Gündoğan ölkə

Gündoğan ölkə

 

Yapon xalqı vicdanlıdır. Əgər siz metroda pul kisənizi itirsəniz, 90 % onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi "itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək.

Yapon dilində söyüş yoxdur. Bu dildə ən pis sözlər "dəli” və "axmaq”dır.

Bütün yaponlar yemək haqqında danışır. Yemək zamanı yeməyin dadından, görünüşündən danışmaq lazımdır. Siz yemək zamanı bir dəfə də olsa, "dadlıdır” (oishii) sözünü deməsəniz, sizi mədəniyyətsiz insan hesab edəcəklər.

Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir.

Bu ölkənin polis işçiləri rüşvət almırlar. Siz ciddi bir qanun pozuntusu etmisinizsə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var.

Yapon dili çox çətin olduğu üçün, yaponlar onların dilində 1-2 söz deyə bilən turistlərə hörmətlə yanaşırlar. Onlar hesab edirlər ki, dillərini öyrənmək mümkünsüzdür.

Dünyada Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Bura o qədər təhlükəsizdir ki, valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün narahat olmurlar.

Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər. 

Gündoğan ölkə

 

Maraqlı fakt – Yaponiyada küçələrdə zibil qabları yoxdur. Zibili hər kəs evinə aparır. Yaponlar zibili dört hissəyə ayırırlar: yandırılmalı olan zibil, şüşə, yandırılmayan zibil və yenidən emal oluna biləcək zibil.

Yaponlar çox utancaq xalqdır. Onlar açıq şəkildə ətrafdakı insanlara hisslərini biruzə verə bilmirlər. "Səni sevirəm” kəlməsini demək qəhrəmanlıq kimi hesab olunur.

Yapon ailələrində ailə daxil münasibətlər fərqlidir. Qardaş və bacının ünsiyyət qurub danışmaması tam normal hal hesab olunur. Onlar hətta bir birilərinin mobil nömrələrini də bilməyə bilərlər.

Yaponlar spirtli içkini az istifadə edirlər. Səbəb isə bir qədəh içəndən sonra yaponların üzləri və bədənləri qızarır.

Yaşlı yaponların pensiyası çox azdır. Maksimal pensiya 300 dollar təşkil edir. Bu o deməkdir ki, hər bir yapon öz qocalığını təmin etməlidir.

Çox işləməyə öyrəşən yaponlar gündə 15-18 saat fasiləsiz işləyə bildikləri üçün, yaponları rahat "qarışqa” adlandırmaq olar.

Yapon dilində "karoşı” sözü var. Tərcümədə "çox işləməkdən ölüm” deməkdir. Bu diaqnozla Yaponiyada ildə 10000 insan ölür.

Gündoğan ölkəsində işə vaxtında gəlmək adət deyil. İş yerində yarım saat əvvəl gəlmək lazımdır.

Qeyd edək ki, Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkir və yaxşı səsə malikdir. Bu hal tərbiyyə ilə izah olunur – uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı öyrədirlər, sonra isə yazmağı və danışmağı.

Gündoğan ölkə

 

kayzen.az 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 iyul 2014 10:48
    Doğrudanda çox maraqlıdı.İlk dəfədir eşidirəm.Çox sağ olun.

    --------------------

  2. 21 iyul 2014 21:45
    cox maraqli melumatlardi,yaponlar haqqinda bu qederbilmirdim

    --------------------

  3. 24 iyul 2014 15:47
    yaponlarin metbexin cixsax ozderine heyranam) o qeder melumatdi xalqi varki) mence hemde medenidiler)

    --------------------

  4. 20 avqust 2014 15:40
    bunlari ilk defedir ki, esidirem.cox sag olun.

  5. 7 mart 2016 19:29
    Coxlu yaxshi xususiyyetleri varmish-xususen dillerinde soyush yoxdur-bu ki eladir-kash ora getmek imkanim olsun...

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.