M.Ə.Rəsulzadə..

M.Ə.Rəsulzadə..

 

Stalinin Çar Rusiyası zamanı Lənkəran şəhərində həbsdə saxlanıldığı yer.O, M.Ə.Rəsulzadə tərəfindən buradan qaçırılmışdır.Həmin bu binadan yeraltı təxminən 1 km tunel var.Həmin tunel Xəzər dənizinin sahilinə gəlib çıxır.Bu bina hal hazırda tarixi abidə kimi qorunur.Məlumat üçün bildirəkki,M.Ə.Rəsulzadə bir dəfədə bundan öncə Stalini ölümdən xilas etmişdir.Bakının Balaxanı kəndində neftçi fəhlələr onu neft quyusuna atmaq istəmişdilər.Bu zamanda Rəsulzadə onun köməyinə çatmışdır.Çar Rusiyası devriləndən sonra Azərbaycan Respublikasının M.Ə.Rəsulzadə tərəfindən əsası qoyulur.Sovetlər birliyi Azərbaycanı işğal edəndə Stalin artıq Sovetlərin 2-ci vəzifəli şəxsi idi.Bu zamanda Stalin Lenindən xəbərsiz M.Ə.Rəsulzadəni İsmayıllının Lahıc qəsəbəsindəki həbsxanadan qaçırdır və özü ilə qatar ilə Moskvaya gətirir.Burada ona bir çox vəzifələr təklif olunur.Ancaq o Sovetlərə xidmət etməkdən imtina edir.1922-ci ildə Stalindən xəbərsiz Rəsulzadə qayıq ilə Finlandiyaya qaçır.Stalin bundan xəbərdar olsada göz yumur.Həyatında ilk dəfə yaxşılığı itirməyən Stalin gələcəkdə bundan çox peşman olur.Səbəb isə Rəsulzadənin avropa və Türkiyədə Bolşeviklərə qarşı böyük mübarizə aparması idi.Nəticədə 1937-ci ildə Rəsulzadənin ailəsi Stalinin göstərişi ilə Qazaxıstana sürgün olunur
 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə: "Güney Azərbaycan torpaqlarımıza farslar gəlmədirlər,biz yox!.Bu torpaqlara bəşər yaranandan ilk Türklər ayaq basmışlar."
 

M.Ə.Rəsulzadə..

 

Ömrünün son günlərində isə Rəsulzadəni Ankara Tibb Universitetinin klinikasına yerləşdirdilər. Amma onu müalicə etmək mümkün deyildi. Çünki çox ağır şəkərlə üz-üzə idi. Hətta ömrünün son günlərini koma vəziyyətində yaşadı. Məhəmməd Kəngərli danışırdı ki, dünyasını dəyişəndə onun yanında idi. Bir neçə dostlar da orada idi.
Deyir ki, "biz hər zaman onun səhhəti ilə bağlı narahat idik. O, son məqamda bütün yaddaşını toplayıb üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan”” sözlərini işlətdi”. Kəngərli deyirdi ki, bu sözləri öz qulağıyla eşidib. Kəngərli deyirdi ki, Rəsulzadə vəfat edəndən bir qədər sonra üzündə ay işığına oxşayan qəribə bir nur dolaşırdı. "Biz hamımız onun üzünə heyrətlə baxırdıq. Çünki dünyadan köçən insanın üzünün nuru həddindən artıq idi”-deyə o, bildiridi. 
 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə: "Əfəndilər, sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan başqa bir şey görmədigim arkadaşlarımdan ayrıldığım əsnada öhdəmə vagüzar etmiş olduğunuz vəzifə saiqi ilə yapmış olduğum qüsurlarımın əfvini diləməgi ayrıca isterham edərəm. Şimdi vəqt gəliyor, saəti-vida vuruluyor, yekdigərinə qardaşca sənə əlvida edəlim və ayrılarkən əfəndilər, bu ümidlə gedəlim ki, inşəallah yaxında Azərbaycanın paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan dairəsində buluşuruz.
Yaşasın Azərbaycan!
Yaşasın Türklük!
(Şiddətli və sürəkli alqışlar).
Məclis saət ikidə qapanır.
Bu gündən dörd ay sonra sentyabrın 15-də türk komandanlığının müzahiratı ilə Azərbaycan hökuməti paytaxtını istirdad ediyor. Noyabrın 15-də təkrar Şurayi-Milli həyatə çağrılıyor. Şurayi-Milli kəndi əsasını dəgişərək mövcud əsasına yeni əzalar əlavə edərək dekabrın 7-də parlaman açılıyor".



