Maraqlı məlumatlar

Maraqlı məlumatlar

 

Tariximizin qaranlıq səhifəsi..
Əbdürrəhman bəy Fətəlibəyli əslən Naxçıvanın Düdəngə kəndindən olduğundan Düdənginski təxəllüsünü daşıyırdı. Müharibənin əvvəllərində əsir düşmüşdü. Mayor rütbəsilə alman ordusunda xidmət edirdi. Sərkərdəlik məharətinə görə Almaniyanın milli qəhrəmanı adına layiq görülmüşdü. Düdənginskinin son günləri Münhendə keçmişdir. Onun qətli azərbaycanlı casusa tapşırılmışdı. Casus dost cildinə girərək, Düdənginski ilə yaxınlıq edir. «Dost» casus bir gün Düdənginskini evinə dəvət edir, şəraba qonaq edir və ... çəkiclə başına vura-vura işgəncə ilə öldürür. Paltarını çıxarıb öz əyninə geyir, sənədlərini də götürür. Mayor Fətəlibəyli libasında aradan çıxır.Amerika nümayəndələri ölənin kimliyinə varmadan torpağa basdırdılar. Cinayətin üstü açıldıqda isə qəbri açıb, F.Ə.Düdənginskini rəsmi dəbdəbə ilə dəfn edirlər. Atasının faciəli ölüm xəbərini eşidən oğlu Əlinin başına hava gəlir. ABŞ hökumətinin razılığı ilə Əlini anası Leyla xanımla birlikdə təyyarə ilə Nyu-Yorka göndərirlər. Onlar Şəhərin yaxınlığında azərbaycanlıların daha sıx yaşadıqları Novak qəsəbəsində məskunlaşırlar. ABŞ hökuməti onlara yüksək təqaüd kəsirEbdurrehmen Eli oglu Fetelibeyli(1908 iyunun12-1954noyabr)2 dunya muharibesinde AZERBAYCAN LEGIONUN komandiri olub,Azadliq radiosunun Azerbaycan redaksiyasinin eyni zamanda Azerbaycan jurnalinin baw redaktoru olub,1954 cu il SSRI DTK herbi kewfiyyatci terefinden qetle yetrilib. FETELI BEY DUDENGISKI(Naxcivanin werur rayonun Dudenge kendinde dogulub)mezari,Almaniyada Munhen weherinde NYU-Ulm qebirstanligindadir,Mikayil Ismayilov terefinden oldurulub,o vetene qayitdiqdan sonra oz evinde oldurulmuwdu izi itirilsin deye,Dudengiskinin qetilinden sonra Turkiyede yawayan yoldawi Leyli ise oglu Eli ile birge ABW gedir,bu gunedek onlarsan bir xeber yoxdu.Budur tariximize qiymet...
 Düdənginskinin köhnə legion yoldaşı Mikayıl İsmayılovdan istifadə etmək qərarına gəlirlər. Belə ki, o zaman vətənə qayıdan İsmayılovun ailəsini girov saxlamaqla qarşısına Düdənginskini öldürmək şərti qoyurlar. Əks halda isə ailəsi və özünü öldürəcəkləri ilə hədələyirlər. Beləliklə, köhnə dost qiyafəsində Düdənginskinin yanına gələn İsmayılov 2 aya yaxın Almaniyada qalır. Düdənginskinin vasitəsilə işlə təmin olunur. Ondan bir çox yaxşılıq görən İsmayılov Fətəlibəylini öldürməkdən vaz keçir. Nəticənin olmadığını görən sovet DTK-sının sarışın xanımı İsmayılova yaxınlaşaraq Düdənginskini öldürməyəcəyi təqdirdə Bakıdakı ailəsinin məhv olacağını bildirir. İsmayılov nəhayət işə keçir.
YAŞASIN ATATÜRK !
On üç ildən bəridir ki, Atatürkün yalnız mənəvi varlığı ilə hamımız birlikdə yaşayırıq.Sabahkı nəsillər də yox olmayacaq, nuru getdikcə artacaq, hər bir mənəvi varlıqla yaşayacaq, irəliləyəcəklər.İyirminci yüz ilin ən böyük inqilabçısı və ən böyük qurucusu Atatürkü öymək, məziyyətlərini saymaq əzmində deyiləm.1942-ci ilin oktyabrında "Çortovi Vorota-Şeytan Qapısı" hüdudunda qızıllara qarşı döyüşürdük, həm də Azərbaycanın bağımsızlığı uğrunda vuruşurduq.Axşama qədər atəş altında savaşı idarə edən mayor Qloqer çox yorulmuşdu.Heç gözlənilmədən mənə müraciət edərək dedi: "Atatürk həyatda olsaydı, İkinci Cahan Hərbi olmazdı".Bu sözlər mənim qəlbimi sevinclərlə doldurdu.Atatürkün qüdrətini bütün varlığımla, tam yaxından bir daha hiss etdim.Həqiqətən, Atatürk elə bir Türkiyə yaratdı ki,İkinci Cahan hərbinin gedişinə və sonuna dərin təsir etdi...
Mən Atatürkün yaradıcı qüdrəti önündə baş əyirəm, həm də sərhəd bilməz sevgi və sayğılarımla baş əyirəm.İstəyərək böyük fədakarlıqlara qatlanan Azad Dünyanın sarsılmaz qalası olan Türkiyənin önündə baş əyirəm..Sevinirəm ki, Azərbaycan Türküyəm, Türkiyənin qardaşıyam mən !
Əbdürrəhman Fətəlibəyli Düdənginski
 

