Qanlı şənbə


Qanlı şənbə

Əziz Azərbaycan evladları ! 20 yanvar Günü yetişdi. Əslində hamımızın 365 günün hər birində yadda saxladığımız bu gün xalqımızın Dirçəliş tarixinin ən parlaq səhifəsidir. Gəlin bir daha bu "qanlı şənbə"ni yada salaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin !
[/i]

 

[/i][/i][/i][/i][/i]

 

 

 

 

20 yanvar – Ümumxalq Hüzn Günü

         1990-cı ilin yanvarında Azərbaycan özünün son dərəcə təlatümlü günlərini yaşayırdı. Separatçı-terrorçu erməni vəhşilikləri baş alıb gedirdi. Sovet dövləti isə bunlara göz yumur, Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara divan tutulmasına aşkar və gizli yolla hmayədarlıq edirdi.

         Azərbaycan xalqı artıq dərk edirdi ki, SSRİ adlı dövlət ona heç bir kömək göstərməyəcək. Nicat yolu imperiya boyunduruğunu atmaqda və müsətqillik əldə etməkdədir. İmperiya isə azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlaşırdı. Azərbaycanda isə xalqdan uzaq rəhbərlər Moskvanın göstərişi ilə hərəkət etdiklərindən xalqın etimadını tamamilə itirmişdilər.

         Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazıorlamışdılar. M.Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ-nin dağılmasınını qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da «dərs vermək» üçün bütün SSRİ ərazisində azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. Odur ki, Bakı ətrafına ən müasir silahlar və texnika ilə təchiz olunmuş müxtəlif qoşun hissələri gətirilmişdi.  1990-cı il yanvaroın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan «Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında» fərman verdi. Xalqı qəflətən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə qoşunlardan istifadə etmək niyyəti, Aman verilməyəcəyi, fövqəladə vəziyyətin elan olunduğu vaxt gizli saxlanıldı. Fövqəladə vəziyyət, komendant saatı vaxtının əvvəlcədən elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi.

         «Bakı əməliyyatı»na SSRİ Müdafiə Naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahdan güclü atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyalarının işçiləri küçə fənərlərini söndürmüşdülər. Lakin qaçıb müxtəlif sığınaxcaqlarda gizlənən adamlar döyüş texnikasındakı projektorların köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların-qocaların, qadınarın, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən yoldan keçənləri, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikaının tırıtlları altına salır, əzabla öldürürdülər. Onlar tibbmüəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.

         Bakıda və Respublikaının digər yaşayış məntəqələrində Sovet ordusunun təcavüzü nəticəsində 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs olunmuş, 4 nəfər İtkin düşmüşdür. Şəhər təsərrüfatına və əhalinin mülkiyyətinə külli miqdarda ziyan dəymişdi.

         «Hər kəs qəlbindən pay biçər» demişlər babalarımız. Doğru demişlər. Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar dyeildilər. Əliyalın, lakin sinəsində Azərbaycan sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız- 13 yaşlı ilqardan tutmuş, 73 yaşlı vəfadar kişiyə kimi neçə-neçə insanmızı şəhid oldu. Həmin gün düşmən gülləsinə tuş olan İlhamla bu ölümü qəbul etməyib özünə qəsd edən Fərizənin dastanı dillərə düşüd. 

         Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təşkil olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi, 20 yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstəridi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi dünya siyastəinin nüfuzlu şəxsiyyətinin, doğma oğlunun onunla olduğun görüb, ürəkləndi. Heydər Əliyev Azərbaycan xalqının bu ədalətli mübarizəsinin-Qurtuluş savaşının önünə keçdi.

Bakı, bütün Azərbaycan fövəqladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də azadlıq şəhidləri ilə vidalaşdı. Şəhər matəm libası geyinmişdi. Respublikada üç gün matəm elan olunmuşdu. «Azadlıq» meydanında böyük matəm mitinqi keçirildi. Bu azadlıq yolunda müqəddəs şəhidlərə ehtiramın,  habelə Moskvanın qanlı əməlllərinə qarşı etirazın ifadəsi idi. Şəhidlər şəhərin ən uca yerində-indi Şəhidlər xiyabanı adlanan Dağısmtü parkda dəfn edildi. 20 yanvar şəhidlərinin  və 31 mart soyqırım qurbanlarının müqəddəs ruhları bir-birinə qovuşdu.  Həmin vaxtdan etibarən xalqımız 20 yanvarı Ümumxalq Hüzn Günü  kimi böyük ehtiramla qeyd edir.

         İmperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Azərbaycan xalqı bu böyük faciədən ibrət dərsi aldı, daha da sıx birləşdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı. 

[/i][/i][/i][/i][/i][/i][/i][/i][/i][/i][/i][/i]


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 yanvar 2012 22:28


    Kadrlara baxdim, bir daha o gunler yadima dushdu.Indi gorurem ki,adamlari kucelere cixardanlari axtarirlar.Ebes yere axtarmayin.Veten eshqi idi insanlari kucelere cixaran.Hec kesi zorla getirmemishdiler.Bashqalarindan ferqli olaraq bu gunu men facie gunu hesab etmirem.Bu gun qehremanliq gunudur.Biz bu gunle fexr etmeliyik.Eli yalin,topsuz-tufengsiz tank ustune yeriyen ve vetenini azad eden xalqlar dunyada tek-tekdir.Rusiya dovletine men sag ol deyirem ki, bir gunde xalqa ele bir vetendashliq dersi kecdi ki,haminin gozu acildi.Qelbinde az da olsa Rus dovletine azaciq munasibeti olan shexs de eslinde onun nece bir dovlet oldugunun shahidi oldu.Onlar xalqin qan yaddashini oyatdilar.Ebes yere bizim xalqi"yatmish shire" benzetmirler.Dushmenler de qoy bilsinler ki,ayaga qalxanda dehshetli oluruq. Bashinizi dik tutun.Bu gun bizim qehremanliq gunumuzdur, xalqin ozunuderk gunudur.Qezaniz mubarek!

  2. 19 yanvar 2012 22:47
    videolari izledim o gunlerde olmasam da olmush kimi oldum insallah Azerbaycan bir de hele dehsetli gunler yasamaz.Amin

    bu kadrlari birinci defe idi ki gorurdum

  3. 19 yanvar 2012 23:34
    Nizami muallim bu qeder mohteshem cixish ucun qerek mohteshem tarix bilgisayari olasan ve ya tarixi fanatcasina seven , veten eshqi ile alishan, veten sirdashlarina biqane qalmayan insan olasan. Sizi bu qeder milletperver ve real-analitik olmaqinizi bilmek ucun qerek Sizinle unsiyyetde olsun. Cox dushundurucu cixish kimi tapdim, saqolun. shahmatcilar kimi dushunsek Siz ireli 2-3 xod dushunmursuz, Siz 10-15 xod evveli dushunmeye qadirsiz. Ehsen Size teshekkurler ! Sanki Ce Qevara ile qisa sohbet etdim......

    O ki qaldi 20 Yanvar gunune doqurdan da hardasa biraz pis oluram Cunki orada shehid olan genclerimiz vardi onlarin heyat sevdasi yarimcik qaldi Ancaq Nizami muallim kimi analiz edende kederlenmekden cox qururlanmaqa calishiram. Hormetli Shehidler (Allah Size rehmet elesin) cox saqolun ki Siz vardiniz !

  4. 20 yanvar 2012 17:19
    NE QEDER SHEHID VERSE DE AZERBAYCAN BU MUSTEQILLIYE NAIL OLDU!
    ALLAH BUTUN SHEHIDLERE REHMET ELESIN!

  5. 4 avqust 2012 23:50
    ALLAH BUTUN WEHIDLERE REHMET ELESIN !! SIZLER HER ZAMAN QELBIMIZDE YAWAYACAQSINIZ !!!!!

