Corc Vaşinqton

Corc Vaşinqton

 

Corc Vaşinqton 

[/b]
Dünya siyasətçiləri arasında özünəməxsus yeri olan Amerika Birləşmiş Ştatlarının ilk prezidenti Corc Vaşinqton hələ sağ ikən amerikalılar tərəfindən "Amerikanın atası” adına layiq görülüb. 

Corc Vaşinqton İngiltərənin müstəmləkə siyasətinə qarşı qətiyyətlə mübarizə aparıb. 1775-1783-cü illərdə Hərbi Qüvvələrinin Ali Baş Komandanı olarkən səkkiz il davam edən müharibədə Corc Vaşinqton Amerikanın müstəqilliyinə nail olmasında əvəzsiz xidmətlər göstərib. Məhz onun başçılıq etdiyi qoşunlar Şimali Amerikada İngiltərə ordusunu məğlubiyyətə uğradıb. Bu məğlubiyyətdən sonra Parisdə Versal sülh müqaviləsi imzalanıb. Müqaviləyə görə İngiltərə Amerika Birləşmiş Ştatlarını rəsmən tanıyıb.

Corc Vaşinqton

 

Corc Vaşinqton 1789-cu il fevral ayının 4-də keçirilən prezident seçkilərində ABŞ-ın ilk prezidenti seçilib. Vaşinqton yeganə prezidentdir ki, o seçicilərin 100 faiz səsini qazanıb.
Amerikada prezident institutunun yarıdıcısı sayılan Corc Vaşinqton iki müddət prezident vəzifəsini daşıdıqdan sonra üçüncü dəfə seçkilərə qatılmayıb. O, prezidentliyindən sonra şəhərətrafı malikanəsində yaşayıb və fermer təsərrüfatı ilə məşğul olub.
Ağ evin tikilməsi haqqında qərarı da Corc Vaşinqton imzalayıb və ilk təməl daşını da özü qoyub. Tikinti işlərinə birbaşa özü nəzarət etsə də Ağ Evdə işləmək və yaşamaq Vaşinqtona qismət olmayıb. Belə ki, bu möhtəşəm tikili onun ölümündən bir il sonra hazır olub.
Corc Vaşinqton siyasi partiyaların yaradılmasına və fəaliyyətinə maraq göstərməyib. O yeganə prezident olub ki, heç bir partiya fəaliyyəti ilə əlaqəsi olmayıb.
Maliyyə hesabatları ilə bağlı Vaşinqton bir neçə kitab yazıb, ölkəyə rəhərliyi dövründə bir çox hallarda maliyyə xərclərinə şəxsən nəzarət edib.
Öz xarici görkəminə xüsusi diqqət yetirən Corc Vaşinqton ən yaxşı geyimlərini Londondan gətizdirib.

Vaşinqton gərgin işləməklə yanaşı əylənməyi də sevib. Mütəmadi olaraq teatrlara, sərgilərə gedən siyasətçi rəqsə böyük həvəs göstərib və tez-tez ballarda, rəqs gecələrində iştirak edib.
Fiziki cəhətdən sağlam olan Vaşinqton idmanın güləş növü ilə məşğul olaraq mötəbər yarışlarda dəfələrlə fəxri adlara layiq görülüb.
Sağlamlıq durumu ilə bağlı Vaşinqton yalnız diş problemindən şikayətlənib. Gənc yaşlarından dişləri tökülən siyasətçi prezident olanda cəmisi bir dişi olub. Ancaq öz dişlərinin olmamasına baxmayaraq Vaşinqton ona məxus olan atların təmizliyinə, xüsusilə də dişlərinin təmizliyinə ciddi şəkildə diqqət yetirib.
Corc Vaşinqton 6 yanvar 1759-cu ildə çox imkanlı bir dul qadınla ailə həyatı qurub. Vaşinqtonla Marta Kastisin övladları olmayıb. Martanın əvvəlki ailəsindən qızı erkən yaşlarında vəfat edib, oğlu isə müharibədə həlak olub.

