Sizin maraq dünyanız

Sizin maraq dünyanız

 

Tahirə Tahirova- Azərbaycanın ilk qadın xarici işlər naziri

Sizin maraq dünyanız

 

1959-1983-cü illər Azərbaycan SSR-nin xarici işlər naziri, 1963-1968-ci illər həm də Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur.1968-ci ilədək Ukrayna və Belarus SSR istisna olmaqla digər müttəfiq respublikalarda xarici işlər naziri vəzifəsi digər vəzifəylə yanaşı icra edilirdi,amma Tahirə Tahirovanın səyləri nəticəsində 1968-ci ildən Azərbaycan Ukrayna və Belarusdan sonra ilk müttəfiq respublika olur ki Xarici işlər naziri vəzifəsi ayrıca vəzifə kimi icra olunmağa başlayır.

Sizin maraq dünyanız

 

Eynşteyn

Sizin maraq dünyanız

 

İsrail dövləti yaranarkən məşhur alim Eynşteynə ölkənin prezidenti olmaq təklif edilir.Amma Eynşteyn bundan imtina edir. Bununla belə İsrail Dövlət Bankı yaradılan zaman dövriyyəyə buraxılan ilk pul vahidi Eynşteynin adını daşıyırdı.


Kim işləmək istəmirsə o da yemir

Sizin maraq dünyanız

 

İsa peyğəmbərin havarilərindən olan Pavel xristian dinini təbliğ etmək üçün Fessaloniki şəhərində moizə deyir.O çıxıb getdikdən sonra bəzi dindarlar İsanın zühurunun tez bir zamanda baş verəcəyini təlqin edirlər və insanlar işlərini güclərini atıb qiyamət gününü gözləməyə başlayırlar.Bunu eşitdikdə Pavel fessalonikilərə ikinci dəfə müraciət edir: "Biz sizdə olanda heç kimin havayı çörəyini yemədik, zəhmətə qatlaşdıq, ona görə yox ki hökmümüz çatmırdı ona görə ki özünüzü bizə bənzətmək üçün sizə nümunə göstərək...biz bunu nəsihət etdik: kim işləmək istəmirsə o da yemir." Havarinin bu nəsihəti sonralar ateist SSRİ-nin 1936-cı il konstitusiyasının 12-ci bəndində əksini tapır:
"SSRİ-də əmək işləməyən dişləməz prinsipi üzrə hər bir əmək qabiliyyətli insanın borcu və şərəf işidir"


Çanaqqala savaşı

Sizin maraq dünyanız

 

Çanaqqala savaşının gedişində mərmiləri topa yerləşdirən qurğu sıradan çıxdığından 275 kq-lıq( bəzi yerlərdə 257 kq) mərmini təkbaşına qaldıraraq topa yerləşdirən Seyid Əli Onbaşı. Bu hadisənin sabahısı günü onun mərmini qaldırdığı yerdə şəkilini çəkmək istədilər, lakin onbaşı nə qədər cəhd etdisə mərmini yerindən qaldıra bilmədi, bunun döyüş həyəcanı zamanı Allahın verdiyi bir güc olduğunu bildirir. Bundan sonra mərminin taxtadan olan maketi ilə bu şəkili çəkilir.


Brayl əlifbası

Sizin maraq dünyanız

 

3 yaşında ikən bir gözünü itirən 6 yaşında isə tamamilə kor olan Luis Brayl gözdən əlillər üçün yalnız nöqtələrdən ibarət əlifba sisteminin yaradıcısıdır. Görmə əlilli insanlar barmaq uclarıyla toxunaraq bu nöqtələrin hansı hərfə uyğun gəldiyini anlayır. Qabartma metodundan istifadə edildiyi üçün asan və rahat istifadə edilir.Brayl özü isə yaratdığı əlifbanın rəsmi olaraq qəbul edildiyini öyrənə bilmədi, ölümündən 2 il sonra 1854-cü ildə Fransada Brayl əlifbası qəbul edildi və tətbiq olunmağa başladı.


 Lev Landau

Sizin maraq dünyanız

 

Nobel mükafatı sahibi olan yeganə azərbaycanlı Lev Landaunun doğum günüdür. Bakı Dövlət Universitetində eyni vaxtda Fizika-riyaziyyat və Kimya fakultəsində təhsil almış Landau 1962-ci ildə qazların, xüsusilə heliumun maye halı ilə bağlı dünyada ilk olaraq apardığı araşdırmalara görə Nobel mükafatına layiq görülüb.

Şəkildə Lev Landau(sağda) kvant mexanikasının banisi Nils Borla.


Picasso

Sizin maraq dünyanız

 

Pablo Picassonun 1937-ci ildə alman və italyan qüvvələrinin İspaniyadakı Gernika şəhərini bombalamasına həsr etdiyi Gernika tablosu.
İkinci dünya müharibəsi illərində Parisdə yaşayan Picasso nasistlər tərəfindən sorğu sual edilir.Bir nasist zabiti rəssamın evindəki bu tablonu görür və Picassodan soruşur:
- Bu sizin işinizdir? rəssam cavab verir:
- Xeyr, sizin işinizdir...


Şeyx Ədəbali

Sizin maraq dünyanız

 

Oğul! İnsanlar var ki, gün doğanda doğulur, gün batanda ölürlər. Unutma ki, dünya güman etdiyin qədər böyük deyil. Dünyanı bizə böyük göstərən bizim kiçikliyimizdir.
Şeyx Ədəbali - Osmanlı dövlətinin qurucusu Osman qazinin qaynatası, eyni zamanda müəllimi olmuş ilahiyyatçı alim.Kürəkəninə etdiyi nəsihətləri daha məşhurdur.120 il yaşamış, elə Osman qazinin vəfat etdiyi il vəfat etmişdir.








Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 mart 2015 22:30
    Təşəkkürlər!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.