Şəhidlərimiz

Bu yazını müstəqilliyimiz, Vətən torpaqları uğrunda
Şəhid olan bütün Vətən oğullarına həsr edirəm

Dünyanın çox az yerində şəhidlərə dəniz layla çalar. Bizim Xəzər dənizi şəhidlərimizə layla çalır. Sumqayıtda, həm də Bakıda Şəhidlər xiyabanları Xəzərlə üz-üzədir:

Laylay, beşiyim, laylay
Evim-eşiyim, laylay!
Sən get şirin yuxuya,
Çəkim keşiyin, laylay!!

Vətənin keşiyini çəkməyə gedənlərə, indi laylanı ağ saçlı Xəzərim, bir də anaları, sevənləri çalırlar.

Sumqayıtın 300-dən çox şəhidi var. 1992-ci ildən başlayan qanlı Vətən müharibələrində canlarından keçdilər. Sonuncu sınaq döyüşlərində daha bir şəhidi də artdı Sumqayıtın. Ötən atəşkəs dövründə müharibə bölgələrində qəfil və ya nagahan düşmən gülləsindən ölən şəhidlərimizə verilən dəyər son aylarda təsəlli yeri oldu. İndi cəbhə bölgəsində fəda olan əsgərlərimiz sayğı ilə, hərbi qaydalara uyğun torpağa tapşırılır.

... Dünyada ən ağır görüş balasını itirmiş ata və ana ilə olan görüşdür. Elə bilirsən ki, səndə də günah var. İtkisi olan qapıya yaxınlaşanda ürəyini ələk-vələk edirsən ki, bu acı yükü çəkənlərə təsəlli olan bir söz tapılarmı?! O yük çəkilməz, o ağrının adı olmaz. O yükün altına çiyin verən valideynlər ikiqat qəhrəmandırlar.

Nağıllarımızda, dastanlarımızda, tariximizdə igid doğan anaların övladının döyüşdə həlak olmasından sonra şax dayandığını, sınmadığını oxumuşduq. Bu gün o analardan biri ilə tanış oldum - Solmaz Abdinova. İki gün öncə Vətən torpaqları uğurunda qəhrəmanlıqla həlak olmuş , Azərbaycan Respublikasının "İgidliyə görə 3-cü dərəcəli medalı” ilə təltif olunmuş Hüseyn Etibar oğlu Abdinovun gənc anasını tanıdım. Tomris ana kimi dayandı. Canında təpər tapdı, evinə gələn-gedənləri, başsağlığı verənləri mərdanə, mətanətlə qarşıladı. Sonra mənimlə söhbətə başladı. Hərdən bir oğlu haqqında xatirələrini danışanda gülümsədi də...

Aman amana qaldı,
Halım yamana qaldı.
Bala, səni görməyim,
Axır zamana qaldı.

1995-ci il aprelin 10-da dünyaya gəlmişdi. Onda atəşkəsdən 1 il ötməmişdi. O zaman balaca Hüseyn heç bilmirdi ki, Azərbaycan müharibə şəraitində yaşayır. Bütün kasıb ailələr kimi qismətləri, nəsibləri bir qarınlıq çörək idi. Ölkənin hər yerində çətinlik var idi. Atası dəmir yolunda fəhləlik edir, axşam süfrəsinə gətirdiyi tikəsinə "şükrançılıq” deyirdi.” Stansiya Sumqayıt”- deyilən yaşayış massivindəki əksər sumqayıtlılar kimi kasıbçılığın köçünü sürüdülər. Əslində, babası Hüseynin (Hüseynə babsının adını veriblər) 7 oğlu-qızı var idi. Etibar isə kasıbçılıq ucbatından iki uşaqla kifayətlənmişdi. Elə o müharibə illərindən bu günə qədər əhalinin çoxu kasıbçılıqdan 1,2,3 uşaqla kifayətlənməli oldular. Ədabazlar, farmazonlar əziyyət çəkməməkçün az uşaq istədilərsə, kasıblar yoxluqdan çox uşaq istəmədilər ki, kiçik maaşla necə dolanacaqlar? !

