“Bir gün həqiqət parlayacaq...”

“Bir gün həqiqət parlayacaq...”

 

"Bir gün həqiqət parlayacaq...”
  Yükləmək ücün qeydiyyatdan keçin!

 


"...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar.”(M.Ə.Rəsulzadə)

Bu gün Onun doğum günüdür. Onun işıq dolu həyatından bu günümüzə qədər gələn yol 130 illik bir tarixdir. Onun adı Azərbaycanın var olduğu tarix boyunca əbədi yaşayacaq. Onun adı bir millətin istiqlaliyyəti, azadlıq mübarizəsi və müstəqillik savaşında qürurla xatırlana biləcək ən böyük addır. Şərqdə ilk demokratik müstəqil dövlətin yaradıcılarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri Məmməd Əmin Rəsulzadə. Yaşadığı ömür yolu bir millət üçün  şərəf nümunəsi olan böyük şəxsiyyət. Qanıyla, canıyla, bütün varlığıyla Azərbaycan olan bir millət fədaisi. Həyatı mübarizələrdə, keşməkeşlərdə, alovlarda, mühacir yollarında yana-yana, Azərbaycan eşqinə əriyə-əriyə tamamlanan bir insan.

“Bir gün həqiqət parlayacaq...”

 

Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdəAzərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy"Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncam imzalamışdır.  

“Bir gün həqiqət parlayacaq...”

 

Əqidə yoldaşı Ə.M.Topçubaşova ü
nvanladığı məktubların birində yazırdı: "Siyasi cəhətdən boğulan, iqtisadi əsarətdə olan, etnoqrafik cəhətdən yad elementlər tərəfindən zorlanan bədbəxt xalq mənən daha çox pozulur, saxta doktrinaların məharətlə qurduğu riyakarlıq, yalan, zorakılıq, təqib və qan torlarında boğulur”.
Onun rəhbərlik etdiyi böyük bir ziyalı ordusu şərqin ilk dünyəvi dövlətini qurdu, yoxdan bir bayraq var etdi, bu millətə istiqlal səadəti dadızdırdı. O milli dövlət heyf ki, 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprelində rus bolşevikləri Azərbaycanı işğal edənə kimi duruş gətirə bildi. Amma bir simvol, bir model olaraq ürəklərdə əbədi iz qoydu. O izin arxasınca gedən arzular uzun illər sonra həmin üçrəngli bayrağı yenidən göylərə ucaltdı. M.Ə.Rəsulzadə elə böyük bir şəxsiyyətdi ki, düşmənləri belə ona rəğbətini gizlədə bilmədi. 20-ci il hadisələrindən sonra o, Lahıcda həbsə alındı. Həbs xəbəri həmin ilin noyabrında Stalinə çatdı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR Millətlər komissarlığı adından göstəriş verdi və həbsxanaya gedərək M.Ə.Rəsulzadənin qarşısında öz tarixi borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı, RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə eyni zamanda Moskvada Şərqşünaslıq institutunda fars dilindən dərs deməyə başladı. Amma özünü əsirlikdəki kimi hiss etdiyi və bir müddət sonra həyatına olan təhlükəni duyub gizli şəkildə Moskvanı tərk etdi.
Fədakar, mücahid və örnək bir insan...

“Bir gün həqiqət parlayacaq...”

 

Ömrünün qalan hissəsini müxtəlif qürbət ölkələrdə yaşayan Rəsulzadə kim olduğunu onun haqqında söylənən fikirlərdən də görmək mümkündür. Bir zamanlar Rəsulzadə ilə birgə Iran inqilabının əsas rəhbərlərindən olan, sonradan şah recimi tərəfdarına çevrilən Seyid Həsən Tağızadə yazırdı: "Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir inam bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildi”. 
O, həyatını başa vurduyu mühacirət illərində bir gün də Azərbaycansız nəfəs almadı. Getdiyi hər yerdə, düşdüyü hər mənzildə Azərbaycanın səsini duyurdu. Bir gün həqiqətin yerini tapacağına, haqqın qələbə çalacağına inanaraq duyurdu öz candan artıq sevdiyi xalqının səsini. "Azərbaycan istiqlal mübarizəsi olduğu kimi davam edir… Çeka zirzəmiləri mücahidlərlə dolur, yeni nəsil isə istila reciminin güclənməsinə baxmayaraq, milli idealın arxasıycan gedir. Bununla bərabər, Azərbaycanın mübarizəsini bir an da dayanmadan bütün dünyaya çatdırmaq ehtiyacındayıq, ...Azərbaycan hərəkatı təbii ki, səsi kəsilmiş qala bilməz!”-deyə səslənirdi mühacirətdən Rəsulzadə.
Azərbaycan tarixində ilk dəfə Azərbaycançılıq-vətənçilik, türkçülük-millətçilik ideyasını ideologiya səviyyəsinə qaldıran bir dövlətin yaradıcılarından idi. O, Azərbaycan bayrağında əks olunan üç rəngi-türkçülüyü, dünyəviliyi və islam inancını bir araya gətirən və onu hökumətin fəaliyyətində uğurla tətbiq edən bir siyasi komandanın rəhbəri idi Rəsulzadə.  