M.Ə.Rəsulzadə..

 

1982-ci il fevralın 3-də 100 yaşının tamam olmasına 2 gün qalmış M.Ə.Rəsulzadənin əmisi oğlu,qayını və ən yaxın silahdaşı Məhəmmədəli Rəsulzadə dünyasını dəyişmişdir.Allah rəhmət eləsin.Taninmis jurnalist Nəcibə Bağırzadə «Gecikmiş etiraf kimi» kitabında belə yazırdı."M.Ə.Rəsulzadənin əmisi oğlu Məhəmməd Əli bəy də «Müsavat»ın yaradıcılarından biri idi. Məhəmməd Əmin Bəylə birgə parlamentdə də çalışdı. Sonra o da mühacirət həyatı yaşadı. Mühacirət dövründə onun da gördüyü işlər oldu. Təəssüf ki, o da ömrünü Türkiyədə başa vurası oldu. Məzarı İstanbuldadır. Bakıda həyat yoldaşı Raziyə xanım, 3 oğlu qalmışdı. 37-də onları da sürgün edirlər. Oğlanlardan biri itkin düşür. Biri müharibədən orden-medalla qayıtdığı üçün 46-cı ildə anasını Bakıya gətirə bilir. Məhəmməd Əli bəy doğmaları ilə ancaq 70-ci illərdə əlaqə qurur, məktublaşır. Türkiyəyə gedən professor Abbas Zamanovun vasitəsi ilə. Ancaq görüş baş tutmur. M.Əli Rəsulzadə 1982-ci il fevralın 3-də 100 yaşın tamamına iki gün qalmış dünyasını dəyişir. Və daha bir Rəsulzadə qəriblikdə məzara tapşırılır.."
 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadənin nadir fotolarından.Şəkili ilk dəfə bugün tarixçi alim Ədalət Tahirzadə öz facebook səhifəsində paylaşmış,və şəkil haqqında məlumat vermişdir.Şəkil 1914-cü il 8 fevral tarixində çəkilmişdir
 

M.Ə.Rəsulzadə..

 

Rəsulzadə irsinin dəyərli araşdırmaçısı Faiq Ələkbərov: "Məhəmməd Əmin Rəsulzadə kimdir sualına onlarla veriləcək cavabdan bir neçəsini qeyd etmək istərdik:

