Qəbul proqramı

Qəbul proqramı

Qəbul proqramı
TƏLƏBƏ QƏBULU

 AZƏRBAYCAN TARİXİ (II ixtisas qrupu üçün)

Qəbul proqramına tarixi dövrlərin əsas məqamları, ayrı-ayrı dövlətlərin tarixinin başlıca mərhələləri daxil edilmişdir. Abituriyentlər nəzərə almalıdırlar ki, bir çox hallarda tarix dərsliklərindəki müəyyən məsələlər, sual və tapşırıqlar illüstrasiya materialları vasitəsilə çatdırılır ki, bu da verilmiş mövzunu tamamlayır. Bunları bilmək qəbul proqramındakı bir sıra məsələləri aydınlaşdırmaq üçün də zəruridir. Onu da bilmək lazımdır ki, testlərdə yanlış və doğru cavablardakı fərqlər bəzən anlayışlar arasındakı fərqdən irəli gəlir. Odur ki, proqram üzrə qəbul imtahanına hazırlaşarkən abituriyent mövzulara aid olan anlayışlara xüsusi diqqət yetirməlidir. Abituriyentlər proqramdakı materialı dərindən bilməklə yanaşı: – tarixi anlayışları və qanunauyğunluqları başa düşməyi, tətbiq etməyi, səbəb-nəticə, məkan və zaman əlaqələrini izləməyi; – bütövlükdə tarixi proses və inkişafın müəyyən mərhələlərində ictimai həyatın müxtəlif tərəflərini xarakterizə edən mühüm faktları dərk etməyi; – analiz, sintez, təsnifat tələb edən ictimai hadisələri müqayisə etməyi, ümumiləşdirməyi; – nəticələr çıxarmağı, onları faktlarla əsaslandırmağı, təhlil və sübut etməyi; – qiymət və proqnozlar verməyi də bacarmalıdırlar.

AZƏRBAYCAN TARİXİ

AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA CƏMİYYƏTİ VƏ ƏN QƏDİM DÖVLƏTLƏRİN YARANMASI Ən qədim insan məskənləri: Azıx mağarası. Azıx adamı. Tağlar, Damcılı, Qazma (Naxçıvan) mağaraları. Daş dövrü. Mis, tunc, dəmirdən istifadə və bunun nəticələri. İbtidai icma quruluşunun dağılması. Tayfa birlikləri və ilk dövlət qurumları. Manna dövləti: Əhalisi. Təsərrüfatı.Dövlətin yaranması və inkişafı. Dövlətin tənəzzülü və süqutu.Mədəniyyət. Azərbaycanda İskit (Skif) dövləti. Mədəniyyət. Azərbaycan e.ə. VI-IV əsrlərdə. Atropatena dövləti: Əhalisi. Təsərrüfatı. Dövlətin yaranması və inkişafı. Qonşu dövlətlərlə münasibət. Mədəniyyət. Albaniya dövləti: Əhalisi. Təsərrüfatı. Dövlətin yaranması və inkişafı. Qonşu dövlətlərlə münasibət. Yadellilərə qarşı mübarizə.Mədəniyyət. AZƏRBAYCAN ORTA ƏSRLƏRDƏ Azərbaycan III-VII əsrlərdə:

