İqtisadi möcüzələr atası-Turqut Özal

İqtisadi möcüzələr atası-Turqut Özal

 

 

Xəlil Turqut Özal (13 Oktyabr 1927, Malatya - 17 Aprel 1993, Ankara; ləqəbləri: Tonton), Türkiyə Respublikasının 45 və 46-ci dövr hökumətlərinə baş nazirlik etmiş və ardından 8-ci Prezidenti seçilərək, vəzifəsi başında həyatını itirmiş olan siyasətçi və dövlət adamıdır.
Atası Malatya / Çırmıktı 'lı Ünlüoğulları'ndan Məmməd Siddiq bank məmuru, anası əslən Tunceli / Çemişkezek yerlilərindən Hafiz Xanım ibtidai məktəb muellimiydi. Bir muddet sonra Silifke'ye kocdukden sonra, pilot olmağı istəyən Özal eşşəyin üzərindən düşərək qolunu qirmis, bir qolu bir az daha qısa qalmış və pilotluq həvəsi də beləliklə sona çatmışdır.
Turqut Özal, 1952-ci ilə qədər qısa davamlı bir evlilik yaşyib. Bu evlilikdən sonra çalışdığı təşkilat Elektrik İşləri etüd İdarəsində daktilocu olaraq vəzifə yerinə yetirən Semra Özal ilə evlənərək Əhməd, Zeynep və Efe adlı üç uşaq sahibi olarlar.
[/b]

İqtisadi möcüzələr atası-Turqut Özal

 

 

 

Evləndikdən sonra, Amerikada tehsil almaga gedən Özal iqtisadiyyat branşında təhsil alır.
Geri qayidanda EİEİ Ümumi Müdir Köməkçisi (ya da Baş Direktor Texniki müşaviri; qeydlər arasında ikiləm mövcud) olur və Türkiyədə elektrifikasyon üzərinə layihələrdə çalışır.
1958-ci ildə Planlaşdırma Komissiyasında katiblik vəzifəsini etdikdən sonra 1959-cu ildə Ankara Ordanat Məktəbində ehtiyat zabiti olur. Dövrün Dövlət Su İşləri Ümumi Müdiri 9-cu Prezident Süleyman Dəmirəl də, bu dövr içərisində ehtiyat zabit şagirdi olaraq eyni təşkilatda çalışır. ANAP qeydlərinə göz gezdirecek olsaq, Özalın ona komandirlik və müəllimlik etdiyini görə bilərik. Əsgərliyi sonrasında Dövlət Planlaşdırma Təşkilatının quruluşunda çalışan Özal, 1965 seçkilərindən sonra Süleyman Dəmirəlin məsləhətçisi olaraq vəzifə yerinə yetirər. 1967-ci ildə DPT müşaviri olan, 12 Mart 1971 zərbəsindən sonra 1973-ci ilə qədər Dünya Bankı Sənaye Dairəsində məsləhətçi olaraq çalışan Özal yurda döndükdən sonra başda Sabancı Holdinq olmaq üzrə bir çox sektorda, bir çox şirkət üçün idarəçi olaraq işləyir. (Sabancı Holding'deki vəzifəsinin Ümumi Koordinatörlük olduğu irəli sürülməkdədir)
43-cu Hökumət dövründə Baş nazirlik müşaviri ilə DPT məsləhətçi vekilliği vəzifələrinə gətirildi. 24 Yanvar Qerarlarinın memarı olaraq vəzifə yerinə yetirdi. 12 Sentyabr 1980 əsgəri zərbəsindən sonra, bu siyasəti davam etdirmək məqsədilə Bülənd Ulusu Hökumətinə iqtisadiyyatdan məsul baş nazir köməkçisi vəzifəsinə gətirilər. Bu vəzifəyə yetirildikdən 22 ay sonra, 14 İyul 1982-ci ildə istefa etdi.


İqtisadi möcüzələr atası-Turqut Özal

 

 

I.Özal Hökuməti

20 May 1983-cü ildə Ana Vətən partiyasını quran Özal 6 Noyabr 1983'deki seçkilərdə 400 adamdan ibarət olan parlamentdə 211 millət vəkili çıxararaq iqtidar və 45-ci Hökumətin baş naziri oldu. 1984 yerli seçkilərində də müvəffəqiyyətlə çıxan Özal, 13 Aprel 1985də edilən ilk konqresdə təkrar ümumi başçılığa seçildi.


