Uşaqların xaç yürüşü

Uşaqların xaç yürüşü

 


 

"UŞAQLARIN GÜNAHI NƏ ?….”

 
Əslində araşdırma-məqaləmin  adını bir ifaçının mahnısından götürsəmdə araşdırma obyektim  tarixə hələ maraqlı  qalan  xaç yürüşünə həsr etmişəm. Amma sizə nə tarixdə baş verən səkkiz əsas xaç yürüşündən (qeyri rəsmi mənbələrə görə on üç xaç yürüşü baş vermişdir ) , nə bu xaç yürüşlərinin baş vermə səbəbindən deyil, tarixə hələ də qaranlıq qalan və kimlər üçünsə miff anlayışı daşıyan, qeyri-real sayılan UŞAQLARIN XAÇ YÜRÜŞÜ haqqındakı araşdırmamdan bəhs edəcəm. Bu tarixi hadisə zaman boyu böyük maraq doğurmaqdadır. Bu araşdırmanı bilavasitə mənbələrə əsaslanaraq sızə təqdim edirəm.
 
BU YÜRÜŞ NƏ ZAMAN VƏ HANSI MƏQSƏDLƏR ÜÇÜN BAŞ VERDİ?
Uşaq Xaç Yürüşləri 1212-ci ildə katolik dini təbəqələri tərəfindən MÜSƏLMANLARA qarşı qışqırtılan genç uşaqlar xaçlı cəngavərlərini təqlid edərək FƏLƏSTİNƏ və müqəddəs şəhərlərə yürüş təşkil etdilər. Bu yürüşlər  IV və V BÖYÜK XAÇ yürüşşləri arasında baş vermişdir. Yürüşlər Almaniya və Fransadan başladı və quru yollarla həyaka keçirildi. Fransa və Almaniya yollarında sadə kətan köynək və qısa şalvar geyinmiş, demək olar ki, ayaqyalın, başıaçıq, kiçik qruplarla və toplu halda yaşları on iki və yuxarı olan uşaqlar yürüyürdülər. Hər birinin köynəyinin yaxasında parçadan yaşıl, qara və qırmızı rəngdə xaçlar tikilmişdi. Kütləvi yürüşü zamanı yellənən rəngarəng bayraqlarda İsa peyğəmbərin (ə), körpə uşaqla Müqəddəs Məryəmin təsviri vardı. Xaçlılar cingiltili səslə İlahini tərənnüm edən dini marşlar oxuyurdular
Tarixin dəhşətli səhifələrindən biri - uşaqların xaç yürüşünü bir çox alim uydurma hesab edir. Əslində isə uşaqların xaç yürüşü həqiqətən olub və bu, əfsanə deyil.  XIII əsrin əksər salnaməçiləri biri-birindən xəbərsiz bu barədə rəvayətlər yazıb
.
MƏQSƏD, QÜDSÜ YENİDƏN XRİSTİANLARIN ƏLİNƏ KEÇMƏ NİYYƏTİ İDİ.
Orta əsr dövrünün səlnaməçilərinin rəvayətlərinə görə:
"1212-ci ilin mayında Parisdə Müqəddəs Dionisi abbatlığına on iki yaşlı bir uşaq - çoban gəlir. Uşaq elan edir ki, onu Allah uşaqların «müqəddəs torpağa” «kafir»lərə qarşı yürüşünə başçılıq etməsi üçün göndərib. Sonra bu uşaq kəndləri, şəhərləri gəzir. Meydan və yol ayrıclarında, insanların gur toplaşdığı yerlərdə nitq söyləyir, öz həmyaşıdlarını «Allahın məzarı»na doğru yola çıxmağa çağırırdı: «Böyük xaçlılar – axmaq adamlardır, acgöz və tamahgir günahkarlardır. Onlar Yerusəlimdə nə qədər vuruşsalar da, heç nə alınmır. Allah o günahkarların kafirlər üzərində qələbə qazanmağını istəmir. Allahın rəhmətini ancaq günahsız uşaqlar qazana bilərlər. Heç bir silah olmadan onlar Yerusəlimi Sultanın hakimiyyətindən azad edə bilərlər. Allahın əmri ilə Aralıq dənizi onların qarşısında aralanar, onlar Musa kimi quru yerdən keçərək kafirlərdən «Allahın məzarı»nı geri alacaqlar». «İsa özü mənim yuxuma gəldi, dedi ki, uşaqlar Yerusəlimi bütpərəstlərdən alacaqlar»,- deyə çoban çıxış edirdi. Daha da inandırıcı olsun deyə, o, əlindəki kağızı başının üstünə qaldırdı: «Xilaskarın mənə verdiyi məktub budur. Bu məktubda o, mənə Allah eşqinə dəniz arxasına gedəcək olan sizlərə başçılıq etməyimi tapşırıb». Salnaməçilər yazırlar ki, bu alovlu çıxışdan sonra, Stefan müxtəlif «möcüzə»lər göstərir - guya əlini toxundurmaqla kor adamın gözlərini açır, şikəsti sağaldır. Stefan Fransada böyük şöhrət qazanır. Onun çağırışı ilə uşaq kütləsi gənc xaçlıların toplanış məntəqəsinə çevrilmiş Vandom şəhərinə doğru hərəkət edir.” (Savaş Sözlüğü, sf:187, Maddə:Çocukların Haçlı Seferi)
 