  6. 20 yanvar 2013 14:01
    Allah xalgima bu qunleri bir daha yasatmasin inshAllah!Amin!Amma Nizami mellimnen tam raziyam!Hemen gun qehramanlik gunudur!Milletimizin qanin bahasina qelebe qazandiq!Yrekler Azerbaycan ucun doyunurdu!Men hemen geceni cox yaxshi xatirlayiram... Evimiz ashahisi "salyanski kazarmalar" adlanan millet arasi herbi hisseler ve evin ozu indiki Hesen Bey Zerdabi o vaxt ise Avakyan ve sonra 11 Qizil Ordu adlanan kuce.Hadiselerin coxsu oralarda kecirdi.Trassir gulleler her yannan ucur,evleri,insanlari hedef tutarag!BTR-tanklar evimizin qabaginnan kolonnan kecir ve tanklarin pulemetcilari istediyi ere atesh acirlar!Menim o zaman 14 yasim var iydi,evimiz 1ci mertebede iydi ve tam o yola cixirdi otagimin penceresi.Men hemen tanklara pencerenin gabaginda dayanib bahirdim.Pulemetcilar atesh acanda pencerenin altinda eyilirdim ki birden qulle meni tutar,ve sonra ene ayaga galhib pencereden gozumu ceke bilmirdim!Birden BTRin biri duz evimiznen garshi garshiya dayandi ve tankin lulesini duz menim ustume cevirdi.Onda men daha eyilmedim,hec bir gorhu hissi de kecirdmedim,indiyenedek yadimdadi,men dushman elinnen helak olmaga hazir iydim,ve onlara tam nifretle bahirdim!Nedense hemen tank penceremize atesh acmadi,lulesini cevirib yolunu davam etdi.Atam yadimdadiki hele saat 12 olmadan oz tapancasini seyfden goturerek cixdi getdi,ve yalniz sehere yahin geldi.Paltosu palcix ve gan icinde iydi.Sonradan bildim ki,o yaralilari dushman atesinin altinnan cixardmaga calishildi,gulleynen fenerlerin isixlarini girirdi.Hemen geceni hec kim yatmadi.Seher butun Baki camaati,her kes,oz evinnen qara bayrag asdi!1990ilin yanvarin 20si Bakinin binalari qaraya buryndu,kuceleri ise gunahsiz Azerbaycan milletinin qanina boyandi!
    Kerbela hadisesine "Qan qilinca qalib qeldi!"adini verdiler!Men hemen 20 yanvar qununude Azerbaycan xalgi ucun bele bilirem!Bizim shehidlerimiz,qehramanlarimiz hec zaman unudulmaz! Dushman bizde hemen qehramanlarin sifetini gormelidir ve qarshimizda diz cokub bash eymelidir!
    Azerbaycan xalgi,bashin sag olsun!!!
    Allah butun shehidlerimize rehmet elesin!!!Amin!

    Qelbim aglayir................

  7. 20 yanvar 2013 14:19
    sağolun müəllim!! dostlar bu bir şeyi unutmayın! ~unutsaq unudularıq

  8. 20 yanvar 2013 16:31
    ALLAH BUTUN SHEHIDLERIMIZE REHMET ELESIN!!!

  9. 20 yanvar 2013 16:56
    Allan butun Sehidlerimize rehmet elesin. Hec ne unudulmur! Hec kim yaddan cixmir!!!!!!!!!!!

  10. 20 yanvar 2013 19:10
    MEN EMNEM K BU QAN YERDE QALMAYACAQ

  11. 20 yanvar 2013 20:49
    Allah rehmet elesin.mekanlar cennet olsun imwallah.
    bezilerimiz (ele mende icinde olmaq wertile) o gunlerin canli wahidine cevrilmedik.ancaq her ilin bu gununde qelbimizi,cohremizi keder burudu,o anlari ruhumuzda hiss etdik..yawa dolduqca wehidlerimizin amalini,meqamini,daha derinden bawa duwduk.ve bu amali yawatmaga caliwdiq ve wubhesiz caliwmaliyiq da.20yanvar tariximizin bizlere bexw etdiyi ibret sehifesidi:veten sevgisinin,azadligin en wirin olan candan bele ustun oldugunu awilayan bir tarixdir..
    "Allah yolunda oldurulenleri olu hesab etme!eksine onlar diridirler ve Rebbleri yaninda onlara ruzi(cennet ruzisi) verilir."(Ali-Imran suresi,169cu aye)

  12. 10 iyun 2013 11:42
    Allah Rehmet elesin.