II.Özal Hökuməti

1987-ci ildə edilən ümumi seçkilərdə, 292 millət vəkili çıxardaraq təkrar əksəriyyəti təmin etdi və 46-ci Hökumətin baş naziri oldu.

18 İyun 1988 Şənbə günü Ankara Atatürk İdman Salonunda Ana Vətən Partiyasının 2. Adi Konqresinin təşkil sırada Kartal Demirağ, özünə sui-qəsd cəhdində tapılmışdır. Foto müxbirləri və televiziya kameraları üçün hazırlanmış olan platformanın qarşısından və Özala 12 metr kənardan saat 12.15-də iki əl atəş edən Demirağ, Turqut Özalı sağ əlindən yaralamışdır. Hücumdan sonra ətrafa təsadüfi atəş açan mühafizəçilər isə 18 adamın yaralanmasına səbəb olmuşdur. Yaralananlar arasında nazir İmren Aykut da vardır.

Əvvəl ölüm cəzasına məhkum, sonra cəzası 20 ilə qeder endirilen Kartal Demirağ'ı prezidentlik dövründə bağışlamışdır.

Özal və Cənub-Şərq Problemi

Bərzaninin beynəlxalq sahədə rahat səyahət etmesi ucun Türk pasportu vermişdir. İllər sonra Bərzani bu pasportu 2007-ci ildə Türkiyəyə ekstradisiya etmişdir.

Prezident

Prezident seçkisində, 11-ci Respublika başçısı Abdullah Gülün seçkisinə bənzər vəziyyət yaşanmış və SHP və DYP seçkilərə qatılmamışdır. İlk turda Turqut Özal 247, ANAP Burdur millət vəkili Fəthi Çelikbaş 18 səs aldı. 17 səs boş çıxarkən 3 səs etibarsız sayıldı. İkinci turunda 284 millət vəkilinin iştirak etdiyi səsvermədə namizədlərdən Baş nazir Turqut Özal 256 səs alarkən, Fəthi Çelikbaş 17 səs aldı. 2 səs etibarsız sayılarkən 9 səs boş çıxdı. 31 Oktyabr 1989 tarixində yenə müxalifətin qatılmadığı 3-cü dövr oylamasında Turqut Özal 263 səs alaraq Türkiyə Respublikasının 8-ci prezidenti oldu. 9 Noyabr 1989 tarixində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Bu seçkidən ağılda qalan isə öyrəşə bilmedim deyənlərə, öyrəşər, öyrəşər deməsidir.

Prezident dövrünün ən əhəmiyyətli hadisəsi 1-ci Körfəz Müharibəsidir (Küveytin İraq tərəfindən işğalı). Bu hadisədə çox aktiv rol almışdır. Neft ehtiyatlarının idarəsini əlində tutan Səddam Hüseynin Türkiyə üçün böyük bir təhlükə təşkil etdiyinə inanırdı. Səddamın bölgəni hakimiyyəti altında tutmasına icazə verilər düşünürdü. Səddamın uzaqlaşdırılması üçün mümkün olan hər şeyin edilməsi mövzusunda elmi və siyasi baxımdan son dərəcə istəkli idi. Bu səbəblə ABŞ-a bu mövzuda açıq dəstək verdi.
Hərəkata Türk ordusunun da qatılıb, Türkiyə Milli sərhədləri içində olan Mosul və Kərkükə girilməsini istəyincə, zamanın Baş qərargah Başçısı Nəcib Torumtay səlahiyyət müddəti sona çatmadan 3 Dekabr 1990 tarixində öz istəyi ilə Baş qərargah Başçılığı vəzifəsindən təqaüdə ayrıldı; vəzifədən ayrılmasına səbəb olaraq da 1-ci Körfəz müharibəsində hökumətin tutumuna reaksiya olduğu qarşıya qoyuldu.



Ölümü və Cənazəsi

Turqut Özalın ölüm tarixi, Süleyman Dəmirəlin 21 Oktyabr seçkilərində "500 gündə hər kəsə 2 açar" (biri ev, biri avtomobil üçün) vədi ilə iqtidara gəlməsindən 533 gün sonra reallaşmışdır. 5 ölkəni əhatə edən 12 gündəlik Orta Asiya gəzintisindən sonra ölümü reallaşmışdır.

