Torpaqdan pay olmaz


Torpaqdan pay olmaz


 

Torpaqdan pay olmaz




Torpaqdan pay olmaz. Təəssüf ki, bu cümlənin mahiyyətinə hər zaman əməl olunmur. Sübut kimidə bizim torpaqlarımızın zaman-zaman qonşularımız arasında bölüşdürülməsini göstərmək olar. Ən çox bildiyimiz və danışdığımız isə İran və Ermənistanın tərkibində olan torpaqlarımızdır.

Hamıya məlumdur ki, Azərbaycan dövlətinin keçmişdən indiyə qədər sahib olduğu torpaqlarının yarısından çoxu, Azərbaycanın cənubu İranın tərkibindədir. Ermənistan isə bizim hal-hazırda sahib olduğumuz torpaqların 20%-ini işğal edib.Məsələyə bir tərəfdən baxanda görürük ki, İranın tərkibində olan torpaqlarımız daha çoxdur,amma bu bizi o qədər də narahat etmir (Ona əsasən deyə bilərik ki,mediada ən çox danışılan mövzu "Dağlıq Qarabağ”məsələsidir). Narahat etməməyinin səbəbi bu ola bilər ki, biz Cənubi Azərbaycana xarici pasportla da olsa gedə bilirik, oradakı qohumlarımızı ziyarət edir və oraları görürük. Yəni Araz çayı bizim o taya keçməyimizə mane olmur.


Torpaqdan pay olmaz


 

Ermənistanın bizdən işğal etdiyi torpaqlara gəldikdə isə.... Məsələn hansı bir Azərbaycan vətəndaşından soruşduqda, xəritədə Azərbaycanın cənubunu göstərə bilər, lakin Cənubi Azərbaycanda yerləşən hər hansı bir şəhərin yerini dəqiq göstərə bilməz. Amma Ermənistanın torpaqlarımızı bizdən almaq yolu, bizə xəritədə Qarabağın və yeddi rayonun yerini əzbərləməyə məcbur etdi. Bu o yol idi ki, Azərbaycan xalqı bu müddətdə "Xocalı faciəsini” gördü, öz yurd-yuvalarını düşmənə verməyə məcbur olan soydaşlarını gördü. Bu idi Qarabağa bağlılığı olmayan kəslərə də, ürəyində Qarabağ həsrətini yaradan səbəb.

Yenə də Cənubi Azərbaycanla müqayisə etsək görərik ki, biz Qarabağı 22 il əvvəlki videolentlərdə görürük. Öz tarixi torpaqlarımızı yerində görmək, oranı ziyarət etmək hüququmuz yoxdur. Bu haqsızlıq 22 ildir davam edir. Bu haqsızlığa səbəb kimi erməni lobbisinin güclü olmasını göstərsələrdə mənim fikrimcə ,dünyada yaşayan azərbaycanlılar sözün həqiqi mənasında bir olsa, onlara qalib gələrik.

İnşallah, birgün Azərbaycanımızı əvvəlki kimi bütöv və müstəqil görərik. Buna ümid edək. Ümidlərimizin doğrulması diləyi ilə...
Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə dolu torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?


Torpaqdan pay olmaz


 






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 sentyabr 2014 16:38
    Bir soznen dimkii realligi eks eletdiren ve mene cox tesir eden 1 nece meqam oLdu.Cox sagoL.Araz cayi meselesi hamsi.heqiqeten de tteqdire layiqdi.insanin oz duwunceleri veten hakkindaki fikirlerini oxumag bilmek menim hobbimdi.)cox sagoL.candan pay vererler Vetenden pay oLmuyub..

    --------------------

  2. 24 sentyabr 2014 17:07
    sənlə mənim demək olarki,çox fikirlərimiz üst-üstə düşür.səmimi sözlərinə görə çox sağ ol

    --------------------

  3. 24 sentyabr 2014 17:34
    Hörmətli Sema2013 ! Ancaq qəlbində vətən eşqi ilə yanan insan belə sözləri bədahətən yaza bilər. Sənin hisslərinə qoşuluram, bu dərdi bölüşürəm. İnşallah deməkdən də doymuşuq düzü. Ümid, istək və unutmamaq ! Bunları qoruduqca özümüzü, torpaqlarımızı, xalqımızı müdafiə edəcəyik və möhkəm qalacayıq. Bir daha təşəkkür edirəm ! Fəaliyyətiniz Melisa ilə birlikdə alqışlanır........Tarix.info Sizinlə qürur duyur !

  4. 24 sentyabr 2014 18:14
    Tarix.info tarixi dərindən öyrənməyimizə kömək etdiyi qədər,sizin vətənpərvərlik mövzuda paylaşdığınız öz fikirləriniz də insanda vətənpərvərlik hissini dahada qüvvətləndirir.Buna görə mən də sizə çox sağ olun deyirəm.

    --------------------

  5. 24 sentyabr 2014 18:29
    ellerinize saglik cox gozel yazibsiniz smile

    --------------------

  6. 24 sentyabr 2014 19:16
    Sitat: maraqsiz
    ellerinize saglik cox gozel yazibsiniz smile

    çox sağ olun

    --------------------

  7. 24 sentyabr 2014 19:17
    biz də tarix.infoyla qürur duyuruq.Hamlet Məllim İnşallah deməkdən doymuşuqsa da əl cəkməmişik.nəqədər cox Allaha pənah apararsağ bəhrəsin o qədər cox gorerik.sebrin sonu mükafatdı..)

    --------------------

  8. 24 sentyabr 2014 22:53
    "Demekdən doymuşuk lakin bundan əl çəkməmişik" SUPERSUPERSUPERSUPERSUPER əla dedin........

  9. 25 sentyabr 2014 09:41
    Inwallah olmeden o gunu goreciyik.Allahin izniyLe..)

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.