“Bir gün həqiqət parlayacaq...”

 

Böyük öndər mühacirət həyatında həmvətənlərinə yardım etmək üçün ən böyük təhlükələri belə gözə almışdı. O, "Çağdaş Azərbaycan tarixi” əsərində yazırdı: "1942 və 1943-cü illərdə Almaniya Xarici Işlər Nazirliyinin dəvətilə digər qafqazlı siyasi emiqrantlarla birlikdə Berlinə getdiyim zaman biri mənfi, digəri müsbət iki şeyə şahid oldum. Hitler Almaniyasının mövqeyi bütün milli məsələlərdə olduğu kimi, Qafqaz məsələlərinə olan münasibətdə də mənfi idi. Berlindən milli mübarizəmizin əsaslarını tanımasını gözləmək əbəsdi. ”Ali irq«in nəzəriyyəçiləri ilə Polşadakı, Ukraynadakı və işğal olunan başqa məmləkətlərdəki alman praktikləri ən kiçik ümidə belə, yer vermirdilər. Üzərimizə düşən yeganə vəzifə milli haqlarımızı və istiqlal davamızı tanımayan bir hökumətlə birgə fəaliyyətin baş tutmayacağını təsdiq edərək meydandan çıxmaqdı. Elə də etdik. 1943-cü il, 5 avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik». 
Buradan aydın görünür ki, M.Ə.Rəsulzadənin Almaniyaya yollanmaqda məqsədi Ikinci Dünya müharibəsi zamanı yaranan şəraitdən Azərbaycanın müstəqilliyinin bərpası naminə faydalanmaq olub. Hitler Almaniyası M.Ə.Rəsulzadəni kommunizmə qarşı savaşda əməkdaşlığa dəvət etdikdə, öndərimiz bu təkliflə yalnız Azərbaycanın "milli haqları və istiqlal davasının” tanınması şərtilə razılaşacağını bildirib.
Son nəfəs də Azərbaycan!
1945-ci ildə M.Ə.Rəsulzadə təhlükəli bir vəziyyətdə Rumıniyadan  Almaniyaya qayıdır. O, "müharibə qurtardı” deyib, sevincək halda Vətənə — Azərbaycana qayıdan əsirlərə kömək etməyə tələsir. Artıq Amerikadan alınıb aparılan əsirlər arasında yüzlərlə azərbaycanlı da Stalinin əmri ilə öldürülür. M.Ə.Rəsulzadə bir qrup azərbaycanlını başına toplayıb onları xilas etmək üçün yollar arayır. Ilk olaraq, Amerika, Ingiltərə hökumətlərinə göndərdiyi bəyanatlarda həmin dövlətlərin rəhbərlərinə başa salır ki, Stalin sizdən alıb apardığı əsirləri güllələyir, buna mane olmaq lazımdır... 

“Bir gün həqiqət parlayacaq...”

 

M.Ə.Rəsulzadə azərbaycanlı əsirləri xilas etmək məqsədilə Azərbaycan Demokrat Birliyi adlı cəmiyyət də qurur. Cəmiyyət adından bütün əsirlərə müraciət olunur ki, təbliğata aldanıb Vətənə dönməyə tələsməsinlər, orada onları ölüm cəzası gözləyir; azərbaycanlı əsirlər özlərinə müvəqqəti yaşayacaqları bir ölkə seçə bilərlər, cəmiyyət onların Türkiyədə, hətta Amerikada məskunlaşmalarına yardım edəcək. Bu iş bəhrəsini verir. Azərbaycanlı əsirlərin müəyyən hissəsi geri dönməyə tələsmir və yüzlərlə azərbaycanlı xilas edilir. 
Azərbaycanı yenidən azad görmək onun yeganə arzusu idi. Bunun üçün hər şeyə hazır idi: "Istibdad — bir nəfərin, yaxud bir dəstənin ölkəni kefi istədiyi kimi idarə etməsi deməkdir… Ilahi, havaxtacan bizlər — millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, təkəbbür və qürur...”. 
Amma Azərbaycanda onların qaldırdığı üçrəngli bayrağa sahib çıxan insanların da mütləq gələcəyini bilirdi. O, tarixin yetişdirdiyi bərabəri olmayan şəxsiyyətlərdən biri, Azərbaycan üçün əvəzsiz millət fədaisi idi. Son nəfəsində belə "Azərbaycan, Azərbaycan, Azərbaycan” pıçıldayan bir fədai”.

