Dövlət Bayrağı Günü (ssenari)

Dövlət Bayrağı Günü (ssenari)

Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır . Hər bir xalqın
özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli – mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir,
bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - ci il noyabrın
17 - də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9 - u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların , o cümlədən Avropa Şurasının tam hüquqlu üzvü olub,
üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanmağa, bizim varlığımızı, gücümüzü bütün dünyaya yaymağa başlayıb. Biz hədsiz qürur hissi keçiririk ki, Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır. Bütün dünya azərbaycanlılarını bu müqəddəs bayraq,azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə səsləyirik. Azərbaycan bu gün tam
müstəqil siyasət yürüdür, xalqımız bu siyasətin real nəticələrinin canlı şahididir. Bax bu gün yüksək nailiyyətlərlə xalqımız öz əziz bayramını – Dövlət Bayrağı gününü qeyd edir. 9 noyabr Bayraq Günü münasibəti ilə yazılmış vəsaitimiz Uşaq kitabxanaları üçün nəzərdə tutulmuşdur. Vəsaiti sizə təqdim etməkdə əsas məqsədimiz oxucuların “Azərbaycan bayrağı” haqqında olan məlumatlarını daha
da artırmaqdır.“Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız” adlanan metodik vəsait “Giriş” və “Keçiriləcək tədbirlər” hissəsindən ibarətdir. Vəsaitin “Giriş” hissəsində “ 9 noyabr Bayraq günü ” nün yaranma tarixindən, əhəmiyyətindən söhbət açılır. Vəsaitin ikinci hissəsi isə bu münasibətlə uşaq kitabxanalarında keçiriləcək tədbirlərdən bəhs olunur.

Yükləmək ücün qeydiyyatdan keçin!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.