Sona Piri qızı Nuriyeva

Sona Piri qızı Nuriyeva

Sona Piri qızı Nuriyeva

Təyyarəçi. Sona Nuriyeva 1915-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1930-cu ildə orta məktəbi bitirmiş və Bakı aeroklubuna daxil olmuşdur. 1932-ci ildə Bakı aeroklubunun məzunu olduqdan sonra 1934-cü ilədək Bakı aeroklubunda təlimatçı vəzifəsində çalışmışdır. 1934-cü ildə SSRİ Mülki Hava Donanmasının Bataysk Təyyarəçilik məktəbinə daxil olmuş və 1936-cı ildə həmin məktəbi bitirdikdən sonra Azərbaycan mülki aviasiyasında əmək fəaliyyətinə başlamışdır.
1936-1937-ci illərdə SSRİ Mülki Hava Donanmasının Zaqafqaziya İdarəsinin 222-ci aviadəstəsində təyyarəçi, 1937-1943-cü illərdə Azərbaycan aviaqrupunun 19-cu aviadəstəsində təyyarəçi, 1943-1945-ci illərdə SSRİ Mülki Hava Donanmasının Azərbaycan İdarəsinin 9-cu nəqliyyat aviadəstəsində təyyarəçi vəzifəsində fəaliyyət göstərmişdir.
S. Nuriyeva təyyarəçilik fəaliyyəti ilə yanaşı, respublikanın ictimai həyatında da fəal iştirak etmiş, belə ki, o, 1939-cu ildən 1946-cı ilədək SSRİ Ali Sovetinə deputat seçilmişdir.
1945-ci ildə Moskva şəhərinə ezam edilmiş və 1949-cu ilədək SSRİ Mülki Hava Donanmasının beynəlxalq hava xətlərinin xüsusi aviadəstəsində təyyarəçi kimi çalışmışdır. Bu illər ərzində S. Nuriyeva “Aeroflot”un ən mahir təyyarəçilərindən biri kimi beynəlxalq hava xətlərində - Çexoslovakiya, Yuqoslaviya, Macarıstan, Bolqarıstan, Polşa, Rumıniya səmalarında uçuşlar yerinə yetirmişdir. Sona Nuriyeva 1948-ci ildə səhhətinə görə uçuş işindən uzaqlaşmış və 1949-cu ildən əmək fəaliyyətini dispetçer kimi Azərbaycan mülki aviasiyasında davam etdirmişdir.
1968-ci ilin noyabr ayında təqaüdə çıxmışdır.
Sona Nuriyeva mülki aviasiyada göstərdiyi xidmətlərinə görə Lenin, “Şərəf nişanı” ordenləri, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilmiş, Azərbaycan SSR-nin Fəxri fərmanı ilə mükafatlandırılmışdır.
Azərbaycan Mülki Aviasiya Muzeyi


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.