Bayram ssenariləri - Dirçəliş

Bayram ssenariləri - Dirçəliş

17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən,
ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer
tutur. Məhz bu vəsaiti Milli Dirçəliş günü münasibətilə sizə təqdim edirik. Vəsaiti sizə təqdim etməkdə əsas məqsədimiz oxucuların bu gün haqqında olan məlumatlarını daha da artırmaqdır. Milli Dirçəliş günü ilə bağlı keçiriləcək tədbirlər haqqında məlumatlarla kitabxana işçiləri vəsaitimiz vasitəsilə yaxından tanış ola bilər və işini qura bilər.

Yükləmək ücün qeydiyyatdan keçin!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.