Qadın qiyamı

Qadın qiyamı

Emil Rzadan ...
XI sinif Azərbaycan tarixində qeyd olunan Bakıda "Qadınlar qiyamı" haqqında.

Fevral inqilabından düz 1 il əvvəl - 1916-cı ilin 14 fevralında Bakıda qadınların 3 gün davam edən və qan içində boğulan kütləv etirazları baş verib. Onu sadəcə elə belə də adlandırırlar - Bakıda “Qadın qiyamı” (“Babiy bunt”).
Tariximizin az məlum və az yazılan səhifələrindən olmasına baxmayaraq Bakıda çıxan bu olaylar bütün imperiyanın diqqətini özünə çəkmişdi və o cümlədən paytaxtda, Dövlət Dumasında müzakirəyə çıxarılmışdı.“Naşe Slovo” qəzeti 1916-cı ilin 13 martında yazırdı: “Deputat Cəfərov xəbər verir ki, Bakıda bahalaşma əleyinə tətillər olub. Hər şey bazarlardan başlayıb. Qadınlar əvvəlcə xırda alverçilərlə hesablaşıblar, sonra iri alverçilərin dükanlarına hücum çəkiblər, bütün ərzaq məhsullarını küçələrə töküb və daşıyıb aparıblar. Hadisələrin 2-ci günü tarmar mərkəzi küçələrdəki mağazalara keçib. 3-cü gün isə qadınlar dəyirmanları, un və şəkər anbarlarını qarət ediblər. Polisin baş verənlərə münasibəti biganəlik şəklindədir, onlar hətta qadınları tacirlərin əlindən alıb xilas edirlər. Yalnız 4-cü gün qarışıqlıqlar yatırılıb. Deputat Cəfərov hesab edir ki, Bakıda bahalıq fonundakı qarışıqlıqlarda bəzi polis rəhbərlərinin də iştirakı var”.
Fevralın 17-də artıq qiyamın yatırılması üçün hər şey hazırdı. Həmin gün şəhər küçə döyüşlərinə meydan olur.

Qadınlara qarşı atlı kazaklar və polis odlu silah tətbiq edir. Rəsmi məlumatlara görə, Qadın qiyamı yatırılarkən 9 nəfər öldürülür, 57 nəfər isə yaralanır. Bakı qalabəyisi Martınovun raportunda qadınların qiyamı ərzində şəhərə 2 milyon 957 min manat həcmində ziyan dəydiyi qeyd olunur.
Bakıdakı bu eksseslər tezliklə bütün Qafqaza səs salır və oxşar qiyamlar başqa şəhərlərdə də təkrarlanır. Digər maraqlı və çox simptomatik detal isə Bakı qadınlarının tacirlərə və sahibkarlara bəyanatla müraciət etməsində, daha doğrusu, bu müraciətin mətnindədir. Mətn ultimativ xarakter daşımaqla bərabər, həm də sanki əvvəlcədən tarixi inkişafın hansı istiqamətdə gedəcəyini proqnozlaşdırı və öncəgörməyə bənzəyir.
Bəyanatda deyilirdi: “Siz ey rəhmsiz qan içənlər! Yaddan çıxarmayın ki, belə “qadın tufanı” bir daha qopa bilər. O, daha dəhşətli, daha amansız və qəzəbli olacaq. Heç bir qüvvə qabağımızı kəsə bilməyəcək. Bütün dükanlar və mağazalar, anbar və dəyirmanlar dağılıb yerlə yeksan olacaq. Qan içənlərin hamısı məhv olacaq”.

1 il sonra isə Bakı qadınlarının taktikasını Sankt-Peterburq qadınları təkrarlayır və çarizm çökür....


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.