Maraqlı məlumatlar

 

Tarixin ironiyası.
Bakıya səfərə gələn Stalin Mircəfər Bağırovdan Üzeyir Hacıbəyovu soruşanda Azərbaycan cəlladının canını qorxu alır. Çünki onun yaxın zamanda Üzeyir bəyi də repressiya eləmək planı vardı və bu istiqamətdə işlər artıq başlanmışdı. Üzeyir bəyi təcili gətirirlər Stalinlə görüşə və görüş zamanı bütün zamanların və bütün xalqların rəhbəri Hacıbəyovdan soruşur ki, niyə azərbaycanlıların məşhur xalq qəhrəmanı Koroğlu haqqında opera yazmaq istəmir? Sualdan şaşıran Üzeyir bəy ona cavab tapmamış, Stalin bu operanı yazmaq haqqında böyük bəstəkara tapşırıq verir. Həmin zamanlarda Koroğlu haqqında operanı Müslüm Maqomayev artıq başlamış olsa da, Stalinə heç kəs etiraz edə bilmədi və Koroğlu operasını Üzeyir Hacıbəyov bəstələməli oldu.
Zaman keçəcəkdi və Stalinin dünyanı lərzəyə gətirən möhtəşəm imperiyası Azərbaycanda onun Üzeyir Hacıbəyova sifariş elədiyi Koroğlu operasından üverturanın sədaları altında dağılacaqdı...
Ərəstun O.
 1937-ci ildə orkestrə tarın daxil edilməsi qeyri-adi hünər idi. Tamaşa zalında Mikayıl MüŞfiqin «Oxu, tar, səni kim unudar?» misrası pıçıltı ilə gəzirdi. «Koroğlu»nun göz yaşları gizlicə axırdı - ilk tamaşa Hüseyn Cavidin, Əhməd Cavadın, Seyid Hüseynin, Ümmügülsümün, Salman Mümtazın, Hənəfi Zeynallının və baĢqalarının son görüş yeri oldu. «Koroğlu» həm də 37-ci il qurbanlarının haray səsi idi.
 

 

Maraqlı məlumatlar

 

Babəki Məğlub etmiş Afşin haqqında bilmədikləriniz:
Afşin 841-ci ildə dəhşətli ölümə məhkum edilmişdi.Onu zərdüştiliyi islamdan üstün tutmaqda,
- bütpərəst məbədini məscidə çevirən imamı cəzalandırmaqda,
- sünnət olunmamaqda,
- evində "Kəlilə və Dimnə” kitabı saxlamaqda,
- boğub öldürülmüş heyvanın ətini yeməkdə,
- Təbəristan şahzadəsi Mazyarı Xilafətə qarşı qaldırmaq cəhdində ittiham edirlər.Məhkəmə Aşfinin həbsə atılması barədə qərarını elan edir. Xəlifə isə əmr edir ki, Afşinə o qədər az yemək verilsin ki, həbsə ölsün. Aclıqdan öləndən sonra başqalarına görk olsun deyə onun meyiti əvvəl asılır, sonra isə evindən çıxdığı deyilən bütlər də üzərinə atılaraq yandırılır.
 

Maraqlı məlumatlar

 

Fotoya baxdıqda en zəif insan belə əlinə silah alıb cəbhəyə getmək istəyir
Azadam, yenilməz olan xalqımın,
Önündə diz çökən sadiq quluyam,
Oğlu şəhid olmuş hər bir ananın,
Oğlu ölməmişdir, onun oğluyam!!!
 

Maraqlı məlumatlar

 

Sovet İttifaqı qəhrəmanı Əhmədiyyə Cəbrayılov(Armed Mişel) və oğlu Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov
 
Hazırladı: Araz Vəliyev



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 sentyabr 2014 09:43
    En 1ci melumaTda Azerbaycan balasinin o vehwiliyi.qeribe oLdum 1az.Ailesinnen ise indiyedek xeber yoxdu.muemmalidi..Boyuk Ataturk.Onun ruhu qarwisinda Bugun hamimiz baw eyirik.Ancag Hamlet Mellim ewitdiyme gore Ataturk Qurani-Kerimi yandirib?bu dogru melumatdirmi?..Heee Hemin elinde bayraq oLan oguLumuz HaLaL oLsun.Gozel ve maraqli melumatdara gore Cox SagoLun.

    --------------------

  2. 30 sentyabr 2014 23:30
    Uzr istiyirem
    AMA ironiya nedise mene çatmadi
    Yene de tewekkurler bully

  3. 6 oktyabr 2014 21:37
    Sondaki seir cox tesirli ve gozel idi.O ki qaldi meqaleye...... lol Cox sag olun.

  4. 15 noyabr 2014 19:13
    Maraqlidir! Tesekkur edirem! love
    Meni en cox Afsin haqqinda olan melumatlar heyretlendirdi. belay smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.