BAŞKƏND ƏMƏLİYYATİ

BAŞKƏND ƏMƏLİYYATİ

BAŞKƏND ƏMƏLİYYATİ

Azərbaycan Ordusunun uğurlu döyüş tarixində özünəməxsus yeri olan Başkənd biri də Başkənd əməliyyatidi. 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Qəsəbədə 3 minə qədər əhali yaşayırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə Arsvaşen adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar.İlk erməni ailələri burada yerli bəyin icazəsi ilə 1858-ci ildə məskən saldılar, 1905-1906-cı illər,1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar. Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbyacanlını qətlə yetirdilər. Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Ernənilərin hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz sahiblərinə qaytarılmalı idi. Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin düşmənin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnink Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Düşmənin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Düşmənin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, düşmənin 200-dən çox canlı qüvvəsi, 4 topu,3 tankı, 1 BMP və və digər texnikası m�hv edildi. Başkəndi yenidən tutmaq üçün bir neçə cəhd etdi, lakin itkilər verərək geri çəkilməli oldular. Başkənd əməliyyatı Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin rəşadətini, zabitlərimizin yüksək bacarığını nümayiş etdirdi. Başkənd və digər uğurlu əməliyyatlarımızın təcrübəsi göstərir ki, düşmənə qarşı yalnız hərb meydanında nəticəyə nail ola, torpaqlarımızı işğaldan azad edə bilərik. Başkənd əməliyyatı göstərdi: 1. Yaxşı hazırlanmış əməliyyatla müsbət nəyicəyə nail olmaq çətin deyil. 2. Döyüşü düzgün təşkil etdikdə düşmənə kənardan gələn köməklərin elə də ciddi əhəmiyyəti olmur. 3. Öz daxilimizdə pərakəndəlik olmayanda qələbəni əldə etmək o qədər də çətin olmur. Bu gün üçün isə deməliyik ki, uğurlu döyüş əməliyyatları davam etdirilməlidir. Sadə və başa düşülən məntiq bunu tələb edir. Nəisə yeni bir şey kəşf etməyə ehtiyac yoxdur.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 yanvar 2018 17:58
    Mən Başkənddə şəxsən olmuşam, çox heyf ki,şəkil çəkmək üçün imkanım olmayıb. Çünki bu hərbi xidmətin qaydalarına uyğun deyil. Ora indi xaraba vəziyyətindədi. Çox yaxşı olardı ki, o kəndimiz bərpa edilib insanların yaşayış yerinə çevrilərdi. Ancaq indi orda qonşu kəndin cammatı örüş kimi istifadə edir. Gədəbəylilər danışırdılar ki, yerli əhali erməniləri o kənddən özləri qovublar. Cənnət guşəmizin hələ də bu vəziyyətdə qalması görənləri ağır təsir edir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.