün göydəndüşmə bir gənc oldu.Dəstənin bu cür cəsur,çevik,fiziki cəhətdən sağlam gənclərə ehtiyacı böyük idi.Valeh Müslümov XTMD-yə birincilər sırasında daxil oldu.Həmin gün Valehin həyatının ən xoşbəxt anları idi.O,özündə rahatlıq tapırdı ki,düşmən qarşısına çıxmağa,onun burnunu əzməyə,təcavüzkarın caynaqlarını qırmağa imkan tapıb.

     Valeh ömrünün 22-ci,23-cü ilini respublikamızın müxtəlif bölgələrində keçirtdi.Daşaltıda,Xocalıda,Şuşada,Laçında,Füzulidə,Goranboyda.Tovuzda,Qubadlıda canavar xislətli düşmənlə üz-üzə durdu.Valehin hər döyüş günü erməni quldurlarını qorxu içində saxlayan, "Əsədovun bandası” adlandırılan "OMON”a şan-şöhrət gətirdi.Hərbi texnikanın sirlərinə yaxından bələd olan Valehin adı qısa bir vaxtda erməni quldurlarını dilində hallanmağa başladı.Onun başını gətirənə mükafat kəsildi,Valehin döyüşlərdə göstərdiyi şücaətlər bir-birini əvəz etdikcə,qəhrəmanlıq tariximizə yeni-yeni səhifələr yazıldıqca Valehin başına qoyulan məbləğ 200 mini ötdü.

     Valehin döyüş günləri onun silahdaşlarının,komandirlərinin hafizələrinə əbədi olaraq həkk olunurdu.Füzuli rayonunun Hoğa kəndi uğrunda gedən döyüşlərdə erməni quldurları həlak olmuş soydaşlarımızın meyidlərini götürməyə imkan vermirdi.Düşmənin güclü müqavimətinə baxmayaraq Valeh ölümün üzünə dik baxaraq qanlı döyüş meydanlarına atılmış,həlak olanları,yaralıları güllə yağışı altından çıxartmışdır.

     Xocavənd rayonunun Cartaz kəndi ətrafında gedən döyüşlərdə Valeh şücaəti ilə düşmənin özünü belə heyrətdə qoymuş,şərab zavodunun iri çənləri üzərinə çıxaraq ermənilərin ağlına gəlməyən yerdən düşmənin pulemyotunu özünün  sərrast atəşləri ilə susdurmuş,neçə-neçə quldurun meyidini yerə sərmişdi.

     Valeh həmişə ən çətin tapşırıqları icra etməyə can atırdı.Bərdədə təlim məşqləri keçərkən Tərtər-Ağdərə istiqamətində düşmən mövqeləri haqda məlumat əldə etmək üçün "dil”gətirmək lazım idi.Valeh çox götür-qoydan sonra komandanlığa "sürpriz”etmək məqsədi ilə komandirdən xəbərsiz döyüşçü dostları ilə Tərtərə bitişik olan Ağdərənin Marquşavan kəndinə gəldilər.Valehin başçılıq etdiyi əməliyyat yüz ölçülüb bir biçilmişdi.Ətrafda xeyli yaraqlı erməninin olmasına baxmayaraq Valehgil erməni keşikçisini oğurlamağa müvəffəq oldular.Səhər tezdən  gətirdikləri "dil”i komandanlığa təhvil verdilər.Əməliyyata icazəsiz getdiklərindən bir az danlansalar da,hamı Valehgilin şücaətinə əhsən dedi.

