Səlib yürüşləri

[/b]

[b]Səlib yürüşləri

S
əlibçilərin Şərqə işğalçı yürüşləri

 

 

           1095-ci ildə Fransanın Klermon şəhəri yaxınlığındakı  düzdə xalq qarşısında nitq söyləyən Roma papası II Urban  Şərq ölkələrinə yürüş edib, «İsanın qəbrini kafirlərin (yəni müsəlmanların) əlindən xilas etməyə» çağırdı. Çoxları elə oradaca dərhal «Müqəddəs torpağa» getməyə hazır olduqlarını  nümayiş etdirmək üçün paltarlana qırmızı parçadan xaç tikdikləri üçün Şərqə yürüşlərin iştirakçılarını səlibçilər, həmin yürüşləri isə səlib yürüşləri adlandırmağa başladılar.

           Feodal müharibələri və təbii fəlakətlərlə dolu olan XI əsrin sonu xüsusilə ağır keçdi. Avropa aclıq, qıtlıq illəri, mal-qara tələfatı, kütləvi yoluxucu xəstəliklər dövrü keçirmişdi. Kəndillər öz ağalarının əlindən yaxa qur­tarmaq üçün çıxış yolunu Şərqdə yürüşdə  görürdülər. Feodallar gəlirlərini artırmaq üçün yeni torpaqlar və asılı kəndlilər ələ keimək istəyirdilər. Ruhanilər də Şərqdə yeni torpaq ülkləri ələ keçirmək arzusunda idilər. Roma papası şərq ölkələrini asılı hala salmaq yolu ilə hakimiyyətini daha da gücləndirmək və gəlirini artırmaq planlarına malik idi. Qərb feodalları və ruhaniləri ümid edirdilər ki, Səlcuq imperatorluğu ayrı-ayrı hissələrə parçalandığından Şərq ölkələrini ələ keçirmək asan olacaqdır. İlk səlib yüruşunə 1096- ilin yazında Qərbi Avropa ölkələrinin kəndliləri başladılar. Onlar səlcuqlar tərəfindən darmadağın edildilər. 1096- ilin payızında cəngavər dəstələri iri feodalların başçığı ilə Fransadan, Almaniyadan, İtaliyadan müxtəlif yolarla Şərqə doğru hərəkətə başladılar. Onlar yol boyu şəhərləri tutub əhalini talan və qarət edə edə Qüdsə yaxınlaşdılar. 1099-cu ildə şiddətli hücumdan sonra cəngavərlər Qüdsə soxuldular. Onlar şəhərin müsəlman əhalisinə qarşı dəhşətli qırğın törətdilər. Suriya  Fələstinin Aralıq dənizi sahillərindəki torpaqlarında-sahil boyunca ensiz bir zolaqda səlibçilər öz dövlətlərini yaratdılar. Bu dövlətlərdən başlıcası Qüds krallığı hesab olunurdu.

         

Səlib yürüşləri

 Səlibçi dövlətləri öz aralarında düşmənçilik edirdilər. Şərqdən və Cənubdan isə onları müsəlman bəylikləri sıxışdırırdı. Qərb feodalları onlara qarşı mübarizə məqsədi ilə 1147-ci ildə ikinci səlbi yürüşünə başladılar. Lakin bu yürüş məğlubiyyətlə sona yetdi. Çox keçmədi ki, Misir hökmdarı qüvvətli dövlət yaratmış Səlahəddin Əyyubi. səlibçi qoşunlarını darmadağın edərək Qüdsdən qovdu.

 

           

Səlib yürüşləri
«Müqəddəs şəhəri» geri qaytarmaq məqsədi ilə   Qərb feodalları 1190- ildə üçüncü  səlib yürüşünə başladılar. Bu yürüşə İngiltərə, Fransa   Almaniya  kralları başçılıq edirdilər. Lakin bu yürüş də uğursuzluqla nəticələndi. Dördüncü səlib yürüşünə XII əsrin sonunda papa III İnnokentii özü rəhbərlik edirdi. Səlibçilər quru yolları ilə hərəkət etmək çətin olduğunda, Fələstinə dəniz yolu ilə getməyi qərara aldılar. Onlar bunun üçün «dəniz kraliçası» Venesiyadan xeyli gəmi kirayə götürdülər. O zaman Şərq ölkələri ilə ticarətdə birincilik üstündə Venesiya irlə Bizans arasında şiddətli mübarizə gedirdi. Venesiyalılar Bizansa sarsıdıcı  zərbə vurmaq üçün səlibçilərin qüvvəsindən istifadə etməyi qərara aldılar. 1204- ildə səlibçilər  Konstantinopolu ələ keçirdilər. Onlar Müqəddəs Sofiya kilsəsini qarət etdilər, oranı murdarlamaqdan belə çəkinmədilər. Səlibçilərin qarətçilik və işğalçılıq məqsədləri dördüncü xaç yürüşündə özünü xüsusilə aydın göstərdi. 1261-ci ildə səlibçilər Konstantinopoldan qovuldular. Çox keçmədən səkkizinci-axırıncı səlib yürüşündən sonra Qərb feodalları  XIII əsrin sonunda müsəlman tutmiş olduqları bütün torpaqları itirdilər. Qərbi Avropa feodallarının XI əsrin sonundan XIII əsrin axırlarına  qədər Şərqdə apardıqları qəsbkarlıq müharibələri-səlib yürüşləri belə qurtardı. Səlib yürüşləri vasitəsilə  Qərb feodalları Şərq ölkələrini işğal etmək məqsədlərinə çatmadılar

 

         

Səlib yürüşləri

 Səlib yürüşlərinin nəticələri.  Səlib yürüşlərinin Avorpa üçün bir sıra nəticələri:  Aralıq dənizində ticarət daha da canlandı; ticarətdə birincilik Şimali İtaliya şəhərlərinin əlinə keçdi; 1204- ildəki məğlubiyyətdən sonra Bizans artıq Venesiya və Genuya ilə rəqabət apara bilmədi; İtaliya tacirlərinin Suriya, Fələstin, Krım Qafqazda ticarət məskənləri yarandı; Şərq ölkələri ilə yaxınlıq sayəsində  avropalılar yeni kənd təsərrüfatı bitkiləri ilə tanış oldular; Avropada çəltik, qarabaşaq, limon, ərik, qarpız becərməyə başladılar; avropalıların işlətdikləri qida məhsulları sırasına şəkər də daxil oldu; avropalılar  yel dəyirmanlarından istifadəni də Şərqdən götürdülər; onlar ipək parça toxumağı və güzgü istehsalını, metalı daha yaxşı emal etməyi öyrəndilər; avropalılar kağız, barıt,  kompas ilə də tanış oldular; avropalılar yeməkdən əvvəl əllərini yumağı, isti hamada çimməyə, tuman-köynəklərini və üst paltarlarını dəyişməyə başladılar; Avropa feodalları yaraşıqlı paltalar geyməyə, zərif boşqabarda xörək yeməyə, bahalı  silahlar gəzdirməyə başladılar. Bütün bu şeyləri almaq üçün pul əldə etməkdən ötrü onlar asılı kəndlilərin istismarını gücləndirdilər.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 noyabr 2013 21:13
    Aaaaaaaaaaa.niye rey vermemisiz.oxumusuz rey verin

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.