Tarix müəllimi olmağımla fəxr edirəm

 

[/b]

Tarix müəllimi olmağımla fəxr edirəm[/b]

[/b]

 



[/b]

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi [/b]

 

"İlin ən yaxşı müəllimi” [/i][/b]adına layiq görülmüş[/b]

Ucar şəhəri 2 nömrəli orta məktəbin tarix müəllimi [/b]

Hamlet Ə[/i][/b]liyevin[/i][/b] [/b]

iş fəaliyyəti haqqında məlumat[/b]

 

         Mən, Əliyev Hamlet Qasım oğlu Ucar rayonu 2 nömrəli orta məktəbin tarix müəllimiyəm.

         Orta təhsili tədris apardığım Ucar şəhəri 2 nömrəli orta məktəbdə almışam

1997-ci ildə BDU-nin tarix fakültəsini bitirmişəm. 2008-ci ildə BDU-nin tarix fakültəsi üzrə magistr dərəcəsinə yiyələnmişəm. Ailəliyəm, iki evladım var (Əbülfəz və Uğur). İşlədiyim müddətdə bir çox nailiyyətlərə imza atmışam.

AzTv -1 telekanalı ilə yayımlanan tarix fənni üzrə "Qlobus” yarışmasında hazırladığım şagirdlərdən ibarət komanda 2 dəfə I yer, 2 dəfə II yer və 1 dəfə III yerə sahib olmuşlar

Respublika Fənn Olimpiadalarında bu günə kimi hazırladığım şagirdlər  2 diplom I yer, 3 diplom II yer və 1 diplom IV yer əldə etmişlər

2004-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman İdarəsi və "Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil olunan "Səfəvilərin 500 illiyi" Olimpiadada şagirdlərimdən 1 nəfər II, 1 nəfər IV yer və "Naxçıvanda sivilizasiyanın 3500 illiyi” adlı Olimpiadada isə şagirdlərimdəm 1 nəfər I yer, 1 nəfər 2 yer və 1 nəfər IV yer diplomlarına layiq görülmüşlər

Əldə etdiyim nəticələrə görə Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi tərəfindən çoxsaylı fəxri fərmanlara və hədiyyələrə layiq görülmüşəm.

Bundan əlavə olaraq 2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən, şəxsən cənab nazir Misir Mərdənov tərəfindən "Qabaqçıl Təhsil İşçisi”[/i][/b] döş nişanı ilə təltif edilmişəm.

         2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "İlin Ən yaxşı müəllimi” adına layiq görülmüşəm.

          2010-cu ildə "Elektron Təhsil"[/i][/b] Respublika müsabiqəsində İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli nominasiyasında II yer diplomuna layiq görülərək Netbookla mükafatlanmışam.

         2011-ci ildə "Elektron Təhsil"[/i][/b] Respublika müsabiqəsində İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli nominasiyasında fərqləndirici diplomuna layiq görülərək 1 ədəd İnternet modemi ilə mükafatlanmışam.

         Hal-hazırda rayon daxilində tarix müəllimi kimi fəaliyyətimdən başqa iki kiçik təşkilat vasitəsilə də işgüzarlığımla məşqul oluram. Rayonda fəaliyyət göstərən Ucar rayonu "Tarix Müəllimləri Birliyi” və "İstedad” Gənclərin Maraqlar Klubunun sədri və təşkilatçısıyam.

Birinci[/i] təşkilat vasitəsilə rayon tarix müəllimlərini müasir təhsil islahatları ilə maarifləndirmə, fənn üzrə problemlərin aradan qaldırılması, yeni əyani vasitəlrin hazırlanması, müxtəlif test modellərinin tərtibatı və s. kimi məsələləri müzakirə edirik.

İkinci[/i] təşkilat isə rayon gənclərini bir arada birləşdirir, onların asudə vaxtlarını səmərəli keçirməsini təmin edir. Bu təşkilat vasitəsilə rayon məktəblərinin daxilində bilik yarışları, idman turnirləri və s. tədbirlər həyata keçiririk.

