İlin ən yaxşı müəllimi......

İlin ən yaxşı müəllimi......

 

Əziz tarix.infoçular!
Bildiyiniz kimi, 2014-cü ilin noyabr-dekabr aylarında Təhsil Nazirliyi tərəfindən 2013-2014-cü tədrisi ilinin Ümumrespublika səviyyəsində "Ən yaxşı müəllim" müsabiqəsi keçirilmişdir. Müsabiqəyə Bakı Modern Məktəbinin tarix müəllimi kimi qatılaraq iştirak etdim. 1-ci turda 2.3 bal, 2-ci turda 10 bal və 3-cü turda 9 bal alaraq cənab prezidentin sərəncamı ilə Ən yaxşı müəllim adına layiq görüldüm. Bu müsabiqədə artıq ikinci dəfə qalib oluram. İlk dəfə 2009-cu ildə bu ada layiq görülmüşdüm. Fürsətdən istifadə edərək bu adı alan bütün iştirakçıları təbrik edirəm. Bu ad uğrunda mübarizə aparan digər həmkarlarıma isə inşallah qalib adını almalarını diləyirəm. Bütün müsabiqə boyu məni dəstəkləyənlərə ayrıca çox sağol deyirəm. Əsas məqsədim xalqımıza layiqli vətənpərvər evladların yetişdirilməsidir. Bu məqsədim uğrunda bundan sonra da mübarizəmi davam edəcəm.
 
Son nəfəsə qədər müəlliməm.......
Əlimdən gəldiyi qədər təhsilimizin inkişafına xidmət edəcəm.......
Əldə etdiyim təcrübəmi Sizlərlə daima bölüşəcəm və paylaşacam.......
Söz və söz.......
Allah hər birimizə dəstək olsun ! Yolumuz açıq olsun !
 

İlin ən yaxşı müəllimi......

İlin ən yaxşı müəllimi......

İlin ən yaxşı müəllimi......

İlin ən yaxşı müəllimi......

 İlin ən yaxşı müəllimi......

 İlin ən yaxşı müəllimi......

 

7 dekabr 2014, 18:50
2013/2014-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim”müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram:

