Toplu tarix

Toplu tarix

Keumalahayati və ya Malahayati - müasir dünyada (I Artemisi saymasaq) ilk admiral qadın hesab olunur. XVI əsrdə hollandların Aceh sultanlığı ilə mübarizəsi zamanı dul qadınlardan ibarət yaratdığı flotiliyaya (gəmi dəstəsi) rəhbərlik etmişdir. Həyat yoldaşını döyüşlərin birində itirən Malahayati Aceh sultanından icazə alaraq 2000 nəfər qadından ibarət flotiliya yaradır. Özü isə hərbi dəniz zabiti hazırlığı üzrə kurs keçmişdi. Rəhbərlik etdiyi flotiliya 1599-cu ildə Aceh sultanlığının paytaxtını müdafiəsində iştirak etmişdir. Bundan başqa "Dul qadınlar flotiliyası" ticarət gəmilərini qarət etmək istəyən holland admiral Yakob van Neki ələ keçirə bilmişdi. O,1607-ci ildə döyüşlərin birində həlak olmuşdur. İndoneziyada hərbi-dəniz donanmasında gəmi onun adı daşıyır, bundan başqa Sumatrada adına bir universitet var.

Toplu tarix

Həmidə Banu Bequm, Moğol hökmdarı Humayun şahın həyat yoldaşı I Əkbər şahın anasıdır.


Ə
Toplu tarix
fqanıstanın şimal-qərbində yerləşən Cam Minar
Abidə XII əsrdə, Firuzkuh şəhərində inşa olunmuşdur, minarəsinin hündürlüyünə görə Qütb-Minardan sonra ikinci yerdədir. Firuzkuh şəhəri Gurlular sülaəsi dövründə paytaxt olmuşdur. Şəhər monqol yürüşləri zamanı dağıdılmışdır. Hətta Qütbəddin Aybəkin bu abidənin təsiri ilə Qütb-Minarı inşa etdiyi qeyd olunur. Bu səbəbdən də Qütb-Minar Cam Minardan daha uca inşa olunmuşdur.
Abidə uzun zaman gözdən kənar qalmış, mövcudluğu haqqında heç bir məlumat olmamışdır. XX əsrin 40-50-ci illərindən başlayaraq öyrənilməyə başlanılmışdır. Cam Minar YUNESKO-nun Ümumdünya Maddi İrsi siyahısına daxildir.

Toplu tarix

Ku dağları, Mərkəzi Qazaxıstan

Toplu tarix
Toplu tarix

La Malinche (1495/1505-1529/1550) -ispan kortesi Ernan Kortesin tərcüməçisi, əsas xəbər ötürəni və nikahsız arvadı olmuşdur. İspanlar onu "xanım Marina" adlandırırdılar.Meksikanın ispan istialçıları tərəfindən işğal edilməsində böyük rola malikdir. Onun Kortesdən olan oğlu avropalılarla yerlilərin qarışığından əmələ gələn metislərin ilk təmsilçisi hesab olunur. O, 1519-cu ildə Kortesə hədiyyə olunan 20 qadından biri idi. Tezliklə onu xaç suyuna salırlar, nauatl dilndə danışdığını görən Kortes onun ispan dilini öyrənməsi üçün əvvəl mayyalara əsir düşmüş, onların dilini bilən Heronima de Aqilyarın ixtiyarına verir. Sənədlərə əsasən o, 1529-cu ildə çiçək xəstəliyindən vəfat etmişdir. Hal-hazırda Meksikada onun adndan törəmiş olan "malinchista" sözü xain anlamında işlədilir. Eyni zamanda yeni Meksika dövlətinin simvolik anası kimi də qiymətləndirilir.
Fotoda Meksika şəhərində olan abidəsidir.

Toplu tarix

Aceh sultanlığı (1496-1903) XII əsrdən Sumatranın şimalında formalaşmağa başlamış sultanlıqıdr, paytaxtı Kutaraja şəhəri olmuşdur. Əsas XVI və XVII əsrlərdə regionda əsas güc sahibi olmuş, ingilislərə, portuqaliyalılara və holland müstəmləkəçilərinə qarşı mübarizə aparmışdır. 1873-cü ildə hollandlar Böyük Britaniya ilə Sumatra traktatını imzalayır və Aceh sultanlığına qarşı müharibəyə başlayır. Bu müharibə 1904-cü ildə sultanlığın işğalı ilə bitir. 1873-1904-cü illərdə sultanlıq Rusiya təbəəliyinə qəbul üçün də müraciət etmişdi. Aceh sultanlığı cənub-şərqi Asiyadan Avropaya ilk istiot ixracatçısıdır.
Fotoda Aceh sultanlığının bayrağıdır.

Toplu tarix

I Artemis (e.ə. V əsr), dünya tarixində ilk qadın admiral kimi qəbul olunur. Belə ki, o, Salamin dəniz döyüşündə Əhəməni hökmdarı Kserksi yunanlarla dəniz döyüşünə girməməsi üçün xəbərdar etmişdi, çünki ağır iran gəmiləri çevik yunan gəmiləri ilə bacar bilməzdi. Lakin Kserks buna məhəl qoymur, döyüş başlanır. Savaşın tam ortasında çıxılmaz vəziyyətdə komandanlığı Artemisə həvalə edir və bunun sayəsində bəzi gəmilərlə xilas etməklə yanaşı öz şərəfini də xilas edə bilir. Bundan sonra Kserks belə bir fikir söyləmişdir: "Kişilər qadınlara, qadınlar isə kişilərə çevrildilər."

Toplu tarix

Məhəmməd Əl-İdrisinin XII əsrdə (1154-cü il) hazırladığı dünya xəritəsi. Müəllif cənubu yuxarıda, şimalı aşağıda təsvir edib.
Linkə daxil olub xəritəyəböyük ölçüdə baxa bilərsiniz:

Toplu tarix

Mansa Musa (1307/12—1332/37) -Orta əsr Mali dövlətinin ən məşhur hökmdarı
Hökmranlığı altında olan ərazilərə indiki Mali, Qvineya, Seneqal, Niger, Mavritaniya dövlətlərinin ərazisi daxil idi. Onun şöhrətinin ölkə hüdudları və hətta Avropaya qədər yayılmasının əsas səbəbi 1324-cü ildə etdiyi həcc ziyarəti olmuşdur. Mənbələrə görə, onu 60 minlə 80 min arası insan müşayiət etmişdir, karavanında isə qızıl daşımaq üçün 100 dəvə olmuşdur. 2012-ci ildə "Сelebrity Net Worth" tərəfindən 2012-ci il şərtlərinə uyğun bütün dövrlərin ən zəngin insanlarının qiymətləndirməsini aparılmış və Mansa Musa 400 milyard dollarlıq sərvətlə 25 ən zəngin insan içində 1-ci yeri tutmuşdur. O həm də "Civilization IV " kompyuter oyununda Mali dövlətinin lideri obrazında çıxış edir.
Fotoda 1375-ci ildə yəhudi Abrahaın Creqques'in hazırladığı Katalon xəritəsində olan Mansa Musa qızıl taxtda oturmuş,əlində qızıl əsa və qızıl kürə tutmuşdur.

Hazırladı Aida İsmayılova


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.