şəhid Qaryağdı Əhmədov

"Onunla sonuncu dəfə görüşəndə öyüd-nəsihət verdik. Dedik, ehtiyatlı ol. O da cavabında bildirdi ki, şəhid ailəsi olsanız, fəxr edərsiz”, - bunu "Azadlığ”a avqustun 1-də Ağdamın Çıraqlı kəndi ərazisində şəhid olan Qaryağdı Əhmədovun atası Eldar Əhmədov deyib.
Evin sonbeşiyi olan Qaryağdı Əhmədov Tovuz rayonunda hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə yollanıb.
"1992-ci ilin iyulun 1-də anadan olmuşdu, avqustun 1-də dünyasını dəyişdi. 22 il 1 ay ömür sürdü: ”Qaryağdı evin sonbeşiyi idi. Onu şəhid verdim. Bu mənim üçün fəxrdir. Oğlumu alnıdik şəkildə torpağa tapşırdım. O bu vətən üçün şəhid oldu. Belə bir övlad böyütməyimlə fəxr edirəm. Azərbaycanın bütün rayonlarından bura gəlirlər, dərdimizə şərik olurlar. Çox sağ olsunlar", - deyə Eldar Əhmədov bildirib.
Mərhumun qardaşı İsa Əhmədov deyir ki, Qaryağdı vətənə xidmət etmək istəyirdi: "Orduya öz istəyi ilə getdi. Heç kim də ona mane olmadı. Çox istiqanlı, zəhmətkeş insan idi. Hər kəsə yardım etməyə çalışırdı. Onun haqqında danışmaq mənə çox çətindir. Qardaş itkisi çox pis şeydir”.

İsa Əhmədovun sözlərinə görə, Qaryağdının ən böyük arzusu qardaşının uşaqlarının toyunu etmək olub: "Ən böyük istəyi mənim uşaqlarımın toyunu etmək idi. Qismət olmadı. Sonuncu dəfə görüşəndə maşın almaq istədiyini dedi. Biz razı olmadıq. Qorxurduq ki, qəzaya düşər. Allah ona şəhidlik zirvəsini qismət elədi”.

şəhid Qaryağdı Əhmədov


Qaryağdının dostu Vüsal Nuriyev isə bunları dedi: "Dost kimi hər şeyə öz köməyini əsirgəməzdi. Ölümə belə gedərdi. Heç nədən qorxan adam deyildi. Kimin problemi olardısa, çalışardı kömək etsin”.
şəhidin atası Eldar Əhmədova Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İslam Gəncəliyev medal təqdim edib. Müdafiə naziri Zakir Həsənovun əmri ilə şəhid olan həbrçilərimiz "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

şəhid Qaryağdı Əhmədov

şəhidlər ölməz.!
şəhid Qaryağdı Əhmədov


Allah rəhmət eləsin.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 avqust 2014 10:32
    Hamlet mellim seher-seher meni cox sevindirdiz.Cox sagolun.nece vaxdi saytda yoxuydunuz darixmiwdig sizincun.Allah wehidlerimize Rehmet elesin,Ailelerine sebr versin.Amin.

    --------------------

  2. 25 avqust 2014 17:36
    Allah rehmet elesin.Sag olun,Hamlet muellim.

  3. 25 avqust 2014 17:47
    Melisa Can- Amin     sad

    --------------------

  4. 25 avqust 2014 17:50
    Caaan Dosim.indi gelmisen..Amin..

    --------------------

  5. 26 avqust 2014 20:17
    Allah rehmet elesin.xalqimizin basi sag olsun. tebii bele igidi itirmek agirdir ailesi ucun.Allah butun sehid ailelerine sebr versin.ama senin de dediyin kimi SEHIDLER OLMEZ!!!
    cox sagol Melisa.dediyini etdin

  6. 26 avqust 2014 22:52
    bizim ucun ne qeder agir olsa da Allaha şukur ayagdayig.nə qədər cətindisə o qədər də qürur mənbəyimizdiVƏTƏN  sag olsun təki...sirf duşmənlərimizin acigina.Allah rəhmət eləsin.Ruhlari şad olsun.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.