... Gün batmışdı deyə, məclisə gəlib gedənin ayağı kəsildiyindən Hüseyn haqqında xatirə danışanlar qohum-əqraba, bibi-xalalar, bibiqızı, dayıqızı, əmioğlanları oldular.
Bibisi qızı Ülkər dil boğaza qoymadı ki... Hüseynin cikini-bikini açıb tökdü. Gizli sevgisindən danışdı. Kasıbçılıqdan Hüseyn 9-cu sinifdən sonra məktəbə az-az gedirmiş. Məktəbə getmədiyi hər günü ata-anasına kömək etmək, 5 manat artıq pul qazanmaq üçün fürsət idi. Məktəbə az getsə də, gözü-könlü eyni sinifdə oxuduğu mavigözlü, sarışın gözəli tutubmuş. (Milli adət-ənənlərimizə hörmət əlaməti olaraq sevdiyi qızın adını yazmayacağam - müəllif). Hələ uşaq yaşlarından ondan qabaq sırada oturan sarışın qızı cırnadar, hörüklərini dartar, ya çantasına məktub qoyar, ya da ki onunla bir sinifdə oxuyan bibisi qızı Ülkərlə xəbərlər göndərərdi. Əvvəl sinif uşaqları elə bilirdilər ki, ötüb keçər... lakin aylar- illər ötdükcə Hüseyn qıza daha da çox bağlanırdı. Hətta 9-cu sinifdə oxuyanda , işləyib qazandığı pulla bayramların birində ona qızıl boyunluq da hədiyyə etmişdi. Güc-bəla ilə Ülkər bu hədiyyəni qardaşının sevdiyi qıza verə bilmişdi. Əsgər gedəndə də Ülkərə tapşırmışdı ki, qıza de, məni gözləsin... bəlkə qayıtdım... Ülkər də qızdan dil almışdı. Qız qayıdıb Ülkərə nə desə yaxşıdır?! - "Anam bilsə, məni öldürər, ancaq de ki, mən də onu bir balaca istəyirəm...”. Beləcə qəlbində bir sevgi ümidi ilə getmişdi cəbhəyə bu balaca, çəlimsiz oğlan... Bu faciəni eşidən o mavigözlü, sarı saçlı qız neçə gündür ki, Tomris ana kimi müqəddəs Solmaz ananın yanına gəlmək istəyir, lakin yarasının közünü qoparmağa ürək eləmir. Qızcığaz neçə gecədir ki, yerinin içində qovrulur, səhərləri diri gözlə açır... Çoxda kı Solmaz xanım deyir ki, "Vətən sağ olsun!!! - hələ ki, yarası qaysaqlanmayıb, hələ ki, baş verənlərin fərqində deyil, hələ ki, havalıdır, hələ göynərtisi bundan sonra göynədəcək, hələ gəzdiyi, ayağı dəydiyi yerlər bundan sonra yandıracaq qəlbini...

Mən aşiq göyəm yerlər,
Göyərmiş göyəm yerlər.
Mənə nişanə qaldı,
Ayağın dəyən yerlər...

Analar yanar ağlar,
Günləri sanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.

Hüseyndən 2 yaş böyük olan bacısı Aysel danışa bilmədi... Özünü şax tutmağa çalışdı. Danışmaq istədi... səsi titrədi... sözlər boğazını, ürəyini yandırdı. Qonşuları ağbirçək İntizar xala onun əvəzinə dedi:

Ağlayan başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Qardaşı ölən bacı,
Durar, obaşdan ağlar.