Turqut Özalın cənazəsinə Türkiyənin dörd bir tərəfindən yüz minlərlə adam axın etmiş, televiziyalardan canlı nümayiş olunmuş; ölkədə bayraqlar yarıya endirilmişdir. Dövrün ABŞ prezidenti, Turqut Özal ilə də yaxın dost olan Corc H. W. Buş gözləmələrin əksinə cənazə mərasiminə qatılmamışdır. İstanbulda Adnan Menderes abidəsinin qarşısında xüsusi bir anıtta torpağa verilmişdir.

Bir sui-qəsdə qurban getmiş ola biləcəyi də illərdir müzakirə edilməkdədir. Xüsusilə arvadı Semra Özal bu mövzunu dilə gətirməkdədir.


İqtisadi möcüzələr atası-Turqut Özal

 

 

Özal polemiklərdən

"Mənim Memurum işini bilir": Bu sözü ən çox polemika edilən sözlərindən biridir. Bu sözü özü inkar etsede mətbuat tərəfindən çox təkrarlanmışdır. O da mətbuatı mesuliyyetsizlik və yalançılıqla günahlandırmışdır. Özal, mətbuat əleyhinə açdığı təzminat davalarıyla kiçik bir sərvət qazandığını bildirmişdir. "Mən zənginləri xoşlayıram" (Hətta bunun üçün kürk üzərindən alınan vergini qaldırmışdır.) "Qatar yolları kommunist işidir" sözləri məşhurdur.

Adnan Menderes'le başlayan sərbəst bazar iqtisadiyyatına keçidi və Amerikaya yanaşma siyasətini daha irəli bir ölçüyə daşımışdır. Nakşibendi təriqəti ilə əlaqədar olduğu iddia edilməkdədir.

İqtisadi möcüzələr atası-Turqut Özal

 

 

[b]




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 iyul 2012 22:22
    Cox sagolun Turqut Ozal haqinda etrafli melumatiniz ucun.Eger Ataturk Turkiye cumhuriyetinin esasini qoyan liderdise Turqut Ozal onu camurdan cixaran bir liderdi.Ebes yere ona *mocuzeler atasi* demirler.Turk xalq xosbextdirki bucur liderleri vardi.

  2. 10 iyul 2012 23:39
    bu koplayanmis melumatdir.bir sey yazanda hec olmasa oz sozlerinizle yazin

  3. 11 iyul 2012 06:11
    Erhan,men ne yazar deyilem,nede ki tarixci.bu qeder melumatida bile bilmerem.beli kopydir .bunu sizden basqa hec kim bilmir?hem hansisa bir isin icinda elave eziyyet da varsa bu kopy sayilmaz.behrelenmek sayilar.bu meqale turkce idi.mense tercume edib yerlesdirdim bura.size meslehetim 10cu sinif informatika dersliyi tapin,oxuyun.orada virtual medeniyyet movzususuna genis yer ayrilib.ugurlar

  4. 15 avqust 2012 14:39
    Men indiyecen nece prezident arasindan isini layiqli goren 3 prezident taniyiram:
    1)Ebulfez Elcibey
    2)Mustafa Kamal Ataturk
    3)Turqut Ozal

  5. 25 noyabr 2012 11:47
    cox gozel.yeri gelmisken onun qebiri acildi nesinden goturulmus numunelerde 4 cur zeher tapuldi.Mehkeme tibbi ekspertizasnn apardigi aradrmada eks-prezidentin bedeninden DDT (zeher), Kadmium (agir metal), Amerikum v Polonium (radioaktiv madde) akarlanb.cox agir zeherlerdi

  6. 17 dekabr 2012 21:11
    tewekkur size

  7. 4 mart 2013 17:39
    COX TESEKKUR EDIREM winked

  8. 11 mart 2013 19:48
    Cox gozel . Bu teqdimatda TURQUT OZAL haqqinda oyrenilmek isteyen her shey var. COX TESHEKKURLER. laughing laughing laughing

  9. 17 mart 2013 11:03
    TESSEKURLER

    SIXALIZADE

  10. 21 iyun 2014 21:20
    birce biu dersdere gelib catsaydig.mene yeni dovrumuze yaxin olan dersler daha maragli gelir.

    --------------------

  11. 4 dekabr 2014 05:17
    Yazdiginiz ucun twk. ALLAH razi olsun

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.