Raziya sultan Səfəvi

Raziya sultan Səfəvi

Dövləti Əfşariyyənin səadətli taxt sahibi Nadir şah Əfşar hərəminin baş qadını hesab olunan Raziya sultan Səfəvi.
Sultan dövrü üçün böyük gücə sahib olmuş, 2 dəfə siyasi evlilik etmişdir (Nadir şahdan əvvəl gürcü şahzadəsi ilə). O III İsmayılı taxta çıxaracaq qədər sözə hakim olmuş, sarayda Şah I İsmayıl Səfəvinin dövründən ənənə kimi gələn Validə Sultan, Səfəvi şahbanusu vəzifələrini ləyaqətlə yerinə yetirmişdir. Bəzi tarixçilər onun Nadir şaha, digər sultan və onların övladlarına, ələxsusda Rzaqulu Əfşara düşmən olduğunu qeyd etsələr də, bu sonrakı araşdırmalarda əsassız hesab edilib. Raziya sultan nə qədər Səfəvi saray qadını olsa da, Nadir şah hərəminin sözkeçirilməz qayda- qanunlarına əməl etməyə məcbur olmuşdur. Raziya sultan Nadir şah dövründə, ondan əvvəl və sonrada öz işlərini səliqə ilə yerinə yetirmişdir. Nəzərə alsaq ki, onların evliliyi siyasi səbəblərdən idi, onda Nadir şahın Səfəvi şahbanusunun işlərinə qarışması o qədərdə inandırıcı görünmür. Sultan Səfəvi sarayının Nadir şahdan sonra yaşamasını təmin edən tək sultandır. Sultanın qədər gücü yalnız Səfəvi sarayına xərcləməsi, onun Əfşar sarayına qeydsiz olduğunu deyir. Lakin bu onun Əfşarlara düşmən olduğunu demək üçün də əldətutulacaq əsas deyil. Şahhiranın ədəbiyyatçı və diplomat olduğunu da qeyd edək. O, Kərbəlada vəfat etmişdir.

Mənbə Azərbaycan tarixi (facebook səhifəsi)


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.