Hicri-qəməri təqvim

Hicri-qəməri təqvim

Hicri-qəməri təqvim (Azərbaycanda, İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎‎, at-таqvimə-l-hiсri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir.Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi:
Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır
Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən - 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır. Bu era ilk olaraq Məhəmməd peyğəmbərin ölümündən 5 il sonra – 637-ci ildə, Xilafətdə rəsmən illərin nömrələnməsi üçün qəbul olunmuşdur.
1925-ci ildə İranda rəsmən Hicri-şəmsi təqviminə keçilməsindən sonra, İranda, Əfqanıstanda və Azərbaycanda Hicri təqvim daha çox "Hicri-qəməri təqvim" adlanmağa başladı. Hicri-qəməri təqvimimdə göstərilən tarix internetin meydana çıxmasına qədər tam dəqiqliyi ilə yalnız mürəkkəb yollarla – sinxron cədvəllər vasitəsi ilə, Qriqori təqviminə çevrilə bilərdi. Hal-hazırda isə internetdəki bəzi saytlar vasitəsi ilə bu əməliyyatı çox asanlıqla icra etmək mümkündür.
Hicri-qəməri təqvim
Hicri-qəməri təqvim


Mənbə: vikipediya



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 31 avqust 2016 12:35
    hicri-qemmerile bes necenci ildir goresen?

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.