Azərbaycan Birinci Dünya müharibəsi illərində

Azərbaycan Birinci Dünya müharibəsi illərində

Azərbaycan Birinci Dünya müharibəsi illərində

 

     XIX əsrin sonlarından başlayan kapitalist dövlətləri arasında dünyanın bölüşdürülməsi uğrunda mübarizə 1914-1918-ci illərdə bəşəriyyatın ilk ən böyük dəhşətli müharibəsinin başlanmasına səbəb oldu. Birinci Dünya müharibəsi kimi tarixə düşən bu savaş 40-dan çox ölkəni əhatə etmişdi. Başlıca olaraq bu ölkələr 2 hissəyə bölünmüşlər: Antanta (İngiltərə,Fransa,Rusiya və b.) və Üçlər ittifaqı (Alman,Avstriya-Macarıstan, İtaliya) . Müharibənin gedişatında Üçlər ittifaqı Dördlər ittifaqına (Alman,Avstriya-Macarıstan,Türkiyə,Bolqarıstan) çevrilmişdir.

      Müharibəyə başlanmasına bəhanə 28 iyun 1914 ildə Sarayevoda Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frans-Ferdinandın qətlə yetirilməsi oldu.

     Hərbi bloklara daxil olan dövlətlərin ayrı-ayrılıqda xüsusi işğalçılıq planları vardı. Bu planlarda Azərbaycan və onun nefti xüsusi yer tuturdu. Hələ müharibə ərəfəsində Azərbaycan neftini ələ keçirilməsi uğrunda ingilis və alman inhisarları rəqabəti artmışdır. Almaniya Bakı neftini ələ keçirmək üçün Türkiyədən istifadə etmək istəyirdi və bunun üçün hətta türk ordusunu müharibəyə hazırlayırdı.

     Almanlar yalançı vədlərlə Türkiyənin Qafqaza sahib olmasına və Qafqazda müsəlman dövləti yaradılmasını bildirirdi.

     Azərbaycanı öz müstəmləkəsi olaraq saxlayan Rusiya isə boğazlara sahib olub Türkiyəni bölüşdürmək istəyirdi. Osmanlılara gəldikdə isə keçmişdə itirdiyi torpaqları geri qaytarmağı, Qafqaz müsəlmanlarını çarizmin müstəmləkə əsarətindən xilas etməyi planlaşdırırdı.

     20 oktyabr1914-ci ildə Osmanlı donanmasının Qara dənizdəki rus limanlarını atəşə tutmasıının cavabında Rusiya Türkiyəyə müharibə elan etdi. Bununla müharibənin yeni bir 2-ci dərəcəli cəbhəsi açıldı. Tez zamanda türk qoşunları Cənubi Qafqaza doğru irəliləyərək Cənubi Azərbaycan ərazisinə daxil oldular. Alman generallarının  hazırladığı qüsurlu plan üzrə Osmanlı komandanı Ənvər Paşa Qafqazda həlledici döyüşə girdi.  Qafqaz cəbhəsində müharibə dövründə baş verən ən böyük döyüş olan Sarıqamış döyüşü (4 dekabr 1914 – 18 yanvar 1915) türklərin ağır məğlubiyəti ilə başa çatdı. Döyüşün nəticəsində ruslar irəliləyərək Təbrizi tutdu və bütün Cənubi Qafqazı osmanlılardan təmizlədi.

     Rusiyanın müstəmləkəsi olan Azərbaycanda müharibənin acı nəticələrini yaşayırdı. 1887 ildən çarizm azərbaycanlılara qarşı "hərbi vergi”tətbiq etmişdi. Çar höküməti azərbaycanlılara etibar etmədiyi üçün onları orduya çağırmırdı və bunun əvəzində onları 3 illik orta qazancı nəzərə alınmaqla vergi verməyi məcbur etmişdi. Bu işdə zadəgan uşaqları istisna təşkil edirdi. 1846 ilin dekabrın 6-da çar reskriptində bəylərin torpaqlarının qaytarılmasının əvəzində ali müsəlman silki ordu sıralarında xidmət etməli idi.

     Rusiyanın hərbi məktəblərin qurtardıqdan sonra ali müsəlman silkinin nümayəndələri çar ordusun sıralarına qoşulurdular.Müharibə ərzində 200 nəfərdən çox azərbaycanlı zabit qulluq edirdi. Onların çox hissəsi yüksək medallarla təltif olunur və "Müqəddəs Georqi ordeni” almışlar.Müharibədə məhşur sərkərdə səviyyəsinə yüksəlmiş azərbaycanlı generalları vardı.Bunlardan biri müharibədə Qərb cəbhəsində 21-ci piyada diviziyasının komandiri olmuş,Lodz əməlliyatında almanlara zərbə vurub rus ordusunu mühasirədən çıxaran Səməd bəy Mehmandarov idi. Rus-Yapon müharibəsinin iştrakçısı olan Mehmandarov müharibənin sonunda ordu komandanı olmuşdu. Sonrada hərbi nazir olan Mehmandarov erməni qəsbkarlarına qarşı mübarizədə xüsusi rol oynamışdır.

