İnşalar - Milli qəhrəmanlarımız

İnşalar - Milli qəhrəmanlarımız


Azərbaycan  xalqı öz təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur. O, heç kəsin torpağına göz dikməmiş, kiməsə təcavüz etməyi özünə rəva görməmişdir. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir. Xalqımızın içərisindən əsr-əsr, qərinə-qərinə igid ərlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana solmaz şöhrətlər qazandırmış, onu qəhrəmanlar diyarı kimi Qaçaq Nəbi, Həcər kimi yüzlərlə, minlərlə qəhrəman oğul və qızları heç vaxt onu düşmənə baş əyməyə qoymamışdır. Son dövrlərin zorla cəlb edildiyimiz torpaq savaşından Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımız, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın, qeyrətli nənələrimizin solmaz döyüş şöhrətinin bariz  təcəssümüdür. Bu savaş göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.    

Azərbaycan Respublikasını ən yüksək fərqlənmə dərəcəsi "Azərbaycanı Milli Qəhrəmanı” fəxri adıdır. Bu ad ölkəmizin müstəqilliyi  və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Cəlb olunduğumuz Qarabağ savaşı yüzlərlə milli qəhrəman yetirmişdir ki, mən də bu gün bunlardan biri – Ağayev Faiq Alış oğlu haqqında söz açmaq istəyirəm. 

Ağayev Faiq Alış oğlu Ağdam rayonunun Paravənd kəndində anadan olmuş, orta məktəbi də burada bitirərək ordu sıralarına xidmətə getmişdir. Ordudan qayıtdıqdan sonra 1990-cı ildən Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayında qulluğa girmiş, burada polis serjantı rütbəsi almışdır. 

Doğma Azərbaycanımızın üzərinə təhlükə alanda Faiq də minlərlə vətən oğlu kimi silaha sarsılaraq erməni faşizmi ilə mübarizəyə başladı. Adi günlərdə hər hansı qeyri-adi səciyyəsi ilə seçilməyən Faiq bu mübarizədə dostu da, düşməni də heyrətə salan igidlik və şücaət göstərdi. 

1990-cı ilin 23  dekabrında kiçik Meşəli kənd yüzlərlə erməni yaraqlısının hücumuna məruz qalmışdı. Yaranmış vəziyyətdə döyüşçülərimiz dinc əhalini təhlükəsiz yerə çıxarmaq uğrunda vuruşurdular. Uçurulmuş evlərin xarabalarından birini istehkama çevirmiş Faiq erməni yaraqlıları üzərinə od yağdırır və dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı. Düşmən atəşini öz üzərinə cəlb etməklə  Faiq onlarla qadını, körpəni, uşağı ölümdən xilas etdi, lakin öz canını qəhrəmanlıqla qurban verdi. 

Respublikamızın suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. 

Ağayev Faiq vaxtsız qırılmış ömrünü ölümün caynağından xilas etdiyi minnətdar Meşəli camaatının ömründə, həzin xatirələrində, xoşbəxtlik və səadətində əbədi yaşadacaqdır. Belə qəhrəmanlar heç vaxt ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar.

 

                                                               

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 fevral 2015 19:38
    Allah bütün milli qəhrəmanlarımıza rəhmət eyləsin

    --------------------

  2. 28 dekabr 2015 21:36
    aminnnnnnnnnnn recourse

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.