1. Azərbaycanda ilk milli təşkilatın (Azərbaycan türk gənc inqilabçılar dərnəyi) qurucusu;
2. Azərbaycan türkçülüyü ideyasının müəllifi;
3. Öncə Azərbaycan muxtariyyəti, daha sonra Azərbaycan istiqlalı ideyasının müəllifi;
4. Türk Cümhuriyyətinə «Azərbaycan» adı verilməsinin ideya müəllifi;
5. Azərbaycan Cümhuriyyətinin ideoloqu və qurucusu;
6. Azərbaycan Cümhuriyyətinin ilk və sonuncu cümhurbaşqanı (Milli Şuranın sədri kimi);
7. Üçrəngli dövlət bayrağımızın ideya müəllifi (milli dövlət bayrağının müəyyənləşməsi baxımından);
7. Azərbaycan Cümhuriyyətinin parlamentli ölkə olmasının ideya müəllifi;
8. Bakı Dövlət Universitetinin yaranmasında müstəsna rol oynayan şəxsiyyət;
9. Milli Azərbaycan lobbisinin ən böyük nümayəndəsi;
10. 20-ci əsrin ən böyük Azərbaycan türk oğlu;
11. Mütəfəkkir və filosof;
12. Bütün türk və islam dünyasının fəxri;
13. «Azərbaycan Cümhuriyyəti» adını tarixə yazmış böyük şəxsiyyət;
14. Azərbaycan türk millətinin imzasını imzalar sırasına salmış milli ideoloq;
15. Azərbaycan siyasi tarixinin müəllifi;
16. Azərbaycan siyasi ədəbiyyatının müəllifi;
17. Demokrat;
18. Patriot - Azərbaycançı;
19. Türkçü;
20. İslamçı;
21. Qafqazçı;
22. Nizamişünas;
23. Qafqazşünas;
24. Heç vaxt daşlaşmayan-maddiləşməyən, ancaq mənəviyyatımızın və ruhumuzun heykəli;
25. Azərbaycan, Azərbaycan Cümhuriyyəti anlayışlarının sionimi kimi ifadə oluna billəck yeganə isim;
26. Publisist-jurnalist;
27. Maarifçi;
28. Bolşevizmin iç üzünü açıb göstərən ən tanınmış simalardan biri;
29. Erməni millətçiliyinin faş olunmasında mühüm rol oynamış şəxsiyyətlərdən biri;
30. İranda, o cümlədən Cənubi Azərbaycanda demokratiya toxumu səpən ilk Azərbaycan türkü («Yeni İran» qəzetinin baş redaktoru kimi);
31. Azərbaycan türkünə sən «müsəlman», «tatar» deyil, türksən, «biz türkük» ideyasının siyasi müəllifi;
32. Azərbaycan və Türkiyə birliyi ideyasının müəlliflərindən biri;
33. Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyə deməkdir, birinin varlığı digərinin varlığına bərabərdir ideyasının müəlliflərindən biri;
34. Ortaq türk dilinin, ortaq türk tarixinin, ortaq türk ədəbiyyatının müəllifi və s"
 

M.Ə.Rəsulzadə..

 

Azad Türk mədəniyyəti!
Vətəndaşlar, bu mədəniyyət naminə çalışalım, bir dəfə yüksəlmiş o üç boyalı ləvayi-istiqlal və cümhuriyyəti başlarımız üstündə tik tutalım!
M.Ə.Rəsulzadə
"İstiqlal” məcmuəsi, 28 may 1919, №1
 

M.Ə.Rəsulzadə..

 