     "Artileriya allahı”adına layiq görülmüş Əliağa Şıxlinski Qərb cəbhəsində artileriya qoşunun rəisi idi. Onun topculuğa dair yazdığı əsərləri uzun müddət rus hərbi məktəblərində dərslik kimi istifadə edilmişdir. Şıxlinski bir çox ali ordenlər, həmçinin Fransanın yüksək sərkərdələri üçün nəzərdə tutulan ordenləri ilə təltif edilmişdi. Müharibədə fərqlənən general-leytenant Hüseynxan Naxçıvanski, general İbrahim ağa Vəkilov onun oğlu polkovnik Qalib Vəkilov döyüşlərdə göstərdikləri xidmətlərə görə "Müqəddəs Georqi” ordeni ilə təltif olunmuşdular. Döyüşçülər Tərlan Əliyarbəyov, Teymur Novruzov igidliklərinə görə "Müqəddəs Georqi”ordenin 4-cü dərəcəsinə layiq görülmüşlər. "Müqəddəs Georqi”ordeni ilə təltif olunmuş və ilk azərbaycanlı təyyarəçi olan Fərrux ağa Qayıbov düşmən istehkamlarını dağıtmaqda şöhrət qazanmışdı.

     Müharibə illərində azərbaycanlı gənclərdən ibarət "tatar süvari alayı” təşkil edilmişdi. Öz qorxubilməzliklərinə görə çar generalları onu "vəhşi diviziya”adı vermişdi. 26 iyun 1918 ildə təşkil olunmağa başlayan Azərbaycan Milli Ordusu bu alay əsasında yaranmışdı.

     1917 ildə baş verən fevral inqlabı Rusiyada monarxiyanı devirdi və 2 hakimiyyətliyi yaratdı. Rusiya müharibədən çıxması haqqında Brest-Litovsk müqaviləsini imzaladı. Çar müstəmləkələrində, o cümlədən Azərbaycanda müstəqillik meylləri gücləndi. Ayrı-ayrı ziyalılarımız Azərbaycanın mövcud vəziyyətdən çıxış yolunu axtarmağa çalışırdı. Belələrindən bir qismi – Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev müharibə cəbhə xəttini keçərək Almaniya rəhbərlikləri ilə Azərbaycanı Rusiyanın müstəmləkə əsarətindən xilas etməsinə kömək göstərməsini xahiş etmişlər. Digərləri M.Ə.Rəsulzadə, F.X.Xoyski, X.Xasməmmədov və b. Tiflisdə 1917 ilin noyabrın 15-də Azərbaycanın da daxil olduğu Zaqafqaziya komisarlığının təşkil edilməsində iştrak etdilər. Bütün Azərbaycan torpaqları Bakı istisna olmaqla bu qurumun tərkibinnə daxil oldu. Bakıda isə hakimiyyəti Şaumyan başda olmaqla bolşeviklər ələ keçirdilər. Lakin 1918 ilin əvvəllərində baş verən hadisələr martın 30 aprelin 2 kimi Bakıda və ətraf qəzalarda, azərbaycanlılara qarşı soyqırım siyasəti, Zaqafqaziya dövlətinin Osmanlı imperiyasına müharibə elan etməsi və s., bölgədə vəziyyəti xeyli dəyişdi. Zaqafqaziya dövləti Gürcüstanın onun tərkibindən çıxması ilə dağıldı. Bunun ardınca 28 may 1918 ildə Tiflisdə Azərbaycanın Xalq Cumhuriyyətinin yaradılma Milli Şuranın qərarı alındı. Beləliklə müsəlman Şərqində ilk Cumhuriyyət yarandı. Onun müstəqil ordusu, dövlət rəmzləri, parlamenti var idi. Cumhuriyyəti ilk tanıyan müharibə vəziyyətində olan Türkiyə oldu. Batumidə dostluq müqaviləsinin imzalanması (4 iyun 1918 il) Bakını yadellilərdən azad olunmasında qardaş Türkiyəsinin köməyindən istifadə edilməsinə şərait yaratdı. 15 sentyabr 1918 ildə Bakı azad olundu və Azərbaycanın bütün ərazi bütövlüyünü bərpa etdi.

     Bütün bu hadisələrin getdiyi vaxtda müharibə hələ davam edirdi. Osmanlı imperiyası müharibədə məğlub olub və 30 oktyabr 1918 ildə Mudros barışığını imzaladı. Az sonra isə 11 noyabr 1918 il Kompyen meşəsində Almaniya Antanta dövlətləri ilə barışığını imzaladı və Birinci Dünya müharibəsi bununla başa çatdı.

     Beləliklə Birinci Dünya müharibəsi Azərbaycan tarixində silinməz  iz buraxdı.

     Müharibənin Azərbaycan üçün təsiri və nəticələrini aşağıdaki əsaslarda göstərmək olardı:

     1) Yüzlərlə azəri nümayəndəsi öz hərbi güclərini  və biliklərini dünyaya göstərdi.

     2) Azərbaycan 89 illik rus müstəmləkəçiliyindən azad oldu.

     3) Milli burjuaziya daha da yetkinləşərək  muxtariyyət ideyasından müstəqillik uğrunda mübarizəyə qoşuldu.

     4) Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yarandı

     5) Təsərrufat və bütünlükdə iqtisadiyyat tənəzzül etdi və s.

     Müharibənin sonundan başlayaraq artıq Azərbaycan başqa tarix yazdı, elə bir tarix ki, bütün müsəlman və türk dünyasında qızıl hərflərlə yazılacaqdı: Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və onun dünya birliyi ölkələri sırasına daxil olması.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 avqust 2012 17:58
    meqale cox maraqli idi.azerbaycan 89 il rus mustemlekeciliyinden azad oldu,musteqil azerbaycan xalq cumhuruyyeti yarandi. smile

  2. 17 dekabr 2012 01:51
    xosuma geldi

  3. 15 yanvar 2013 18:33
    maraqli melumatlardir

  4. 16 noyabr 2013 21:12
    aaaaaaaaaa.demek 1-i dunya muharibesi

  5. 22 dekabr 2014 01:01
    Amma dərslik " Müqəddəs georgi" ordeninin dörd dərcəsini də almış deyir:))

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.