Corc Vaşinqton

 

Corc Vaşinqton bir dəfə də olsun Böyük Britaniyaya səfər etməyib. O hətta açıq bəyan edib ki, ayağı Londona dəyməyəcək. 1924-cü ildə Vaşinqtonun abidəsini Londona bəxş edəndə sabiq prezidentin bu bəyanatını nəzərə alıblar. Belə ki, abidə ilə birlikdə onlar özləri ilə Amerika torpağı da aparıblar. Həmin torpaq Trafalgar meydanında qoyulmuş heykəlin pyedestalının altına tökülüb.
Corc Vaşinqton massonluğun Amerika Birləşmiş Ştatlarındakı qurucularından sayılır.
Amerikalılar Corc Vaşinqtonun ad gününü hər il böyük təmtəraqla qeyri-rəsmi bayram kimi qeyd edirlər. Həmin gün onlar ilk prezidentlərini siyasi və hərbi bacarığı ilə yanaşı, həm də ədalətli, haqlı insan kimi xatırlayırlar, Vaşinqtonun uşaqlıq illərində yaşanmış bir hadisəsini yenidən gündəmə gətirirlər.
Vaşinqtona uşaqlıq illərində oyuncaq balta bağışlayıblar. O bu balta ilə atasının çox sevdiyi albalı ağacını kəsib. Bundan əsəbləşən atası səbəbkarı axtaranda balaca Corc cavab verib: "Ağacı mən kəsmişəm, bunu gizlədə bilmərəm, çünki mən yalan danışa bilmirəm”
Bu hadisəyə görə Vaşinqtonun ad günündə albalı ilə bəzədilmiş və albalı ağacının gövdəsi şəklində tort rəmzi olaraq bayram iştirakçılarına paylanır.

Corc Vaşinqton

 

Hazırkı 1 ABŞ dollarının üzərində Corc Vaşinqtonun təsviri vardır.
Amerika Birləşmiş Ştatlarının paytaxtının adı Corc Vaşinqtonun soyadının şərəfinə qoyulub. Bu ərazini paytaxt kimi məhz Vaşinqton özü seçmişdi. Bu şəhərdə onun şərəfinə ucaldılmış monument şəhərin hər bir tərəfindən görünür. Konqresin qərarına görə şəhərdə bu abidədən hündür heç nə tikmək olmaz.
Bununla amerikalılar öz birinci prezidentlərinə ehtiram və rəğbətlərini nümayiş etdirirlər.
Böyük kənd təsərrüfatı sahələrinə sahib olan Corc Vaşinqton tez-tez əkin sahələrinə çıxıb və ümumi işin gedişi ilə şəxsən maraqlanıb. Bir çox bitkilərlə yanaşı Corc Vaşinqton öz bağında marixuana da yetişdirirmiş.

Corc Vaşinqton

 

1799-cu ilin soyuq qış günlərində sahələrə çıxan Vaşinqton möhkəm soyuqlayıb. Tibbin inkişaf etmədiyi bir dövrdə əyalət həkimləri soyuqdəyməni çıxarmaq üçün yeganə vasitə kimi qan almağa üstünlük veriblər. Elə bu qanalma nəticəsində də 14 dekabr 1799-cu ildə Corc Vaşinqton vəfat edib.
Ölümündən qabaq Vaşinqton ona məxsus olan qulların azad olunmasını vəsiyyət edib. Həyat yoldaşı sabiq prezidentin vəsiyyətini yerinə yetirib.
Amerikanın ilk prezidenti olmuş Corc Vaşinqtonun malikanəsini hər il bir milyondan artıq turist ziyarət edir. 

Corc Vaşinqton

 



[b]
İlham Cəmiloğlu



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 may 2014 16:11
    meqaleye gore tewekkurler...

    --------------------

  2. 7 may 2014 23:05
    salam.ela melumat idişthank you!ancaq ki,siyasi fealiyyetinden daha cox sexsi heyati verilib.onu da etiraf edim ki,tarixcileri siyasetcilerin siyasi xetti ile birge sexsi heyati da maraqlandirir.melumata gore tesekkurler.sag olun

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.