“Bir gün həqiqət parlayacaq...”

 

Xronoloji fəaliyyəti
1902-ci ildə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb.1903-cü ildə ilk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqilabçılar Komitəsini qurub.1906-cı ildə "Təkamül" proqramını yazıb.
1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunub.1908-ci ildə İranda çalışıb (1908 – 1911), Səttarxan hərəkatında yaxından iştirak edib.1910-cu ildə İran Demokrat Partiyasını yaradıb.
1911-ci ildə Rusiya səfirliyinin tələbi ilə İrandan qovulub.
1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə "Türk yurdu" dərgisində maraqlı məqalələrlə çıxış edib.1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
1917-ci ildə Müsavat Partiyasının sədri olub.
1918-ci il, may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib. ADR-i (Azərbaycan Demokratik Respublikasını – Müsəlman Şərinqdə ilk demokratik dövlət) qurub.
1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.
1920-ci il 27 aprel işğalından sonra həbs edilib, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonraMüsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib.
1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada,Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.
1923-cü ildə İstanbula qayıdıb.
1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib.
1938-ci ildə Polşada (1938-1940);1940-cı ildə Rumıniyada olub (1940-1943)1947-ci ildə Ankaraya dönüb.
1952-ci ildə Ankarada "Azərbaycan" dərgisini yaradıb.1
1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib. 

“Bir gün həqiqət parlayacaq...”

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 31 yanvar 2014 11:41
    Təşəkkür edirəm, Hamlet müəllim,belə bir mövzuya operativ və obyektiv münasibətinizə görə. Ürəyi Azərbaycanda, məzarı Ankarada olan bir lidderə belə münasibət bizlərin borcudur.Unutmamalıyıq ki, unudulmayaq.Nədənsə bu mövzuya müraciət edəndə həmişə yadıma biz oxuyan vaxtı Bakı Dövlət Universitetinin qarşısında M.Ə.Rəsulzadəyə heykəl qoyulacağı yerin müəyyənləşdiyi vaxt düşür...Təəssüf kı, hələ də bu yer boşdur....Təəssüflər...

  2. 31 yanvar 2014 20:14
    allah rehmet elesin torpagi  nurla dolsun recourse .xeber ucun cooooox sagolun.bir sey oyrenmek isteyirem niye bes onun mezari azerbaycana getirilmir belay belay no ................................................................................


    --------------------

  3. 31 yanvar 2014 21:27
    Bu gün Azərbaycan üçün həqiqətən böyük gündür.Çünki M.Ə.Rəsulzadənin dünyaya gəlməsi ilə sanki  Azərbaycana Bir istoqlal  günəşi doğdu.Tanrı onu bizlərə istiqlalı yaşatsın deyə göndərmişdi.M.Əmin olmasa idi bəlkə də bu gün Azərbaycan olmazdı.Allah ona rəhmət eləsin,nur içində yatsın.Nə yaxşı ki,bu gün onun yolunu davam etdirənlər var.Onların sayəsində biz müstəqil Azərbaycanın vətəndaşlərıyıq.
    Bu günü xatırlatdığınız üçün Hamlet müəllim sizə ayrıca təşəkkürlər! 
     

  4. 1 fevral 2014 11:43
    coox tesuuf eliremkii dunen sayta daxil ola bilmedim..Allah rehmet elesin..M.E.Resulzade werqde ilk musteqilliyin banisidir..Azerbaycan xalqina boyuk xidmetleri olmuw 1wexsdir..xebere gore de cox sagolun..

    --------------------

  5. 25 fevral 2015 21:40
    Tesekkurler meqaleye gore,Allah rehmet elesin! O dahi sexsiyyetdir

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.