Novruz ənənəsi ənənələrin məbdəini təşkil edən əsatirə nəzərən yalnız İran bayramı degil, İran ilə Turan bayramıdır.
İran ilə Turan hər nə qədər böyük Firdovsinin layəmut Şahnaməsində rəna boyalarla birər düşməni-əbədi kibi təsvir olunuyorsa da bu iki irqin əsrlərlə uzanan vuruşmalarına rəğmən, biri-birilə qədim ixtilatda bulunan əksər millətlərdə olduğu kibi pək çox şərikli ənənələri vardır.
M.Ə.Rəsulzadə."İstiqlal” qəzeti,20 mart 1919, №6
 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadənin giriş sözü
Həzərat, bu gün bizi buraya toplayan məsələ mart matəmidir. Əlbəttə, bundan bir il əvvəli xatırlarsınız. O zaman bizlər geniş bir salonda, "İsmailiyyə” binasının işıqlı və havadar binasında toplanardıq. İmdi bilməcburiyyə bu darcıq otaqlarda yığışmaq məcburiyyətindəyiz.
Əvət yoldaşlar, mart hadisəyi-əliməsini xatırlamalıyız. O gün bizim həyatımızda əbədiyyən unudulmaz bir gündür. Bir millət şadlıq günlərini yadında saxladığı kibi matəm günlərini də unutmamalıdır.
O gün, o qital, o öldürüş istəmiyərək bizə, biz türklərə bağlanmış idi. O gün keçən martın 18-dəki tazə qaidə ilə martın 31-i deməkdir. Azərbaycan muxtariyyəti və azərbaycanlıların hürriyyətinin düşməni olanlar "sovet” namını takınaraq müsəlmanlara elani-hərb eləmişlərdi. Fəqət müsəlmana elani-hərb etmək "demokratik” olmadığından başqa bir ünvan lazımdı. Bu ünvan da "burjuy müsavat” ola bilərdi. Fəqət onların ikiüzlülügünü kim örtə bilərdi. Müsavatın o günlərdəki tərzi-hərəkəti sülhpərvərligi, ixtilaf çıxarmaq istəmədigi hankı bitərəf bir şəxsə məlum degildir. Bunu qətnamələr, bəyannamələr və "Müsavat”ın natiqləri ilə isbat etmək mümkündür.
Fəqət məsələ burada idi ki, Bakı Rusiyanın kadeti – burjuyuna da, bolşeviki – əmələsinə də lazım idi. Onun üçün azərbaycanlılara ancaq "xərabəzar” verilə bilərdi. Bunu bizə "bolşevik mətbuatı” diyordu.
İştə mart faciəsi hürriyyət və muxtariyyət əvəzinə bizə xərabəlik vermək istəyənlərin cinayəti idi. Onun üçün martda kəsilən binlərlə qurbanlar, fəda edilən şəhidlər Azərbaycan fikri-hürriyyət və istiqlalının qurban və şəhidləridir.
Biz onları martın 31-də xatırlamalı, o günü həyatı durduraraq matəmə girməli, ruhlarına fatihə oxumaqla qanımız bahasına alınan hürriyyətimizi qanımızı tökməklə olsa da mühafizə edəcəgiz, deməliyiz. (Alqışlar). Bu xüsusda danışmaq istəyənlər söz alsınlar.
lll
Sədr: Bizim milli vəzifələrimizdən birisi də "İsmailiyyə” kibi milli bir müəssisəmizin dirilməsidir. Bu xüsusda hökumətimiz və milli müəssisələrimiz tərəfindən ciddi surətdə iqdamat lazımdır.
lll
Sədr: Bu mövzudan xaric təkliflər dəxi bitdi. Bən yenə əsl mövzuya aid sizə və intixab etmiş olduğunuz tətil komitəsinə söylüyoram ki, bu matəm tətili son dərəcədə müntəzəm və pərvəkar olmalıdır. Nasıl ki, hər kəs kəndi əziz ölüsünə matəm saxlar, öylə də hər bir müəssisə bağlanıyor, hər kəs məscidlərdə matəm halında toplanaraq Qurani-Məcid oxumaq və şəhidlərimizin ruhuna fatihə oxumaqla onları yad və təbcil eylər və asayişi ixlal edəcək heç bir hərəkətdə bulunmazlar və hər bir kəsə göstərir ki, biz matəmimizi də həqiqi matəm olaraq tutuyoruz və bu xüsusda ən ziyadə tətil komitəsinin fəaliyyət və davamına ümid edərək məclisi bağlıyoram.
"Azərbaycan”, 30 mart 1919, №146
 

M.Ə.Rəsulzadə..

 

Sene menim gozumle baxmayanin mezarini qazacam.Sene salam vermeden ucan qusun yuvasini dagidacam! Dunyanin en ezemetli,en gozel bayragi
 


 

M.Ə.Rəsulzadə..

 

Böyük Öndər M.Ə.Rəsulzadənin 130 il bundan qabaq Novxanıda doğulduğu və uşaqlığının keçdiyi ev.Bu evdə Stalin dəfələrlə qonaq olmuş,onun çörəyini yemişdir.Ev hal hazırda baxça kimi fəaliyyət göstərir.
 

M.Ə.Rəsulzadə..

 

Böyük Öndər Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində vida nitqi söyləyərkən. Sen Kly.Fransa. 1934-cü il
 

M.Ə.Rəsulzadə..

