Mən Azərbaycan vətəndaşıyam !

Mən Azərbaycan vətəndaşıyam !


Mən Azərbaycan vətəndaşıyam !
 
 
1.    Yaşadığımız ölkə - Azərbaycan
·       Vətənimiz Azərbaycan çox qədim tarixə malikdir. Azərbaycan ərazisində ilk insanlar hələ 1,5 mln il bundan əvvəl məskən salmışıdr. Ən qədim insanların izlərinə Qarabağda Füzuli şəhəri yaxınlığında yerləşən Azığ mağarasında rast gəlinmişdir. Minilliklər ərzində Azərbaycan ərazisində türkdilli tayfalar məskunlaşmış və torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmışlar.
·       Ölkəmiz tarixi mənbələrdə "Odlar yurdu” kimi adlandırılmışdır.
·       Azərbaycan ərazisində Azərbaycan türkləri ilə yanaşı, başqa millətlərin nümayəndələri də bütün tarix boyu bir yerdə yaşamışdır: Talışlar, ləzgilər, avarlar, tatlar, gürcülər və s. Bütün bu millətlər Azərbaycan xalqınının tərkib hissəsini təşkil edir. 
·       Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.
 
2.    Yaşadığımız dövlət – Azərbaycan Respublikası
·       Azərbaycan Respublikasının yarandlğı tarix – 18 oktyabr 1991-ci il
·       Azərbaycan Respublikasının paytaxt şəhəri – Bakı şəhəri
·       Azərbaycan Respublikasının ərazisi - 86,6 min km2 
·       Azərbaycan Respublikasının dövlət sərhədləri - Cənubdan İranla və Türkiyə ilə, şimaldan Rusiya ilə, şimali-qərbdən Gürcüstan ilə, qərbdən isə Ermənistanla həmsərhəddir.
·       Xəzər dənizi üzrə Rusiya, , İran, Qazaxstan və Türkmənistanla həmsərhədik.
·       Azərbaycan Respublikasının tərkibinə bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon və 69 şəhər daxildir.
·       Azərbaycan Respublikasının dövlət rəmzləri – Dövlət bayrağı, Dövlət Gerbi və Dövlət himnidir.
-  Dövlət bayrağımız - Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. 9 noyabr 1918-ci ildə qəbul olunmuşdur. Bayrağımız üçrənglidir. Bayrağımızda olan mavi rəng türkçülüyün, qırmızı rəng müasirlik və demokratiyanın, yaşıl rəng isə islamın simvoludur. Aypara və səkkiz guşəli ulduz isə xoşbəxtlik və səadət rəmzidir. 
-  Dövlət gerbi - Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzidir. Milli Məclisin 1993-cü il 19 yanvar tarixli qərarı ilə təsdiq edilib.  Azərbaycan Respublikasının Dövlət gerbi palıd yarpaqlarından, sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Burada qalxan - birlik, müdafiə, müqavimət; ulduz - Vətənimizin cənnət məskəni olmasının; alov - odlar yurdunun; palıd yarpaqları – uzun ömürlüyün və möhkəmliyin; sünbül isə bərəkətin, bolluğun rəmzidir. 
-  Dövlət himni -  Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi Milli Məclisin 27 may 1992-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
·       Azərbaycan Respublikasında dövlət hakimiyyəti 3 hissədən ibarətdir: Qanunverici, İcraedici və Məhkəmə.
-  Azərbaycan Respublikasında Ali qanunverici hakimiyyət  – Milli Məclisə (Dövlətimizin əsas qanunlarını qəbul edən hakimiyyət orqanı) məxsusdur. Milli Məclis 125 deputatdan (deputat – xalqın nümayəndələri) ibarətdir. Parlamentə bütün deputatlar səsvermə yolu ilə seçilir.
-  Azərbaycan Respublikasının dövlət başçısı – Azərbaycan Respublikasının Prezidentidir. Prezident Ali İcraedici hakimiyyətin rəhbəridir. 
-  Azərbaycan Respublikasının Prezidenti ümumxalq səsvərmə (Referndum) yolu ilə Azərbaycan Respublikasının vətəndaşları tərəfindən seçilir. 
-  Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
-  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. İlham Əliyev 2003-cü ildən Azərbaycan dövlətinin rəhbəridir. O, bu vəzifəyə ən çox seçilən Azərbaycan vətəndaşıdır (3-dəfə: 2003-2008, 2008-2013 və 2013-cü ildən bu günə kimi)
·       Azərbaycan Respublikasının əhalisinin sayı hazırda 9 milyondan çoxdur. 
·       Azərbaycan Respublikasının milli pul vahidi manatdır.
·       Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
 
3.    Ümummilli liderimiz - Azərbaycan xalqının Ümummilli lideri – Heydər Əliyevdir.
·       Heydər Əliyev 1923-cü ilin mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 
·       Onun anadan olduğu tarix – 10 may – Ölkəmizdə Ümummilli liderin şərəfinə "Gül bayramı” kimi qeyd olunur. 
·       Heydər Əliyev  2 dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir (1993-1998 və 1998-2003). 
·       Heydər Əliyevin 1993-cü ildə dövlətimizin çətin günlərində Bakıya qayıtması və onun Parlamentin sədri seçilməsi ilə, ölkəmizdə vətəndaş müharibəsinin (bir ölkənin daxilində gedən müharibələr belə adlanır) və xarici qüvvələrin dövlətimizin parçalamasının qarşısını almışdır. Həmin gün - 15 iyun - tarixə "Milli Qurtuluş Günü" kimi daxil oldu. 
·       Heydər Əliyevin 20 sentyabr 1994-cü ildə xarici neft şirkətləri ilə neft kontraktları imzalaması Azərbaycan Respublikasının iqtisadi inkişafının gələcəyini təmin etmişdir. Bu müqavilə tarixə "Əsrin müqaviləsi” kimi daxil olmuşdur. Həmin gün – 20 sentyabr – isə ölkəmizdə "Neftçilər günü” kimi qeyd olunur.
·       2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
·       Heydər Əliyevin ən məşhur kəlamı: "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!”
 