  13. 7 yanvar 2014 20:47
    Allah bu cür faciələri xalqıza bir daha yaşatmasın.NATKA

  14. 7 yanvar 2014 21:25
    AMIN.ALLAH BUTUN SEHIDLERIMIZE REHMET ELESI .

    --------------------

  15. 17 yanvar 2014 20:40
    ...Mənə elə gəlir ki, 80-90-cı illərin tələbələrini canlı tarix adlandırmaq olar.Onlardan biri kimi mənim də yaddaşımda o illərin dərin izləri qalıb. Bu dövr hadisələrinin təsirini mən hər zaman hiss etməkdəyəm. Şahidi olduğum bir neçə hadisə...İndiki kimi müxtəlif çeşidli xarici güllər olmadığından qərənfil satmaqla ailəsini saxlayan Bakı kəndlərinin bütün gülsatanları təmənnasız olaraq şəhəri qərənfil yağışına qərq etdi... Sonra isə hətta  bizimkilər bəzi tankların  mərmi saçan lüləsinə belə  qərənfil sancmışdılar...Şəhidlər üçün məzarların qazılmasında iştirak edən tələbə oğlanlar:"Biz məzar qazanda elə hey qəbirlər çıxırdı.Öyrəndik ki, bunlar 1918-ci ilin mart faciəsinin qurbanlarıdır" -dedilər...Bu yazdıqlarımla demək istədim ki, bütün müsbət olanlarla yanaşı biz çox qısa tarixi yaddaşa malik xalqıq... Tarixi uğürlara imza atmaq istəyiriksə mütləq davamlı tarixi yaddaşa sahib olmalıyıq...Bu yaddaşı möhkəmləndirməkdə göstərdiyiniz xidmətə görə təşəkkür edirəm.


  16. 17 yanvar 2014 21:32
    Bu videoları izlədikcə həm kədərlənir,həm də qürür hissi keçirirsən.Bir gecədə bu qədər günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi bizləri kədərləndirir və o qanlı tarixi bir daha yadımıza salır.Bir də dünyanın qəbul etmək istəmədiyi bir gerçəkliyi sübut edir.Belə ki,hər zaman bizləri barbar,vəhşi adlandıranlar əslində özlərinin bu ada layiq olduqlarını təsdiq etdilər.
    Bununla bərabər 20 Yanvar müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.Çünki o gecə xalqımız özünə qayıtdı.Azərbaycançılığımızı,istiqlalımızı,milli mənəviyyatımızı bizlərə qaytardı 20 Yanvar.Necə ki,Kərbəla faciəsi islamı yaşatdı.Bu mənada 20 Yanvar faciəsi həm hüzn,həm də qürur günümüzdür! Bunu heç vaxt unutmamalıyıq! Allah şəhidlərimizə rəhmət eləsin.
    Ağcabədi 4 saylı məktəb.Nəzmiyyə Mehdiyeva 

  17. 18 yanvar 2014 00:07
    beli.burda bizim mellimlermiz artiq son noqteni qoyublar,menim burda rey bildirmeymin belkede yeri yoxdu,ancag 1-2kelme men de bildirmey isderdim:wehidlerimiz kecmiwimie ele 1iz qoyublar kii bugunun ozunde biz onlarla fexr ediriy,onlarin heyatlarini ozumuze qurur hissi qebul ediriy.coxdakii qus adlanan millet ezab verib xalqimiza,bize.lakin milletimizin gunun bugununde bawi ucadir.cunki wanli kecmiwi var,celladlara boyun eymeyib.ezilmiib xalqimizin.cetinliye dozub,wehid olan wehid olub,geride oz ailelerini qoyub gedenler de az deil.belke de bugun hemin ailenin uwaqlari ozleri aile sahibidirler ve onlar oz ata-babalarinda agiz dolusu daniwirlar.Allah rehmet elesin 1daha..