 

Bilsəniz ki, bu zavallı məmləkət nə qədər intriqalara, nə qədər propağanlara məruzdur. Bu propağanlardan hankının məmləkət faidəsi və millət dərdilə söyləndigi, hankısının qərəz və mərəzlə ərz olunduğunu bilmək, seçmək gərək. Onun üçün də yalnız danışığa degil, danışana da diqqət etməli, həm qövlə, həm də qailə baxmalıdır!
Çunki "söyləyəni” degil, "soylədigini” tövsiyə etmişlərsə də, həqq sözlə batil məqsəd örtənləri də göstərmişlərdir.
M.Ə.Rəsulzadə
"Azərbaycan”, 19 şubat (fevral) 1919, №117
 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadınin Bakı haqqında yazısından bir hissə

Bakuyi ilk dəfə bir liman (bəndər) olaraq ərəb müvərrixlərindən "Əlmüqəddəs” zikr eləmişdir.
O zamanlar Dərbənd (ki ərəblər ona Babül-Əbvab, türklər Dəmir Qapı diyorlardı) daha ziyadə əhəmiyyət və şöhrətə malik idi. Bakı isə Dərbənd mülhəqatından bir bəndər sayılırdı. Buna görə də məşhur ərəb müvərrixləri kitablarında bu tərəflərdən bəhs edərkən Dərbəndə böyük əhəmiyyət verdikləri halda, Bakıyı zikr etmiyorlar.
Fəqət bununla bərabər Bakının bir liman olaraq olduqca böyük əhəmiyyət peyda elədigi zamanlar da olmuşdur. Moğol istilasından sonra Bakı Xəzər dənizinin qərbi ilə şərqi arasında bir ticarət və tranzit mərkəzi olduğundan burasına diqqət verilmişdir.
İran, Turan, Xəzər, Rusiya məmləkətləri arasında bir ticarət deposu halını alan Bakı o dərəcədə əhəmiyyət peyda eləmişdir ki, Xəzər dənizinin bir adı da "Bakı dənizi” olmuşdur.
 

M.Ə.Rəsulzadə..

 

Məhəmməd Əmin Rəsulzadənin "Mayıs duyğuları" adlı gözəl şeri.

İlk çağındaydı gözəl mövsümün, 
Qışdan çıxılmışdı, bahar gəlmişdi. 
İyirmi səkkizində idi Mayısın, 
Azərbaycan İstiqlala girmişdi.
Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
"Hürriyyət” fikrinə candan vuruldu.
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.
Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan İstiqlala girəcək!
 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadənin bacısı Şərəbanu xanım.
Jurnalist Nəcibə Bağırzadənin Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin oğlu rəssam Azər Rəsulzadəyə həsr olunan "Azərbaycan həsrəti" kitabından.
 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə "Qəlbləri istiqlal eşqiylə yanan həmvətəmlərimə candan səlamlar göndərirəm..."
 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə..

 

M.Ə.Rəsulzadə..

 


 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 may 2015 16:04
    ela melumatlar idi.chox sag olun

  2. 24 may 2015 17:45
    Çox sağ olun..

    --------------------

  3. 26 may 2015 15:42
    Bu gün hər hansı bir dövlət xadimin hər hansı bir dövlətin tarixində rolu nə qədər mühüm olursa olsun, bu heç kimə haq qazandırmır ki, o xalqın, dövlətin tarixində öz izini buraxmış şəxslərin adı unutdurulsun və müvafiq şəxsin adı digərlərindən yüksəyə qaldırılsın. Belə ayrı-seçkilikdən millətə, dövlətə nə xeyir gələcək?

    fikrimi Bəxtiyar Vahabzadənin Rəsulzadənin xatirəsinə yazdığı ağağıdakı misraları ilə bitirmək istəyirəm:

    Borclu ikən Vətən sənə, xalq sənə
    Hər şey döndü tərsinə.
    Bu torpaqdan verəmmədik
    Bir məzarlıq yer sənə...

  4. 31 may 2015 16:23
    Rəsulzadəni unutmadiq,unutmariq

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.