Mart soyqırımı

Mart soyqırımı

 

Bunları bilməliyik!

XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur. 

*****
Mart qırğını zamanı Bakı şəhərinin hər yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.
 *****
Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir.
****
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
****

Mart soyqırımı

 

ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI HƏYATA KEÇİRDİKLƏRİ REPRESSİYA, SOYQIRIMI VƏ DEPORTASİYALAR
1998-ci ildən e`tibarən Azərbaycan Respublikası martın 31-ni dövlət səviyyəsində azərbaycanlıların genosidi günü kimi qeyd edir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlırın kütləvi şəkildə qırılması, repressiyalara mə'ruz qalması XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin günahkarı "Böyük Ermənistan" yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir. 
 
 Tarixə nəzər salaq
 
İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr imperiya qurmaq arzusunu Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə Yekaterina  ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar Aleksandr Sisianova yolladığı məktubunda yazırdı: "Hər nə  olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır". IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətiniin həyata keçirilməsində alət rolunu oynadılar. 

Qanlı tarix

 Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında əmr imzalayır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilir.  Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir. Anoloji proses Türkiyə ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda da reallaşdırılıb. Belə ki, tarixi mənbələrə əsasən 1829-1830-cu illərdə Qafqazda (Naxçıvan, Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib. XX əsrin başlanğıcında baş verən sonrakı hadisələr göstərdi ki, belə bir vəziyyət Azərbacan xalqının tarixində faciələrin davamına səbəb olub.
 
 

Mart soyqırımı

 

 
Pyotr və ermənilər

Erməni millətçilərin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və 2 il sonra Azərbaycanın xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən 1-ci Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə "Erməni kartı"nı işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusi ilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdir. Çar 1-ci Aleksandr isə 1802-ci ildə Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdi: "Ermənilər nəyin bahasına olursa olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır". Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş verib. Həmin fəlakətlərin təşkilatçısı nankor ermənilərin qəddar lideri C.Şaumyan olmuşdur. Xatırladaq ki, hələ 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilmiş bu amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtarmışdır. Onun əlinə belə bir fürsət 1918-ci ilin martında düşmüşdür. Belə ki, 1918-ci ilin mart ayında Brest - Litovsk-Sürix müqaviləsinin bağlanması ilə əlaqədar İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdir. 12 minlik bu ordunun 75 faizi erməni idi. Şəhərdə müsəlman əsgərləri isə son dərəcə az idi. Bu zaman Lənkəranda könüllü Azərbaycan əsgərləri çətin vəziyyətdə qalmışdılar. Bakıdan əsgərlərimiz onlara silah göndərmək təşəbbüsü ilə çıxış etmişdilər. Bu təşəbbüs Şaumyana millətçi siyasətini reallaşdırmaq üçün əlverişli bəhanə olmuşdu. O, Lənkərana silah göndərilməsi əmri vermişdi. 1918-ci il martın 30-da Azərbaycan könüllü ordusunun zabitləri silahları "Evelina" gəmisinə yüklədikləri zaman fürsəti əldən vermir. Beləliklə, 1918-ci il martın 30-da Şaumyanın mənfur planı fəaliyyətə başlayır. Onun istəyi reallaşır - münaqişə qığılcımı alovlanır. Qanlı erməni caynağı xərçəng kimi Azərbaycanı əhatə edir. Tarixə 31 mart soyqırımı kimi daxil olan fəlakətlər başlayır. 1918-ci ilin mart-apreldə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub.  Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasa idi bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur. Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə ucaldılmışdır.
 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından qovulması, 1987-1989-cu illərdə Ermənistandan son deportasiya və nəhayət erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü onların mənfur siyasətinin - uydurma, qondarma "Böyük Ermənistan" dövləti yaratmaq xülyası ilə bağlıdır. Təəssüf ki, ermənilərin yeritdikləri mənfur siyasət vaxtında beynəlxalq aləmdə lazımi səviyyədə ifşa olunmamış, xalqımıza qarşı törədilən bu soyqırıma siyasi, hüquqi qiymət verilməmişdir.  Doğrudur, Azərbaycan Demokratik Respublikası 1918-20-ci illərdə ermənilərin törətdikləri soyqırımı tədqiq etmək üçün fövqəladə komissiya yaratmışdı. Komissiya 36 cildlik geniş material hazırlamışdı. Bu materialların ingilis, alman, fransız, rus, Azərbaycan dillərində çap edilərək Qərb dövlətlərinə göndərilməsi nəzərdə tutulmuşdu. Lakin 1920-ci ilin 28 aprelində Sovet ordusu ADR-i süquta uğratdıqdan sonra həmin məsələyə xitam verildi. Xalqımızın haqq səsini ucaltmaq, tarixi həqiqəti dünyaya çatdırmaq sahəsində də ümummilli liderimiz Heydər Əliyev öz dahiliyini və müdrikliyini göstərdi. Onun 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi - etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" və 28 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi - siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu.
 
 

 

Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.