Şəhidlərimiz

Solmaz xanım dedi ki, özü də qəsəbədəki hərbi hissədə işləyir. Hüseyn hərbiyə könüllü gedib. Baxıb ki, onun yaşında olan oğlanları əsgərliyə çağırıblar. Durub gedib Sumqayıtdakı hərbi komissarlığa. Deyib ki, gəlmişəm. Buradakı hərbçi uşağa əvvəl bir hərbə-zorba gəlib ki, indiyə qədər haradaydın? Get valideninlə gəl. Səhəri gün anasına qoşulub gedib. Məlum olub ki, səhlənkarlıq hərbi komissarlığındır. Hüseyn Abdinov yada düşmürmüş. Uşaq tez-tələsik hərbə aid sənədlərini toplayıb. Bu ilin yanvarın 25-i isə gecə saat 12-də evdən çıxıb. Dünən yas yerində bir qohumları deyib ki, hərbi komissarlıqda son dəfə Hüseyn Abdinovu görənlərdən olub. Soruşub ki, bala, hara düşmüsən?! Uşaq cavabında deyib: "Bibi, Ağdama düşmüşəm. Ora gedənlər də çox vaxt qayıtmır”. Solmaz danışır ki, neçə dəfə türk televiziyalarında şəhidlərin dəfni mərasimlərinə və ya onlara həsr olunan kinolara baxandan sonra deyirmiş ki, "Nə xoşbəxtdir ki, şəhid olub. Kaş mən də əsgər gedəndə şəhid olaydım”. Solmaz deyir ki, bir neçə dəfə bu sözləri deyəndə üstünə çımxırdım ki, ağzından yel aparsın...

Qız-gəlinlə söhbətimi bitirib, keçdim qapısında qırmızılı-qaralı lent bağlanan həyətə... Şəhid Hüseyn Abdinovun atası Etibarla söhbət etdim. Dedim, bəlkə bir yuxu-zad görmüşdün, qardaş?!

- Həmin gecə yuxumda gördüm ki, Ağdamdayam. Oğlumun yanına getmişəm. Oturub söhbət etdim. Durub qayıdanda mənə dedi ki, ata, məzuniyyətim var. Dayan bir yerdə gedək. Apar məni...
Səhər yuxudan ayıldım, fikir məni götürdü. Öz-özümə fikirləşdim ki, uşağın başında nə iş var?!

Sonra oğlundan danışdı:

- Durum deyim ki, oğlum yaxşı oğlan idi, deyəcəksiniz ki, balasını tərifləyir. Hüseyn lap kiçik vaxtlarından çox zəhmətkeş idi. Elə hey istəyirdi ki, hər işdə mənə kömək etsin. Təkcə mənə yox, bu qohum-əqrabanın, qonum-qonşunun bütün xeyrinə-şərinə yarayardı. Bir balaca boyu vardı, dam dolusu toyu vardı misalı elə bil onun üçün deyilmişdi. Heç yadımdan çıxmayacaq, iki il bundan əvvəl özünün fəhləlik edib qazandığı pulla bu həyətdə mənim 50 illik yubileyimi təmtəraqla keçirtdi. Belə oğulu necə unudum?! Ancaq qəddimi şax tutmuşam. Biz şəhid verməyə öyrəncəliyik. Bir əmim oğlu da Rəfail Abdinov 10 il bundan əvvəl şəhid oldu. Hüseyni gətirən əsgərlərdən, zabitlərdən oğlumun necə yaralandığını, necə öldüyünü soruşdum. Dedilər ki, səngərdə əvvəlcə başının sol tərəfindən güllə keçib, boynunu sıyırıb. Lakin yıxılmayıb. Ayağa durub, silahini alıb döyüşməyə başlayıb. Bir az keçmiş isə düşmənin atdığı güllə sol qolunun altından keçərək kürəyindən çıxıb. Ağdamın yaxınlığındakı N saylı xəstəxanaya çatdırılandan 20 dəqiqə sonra keçinib. Son sözü: "Atama deyin, narahat olmasın...”- olub.

