Tapdalanır torpaağımız,daşımız
Didərgindir bacımız-qardaşımız
Kəlbəcri_Dəlidağı itirdik,
Cənnət məkan Qarabağı itirdik.!
Yağı düşmən Laçınıma od vurub,
Turçsudakı bulaqlarım quruyub.
Şuşammatəm icindədir,yas qurub.!
Taxta adlı o yaylağı itirdik.
Cənnət məkan Qarabağı itirdik.
Yollar boyu qoyun-quzu mələşmir
Novruz gəlir,pəhləvanlar güləşmir.!
Parçalanan eli-obam birləşmir,Zəngilandan köçümüzü itirdik,
Cənnət məkan Qarabağı itirdik.!
Yoxa çıxıb baba-nənə məzarı
Qubadlının,Zəngilanın gülzarı,
Zəhərlənib Həkərinin suları,
Qızıl kimi bu torpağı itirdik,
Cənnət məkan Qarabağı itirdik.!
Müəllif : şairə Xuraman Vəfa
Rəylərin sayı:.