1. 2013/2014-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsınlar:
Abbasov Elvin Sevdimalı oğlu
Abbasov Vüqar Bəhlul oğlu
Abbasova Həqiqət Fəzi qızı
Abdullayeva Bahar Fərzalı qızı
Ağayeva Nahidə Aslan qızı
Ağayeva Rəna Məhəmməd qızı
Ağayeva Ruhiyyə İbrahim qızı
Allahverdi Hidayət Fehruz oğlu
Aslanova Gülxas Əbdülrəhim qızı
Bağırov Rövşən Tofiq oğlu
Baxşəliyeva İradə Şahmar qızı
Bayramova Leyla Bəhman qızı
Cavadov Cavad Alı oğlu
Cəfərova Səbinə İmranovna
Cəfərova Sədaqət Rəhim qızı
Cümşüdov Asif Cümşüd oğlu
Dadaşov Cəmil Namiq oğlu
Dadaşov Vüqar İsrəfil oğlu
Dadaşova Aynurə Qurban qızı
Dadaşova Razıgül Müseyib qızı
Duniyev Dadaşbala Ağayar oğlu
Eldarova Həbibə Qadir qızı
Eyubova Afaq Oruc qızı
Əhmədov Ədalət Cəfər oğlu
Ələkbərov Zaur Zakir oğlu
Əliverdiyeva Sevil Şirnəli qızı
Əliyev Dadaş Ağaməşədi oğlu
Əliyev Hamlet Qasım oğlu
Əliyev Kamran Qorxmaz oğlu
Əliyev Rəfail Şıxəli oğlu
Əliyeva Gülzar Əlirza qızı
Əliyeva Ülkər Akif qızı
Əmirxanova Sədaqət Əmirxan qızı
Əzimova Nurlanə Cəbrayıl qızı
Əzimzadə Yaqut Mustafa qızı
Fərəcova Mətanət Elxan qızı
Gənciyev Şahin Şapur oğlu
Hacıyev Elnur Yuriy oğlu
Hacıyeva Aygün Fərzalı qızı
Hacıyeva Aygün İsmixan qızı
Hacıyeva Gülnaz Məmməd qızı
Həsənov Aqil Sədaqət oğlu
Həsənova Rəna Hilal qızı
Həşimova Həyat Nütfi qızı
Hüseynova Gülnarə Tofiq qızı
Hüseynova Təzəgül Hüseyn qızı
Xudaverdiyeva Sevda Mirsani qızı
Xuduyev Elnur Məmmədəli oğlu
İbayev Orxan Vaqif oğlu
İbrahimova Fəxriyyə Ənvər qızı
İsayev Aqil Nadir oğlu
İsfəndiyarov Ülfət Rahim oğlu
İsgəndərov Yaşar Çoban oğlu
İsmayılova Aynurə Abid qızı
İsmayılova Bahar İsmayıl qızı
Kazımov Məhəddin Qənbər oğlu
Kərimov Xamid Bayram oğlu
Qarakişiyev Məhəmməd Şakir oğlu
Qasımova Rubiynə Elton qızı
Qazıyeva Xumar Asim qızı
Qədirov Ceyhun Əflatun oğlu
Quliyeva Bilqeyis Qüdrət qızı
Quliyeva Esmira Mahmud qızı
Quliyeva Təranə Rizvan qızı
Quliyeva Ulduz İsmixan qızı
Məhərrəmova Sevinc Nəriman qızı
Məmmədov Fərhad Ənvər oğlu
Məmmədov Rəvan Kərim oğlu
Məmmədova Sənubər Abdulrəhim qızı
Məmmədova Təranə Faiq qızı
Məmmədova Vüsalə Əsəd qızı
Muradlı Çingiz Məzahir oğlu
Musayeva Sona İbrahim qızı
Mustafayeva Gültəkin Camaləddin qızı
Mustafayeva Ülviyyə Adil qızı
Mustafazadə Nigar Rəfail qızı
Nəbili Bəhruz Ağahüseyn oğlu
Nəsirov Ramiz Rafael oğlu
Niftiyeva Sevinc Mürvət qızı
Orucova Eminə Ramiz qızı
Orucova Səbinə Vaqif qızı
Pənahov Hafiz Saməddin oğlu
Pirimova Şəkər Rəhim qızı
Piriyeva Gülşən Əliağa qızı
Razıyeva Zalxa Babaəfəndi qızı
Rəhimova İlahə Mirzə qızı
Rəzzaqova Girami Yusif qızı
Rizayev Rüfət İbrahim oğlu
Rüstəmov Akif Şahverdi oğlu
Rüstəmova Rəxşəndə Mahmud qızı
Salmanov Adib Bayram oğlu
Səfərov Seyran Əmən oğlu
Səfərova Gülnarə Sabir qızı
Səfərova Mətanət Əlsürət qızı
Səfərova Nərminə Qərib qızı
Şabiyeva Aygün Sətdar qızı
Şahnamazov Yusif Əzim oğlu
Şamilova Xanım Nürəddin qızı
Şəfiyeva Dilarə Əkbər qızı
Veyisova Xəyalə Elbrus qızı

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2014-cü il.



 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 dekabr 2014 18:30
    Hamlet müəllim,inanın çox sevindim.Təbrik edirəm.Siz buna layiq idiz(2-ci dəfə də)Yenə də uğurlar!!!

    Çox sağolun təşəkkür edirəm....

    --------------------

  2. 18 dekabr 2014 18:52
    Təbriklər əziz həmkarım wink

    Çox sağol qardaş...

  3. 18 dekabr 2014 20:06
    Əziz və hörmətli Hamlet müəllim, Sizi bu ada layiq görülməyiniz münasibəti ilə bütün "Tarix.İnfo"-çular adından bıyük cevinclə səmimi qəlbdən təbrik edirik, həyatda möhkəm cansağlığı,şəxsi həyatda xoşbəxtli və səadət, Azərbaycan təhsilinin inkişafında yeni zirvələr fəth etmək arzulayırıq.Həqiqətən Siz bu adı özünüzün intelektual səviyyəniz, tarix fənnini böyük ehtiras və ürək yanğısı ilə tədris etməniz, gənc nəslin Vətənpərvərlik ruhunda tərbiyə etməniz, yeni innovativ metod və üsullar tətbiq etməniz və ƏN BAŞLICASI FƏDAKAR MÜƏLLİM ƏMƏYİNİZ sayəsində qazanmısınız. Prezidentimizə biz təşəkkür edirik ki, Sizin kimi müəllimi bu adla şərəfləndirmişdir.Bir daha TƏBRİK EDİRİK.