4.    Ali Qanun 
·       Azərbaycan Respublikasının ali qanunu – Azərbaycan Respublikasının Konstitusiyasıdır. 
·       Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul olunmuşdur. 
·       "12 noyabr” Azərbaycan Respublikasında "Konstitusiya günü” kimi qeyd edilir. 
 
5.    Qan yaddaşımız
·       Ümumxalq Hüzn günü - 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana hərbi təcavüz edərək, böyük itkilərə, günahsız insanların kütləvi qətliamına səbəb olmuş Qanlı Yanvar faciəsini törətdilər. O gecə Bakı qan içində boğulurdu. Həmin gün tarixə "Qanlı Şənbə” kimi də daxil olmuşdur. Həlak olan şəhidlərin (Şəhid – Vətən və din uğrunda həyatını itirən şəxs) şərəfinə bütün Azərbaycan qərənfil gülləri örtülmüşdür. Bu hadisə xalqımızın müstəqillik, azadlıq, demokratiya və ərazi bütövlüyü uğrunda mübarizə idi. Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə ucaldılmışdır.
·        Xocalı faciəsinin anım günü - 1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri Xankəndində yerləşən rus hərbi hissələrinin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki yaşayış məntəqəsini - Xocalını yerlə yeksan edərək, xarabalığa çevirdi. Bu, əsl soyqırımı (Soyqırım – Bir xalqın, onun ayrı-ayrı hissəsini bilərəkdən məhf etmək cəhdi) idi. Bu faciə ermənilərin törətdikləri ən qanlı, ən dəhşətli faciə idi. Bu hadisə bütün türk dünyasının tarixi faciəsi oldu. Xocalı faciəsini törətməklə ermənilər azərbaycanlılara qarşı nifrətlərini, vəhşiliklərini bütün dünyaya nümayiş etdirdilər. 
·       Azərbaycanlıların soyqırım günü - 1918-ci ilin mart-aprel aylarında əsasən Bakıda və Şamaxı, Quba, Lənkəran və s. yerlərdə ermənilər 50 min azərbaycanlını qətlə yetirmişlər. Bu qırğınları törətməklə onlar öz mənfur siyasətlərini həyata keçirməyə çalışırdılar: Azərbaycanda hakimiyyəti ələ keçirib, torpaqlarımıza sahib olmaq. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.  
6.    Qarabağımız
·       Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın qədim diyarlarından biridir. Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur.  1988-ci ilin fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladı. Nəticədə tarixi Azərbaycan torpaqlarımız işğal altına düşdü.
·       I Qarabağ müharibəsi nəticəsində erməni işğalına məruz qalmış rayonların siyahısı:
Xankəndi – 26 dekabr 1991 – ci il 
Xocalı – 26 fevral 1992 – ci il 
Şuşa – 8 may 1992 – ci il 
Laçın – 17 may 1992 – ci il 
Xocavənd – 2 oktyabr 1992 – ci il 
Kəlbəcər – 2 aprel 1993 – cü il 
Ağdərə - 7 iyul 1993 – cü il 
Ağdam – 23 iyul 1993 – cü il 
Cəbrayıl – 23 avqust 1993 – cü il 
Füzuli – 23 avqust 1993 – cü il 
Qubadlı – 31 avqust 1993 – cü il 
Zəngilan – 29 oktyabr 1993 – cü il 
 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 yanvar 2015 14:03
    Tesekkurler Hamlet muellim

    --------------------

  2. 30 yanvar 2015 14:47
    çox təşəkkürlər çox maraqlıdır

  3. 3 fevral 2015 21:52
    salam,COOOOOOOOOOOOOOOOOOOOX sag olun Hamlet muellim'

    salam,COOOOOOOOOOOOOOOOOOOOX sag olun Hamlet muellim smile

    salam,cooooooooooooox sag olun Hamlet muellim........

  4. 4 fevral 2015 12:07
    təşəkkürlər..........

  5. 8 fevral 2015 11:45
    Salam tarix.infocular. cox sag olun HAMLET MUƏLLiM. Çəkdiyiniz zəhmətin hər zaman bəhrəsini görəsiniz. Allah bütün əməyinizin qarşılığı olaraq sizi həmişə şagirdlərinizin uğurları ilə sevindirsin.

  6. 8 fevral 2015 15:10
    Allah hər birinizdən razı olsun! Sizlərə təşəkkür edirəm ki, tariximizlə maraqlanırsınız onu inkişaf etdirirsiniz. Allah hər birimizə bu yolda dəstək olsun. Mənim fikrimcə biz birlikdə eyni məqsəd üçün düşünsək düşmənlərimiz hər zaman bizim birliyimiz qarşısında dayana bilməyəcək və məğlub olmağa məhkumdur!

  7. 30 mart 2015 20:45
    ttttttttttttttttttttsssssssssssskkkkkkkkkkkk lol

  8. 30 mart 2015 21:56
    Tesekkurler,Hamlet muelllim deyerli meqaleye gore....

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.