         2007-2011-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkil etdikləri "Xəmsə” İntellektual yarışmasının fəal iştirakçısıyam. Özümün iştirakı ilə keçirilən yarışmada 2 dəfə Şirvan zonasının çempionu, 1 dəfə Respublika üçüncüsü olmuşam. Ayrıca rəhbəri olduğum "İstedad” Gənclərin Maraqlar Klubu tərəfindən hazırladığım gənclərdən və şagirdlərdən ibarət komandalar Şirvan zonasında 5 dəfə çempion və bütün Respublika final müsabiqəsinin iştirakçısı olmuşlar. 

         2011-ci ildə Bakıda keçirilən məktəblilər arasında "Xəmsə” çempionatında şagirdlərimdən ibarət komanda Respublika 3-cü olaraq Bakə şəhər Təhsil İdarəsinin diplomuna layiq görüldü.              

       Azərbaycan höküməti 1999-cu ildə hazırladığı Təhsil İslahatı Proqramına əsaslanaraq təhsil sektorunda islahatlar keçirir. Təhsil İslahatı Proqramının üçüncü komponentinə - "Təhsil almaq üçün bərabər hüquqlar və imkanlar”- proqramında iştirak etmək üçün rayonda müəllimlər arasında keçirilən müsabiqədə qalib gələrək Bakıda təşkil olunan və beynalxalq trenerlər tərəfindən keçirilən treninqlərdə iştirak etmək hüququ alan rayonumuzu təmsil edən müəllimlərdən biri oldum. "Keçid dövründə məktəblərin təkmilləşdirilməsi”  və  "Məktəb öyrədən  icmadır” mövzusunda keçirilən treninqlərdə iştirak edərək sertifikatlar əldə etdim.

       Bu yeniliklər məni Respublika miqyasında sürətlə gedən təhsil islahatlarında fəal iştirak etmək üçün yol açdı. 2005-ci ildə Lənkəranda beynalxalq konfransda "Fəal İcma Məktəb” layihəsində iştirak etməyim, Sumqayıt və Mingəçevirdə trener kimi fəaliyyət göstərməyim,  Amerika Beynəlxalq Təhsil Şurası ACCELS tərəfindən "Təhsildə Əməkdaşlıq” Proqramının yay institutu seminarında iştirak, eləcədə 2007-ci ildə Vilnyusda təcrubə mübadiləsi ilə ezamiyyə olunmağım məni üzərində daima işləyən islahatçı müəllim kimi formalaşdırdı

        MQP çərçivəsində iştirak edərək iki layihədə qalib gəldik. I – "Vətəndaş cəmiyyətində Debat Təhsil Mərkəzinin yaradılması” və II - "Məktəb və onun dairəsində psixoloji mühitin təkmilləşdirilməsi”.  Hal-hazırda hər iki layihənin koordinatoruyam və müəllimlər, şagirdləri maarifləndirməkdə davam edirəm.

       MQP çərçivəsində əldə olunmuş zəngin bilik və təcrübəni məktəb və rayon daxilində həyata keçirməyə başladım. İlk növbədə özümü müasir təhsilə hazırlayaraq, maarifləndirərək əldə olunmuş təcrübələri yeni ideyalara sərf etdim.

Şagirdlərdə dərslərə maraq artırmaq üçün innovativ və inteqrativ dərs modellərdən geniş istifadə etməyə başladım, yeni dərs üsulları hazırladım, əyləncəli oyunlar vasitəsilə tədris etdiyim fənnə marağı yüksəltdim.

        Əlbəttə bütün bunları həyata keçirmək üçün yaxşı zəmin yaranmışdı. Cənab prezidentin təhsilə qayğı və diqqəti nəticəsində məktəblərə kompüterlərin verilməsi, layihələrdə əldə etdiyimiz yeni texniki avadanlıqlar fəaliyyətimizi istiqamətləndirdi və dəstək oldu. Kompüter biliyimi zənginləşdirərək prezentasiya tipli yeni dərs modelləri, əlamətdar günlərin slaydlarını hazırladım. İnternetdən istifadə etməklə respublikanın və xarici ölkələrin məktəb təcrübələri ilə əyani şəkildə tanış olduq. Şagirdləri internetə cəlb edərək buradan maksium mariflənmək qaydalarını aşıladım.