    Çox sağolun......

  4. 18 dekabr 2014 20:17
    Hamlet muellim,sizi tarix.info istifadecileri ve sexsen oz adimdan tebrik edirem.Insaallah daha boyuk ugurlar elde edesiniz.

    Təşəkkür edirəm.....

  5. 18 dekabr 2014 20:51
    Halal olsun Hamlet müəllim. Təbriklər

    Çox sağolun

  6. 18 dekabr 2014 21:00
    Aferin ugurlariniz bol olsun.

    Təşəkkürlər....

    --------------------

  7. 18 dekabr 2014 21:25
    Siz bu ada layiqsiniz. Təbrik edirəm bir daha

    Əziz həmkarım çox sağol, Sizi də bu adı almaq münasibətilə təbrik edirəm...

    --------------------

  8. 18 dekabr 2014 21:36
    Tebrik edirem Hamlet muellim!Her zaman layiq olan qazanmalidir sizin kimi.Mence siz artiq coxlu sayda tarix muellimlerinin idealina cevrilmisiniz,ugurlariniz davamli olsun insallah!

    Çox sağolun.....

  9. 18 dekabr 2014 21:48
    xezer tv-de gordum Fexriyye xanimi,Sizin xebrnizi cox gozledim ama tesufki siz olmadiniz( Sizi urek dolusu sevincle tebrik edirem,tariximiz sizin kimiler sayesinde yawayacag.Allah ugurlarnizi boL elesin..Siizi cox seven tarix.info wagirdi ''Melisa'' )

    Çox sağol, təşəkkür edirəm...

    --------------------

  10. 18 dekabr 2014 22:22
    Müəllim adının ucalığını hər zaman öz işləri ilə yüksəldən Hamlet müəllim təbrik edirəm.

    Allah razı olsun , təşəkkür edirəm...

  11. 18 dekabr 2014 22:26
    Halal insanların qazandığı uğuru öz mükafatım hesab edirəm və buna ürəkdən sevinirəm.Bax bu anlarda olduğu kimi...
    Sizi ürəkdən təbrik edir ,Sizə can sağlığı seçdiyiniz cətin və şərəfli işdə bitib tikənməyən həyat enerjisi arfulayıram.
    Xəyallarınız gercəkliyə--arzularınız həqiqətə çevrilsin."İlin ən yaxşı müəllimi"--bu ad daim adınızla qoşa cəkilsin...
    Azərbaycan təhsilinin inkişafi yolundakı uğurlariniz hec zaman tükənləsin...Bir daha səmimi T Ə B R İ K L Ə R.....

    Bu qədər gözəl sözləriniz qarşısında, bu qədər səmimi münasibətinizə görə təşəkkür edirəm. Biz doğrudanda bir birimizə dəstək olmaqla inkişaf edə bilərik.....Çox sağolun...

  12. 19 dekabr 2014 01:56
    Əziz dostum və qardaşım Hamlet,səninlə fəxr edirəm!Səninlə 94ildə,BDUnun tarix fakultəsinin bir qruppun tələbələri oldug.20ildir artıq.....bu 20 ildə mən bir dəfədə ola səni tanıdıgıma peşman olmamışam!Bu 20 il ərzində amma dəfələrnən səninlə fəxr etmişəm!Və bu gündə fəxr edirəm!Təbrik edirəm səni!Allah səni bizə çox qörməsin və sənin biliyin İslam yolunda,Xalqımızın yolunda ,Azərbaycanın yolunda düşmanları məhf etmək ücün xərclənsin və gələcək nəsilimizi daha zənqin və bilikli etsin!Amin!

  13. 19 dekabr 2014 11:21
    Siyəzəndən salamlar,Hamlet müəllim sizi tebrik edirik.Biz sizdən cox şey öyrəndik.Sizə minnətdarıq.Uğurunuza sevinirik.Daimi olsun inşallah.