Uşaqların xaç yürüşü

 

BƏS BU UŞAQLAR NİYƏ BU YÜRÜŞƏ BELƏ HƏVƏSLƏ QOŞULDULAR?

Salnaməçilər uşaqlarda bu əzmin, inadkarlığın hardan qaynaqlandığını izah etmirlər. Əslində səbəblər :
1) BIR ZAMAN YOXSUL KƏNDLILƏRI ŞƏRQƏ YÜRÜŞ ETMƏYƏ HƏVƏSLƏNDIRƏN AMIL – ŞƏQRDƏN MƏNFƏƏT ƏLDƏ ETMƏK ARZUSU İDİ .
2) XIII əsrdə xaçlılar hərəkatı soyğunçuluq, cəngavərlərin uğursuzluqları və itkiləri ilə ləkələnmişdisə də, XALQDA YERUSƏLIMIN GERI ALINACAĞI TƏQDIRDƏ ALLAHIN MƏRHƏMƏT GÖSTƏRƏCƏYINƏ INAM VAR IDI. Kilsə xadimləri də bu fikrə ciddi-cəhdlə tərəfdar çıxırdılar. Keşiş və rahiblər kəndlilərin ağalarına qarşı artan narazılığını «savab iş» - xaç yürüşləri ilə yatırmaq istəyirdilər. Bu gənc, divanə çoban Stefanı kilsə xadimləri müdafiə edirdilər. Onlar Stefana əvvəldən hazırlanmış «möcüzə»ni göstərməyə kömək edirdilər. Orta Əsrlərin görkəmli araşdırmacısı Dr. Erhan Afyoncu bu mövzuda araşdırması həqiqətədə maraqlıdır:
" Stephan adındaki çoban bir çocuk anlatılanlardan etkilenerek, İsa Mesih'in kendisini bir ordu toplayarak Kudüs'ü Müslümanlar'ın elinden kurtarması için çağırdığı şeklinde bir rüya gördü. Uyandığında, gördüğü rüyayı civardaki çobanlara ve arkadaşlarına anlatmaya başladı. Kendisinin Kudüs'ü kurtarmak için seçilmiş biri olduğunu ve çok yakında yapılacak bir Haçlı Seferi'ne önderlik yapacağını söylüyordu.
Stephan, Fransa Kralı Philipe'in yanına giderek, rüyasını krala anlatı. Kral, çocuğun söylediklerini ciddiye almadı fakat küçük çoban, kendisini Kudüs'ün kurtarıcısı olarak görmeye devam etti. Her yerde rüyasını anlatıyor ve çocuklardan oluşturulacak bir ordunun Kudüs'ü kurtarabileceğini söylüyordu. Çok geçmeden birçok çocuk Stephan'a inanarak, Kudüs'ü kurtarmak amacıyla onun etrafında toplanmaya başladı”




BƏS FRANSA VƏ ALMANİYADAN BAŞLAYAN YÜRÜŞÜN AQİBƏTİ NECƏ OLDU?