     Marquşavandakı uğurlu əməliyyatdan sonra Valehgilə beşgünlük istirahət verildi.Lakin,Valeh istirahətə getməkdən,dəstəni tərk etməkdən  imtina etdi.Doğma torpaqların hər anı üçün narahatçılıq keçirən Valeh komandirinə "istirahət etməyə sonralar vaxtımız çox olacaq,hələ ki,düşmənlə mübarizə aparmaq vaxtıdır”, - deyə yorulmadan növbəti döyüşlərə,əməliyyata hazırlaşdı.Sanki,Valehin ürəyinə dammışdı ki,bu günlərdə onları ağır döyüşlər gözləyir.Belə də oldu.1992-ci ilin aprel ayının əvvəlində erməni silahlı birləşmələri güclü hərbi texnika və canlı qüvvə ilə Tərtərə hücum etdi.Valeh dəstələri ilə birlikdə silaha sarılıb düşmənlə ölüm-dirim mübarizəsinə atıldı.Düşmən həm canlı qüvvə,həm də texnika sarıdan üç dəfə güclü idi.Bu qeyri-bərabər qüvvə qarşısına biirinci "OMON”çular çıxdı.Milli Ordumuzun əskərləri də köməyə gəldilər.Düşməni Tərtərə buraxmamaq üçün Vətən oğulları silahlı quldurlar qarşısında canlı sipər çəkdilər.Valeh bu ağır döyüşdə həm düşmən nöqtələrini susdurur,həm də düşmən gülləsindən yaralanmış dostlarını təhlükəsiz yerə çıxarırdı.Güllənin yağış kimi  yağdığı döyüş meydanında Valeh də düşmən gülləsinə tuş gəldi.Yaralanmasına baxmayaraq döyüş meydanından geri çəkilməyi qeyrətinə sığışdırmadı.Mübarizəsini davam etdirdi.Yaralı İlham Qayıbova tərəf süründü.İlham al qan içində düşmən hədəfində qalmışdı.Ona yaxınlaşmaq olduqca təhlükəli idi.Lakin Valeh həyatını risqə qoyaraq,İlhamı xilas etmək qərarına gəldi.İgid,qorxmaz "OMON”çu on iki qulduru məhv edərək buna nail oldu.Lakin özü öz həyatını xilas edə bilmədi.Həmişə dostcanlılığı ilə yoldaşları tərəfindən sevilən,bir tikə çörəyini dostları ilə bölən,kin,küdurətin nə olduğunu bilməyən Valeh dost yolunda ölümə getməkdən qorxmadı.Və ana torpağın isti qucağında kişi kimi yaşadığı ömrünü kişi kimi də başa vuraraq öldü.Ermənilər Valehin ölümünü sevinclə,qələbə ədası ilə qeyd etdilər.

     Tərtərin düşmən tapdağında qalmaması üçün canından keçdi Valeh.Elə bunun üçün də Valehin ölümü bütün tərtərlilərin matəminə çevrildi.Lerikli balasının yoxluğu Tərtər camaatını sarsıtdı.Qədirbilən tərtərlilər Valehi uğrunda şəhid olduğu torpaqda dəfn etmək istədilər.Ailəsi nə bu təklifə,nə də Valehin Bakıda Şəhidlər xiyabanında dəfn olunmasına razılıq vermədilər.Qəhrəman "OMON”çu Valeh Müslümov dağlar qoynundakı gözəlliklər məskəni Lerikdə,böyüyüb başa çatdığı evin,səkkiz il təhsil aldığı 2 nömrəli məktəbin yaxınlığındakı qəbiristanlıqda doğma torpağa tapşırıldı.Valeh ata-baba yurdunda əbədiyyətə qovuşdu.Yüzlərlə lerikli,sumqayıtlı,tərtərli,bakılı,bərdəli talış xalqının qəhrəman oğlunun məzarı qarşısında göz yaşı axıtdı.Valehin nakam taleyi onun Alı,Müşfiq,Ələddin kimi dostlarının qəlbinə qardaş dağı çəkdi.Ölümünə inana bilmədikləri Valehin yoxluğu onun dostlarını sarsıtdı,həyəcandan dilləri söz tutmayan,bir-birinə qardaş olan bu dostların qəlbində Valeh soraqlı neçə-neçə kövrək xatirələr qaldı.

