Beynalxalq təlimdə

Beynalxalq təlimdə

16-17 noyabr 2018-ci il tarixində Bakı Avropa məktəbində Azərbaycan Müəllim İnkişaf Mərkəzi tərəfindən təşkil olunan beynalxalq təlim təşkil olunmuşdur. Təlimdə məktəb rəhbərliyimizin təşəbbüsü ilə bir qrup müəllimlərimiz (əsasən metodistlər və aparıcı heyət üzvləri) iştirak etdi. Heyət üzvi olaraq iştirak etdiyim təlim haqqında fikirlərimizi sizlərlə bölüşmək istərdim. İlk öncə təlim maşallah olsun yüksək səviyyədə təşkil olunmuşdur. Dəvət olunmuş Britaniya təlimçiləri Stiven Koks, Ket Syuel, Endi Qriffit, Stiven Kruks və s. həqiqi mənada işlərini bilən mütəxəssislər idi. Yerli təlimçilər haqqında da bir qədər sonra. Əsas mövzu formativ qiymətləndirmə üzərində qoyulmuşdur. Qeyd edim ki, 2012-ci ildən təhsil sahəsində təlimçi olaraq bir çox yerli və beynalxalq təlimlərin iştirakçısı olmuşam. Heyrətləndim. Nədən? Məni olduqca sevindirən müəllimlərimizin davam edən təhsil islahatlarımızda dayandıqları səviyyə idi. Onu qeyd edim ki, Britaniya təlimçilərinin bu sahədə təlimdə söylədikləri nəzəriyyə bizim müəllimlər artıq onların 90 faizini bilirdi. 700 nəfərlik konfrans praktik etmək mümkün deyildi təbii ki, bu üzdən də onların praktik işlərini görə bilmədik. Sabah praktik seminarlar olacaq, qismət olarsa iştirak edərik. Yerli təlimçilər. İki yerli təlimçinin praktik seminarında iştirak etdim. Emin Tahirov müəllim - AMİM təlimçisi olan Emin müəllim seminarda Qrafik vasitələrin qiymətləndirmə zamanı tətbiqi mövzusunda praktik dərs qurdu. Müxtəlif yeni formatlar təqdim olundu (İç-içə dairələr xəritəsi, Müzakirə xəritəsi, 3-M və s.). Emin müəllimə təşəkkürlər olsun. Açığını demək olarsa Britaniya müəllimlərinin nəzəriyyə məruzəsindən daha öyrədici, daha izahedici idi. Daha bir gənc təlimçimiz Elvin Əliev. Həqiqətəndə böyük təşəkkürlər. Müəllimlərimiz üçün əl çatan bütün online pulsuz təhsil proqramlarını müəllimlərə nümayiş etdirməyə çalışdı. Kahoot, Google from, Preze və s. Gəldik bu günki günün sonuna.... Yerli və Britaniya təlimçiləri ilə açıq sual cavab təşkil olundu. Ən azı 4-5 ildir ki, əlim çatan Nazirlik nümayəndələrinə, müraciət etdiyim sualı verdim. Söylədim ki, formativ qiymətləndirməni daima öyrənirik, inkişaf edirik, şagirdlərin inkişafını izləmək üçün müxtəlif resurslar yaradırıq. Onları hər gen də olmasa da, çox tez-tez öyrəndiklərini analiz etməyə, qavramasını, təfəkkürünü ölçməyə, çatışmamazlığı aradan qaldırmağa çalışırıq. Bu gün il ərzində 34 dərs saatı tədris etdiyim 6-cı sinifdə həftədə 1 dəfə Ümumi tarix fənni üzrə il ərzində 6 dərs KSQ və BSQ-yə həsr olunur. Təxminən 28-29 dərsimiz isə formativ qiymətləndirmə ilə keçir. İndi söyləyin zəhmət olmasa, necə doğru hesab etmək olar bunu. İllik və yarımilliklər ancaq KSQ və BSQ əsasında qiymətləndirilir. Formativ isə sadəcə sözlə ifadə olunur. Nə üçün formativ qiymətləndirmələrin nəticələri yarımilliklərə və illiklərə təsir etmir? Britani müəllimləri buna cavab olaraq dedilər onlarda summativlər yarımilliklərə və illiklərə 20-30 faiz təsir edir. Bizimkilər isə bu suala cavab olaraq qiymət əsas deyil, əsas şagirdin nailiyyətidir dedilər. Əzizlərim bəyəm bizim kurikulum demir ki, təhsilimiz TƏLƏBYÖNÜMLÜDÜR. Bəyəm tələbyönümlülük demirmi ki, təhsilimiz dövlətimizin, cəmiyyətimizin, şagirdlərimizin, valideynlərimizin maraq və istəklərinə uyğun olmalıdır. İndi hansı məktəbin müəllimləri deyə bilər ki bizdə valideynləri qiymət maraqlandırmır, yarımillik və illik maraqlandırmır? Bizim məktəblər DİM üçün abituriyent yetişdirmirmi? Bəli təhsilimiz kurikulum adlansa da bir çox şeylər həllini tapmayım. Həlli tapılmayan işləri isə bu şəkildə həll etmək olmza. Biz etap-etap olaraq yaxınlaşmalıyıq zirvəyə. Əgər bu gün Britaniya zirvədədirsə və onları qiymət maraqlı deyil sə (hal bu ki özləri bunu inkar etdi) biz bir başa ora "hoppana" bilmərik. Görüləcək işlər hələ çoxdur. Dərslik siyasəti bərbad, müəllimlərin inkişaf etdirilməsi ləng və yanlış və s. Bunları düzəltmədən qaçmaq olmaz. Bir sözlə FORMATİV QİYMƏTLƏNDİRMƏYƏ yekun qiymətləndirmə üçün xüsusi status verilməlidir. Mən təklif edirəm ki, bu 40 faiz Formativ + 30 faiz KSQ+ 30 faiz BSQ düsturu kimi olsun. Sizlərin də tənqidi fikirləri maraqlarıdır. Bəlkədə mən doğru hesab etmirəm. Ancaq mənim təcrübəm mənə bunları söyləməyi məcbur etdi. Oxuduğunuz üçün təşəkkür edirəm!
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə
Beynalxalq təlimdə



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.