  14. 19 dekabr 2014 14:30
    Mən məktəbdə Tarixin 5-ci sinif Qiymətləndirməsini gördüm. Kitabın içini açdım. Orada yazılmışdı: Müəllif: Hamlet Əliyev.
    2009-cu ilin ƏN YAXŞI MÜƏLLİMİ...

  15. 19 dekabr 2014 17:35
    Hamlet Müəllim məndə sizi təbrik edirəm.Tarix info saytının istifadəçisi olaraq.UĞURLARINIZ davamlı olsun.İnşallah.

  16. 19 dekabr 2014 20:45
    Təbrik edirəm. Uğurlarınız axarlı olsun...


  17. 20 dekabr 2014 14:25
    Hörmətli Hamlet müəllim,sizi ürəkdən təbrik edirəm! İnşallah digər yarşmada da saytınız qalib olar.Sizə gələcəkdə də uğurlar arzulayıram.

  18. 20 dekabr 2014 21:10
    Axsaminiz xeyir Hamlet muellim. Men bu musabiqenin elan olunmasini esidende bildim ki siz de bu musabiqedeistirak edesiz ve hemiseki kimi ugur qazanasiz. Bu size olan eminlik ve inamdan ireli gelir. Elbette ki bunu siz ozunuz qazanibsiz. Sizin butun ugurlariniza cox sevinirem ve alqislayiram.Deye bilersiz ki size ne mane olur, sizde menim kimi isleye bilersiz. Duzu bu suali ozume verirem amma menim cavabim cox kafi olur. Niye? Cunki Insanin islemesi ucun muhit de bir nov rol oynayir. Serait yaradilmayanda ve ya insanin hevesini oldurende hec ne alinmir. Deyeceksiz neyleyirsiz etrafin seraitini ozunuz isleyin. Vallah alinmir. Sen isleyirsen ancaq seninle isyen basqa bir yolla senin qabagina kecir . Ancaq yene de sagirdlerim qarsisinda muellimlik borcumu bacardigim qeder yerine yetirmeye calisiram. Bunu sagirdlerimin xetrine edirem. Etmeliyem bunu. Sizi semimi qelbden tebrik edirem, arzu edirem ki, ugurlariniz daha cox olsun.

    Nazilə xanım salam. Rəyiniz üçün təşəkkür edirəm. Yazdıqlarınızdan da hiss etdim tehsil üçün etdiyinizin qarşılığını istədiyiniz kimi görə bilmirsiz. Anlayıram. Sizin işinizə də şübhə etmirəm. Ancaq bir şey deyim. Mən bu adı ilk dəfə alanda 2009-cu ildə Ucarda 2 nömrəli tam orta məktəbdə işləyirdim.Məktəbimizin şəraiti , rayon vəziyyəti valla inanın indiki vəziyyətimlə müqayisə belə etmək olmaz. İndi təhsilin nağıllar aləmindəyəm-Bakı Modern Məktəbi-bu həqiqətdir. Bəli əgər mən Ucarda qazandığım nailiyyətləri etməsəydim bu gün burda olmazdım. Bura nailiyyətlərdən keçən və özünü subut etmişlər qəbul olunur və işində qala bilir. Yəni rəydə yazdığınız kimi İstəsəniz edə bilərsiniz doğrudanda əsas hədəfə yorulmadan səbrdən qoşmaqdır. İnanın. Mən sizə hansı əlimdən gələn kömək varsa bu istiqamətdə qazandığıım təcrübəmlə dəstək ola bilərəm Məsləhət verə bilərəm sadəcə. Əsas hədəfə çatmaqdır..........

  19. 21 dekabr 2014 01:14
    Təbriklər Hamlet müəllim! uğurunuz bol olsun bundan sonra da

  20. 22 dekabr 2014 11:56
    Tebrikler Hamlet muellim!!!biz sizinle fexr edirik!Allah sizden razi olsun!!

  21. 25 dekabr 2014 13:57
    təbriklər Hamlet müəllim

  22. 26 dekabr 2014 21:15
    hamlet muelim urekden tebrik edirem,insallah ugurlariniz daha da cox olar smile

    --------------------

  23. 28 oktyabr 2015 15:26
    Hamlet müəllim salam .xais edirem ilin müəllimi adı almaq ücün hansı prosesleri kecməliyik haqqında qed edin

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.