Qəhrəmanlar ölmür

Qəhrəmanlar ölmür

 

Şəkildə gördüyünüz 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuş Natiq Qasımovdur. O, əsir düşərək iki silahlı erməninin əhatəsində getsə də, əlində Azərbaycanın üçrəngli bayrağını tutub.
Mühasirədə qalan Natiq 5 gün ərzində düşmənlə təkbətək döyüşmüş və çox sayda erməni öldürmüşdür. Əslində, ermənilər onlara qarşı Azərbaycanlıların 30-dan çox əsgərinin döyüşdüyünü güman edirdilər, lakin Natiq tək idi...
Natiqlə mübarizənin qəlizləşdiyini görən ermənilər sonda şantaja əl atırlar. Əsir götürdükləri Xocalı sakini, müəllim Cəfərov Cəfəri qəhrəmanımızın döyüşdüyü dağ başındakı qədim Alban kilsəsinə göndərirlər. Cəfər müəllim ermənilərin dediklərini Natiqə çatdırır, deyir ki, təslim olmasalar, əsir xocalıları öldürəcəklər. Cəfər müəllim Natiqdən soruşanda ki, sən axı axşam buradan çıxıb gedə bilərdin, niyə qaldın?! Natiqin cavabı belə olur: "Mən komandirim Yaqub Rzayevə (Qatır Məmməd ləqəbli tabor komandiri) söz vermişəm ki, mövqeyi tərk etməyəcəyəm. Bir də ki bu bayrağı qoyub hara gedəydim?!"
... Gülləsi qurtarmış Natiq əsir düşdü. Lakin yenə də uğrunda döyüşdüyü bayrağı əlindən buraxmadı və italiyalı fotomüxbir Enriko Sarzini tərəfindən çəkilmiş bu şəkil 1992-ci ildə "Oqonyok” jurnalında işıq üzü gördü. Natiqin əhvalatı dillərdə dastan oldu. Onun sonraki taleyindən xəbər yoxdur, çox güman ki işgəncələrlə öldürüldü...
Bu, məhz o şəkildir ki, baxanda yalnız bir şeyi düşünürsən – budur qəhrəmanlıq, budur Vətən və bayraq sevgisi!





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 noyabr 2013 16:13
    halal olsun azerbaycan esgerine. allah rehmet elesin.bu melumati bize catdirdiginiz ucun cox sagolun

    --------------------

  2. 12 noyabr 2013 19:52
    veten ugrunda canindan kecen duwmei terefinnen heyatina son qoyulan wexs WEHIDDIR.onlar o uca zirveye qalxiblar ve onlara ALLAH rehmet elesiin.

    --------------------

  3. 24 noyabr 2013 14:01
    Teessuf edirem ki bele bir igid esir dusub Allah rehmet elesin...


  4. 24 noyabr 2013 20:34
    Allah sənə rəhmət eləsin qardaş!Bizede nəsib eləsin vətəni azad etmək alçaqlardan və lazım olsa şəhid olmag!

  5. 1 avqust 2014 13:53
    Allah rehmet elesin.Bu gun 9 shehid xeberi ile chox pis oldum.Allah onlara rehmet elesin.Ailesine mumkun olmayan sebr dileyirem.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.