        Bu yeniliklərin əsasını vətənpərvərlik təşkil edirdi. Tədris prosesində layiqli vətəndaşların yetişməsi işində tarix fənninin rolu danılmazdır. Bunu əsas tutaraq şagirdlərimi öz xalqını ürəkdən sevən, eyni zamanda insanpərvər, humanist, vətənpərvər, tolerant, tarixi ilə öyünən, keçmişdə buraxılan səhflərdən nəticə çıxara bilən şəxsiyyətlər kimi formalaşmasına çalışıram. Vətənpərvərlik mövzusunda müxtəlif gecələrin, Olimpiadaların, sorğuların keçirilməsi mənim bu sahədə apardığım əsas təbliğat missiyamdır.

         Müasir təhsilin keyfiyyətin yaxşılaşdırılması, onun digər təhsil ocaqları ilə mübadiləsini təmin etmək üçün, məktəbin nailiyyətlərini , təcrübəsini respublika və xaricə yaymaq, burada yaşayan məktəb məzunlarını məktəblə əlaqəsini təmin etmək üçün və s. kimi məqsədlərlə məktəbin internet saytını yaratmışam. www.ucarliyiq.biz[/i][/b] ünvanlı saytımız gün ərzində tez-tez yeniləşir.

          Bundan əlavə olaraq məktəbdə 2007-ci ildən fəaliyyət göstərən "İntellekt”[/i][/b] adlı qəzetin baş redaktoruyam. Qəzet vasitəsiə məktəbdə baş verən yenilikləri, fəal şagirdləri, müəllimlərin yeni ideyalarını, əyləncəli intellektual məlumatları çap edirik. "Sokratın bilmədikləri” [/i][/b]adlı intellektual kitab, "Debat Təhsil Mərkəzi” [/i][/b]adlı jurnal, "Elmi-metodik dərs vəsaiti” [/i][/b]və Şəhər 2 nömrəli orta məktəblə bağlı olan müxtəlif bukletlərin[/i][/b] müəllifiyəm.

         Məktəbdə əldə etdiyim təcrübəni digər təhsil ocaqları ilə bölüşmək üçün məktəb daxilində bir neçə kitab, buklet və multimedia diskləri buraxmışıq.

Lakin bütün bunlarla yanaşı hal-hazırda məktəbdə  yeni multimedia disklərinin , ayrı-ayrı fənlər üzrə  prezentasiya üsullu dərslərin hazırlanması, "İnternet Resurs Mərkəzi”  və "Məktəb Bələdiyyəsi”layihələrinin həyata keçirilməsi üzrə gərgin işlər aparırıq.

          Bütün bunlar təhsil nailiyyəti kimi qiymətləndirilə bilər. Amma təhsil ehkamçılığı və yerində saymağı sevmir. Onun dinamikası isə yeni ideyalarla müəyyənləşir.

         İnanıram ki, Respublikada uğurla həyata keçirilən təhsil islahatlarında bizim məktəbin, o, cümlədən mənim hazırladığım təhsil ideyaları gənc nəslin yetişməsi üçün yardımçı vasitə olacaqdır.

Tarix müəllimi olmağımla fəxr edirəm

 

Tarix müəllimi olmağımla fəxr edirəm
 

Tarix müəllimi olmağımla fəxr edirəm
 

Tarix müəllimi olmağımla fəxr edirəm
 


 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. shems
    16 oktyabr 2011 00:05
    Hamlet muellim biz fexr edirik ki, sizin kimi muellimlerimiz var!

  2. 18 oktyabr 2011 11:08
    bu sayti acdigin ucun cox sag,bele duwunurem ki,saytin komekliyi ile azerbaycandan uzaq duwen hemvetenlilerimiz azerbaycanin zengin tarixi haqqinda melumat ala bilecekler,bizde caliwmaliyiq ki,uwaqlarimiza korpelikden vetenenin tarixine hormet,mehebbet hisslerini awilayaq.Bir daha cox sag ol.

