Bakı Modern Məktəbi

Bakı Modern Məktəbi

 

 

2012/2013-cü tədris ilindən fəaliyyətə başlayan Bakı Modern Məktəbinin əsas məqsədi Avropa təhsil sisteminə inteqrasiya olmaq, müasir texnologiyalara əsaslanan təlim prosesini təşkil etməklə beynəlxalq standartlara cavab verən müasir tədris - təlim sistemi yaratmaqdır.

XXI əsrdə gənc nəslə vacib olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, şagirdlərin həyat boyu öyrənməsi üçün vacib olan metakoqnitiv (öz idraki imkanlarını anlamaq) bacarıqların inkişaf etdirilməsi, istedadlı uşaqların intellektual və yaradıcı potensialının üzə çıxarılması üçün məktəbdə hər cür şərait yaradılır. Təlim prosesinin yeni təhsil yanaşmaları, səmərəli metod və texnologiyalar üzərində qurulması gələcəkdə yaxşı mütəxəssis olması üçün şagirdlərin erkən yaşlarından müasir peşə bacarıqları ilə yaxından tanış etdirilməsinə imkan verir.

Məktəb özünəgüvənli, yaradıcı, cəmiyyətə töhfə verən gənclərin yetişməsinə xidmət edən öyrədici mühit yaradır, onların yaradıcı təfəkkürünün inkişafına təsir göstərən innovasiya texnologiyalarından istifadə edilməsini dəstəkləyir. Məktəbdə milli mənəvi dəyərlərə yiyələnən şagirdlərin dünya mədəniyyətinə inteqrasiyası onların tənqidi təfəkkürünün inkişafına, problemlərin həlli yollarına yaradıcı yanaşmasına imkan verir.

Məktəbin dördmərtəbəli tədris binası, geniş həyətyanı sahəsi var. Müasir maddi-texniki bazaya malik olan məktəbdə 35 tədris otağı, fizika, kimya, biologiya laboratoriyaları, kompyuter otaqları, linqafon kabineti, foto-laboratoriya, geniş kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı var. Tədris otaqları və laboratoriyalarda masaüstü kompyuterlər, notebooklar, multimedia və interaktiv lövhələr, elektron kitabxana şagirdlərin ixtiyarına verilir.

Məktəbdə xüsusi təhlükəsizlik sistemi yaradılıb və onun köməyi ilə qeydiyyatdan keçən şagirdin məktəbdəki hər addımı qeydə alınır. Eyni zamanda valideynlər öz övladlarının təlim fəaliyyətini xüsusi proqram vasitəsilə izləyir, onların irəliləmə və ya geriləmələrini nəzarətdə saxlaya bilirlər.

Məktəbin tədris proqramı ibtidai (I-IV), ümumi orta (V-IX) və tam orta təhsil (X-XI) səviyyələri üzərində qurulub. Məktəb dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir. Tədris üç dildə - Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 sentyabr 2012 21:47
    Lap yeniden agird olmagim geldi smile

  2. 9 sentyabr 2012 19:22
    winked [hide][/hide]

  3. 10 sentyabr 2012 14:21
    wink wink wink [hide][/hide]

  4. 14 sentyabr 2012 22:03
    Bu mekteb pulludu???

  5. 26 iyul 2013 16:25
    salam.bu mektebde muellim kimi islemek ucun hara muraciet etmeliyem ve nece qebul olmaliyam.bu haqda melumat versenz cox sevinerem
    Ibtidai sinif muellimesi

  6. 2 noyabr 2013 19:40
    hm .eladir.men dakotab rose

  7. 5 noyabr 2013 19:52
    maraqlidri.dakota rose sensen yesilsu76

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.