     ...Valeh xüsusi təyinatlı milis dəstəsinə daxil olanda valideynləri buna narazılıq etmiş,qətiyyətlə tələb etmişdilər ki,yığışıb rayona gəlsin.Valeh isə " bəs Vətəni kim qorusun? ” – deyə valideynlərinin sözünə əməl etməmişdi.

     ...Valeh hər dəfə evə gələndə valideynləri onu evləndirmək bəhanəsi ilə Bakıya qayıtmağına mane olmağa çalışırdılar. "Toyunu edək,bir az rayonda qalıb,sonra gedərsən”, - deyə onu "OMON”dan uzaqlaşdırmaq istəyirdilər.Valeh isə əvvəlki tək yenə də ata-anasının,qardaş-bacılarının sözünü yerə salaraq deyirdi ki,müharibə qurtarar,inşallah,qardaşım Vüqarla toyumuzu birlikdə edərsiniz.

     ...Babası Sənandan tez-tez söhbət salardı.Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş babası ilə fəxr edərdi. "Kişi Vətən yolunda ölməyi bacarmalıdır”,deyərdi.

     ...Axırıncı dəfə evə 1992-ci ilin novruz bayramında gəlmişdi,çoxlarından fərqli olaraq xidmət günlərində evə getməyi,icazə almağı,hansısa bəhanə ilə aradan çıxmağı xoşlamazdı.Bütün varlığı ilə düşməndən qisas almaq eşqi ilə yaşayırdı.Xocalı faciəsindən sonra qisas,intiqam hissi Valehdə birə-on artmışdı.

     ...Axırıncı dəfə döyüşə gedəndə şəkil çəkdirmişdi. "Əgər döyüşdən sonra qayıtmasam bu şəklimi böyütdürərsiniz” – demişdi.Sanki ölümünün yaxınlaşdığını duymuşdu,ölümündən qorxmayan Valeh.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 aprel 2012 19:06
    Hamlet mellim cox cox sagolun ki bele deyerli meqalelere tez tez yer ayirirsiz.nsallah mende bu yaxin zamanlarda meqalelermi yerlesdrecem burda. ugurlar. bele meqalelere cemyetmizin, sagirdlermzin, ehtyaci var,cunku 1 qarabag muharbesi bitib sadece digerleri yox. bir sozle biz mellimlerin bu gunki uzerine dusen mehsuliyyeti hamiliqla yerne yetirmeliyik.

  2. 30 aprel 2012 19:54
    Rauf muallim reyiniz ucun saqolun ! Beli Kennedi demishken deme Veten sene edib de ki sen Vetene ne etmisen. Bu insanlar qanlari bahasina Azerbaycan torpaqi uqrunda shehid olmushlar onlarin heyat yolu fedekarliqi cemiyyetimize her zaman lazim Vetenperverlik mehebbetimiz her zaman mohkemmeli Biz Qarabaqimizi qaytarmaliyiq ve bu yolda Qehramanlarimizin shucayeti her birimize ornek olmalidir........

  3. 1 avqust 2014 23:03
    Allah cemi wehidlermize rehmet elesin.

    --------------------

  4. 26 iyun 2015 12:25
    Əvvalə bütün tarix.infonun mübarək Ramazan bayramını təbrik edirəm . Hamlet müəllim belə məqalələrə yer ayırdığınız üçün minnətdaram . Düzünü desəm Valeh Əlizaid oğlu Müslümov haqqında aldığım ilk məlumatdı . Siz bel məqalələr yerləşdirərək biz şağirdlərin keçmişi dərindən mənimsəməsinə kömək edirsiniz . Necə demişlər keçmişini bilməyən gələcəyini də bilə bilməz !!! Bir daha dərindən təşəkkür edirəm

    --------------------

  5. 12 iyul 2015 12:12
    Vətən sağ olsunn !
    məkanı cənnət olsun İnşəAllah bütün şəhidlərimizin.(AMİN)

  6. 25 iyul 2015 14:29
    Yerin cennet behist olsun.allah ezizlerine sebr versin amin.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.