  3. 20 oktyabr 2011 13:08
    salam mellim bu gozel saytin achilmasi munasibetile sizi tebrik edirem...!

  4. 12 noyabr 2011 17:29
    Salam Hamlet muellim. Bele bir sayt acdiginiz ucun cox sagolun. Tarixi teblig etmek xususende Azerbaycan tarixini bugunun en vacib meselelirdendi.

  5. 26 noyabr 2011 14:38
    SALAM HAMLET MUELLIM. SAYT UCUN COX COXSAGOLUN. BIZE COX KOMEK OLACAQ.

  6. 8 dekabr 2011 23:29
    ugurlariniz davamini arzulayiram

  7. 20 dekabr 2011 18:15

  8. 23 dekabr 2011 22:14
    Hamlet muellim Sizin haqqinizda soz demeye ehtiyac yoxdur.Siz artiq oz sozunu demish muellimsiniz.Axirinci sozumu yuxaridaki cavabda demishem.Hem de Size bir meslehetim:herden istirahet etmeyi de unutmayin.Bilin ki,Size ehtiyaci olanlar coxdur.

  9. 23 dekabr 2011 23:03
    Her birinize teshekkur edirem ! Nizami muallim muallimlere istirahet yalniz 1 ay erzinde olur o da avqustda bax o zamana istirahet etmeye hazirlashiram amma duzu o vaxtda ishlemeyi sevirem diqqetinize gore cox saqolun !

  10. 8 yanvar 2012 21:48
    salam Hamlet muellim sayta gore cox tewekkur edirem,tekce bizim kimi sagirdlerin deyil haminin diqqetini celbedecek derecede hem maraqli hem eylenceli hem maariflendirici bir saytdir.ugurlarinizin davamini gozleyirik.yolunuz aciq olsun.

  11. 9 yanvar 2012 15:30
    Tubu xanum Cox saqol gozel sozlerin ucun Heqiqeten de bu sayt Sizlerden otrudur senden otrudur Allah yolunu aciq etsin senin telebe olmaqinda bu saytin faydasi olarsa ne qozeldir menim ucun onda Onlayn testleri et meslehet bilirem

  12. 28 aprel 2012 17:12
    Ele mende tarix muellimi olmagimla fexr edirem.....

  13. 13 may 2012 10:30
    SIZIN KIMI MUELLIMLERLE AZERBAYCAM XALQI FEXR EDIR.
    BIZIMLE OLDUGUNUZ UCUN TESEKKUURLER...

  14. 10 iyul 2012 17:41
    inaniram ki bu ugurlar axirinci yox axarinca olan ugurlardan olar

  15. 28 iyul 2012 23:47
    Salam Hamlet muellim !Sizinle yalnuz fexr etmek olar.Sizin ugurlariniz meni bir Azerbaycan muelluni kimi chox sevindirdi.
    Xalqimizin Sizin kimi oz peshesinin vurgunu olan, genc neslin telim-terbiyesinde var-quvvesini serf eden muellimlere chox boyuk ehtiyaci var.Bu chetin ve sherefli ishinizde Size ugurlar dileyirem.

  16. 29 iyul 2012 11:50
    Nuriyye muallime teshekkur edirem saqolun Bizim bir meqsedimiz var xalqimiza xidmet etmek Azerbaycan evladlarini mariflendirmek layiqli shexsiyyet yetishdirmek Bir daha cox saqolun Sizede ishlerinizde uqurlar dileyirem !

  17. 29 iyul 2012 16:37
    Hamlet muellim siz tekce muellim kimi yox hemde dost kimi de cox deyerli insansiniz. Var olun. Ulu tanri size butun islerinizde yar olsun.

  18. 2 avqust 2012 17:02
    Bu ugurlara baxanda nece mubariz insan oldugunuz belli olur.
    ugurlar Hamlet muellim....