FRANSADAN BAŞLAYAN yürüş zamanı uşaqlara xeyli sayda böyük – kəndlilər, yoxsul sənətkarlar, keşiş və rahiblər, eyni zamanda oğrular və başqa cinayətlər törətmiş insan da qoşulmuşdu. Həmin oğrular zaman-zaman uşaqların yeməklərini, pullarını oğurlayırdılar. Xaçlıların sayı yolboyu sürətlə artırdı. Nəhayət onlar Marselə çatırlar. O an hamısı möcüzə görmək arzusu ilə körpüyə atılırlar. Lakin əlbəttə ki, möcüzə baş vermir və dəniz yarılmır. İki tacir xaçlıları «Allah işi üçün» heç bir təmənna güdmədən digər sahilə çıxarmağı təklif edir. Uşaqları yeddi böyük gəmiyə doldururlar. Sardiniya sahillərindən çox uzaq olmayan Müqəddəs Pyotr adasının yaxınlığında gəmilər tufana düşür. İki gəmi sərnişinləri ilə birgə dənizin dibinə gedir. Qalan beş gəmi isə gəmiçilərin köməyi ilə Əlcəzair limanına gətirilir və burada onları ərəb donanması qarşılayır.
Lakin Əlcəzair sadəcə yola salma məntəqəsi, toplanış bazası idi və orada qula çox da ehtiyac yox idi. Qullara Şərqdə - Suriya, Bağdad, Farsda tələbat var idi. Bu ölkələrə gedən yol isə Fələstindən keçirdi. Uşaqlar Fələstinə gəlib çıxdılar, lakin boyunlarına keçirilmiş taxta kündə və ayaqlarında qandalla.
ALMANİYADAN BAŞLAYAN  yürüş Fransız uşaqlarla eyni vaxtda 20 min nəfər alman uşaq da yola çıxmışdı. Onlara Nikolas adında on yaşlı uşaq başçılıq edirdi. O da atasının öyrətmələri ilə Stefanın dediklərini təkrar edirdi. Gənc xaçlı kütləsi Kölndən yola çıxaraq, Reyn boyunca Cənuba doğru hərəkət edirdi. Uşaqlardan ibarət qafilə iki dəstəyə bölünür. Nikolasın başçılıq etdiyi dəstə Reyn boyunca Lotaringiya, Burqundiya, Şvabiyadan keçir. İkinci dəstə isə daha uzun yolla- Bavariya, Frankoniya və Şərqi Şvabiyadan hərəkət edir.
Hər iki dəstənin qarşısında keçilməsi çox çətin olan Alp dağları vardı. Uşaqlar yaxınlaşdıqları hər şəhərdə sanki Yerusəlimi görürdülər. Dəstələrə gənc xaçlıları idarə etməyi bacaran yaşca böyük kişilər başçılıq edirdilər. Bunlar Papanın tapşırıq və direktivlərini yerinə yetirən rahiblər idi. Təxminən bir ay ərzində hər iki dəstə Alpa çıxa bildi. Və uşaqlar çox çətinliklə dağları keçdilər.
Uşaqların üçdə ikisi aclıq, istilik, yorğunluq və xəstəlikdən həlak olur. Qalanları çox böyük çətinliklə avqustun 25-də İtaliyanın Genuya şəhərinə çata bilir. Şəhər rəhbərliyi bu qədər uşağın gəlməsinin düşmənlərə şəhərdə fitnə-fəsad yaratmaq üçün əlverişli şərait yaradacağından ehtiyat edərək onları qovur. Paralel olaraq şayiə yayılır ki, uşaqlar alman imperatorunun gizli casuslardırlar.
Uşaqlar çox böyük əziyyətlə yollarına davam edirlər. Onların çox az hissəsi Brindizi (İtaliyada liman şəhəri) şəhərinə çata bilir. Ac və üst-başları cırıq-cırıq olan uşaqların görkəmi o qədər acınacaqlı idi ki, yerli hakimiyyət orqanları yürüşün davam etdirilməsinə qarşı çıxır. Gənc xaçlılar evlərinə qayıtmalı olurlar. Burada diqqəti çəkən çox maraqlı məqam var: yürüşə başçılıq edən Nikolas ortalıqdan yox olur. Onun hara getdiyi bilinmir, lakin bu hadisə vəziyyəti kökündən dəyişir. Uşaqlar bir an içərisində idarəolunmaz kütləyə çevrilirlər. Bu kütlə bir neçə hissəyə parçalanır və bütün İtaliyaya yayılır. Genuyada qalanları varlı ailələr qulluqçu kimi götürürlər. Ən pis vəziyyət isə Milanda yaranır. Uşaqları döyür, itlərə gəmirtdirir, sonra isə şəhərin kənarına atırlar. Daha dözümlü olanlar Romaya qədər gedib çıxır. Sağ qalan xaçlılar Roma Papasına müraciət edərək onların xaç yürüşü üçün verdikləri anddan azad olmaların xahiş edirlər.