Ağdamdı, xam yeridi,
Vətəndi, can yeridi.
Qolumdan güllə dəydi,
Solumdan qan yeridi.

Durna sanınnan keçər,
Ötər, yanınnan keçər.
İgid vətən yolunda,
Ölər, canından keçər.

Dayısı, əmiləri də çox xatirələr danışdılar. Dedilər ki, bu balaca cılız qəhrəmanın qəlbində nə qədər həyat eşqi var imiş... Hətta əsgər gedəndə dayısına deyib ki, gəlib evimizi tikib bitirəcəyəm. Onu yola salmaq üçün qurulan məclisdə isə "Cütçü” oynayıb. Özü də ki, elə oynayıb ki, qohumların çoxu onun bu rəqsinə heyran qalıb... Atası Etibar isə neçə il bundan əvvəl oğlu üçün əlavə ev tikməyə başlayıb. Evi tikib bitirib, içərisinə gəlin gətirəcəkdilər... Etibarın olan-qalan bir oğlu var idi... Onun Vətən uğrunda qazandığı medalına sahib oldu... Bu həyətdə toy çalmaq istəyirdilər... bütün atalar-analar kimi... Allah ermənini, ona zəhər verən kərtənkələlərin evini yıxsın... neçə-neçə arzu kamı gözdə qoydular. Oğul Vətənin keşiyini çəkmək üçün doğulur, oğul Vətən, Vətən oğul əmanəti deyillər... Nə yazıqlar olsun ki, 18-19 yaşlı balalarımızı cəbhəyə aparanda, onların bir çox ailələrdə tək olmasını nəzərə almırlar. Ancaq nə gözəl ki, vətən uğrunda, torpaq, bayraq uğrunda şəhid olmaq da hər kəsin taleyinə yazılmır. Bizim son 1 həftədə canından keçən balalrımız bu Vətən uğrunda ölməyi bacardılar. Həm Vətənimizə, həm ailələrinə, həm nəsillərinə şərəf gətirdilər. Qonşular dedilər ki, çox kasıb yaşayan Abdinovlar ailəsi həyət bacanın, evlərinin bərbadlığından xəcalət çəkirmişlər. Lakin Tanrı bu ailəni elə şərfləndirdi ki... Xəcaləti Azərbaycanda uşaqlarını hərbdən yayındırıb qaçırdanlar, müharibə qurtarmayınca xaricdə işlədənlər, oxudanlar, göyərdənlər, yekəldənlər, şişirdənlər, qudurdanlar çəksinlər. Onlara belə şərəf - Vətən qeyrəti çəkmək şərəfi, o uca ŞƏHİD adına yüksəlmək şərəfi heç vaxt qismət olmayacaq!!! Onlar utansınlar!!!

Dağların şaxta, qarı,
Dörd yanı oldu barı.
Kasıb balası şəhid
Kəsilsin qaydaları.

P.S: Sonda Hüseynovlar ailəsi bir istəkdə bulundular. Dedilər ki, dövlətimizdən bir xahişləri var: Hüseyn Abdinovun təhsil aldığı 43 saylı məktəbə Hüseynin adını versələr, bu məktəblilərin və məktəbin tarixinə yazılar. Uşaqlarımızda vətənpərvərlik hissini artırar. Və yaxud da 100 ildir "Stansiya Sumqayıt ” adlanın qəsəbənin adını "Hüseynoba”, "Hüseynabad” qoysalar, bu yerlərin əhalisi də fəxarət duyar. Çünki Hüseyn Abdinov bir evdən deyil, bir eldən gedən oğuldur!!!


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 avqust 2014 22:02
    Hamlet mellim evvala axwaminiz xeir olsun.Indi kamputerle gire bilmedim deye burdan yaza bildim.Size derin minnetdarligimi bildirirem.Allah sizden razi olsun.Cox sagolun.Iwlerinizde boyuk ugurlar.CoxsaGoLun.