  19. 24 dekabr 2012 21:45
    Tarix dersini sevmirem etta tarix olan qrupa getmerem bele amma yene de ferxr edilesidir muellim cox gozel pesedir

    tarox fennini sevmirem ne qeder oxuyuram yadimda qalmir hetta mellimemiz hecne kecediyi ucun de o la biler keske bele muellimemiz lsaydi elnare muelime gedib evinde iini gorerdi bilikli biri gelib ders kecerdi

  20. 7 aprel 2013 18:39
    men tarix fenini sevmiram amma her halda her bir vetendas oz dogma yurdunun tarixini bilmelidir men bura qeydiyatdan kecenden sonra tarx fenine olan maragim artdi bunun ucun size tesekkur edirem

  21. 7 aprel 2013 22:41
    Sizinle fex edirik .her bir isinizde ugurlar.ALLAHIN NEZERI HEMISE UZERINIZDE OLSUN.

  22. 8 aprel 2013 23:26
    muellim goresen fridun ve mohvsum muellim bu sayti gorub winked

  23. 15 aprel 2013 00:47
    Halal olsun

  24. 21 iyul 2013 10:00
    Salam Hamlet muellim men saytin yeni istifadecisiyem.Bu melumatlar butun istifadecilere cox komek olacaq.Size coc tesekkur edirem.

  25. 22 avqust 2013 21:27
    sizi tanimagimiz bir cox qisa muddetdir heleki,, telimlerimiz davam edir..dersi muasir maraqli son teleblere uygun kecirsiz.. cox xos olur dersde her sey maragimi cekir..islerinizde ugurlar size.. muveffeqiyetlerinizi oxuduqca bir daha sevindimki telimcim mehx sizsiz..bir daha Ugurlar...

  26. 22 avqust 2013 22:05
    Çox saqolun Dilquşə müəllimə ! Təlimi bəyəndiyinizə sevindim. İnşallah Kurikulumla, Tarix fənnimizlə heç zaman probleminiz olmaz. Yarandıqda isə bilin ki Hamlet müəllim Sizin yaniniZdadi. Bacardığım və bildiyim qədəri dəstək olacam. Siz təki Tarix infodan ayrılmayın. Uğurlar !

  27. 20 oktyabr 2013 10:07
    Salam Hamlet muellim. sizinle fexr olunmalidi yalniz. Mende tarix muellimi olduguma gore oz ixtisasimla ve pesemle fexr edirem.Sizdeki heves bize de xos tesir edir. Yalniz menim bir sira problemlerim olduguna gore burda vaxt kasadligindan istifadeede bilmirem. Sizin ugurlariniza ise yalniz sevinmek olar. Ugurlar arzulayiram size.

  28. 18 noyabr 2013 21:04
    bizim savdli ovlad olmagimiz uun bele saytlar acdiguinizq GORE SIZ EDRINDEN COX SAGOLUN DEYIREM
    allah sizin emeyijnizi hedre etmesin
    insaalah en yaxsi tarix sayti kimi adiniz kecsin.
    men her zaman her deqiqe sizin saytiniza girirem.
    ve bu saytida cox sevirem.
    her zamanda girecem.
    allah yenede deyirem ne arsularini varsa yerine yetirsin.
    men o qedr burdan melumat almisamki,hele birdefe mektebde qalibde cixmisam
    hamisi bu melumatlatra goredir!
    bu sayt olmasaydi indi beldke men yari yolda qalmisdim.
    bu saytdan cox xosum gelir!
    Acdiginiza gore bu sayti size minnetdarligimi bildirirem.
    COX SAGOLUN!
    HAMLET MUELIM!
    haqqinizdada oxudum sehv elemirsemdse 1-ci xeberiniz olmalidii.olmusdusa cox basarili bir sekildedi
    cox xosum geldi
    bagislayin uzun serhime
    gore amma dogurdanda size deyilise yaxsi o qeder sozler varki..............
    neyse cox sagolun HAMLET muelim!

  29. 24 yanvar 2014 20:36
    HAMLET MUELLIM,MEN DE SIZE UGURLAR DILEYIREM!BU SAYT ESL TARIX ENSIKLOPEDIYASIDIR!...

  30. 16 mart 2014 22:15
    bizde sizinle fexr ediriy HAMLET MELLIM ALLAH SIZI VAR EELESIN HEMWE..//

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.