    --------------------

  18. 18 yanvar 2014 12:29
    videolari izledim cox kederlendim. ALLAH BUTUN SEHİDLERE REHMET ELESİN. AMİN AMİN....

  19. 18 yanvar 2014 23:12
    aminn inwallah..

    --------------------

  20. 18 yanvar 2014 23:35
    Allah bütün ŞƏHİDLƏRİMİZƏ qəni-qəni rəhmət etsin, nur icində uyusunlar. Qisasları qiyamətə qalmasın.Şəhid qanı ilə suvarilan Vətən torpağı MÜSTƏQİLLİYİNİ də AZADLİĞİNİ da amallari yolunda canından kecən ŞƏHİDLƏRİNİ də daim uca tutsunlar. Bəlkə onda nigaran ruhlar rahatlıq tapar.

  21. 19 yanvar 2014 20:07
    allah rehmet etsin!!!

  22. 25 yanvar 2014 16:21
    Mənə elə gəlir ki, 80-90-cı illərin tələbələrini canlı tarix adlandırmaq olar.Onlardan biri kimi mənim də yaddaşımda o illərin dərin izləri qalıb. Bu dövr hadisələrinin təsirini mən hər zaman hiss etməkdəyəm. Şahidi olduğum bir neçə hadisə...İndiki kimi müxtəlif çeşidli xarici güllər olmadığından qərənfil satmaqla ailəsini saxlayan Bakı kəndlərinin bütün gülsatanları təmənnasız olaraq şəhəri qərənfil yağışına qərq etdi... Sonra isə hətta  bizimkilər bəzi tankların  mərmi saçan lüləsinə belə  qərənfil sancmışdılar...Şəhidlər üçün məzarların qazılmasında iştirak edən tələbə oğlanlar:"Biz məzar qazanda elə hey qəbirlər çıxırdı.Öyrəndik ki, bunlar 1918-ci ilin mart faciəsinin qurbanlarıdır" -dedilər...Bu yazdıqlarımla demək istədim ki, bütün müsbət olanlarla yanaşı biz çox qısa tarixi yaddaşa malik xalqıq... Tarixi uğürlara imza 

  23. 25 yanvar 2014 17:14
    canimnunu,nedense sizin reyden azerbaycan xalqina qarwi qezeb duydum.

    --------------------

  24. 26 yanvar 2014 18:18
    SEBIS NIYE ELEDUSUNURSEN.ALLAH REHMET ETSIN

  25. 26 yanvar 2014 23:58
    stella111 bilmirem sen Canimnunu adli istifadecinin reyini oxumusan ya yox amma men oxuyanda mene ele geldi..bu menim wexsi fikrimdi yaa kimin nese sozu olsa mene unvanliyar..belke de bele deil ancaq yene de men direemkii wexsi ureime gelen fikirdi..

    --------------------

  26. 5 mart 2014 18:46
    BIZIM 20 YANVAR QAN YADDASIMMIZDI . ERMENISTAN NE QEDER ADAM OLDURUBDU Allah onlarin cezalarin verecey narahat olmayin xebere gore ccccccccccccccccccooooooooooooooooooooooooxxx tesekkur edirem : angry :angry

  27. 23 may 2014 19:07
    Allah butun səhidlərimizə rəhmət etsin!məlumatlara və videolara görə təşəkkür edirəm!videolara baxdıqda təsirləndim.Məncə,tariximizə can yandırmaq üçün insanda vicdan olmalıdır.bir gün özünüzü 90-cı illərdə hiss edin.oradakı insanların yerinə qoyun.bax bu zaman onların nə hiss etdiklərini duyacaqsınız.bir daha Allah rəhmət etsin!!!

  28. 20 noyabr 2014 23:35
    hesne demirem bala allah cezalarini versin :angry

  29. 19 yanvar 2015 23:10
    Allah bütün şəhidlərə rəhmət eləsin.AMİN....

    --------------------

  30. 20 yanvar 2015 11:00
    Allah(c.c) butun sehidlerimize rehmet elesin!!!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.