Unudulmaz qadınlar

Unudulmaz qadınlar

Yelena Stasova - Azərbaycanın sonuncu qadın dövlət başçısı olub. Cəmi 6 gün (9-15 sentyabr, 1920). Milliyyətcə rusdur. Ölkəni idarə edəndə 47 yaşında idi. Həmçinin, Azərbaycan qadın başçısı olan ilk kommunist ölkədir

Unudulmaz qadınlar

Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər xanım xatirələrində yazır:
“Dustaqxana qadınlarla dolmuşdu. Onlar mənim kimi ərinə görə tutulmuş vəzifəli yoldaşların, raykom katiblərinin, icraiyyə komitələri sədrlərinin, hərbiçilərin arvadları idilər. Mənim olduğum kamerada Azərbaycanın ilk kommunist qadınlarından Frida Şlemova-Axundova, Xavər Qarayeva, Ceyran Bayramova, müəllimə Məryəm xanım Bayraməlibəyova, M.Qədirlinin arvadı Mələk xanım, şair Mikayıl Müşfiqin arvadı Dilbər xanım və başqa 30 nəfərdən artıq qadın vardı. Hər birinin öz dərdi, öz kədəri vardı. Körpə uşaqlarından, qoca ata-anasından ayrı düşmüşdülər. Bütün günü ağlaşırdıq. Hərdən Məryəm xanım bizə çox sevdiyi L.N.Tolstoyun "Hərb və sülh" romanı haqqında danışıb, dərdimizi dağıtmağa çalışırdı. Çox iradəli qadın idi.
Həbsxanada Dilbər xanımın başına hava gəldi. M.Ə.Rəsulzadənin qoca anasını, bacısını, xalasını da Bayıl həbsanasına salmışdılar. Əldən düşmüş bu qarının əlindən tutub tualetə aparırdılar.
İlk azərbaycanlı pianoçu qadın,
Xədicə xanım Qayıbova özü ilə çərkəzi paltar, uzunboğaz çəkmə, ipək corab, hətta balaca bir xalça da gətirmişdi. Elə bil dünya vecinə deyildi. Hər gün o basırıqda özünə sığal verirdi. Deyirdi: "Mən incəsənət adamıyam, musiqiçiyəm, mənim gərək əllərim, üzüm xarab olmasın. Çox qəm eləməyin, sürgünə göndərsələr də bu çərkəzi paltarı, çəkməni geyinib bax beləcə rəqs edəcəyəm, durub oynayırdı. Onun bu hərəkəti bizə gülünc, yüngüllük kimi görünürdü. Bu, ilk baxışda belə idi. Mən belə vaxtda onun gözlərinin içinə baxırdım. Onlar necə də qəmli idi. O gülər gözlər fəryad qoparırdı. Haqsızlığa, zorakılığa qarşı beləcə üsyan edirdi. Onun musiqili dünyası, arzuları dağılmışdı. Xədicə xanım şərə, böhtana, ədalətsizliyə beləcə nifrət edərək, gülə-gülə, oxuya-oxuya sürgünə getdi. Orada bu işıqlı dünyadan köçdü”.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.