Bizim marağ dünyamız...

Bizim marağ dünyamız...

Səfəvi İmperatoru I Təhmasibin 9 həyat yoldaşından ikincisi olan Sultanağa Xanımın XVI əsrdə italyan rəssam Teador de Bray tərəfindən çəkilmiş rəsmi. 1576-cı ildə 51 yaşında vəfat edib. Avropa və İslam dünyasında məhşur idi. Əslən Çərkəzdir. Qardaşı məşhur Şəki hakimi Şamxal bəy olmuşdur. Xanımın Əhər, Təbriz və Naxçıvanda meqa-imarətləri olub
PS: Moğol və Osmanlı imperiyalarından fərqli olaraq Türk Səfəvi hakim ailəsi öz qadınlarını cəmiyyətdən gizlətmirdi

Bizim marağ dünyamız...

Krım tararlarının deportasiyası — Krım tatarlarının 1944-ci ildə Özbəkistan SSR və Sovet İttifaqının digər bölgələrinə dövlətin aldığı qərarla mütəşəkkil bir şəkildə deportasiya edilməsidir. Buxar maşını deportasiyanın simvoludur.
1783-ci ildə Krımın Rusiya İmperiyası tərəfindən ilhaqı ilə bir çox dəfə Rus dövlət adamları tərəfindən deportasiya qərarı meydana atılmışdı. İkinci dünya müharibəsinin 1941 – 1944 illəri arasında Nazi işğalı altında olan Krımda, Krım tatarlarının bu zaman içərisində Nazilər ilə "əməkdaşlıq" içində olduğu səbəb göstərilərək 1944-ci ildə Sovet hökuməti tərəfindən (əməkdaşlıq edənlərin nisbətinin digər etnik qruplardan bir fərqi olmamasına baxmayaraq) kütləvi deportasiya qərarı çıxarıldı.
18 May 1944 tarixində bütün Krımlı məskunlaşmaları deportasiya edilməyə başlandı. Hərəkətə 32.000-dən çox NKVD birliyi qatıldı. Cəmdə 193.865 Krım tatarı deportasiya edildi. 151.136 nəfər Özbəkistan SSR-yə, 8.597 Mari MSSR-yə, 4.286 Qazaxıstan SSR-yə, geriyə qalan 29,846 nəfər isə Rusiya SFSR-nin müxtəlif oblastlarına deportasiya edildi. Maydan 10 Noyabra qədərki müddət içərisində Özbəkistana deportasiya edilən Krım tatarlarından 10.105 nəfər aclıqdan ölmüşdür. NKVD məlumatlarına görə təxminən 30.000 (% 20) nəfər, bir yarım il deportasiya ərzində öldü. Krım tatar aktivistlər məlumatlarına görə isə əhalinin təxminən %46-sı bu zaman içərisində həyatını itirdi. Deportasiya ərzində cəmi əhalinin təxminən %45-i aclıq, susuzluq və xəstəlik səbəbiylə ölmüşdür.Sovet müxalif məlumatlarına görə bir çox Krım tatarı, Sovet GULAG sistemi tərəfindən edilən böyük həcmli layihələr üçün işçi olaraq işlədilmişdir. Krım tatar aktivistlər deportasiyanın soyqırım olaraq tanınması üçün müraciət etməkdədirlər.

Bizim marağ dünyamız...

ƏRƏB TORPAQLARINDA SƏFƏVİ İMPERİYASININ İZLƏRİ
1540-cı illərdə Səfəvi İmperiyasının daxili körfəzinin sahilində yeni mirvari yatağı aşkarlanır, orda kiçik qəsəbənin əsası qoyulur, adı rəsmi sənədlərdə yaşayış məntəqəsi kimi qeyd edilir və dövrün adəti üzrə idarəçiləri əslən Təbrizli Türk əyanlar olur. Bu qəsəbə indiki Dubay şəhəridir. Şəhərin mərkəzində «Səfəviyyə» adlı qədim məhəllə, cənub hissədə salınan balıqçılıq kəndinin xarabalığı mövcuddur
PS: Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda xalq tərəfindən deyilən yer toponimi çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir
Mənbə: Heard-Bey, Frauke (1990). From Trucial States to United Arab Emirates. UK: Longman
"The Coming of Islam and the Islamic Period in the UAE. King, Geoffrey R."

Bizim marağ dünyamız...

Tanımadığımız represiyya qurbanlarından daha birisi, Azərbaycanda İtaliyanın "Fiat" avtomobillərinin satışını təşkil edən ilk firmanın sahibi Ağa Axundov. Ağa Axundov 21 mart 1882-ci ildə Şamaxı şəhərində anadan olmuşdu.
1900-cü ildə Bakı Real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olur. Sonra Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyec Universitetini mühəndis-elektrik ixtisası üzrə bitirir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləyir. Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün də Luqanoda xatirə lövhəsi vardır).
Ağanın orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N.Nərimanovun adını daşımışdır), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı – bütün bunları o, 1938-ci ilə qədər, Krasnoyarsk düşərgəsinə sürgün olunana qədər görə bilmişdir. O, sürgündə də yorulmaz alim, müdrik filosof kimi çalışır, öyrədir, tətbiq edir, yaradırdı. Ağa həmin düşərgənin texniki şöbəsində rəis müavini işləyirdi. Alimin vəfatından sonra onun ailəsinə Krasnoyarsk düşərgəsinin rəisi tərəfindən başsağlığı göndərilmişdi. Başsağlığında yazılırdı ki, elm aləmi gözəl insan və böyük alimi itirmişdir. Ağa Axundov 1949-cu ildə vəfat edib.
Ağa Axundov Avropadan təhsildən qayıtdıqdan sonra Aprel inqilabına qədər Bakıda ilk özəl elektrotexniki Lyumer kantorunu açır (Lyumerlərin kiçik qardaşı ilə dostluq xatirəsinə görə kantoru belə adlandırır). İtalyanın Fiat avtomobillərinin satışını təşkil edən ilk firmanı da Ağa Axundov açmışdır. Bu firma sürətlə böyüyüb bütün Zaqafqaziyada Fiatın rəsmi filialına çevrilmişdi. Ona, hətta, Turindəki Fiat zavodunun rəhbərliyini təklif etmişdilər. Lakin o, xanımı ilə məsləhətləşib, həmin təklifi qəbul etməmişdi.
Sahil Sərxanlı

Bizim marağ dünyamız...

Onları sizdə tanıyın! Cəsur Azərbaycan qadını bolşeviklərə qarşı Gəncədə başlayan üsyanın təşkilatçılarından biri Valiyyə xanım Kazımbəyli... Polkovnik Cahangir bəy Kazımbəylinin həyat yoldaşı, General Hüseynqulu xan Xoyskinin qızı olan Valiyyə xanım Cümhuriyyət hökuməti dövründə müxtəlif vəzifələrdə çalışıb. "Milli Birlik" təşkilatının üzvü olan Valiyyə xanım Gəncə döyüşlərində bolşevik və daşnaklara qarşı açıq döyüşlərdə iştirak edib. 1947-ci ildə "Milli Birlik" təşkilatının xüsusi tapşırığını yerinə yetirmək üçün Romadan Türkiyəyə uçmaq üçün təyyarəyə mindirilir. Cümhuriyyət hökumətinin də 12 nəfər yüksək rütbəli zabitinin olduğu təyyarə Afina üzərində müəmmalı şəkildə qəzaya uğrayır. Valiyyə xanım Türkiyədə dəfn olunub. Ruhu şad olsun.
Qoşmar Salmanlı


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.