UŞAQLARI BU İŞƏ SÖVQ EDƏNLƏR...
Fransa kralı II Filipp istənilən bu tipli hərəkatın təşkil olunmasını qadağan edən fərman imzalamasına baxmayaraq, bu fərman kağız üzərində qalır. Kral mütləq hakimiyyətə malik deyildi və Papa ilə açıq-açıq mübahisə etmək onun üçün təhlükəli idi.
Din pərdəsi altında bir çox qanlı müharibənin baiskarı olan Roma Papası III Innokenti bu son dərəcə təhlükəli və axmaq yürüşü dayandırmaq üçün heç bir tədbir görmür. Əksinə, elan edir: «Bu uşaqlar bizə, böyüklərə dərs keçirlər: bizim yuxuda olduğumuz zaman onlar sevinclə "müqəddəs torpağa” yola düşürlər».
Papa III Innokeninin yürüşün və bu uşaqların faiəvi sonluğundan vardı! Baxmayaraq ki, yürüşə nəzarət edirdi və Papa kəşfiyyatı o dövrdə çox güclü idi, yürüşün nəticəsi onu heç bir şəkildə maraqlandırmırdı. Xristian rahiblər isə uşaqlara nisbətən şanslı oldular. Onları Misir Sultanı Malik əl-Kamil satın alır. Onlar Sultanın əmri ilə sarayların birində qədim yunan və latın mətnlərinin ərəb dilinə tərcümə edilməsi ilə məşğul olurdular. Onlara qoyulan yeganə qadağa Misiri tərk etməmək idi.
Papa əgər  özünün var - dövlətinin yüzdə birini sərf etsəydi, çox güman ki, «Allahın ordusu»nun hamısı sağ qalardı. Lakin Papa heç bir fədakarlıq etmədi. Brindizidə yerli arxiyepiskop uşaqlara bir neçə xüsusi hazırlanmış gəmi verir və onları yola salır. Lakin gəmilər elə limandaca dənizə batır və heç kim uşaqları xilas etməyə çalışmır.
 
BƏS O UŞAQLAR…
- Papa onlara həddi-buluğa çatana qədər bu uşaqlara möhlət verir və tapşırır ki, dərhal geriyə -Almaniyaya qayıtsınlar. Geri qayıtmaq istəyənlərin çoxu yolda aclıqdan ölür. Şahidlərin dediklərinə görə, uşaqların cəsədləri həftələrlə yollarda qalırdı.
-Almaniya qayıtmayan xaçlılar İtaliyanın cənubuna doğru irəliləyərkən daha dəhşətli aqibətlə qarşılaşırlar. Həmin il İtaliyada aclıq və səfalət fəlakət həddində idi. O dövrdə adamyeyənlik faktının olmasına dair mənbələrdə xeyli sayda dəlil-sübut var. Valideynlərin öz övladlarını yediyi vaxtda alman uşaqların yad və düşmən ölkədə nəyə məruz qaldıqlarını təsəvvür etmək belə çətindir. Mənbələrdən məlumdur ki, dəstədəki bütün qızlar fahişəxanalara verilir. Ən dəhşətlisi odur ki, bütün bunlar yepiskopun razılığı ilə olur.
- Bu uşaqların bəziləri aclıqdan ölüb, bəziləri dənizdə batıb, bəziləri itlərə, adamyeyənlərə yem olub, bəziləri isə bazarda qul, fahişə kimi satılıb 
-Bəziləri  verilən yardımlarla qidalanaraq Tur, Lion və digər şəhərləri keçirlər.
- Bəzi "Xaçlı” uşaqların qollarını qandallayaraq, qul kimi satırlar.
- Bəzilərinin taleyi naməlumdur. Ehtimal etmək olar ki, çox istismar olunmaqdan elə ilk illərdəcə ölüblər. Onlardan kiminsə geri qayıtması haqqında ən kiçik bir məlumat yoxdur.


 

Məzahim Mustafazadə
 
 
 
İSTİFADƏ ETDİYİM MƏNBƏLƏR:
 
1. Dr. Erhan Afyoncu – Çoçuk haç seferleri
[/i]
[i]2. Mortemer Manastırı'ndakı Sistersiyen kesişi kronojisi; Jumeieges Manastırı'ndaki keşişi kronijisi, John le Long kroniği. Kaynak:Gary Dickson, (2006) 
3. Peter Raedets Hollanda'da (Nijmagen Üniversitesi) - Ortaçağlar Tarihi .
4. Fikret Işıltan - Haçlı Seferleri Tarihi: III. Cilt Akka Krallığı ve Haçlı Seferleri, Ankara:Türk Tarih Kurumu
5. Yaqut Əliyeva – Katolik kilsəsinin ən böyük cinayəti – uşaqların xaç yürüşləri - Lent.az
6. WIKIPEDIYA – türk dilində
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 noyabr 2014 10:55
    Bir yuxu neçə uşağın həyatını puç edib.Çox maraqlı idi.Təşəkkürlər

    --------------------

  2. 30 noyabr 2014 16:40
    tesekkurler ela idi

    --------------------

  3. 30 noyabr 2014 22:52
    Yeni nəsə təqdim edə bilmişiksə biz bundan məmnunluq hissi duyuruq.

    Məzahim Mustafazadə

  4. 1 dekabr 2014 22:42
    Cox maraqli idi tesekkur edirem wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.