    --------------------

  2. 6 avqust 2014 22:18
    Allah səndən razı olsun Melisa !
    Ölkəmizə bü günlərdə dəstəyini nümayiş etdirmək hər kəsin Vətən borcudur. Biz bir yerdə olmaı bir düşünməliyik Bunu da sən edirsən Əhsən ! Allah şəhidimizə də rəhmət eləsin. İnşallah qanı yerdə qalmaz.....

  3. 6 avqust 2014 22:26
    Herweye gore coxsaGolun.Vetendawliq borcumuzdur bizim.Vetenini seven her1kesin borcudu.Sizse borcunuzdan layiqinca cixirsiniz.Biz Gencler elece de boyuklermiz ucun Yaratdiginiz bu werait heqiqeten de esl Veteneperverlik numunesidi.

    --------------------

  4. 6 avqust 2014 22:46
    bele ogullari olan veten nece meglub ola biler?!Allah rehmet elesin. var olsun veten,var olsun Qarabag.Allah her birimize bele olum bexs etsin! xebere gore cox sagol.men de Hamlet mellimin sozlerine qosuluram.Allah komeyin olsun!

  5. 6 avqust 2014 22:54
    Olumun en wereflisidi wehidlik zirvesi.Amin.Allah cemi wehidlerimize Rehmet elesin.Bizlere komey olsun,Vetenimiz qorusun.Analarimizin acisi Dinsin artiq.Cox sagol.Sen de SaGoL.. Seni ise xususi tebrik edirem.Bagiwda,kamputerle gire blmirem.Sen de inwallah geleceyimizin Layiqli Tarxicilerinden Olarsan.Sen Wehidlerimizi dunya hududlarinda daha aydin taniw edesen.

    --------------------

  6. 6 avqust 2014 23:29
    Dosim ellerine sağlık çox gözel yazıbsan

    ALLAH BÜTÜN ŞEHIDLERIMIZE REHMET ELESİN


    --------------------

  7. 6 avqust 2014 23:35
    Canimm menim.Cox sagol.ilk novbede Hamlet mellime tewekkur ediremki,xaiwimi yere salamadi.! eslinde bunu men ozum yazmamiwam.fikrimde variydi yazmag ancag bunu bawka bir saytda gordum.oxuyarken gozlerim yawardi.yazanda cox gozel yazib ve men de isdedim bu wehidimizi saytimizda da taniyag.ordan baxma imkani olmayanlar burrdan baxsinlar.Amin.Allah butun wehidlerimiz rehmet elesin.

    --------------------

  8. 7 avqust 2014 12:13
    Hemin saytda da oxumushdum indide oxudum.Chox sag ol Melisa.Eslinde shehidlerimiz haqqinda shehid oldugu,yaxud ildonumunde deyilde her zaman melumatlar yerleshdirseler yaxshi olar.Tarix.info da bunun uchun yaxshidir.ALLAH shehidlerimize rehmet elesin,esgerlerimizede ayiq-sayiqliq,guc versin.AMIN.Xeberi paylashdigin uchun chox sag ol

    --------------------

  9. 7 avqust 2014 12:18
    sen de sagol Lamiye.Bu xeber mene goydenduwme oldu.sagolsun bunu hazirliyanda,Cox duygusal hazirliyib.mene cox tesir etmiwdi.istedim burdaki yoldawlarima da paylawim.tewekkur edirem.

    --------------------

  10. 7 avqust 2014 13:49
    cox sagol Melisa tebrike gore.onsuzda her bir azerbaycan gencinin amali budur,bu da olmalidir:vetene layiqli ovlad olmaq

  11. 7 avqust 2014 19:24
    Inwallah o werefli missiya mene ve menim timsalimda diger Genclerimize de qismet olar.)

    Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağstafa rayonunun Köhnə Qışlaq kənd sakini yaralanıb. Ağstafa rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Köhnə Qışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Qoşqar Teymur oğlu boyunun qəlpə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Uşağın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağstafa rayonu istiqamətində üzbəüz mövqeləri atəşə tutublar.

    --------------------

  12. 8 avqust 2014 22:20
    Hörmətli Melisa Can,Sizi bu ictimai-siyasi və vətənpərvərlik mövzusunda məqaləyə və bir vətəndaş mövqeyini kişi qeyrəti və Vətən,Torpaq təəsübkeşliyi ilə ürəkdən gələn hiss və düşüncələrlə geniş publika ya təqdim etdiyinizə görə böyük səmimiyyətlə təbrik edirəm.Bu məqalədə igid ƏSGƏRİMİZ Hüseyn Abdinovun obrazı real faktlar və bədii təsvir vasitələri əsasında yaradılmışdır.Şəhid əsgərin Hüseynin 19 illik həyatını elə təsvir etmisiniz ki,bəlkə də bunu böyük bir romanda qələmə almaqla müqayisə etmək olar.Yəni bir kiçik məqalədə Şəhidliyin uca zirvəsinə qalxmış Hüseynin müqəddəs ruhu qarşısında gənc bir yazarın mənəvi borcu və ehtiramı ürək yanğısı ilə ifadə edilmişdir.Məqalə oxunaqlıdır və folklar nümunələrindən geniş istifadə edilmişdir.Bu məqalə təkcə fədakar əsgər Hseyninin xatirəsinə deyil,ümumiləşmiş şəkildə son döyüşlərdə qəhrəmanlıqla həlak olmuş bütün SƏHİD DÖYÜŞÇÜLƏRİN əziz və müqəddəs xatirəsinə həsr edilmişdir.Bütün bunlara görə ÇOX SAĞ OLUN,Melisa xanım və Sizə yaradıcılıq işlırinizdə,gənclərimizin vətənpərvərlik tərbiyəsində yeni uğurlar arzu edirik.Dərin hörmətlə Zakir müəllim.

  13. 8 avqust 2014 22:52
    Axwaminiz Xeir Olsun Zakir Mellim.Cox saGolun.Tebiki Azerbaycan Vetendawi Olaraq men bu Veten torpagina ayag basiram Bu torpagin coreyini yeyir bu Torpagda nefes aliram.Men ozume borc bilirem Vetenimi sevmeyi Vetenime Layiq olmaga caliwmagi.Ancag cox tesufki bu meqaleni ozum hazirlamamiwam.Qonwu saytlarin 1nde gordum ve yerlewdirdim Sagolsun Hamlet mellim seyfeye verdi.Inwallah bu yaxinlarda oz zehmetimle hazirladigim Azerbaycanim hakkinda olan meqalemi yerlewdirecem.Allah razi olsun Sizden,Varliginizi eksik etmesin Hz.Allah.!

    --------------------

  14. 9 avqust 2014 13:12
    allah rəhmət etsin

    --------------------

  15. 9 avqust 2014 13:36
    Amin Yaqut.Amin..

    --------------------

  16. 22 avqust 2014 11:22
    Melisa Can, bu deyerli melumata gore tesekkurler.Heqiqeten de cox tesirlidir.Xususen de son cumle sad

  17. 22 avqust 2014 11:29
    Poli,siz saGoLun ki,diqqet cekib oxudunuz.Allah Razi oLsun.

    --------------------

  18. 22 avqust 2014 18:53
    Hemcinin sizden de.Amin!!!

  19. 27 avqust 2014 13:16
    Heqiqeten terife layiq bir meqaledir.Ne yaxsi ki, bele merd oglanlarimiz var.Inwallah 4 ilden sonra herbi xidmete konullu gedecem.

    --------------------

  20. 10 sentyabr 2014 23:51
    emin Allah koməyin olsun hər zaman.İnşallah sən də arzuna catarsan.. feel

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.