Feodal münasibətlərinin meydana gəlməsi və onun xüsusiyyətləri. Atropatena. Albaniya. Sasanilərin köçürmə siyasəti. Sasani ağalığına qarşı üsyanlar. Məzdək hərəkatı. Girdiman dövləti. Daxili və xarici siyasət. Cavanşir. Mədəniyyət∗ . Dini görüşlər. Azərbaycan xilafətin tərkibində: Ərəblərin Azərbaycanı işğal etməsi. İslam dininin qəbul edilməsi. İnzibati idarə sistemi. Torpaq mülkiyyəti formaları. Ərəb xilafətinin vergi və köçürmə siyasəti. Xilafət zülmünə qarşı üsyanlar. Xürrəmilər hərəkatı. Babək. Təsərrüfat həyatı. Mədəniyyət. Azərbaycan xalqının yaranması prosesinin sürətlənməsi. Xalqın təşəkkülü prosesində islam dininin mütərəqqi rolu. Xilafətin zəifləməsi və Azərbaycanda siyasi dirçəliş. Azərbaycan dövlətləri (IX əsrin ikinci yarısı – XI əsrin ortaları): Şirvanşahlar, Sacilər, Salarilər. Sacilər və Salarilərin Azərbaycan torpaqlarını vahid dövlət tərkibində birləşdirmələri və bunun əhəmiyyəti. Şəddadilər və Rəvvadilər . Siyasi dirçəlişin xalqın yaranışı prosesinə müsbət təsiri. Rusların (slavyanların) Azərbaycana qarətçi yürüşləri. Bərdə faciəsi. İqtisadi dirçəliş. Azərbaycan xalqının yaranması prosesinin başa çatması. “Kitabi-Dədə Qorqud” dastanları. Səlcuqlar və Azərbaycan. Azərbaycan dövlətləri (XI əsrin ortaları – XIII əsrin əvvəlləri): Azərbaycan Səlcuq imperiyasının tərkibində. Azər-baycanda türk-islam amilinin daha da möhkəmlənməsi. Eldənizlər (Atabəylər) dövləti. Şirvanşahlar dövləti. Azərbaycan-Gürcüstan münasibətləri. XI-XIII əsrin əv-vəllərində iqtisadiyyat: kənd təsərrüfatında dirçəliş, tor-paq mülkiyyəti formaları, sənətkarlıq və ticarətin inki-şafı, şəhərlərin tərəqqisi. Gəncə zəlzələsi və onun nəticələri. Azərbaycan intibah mədəniyyəti: Elm və mədəniyyət. Vahid dilin yaranması. Azər-baycan türk dili. Məktəb və mədrəsələr. Bəhmənyar. Xətib Təbrizi. “Kitabi-Dədə Qorqud” dastanının bütün Azərbaycanda yayılması. Memarlıq. Əbu Bəkr Əcəmi, Məsud Davudoğlu. Azərbaycan Elxanilər (Hülakilər) dövlətinin tərkibində:

Qeyd: Abituriyentlər ədəbiyyat fənnindən imtahan verdik-ləri üçün proqramda mədəniyyətlə bağlı olan mövzularda əsas diqqət təhsil, elm və incəsənətə verilmişdir.

Monqolların Azərbaycana yürüşləri. Cəlaləddin Xarəzmşah. Bəndər üsyanı. Azərbaycanda monqol hakimiyyəti. Qazan xanın islahatları. Cəlairi dövləti və Azərbaycan. XIII əsrin ikinci yarısı – XIV əsrdə elm və mədəniyyət. Nəsrəddin Tusi. Fəzlullah Rəşidəddin. Orta əsr Azərbaycan universiteti: Rəşidiyyə. Azərbaycan XIV əsrin ikinci yarısı – XV əsrdə: Şirvanşahlar dövləti. I İbrahim. Şəki hakimliyi. Toxtamışın və Teymurun Azərbaycana yürüşləri. Azər-baycan Qaraqoyunlu dövləti. Azərbaycan Ağqoyunlu dövləti. Azərbaycanın beynəlxalq əlaqələrinin ge-nişlənməsi. Uzun Həsən. Sara xatun. Səfəvilərin Ərdəbil hakimliyi. İqtisadiyyat: təsərrüfat və şəhərlər. Soyurqal. Malcəhət vergisi. XIV əsrin axırları – XV əsrin əvvəllərində mədəniyyət. Hürufilik. Memarlıq. Səfəvi dövləti: Mərkəzləşmiş Azərbaycan Səfəvi dövlətinin yaran-ması. Azərbaycan torpaqlarının birləşdirilməsi siyasəti. Çaldıran vuruşması. I Təhmasibin vergi siyasəti. Dövlət quruluşu. Azərbaycan torpaqlarının vahid dövlət tərki-bində birləşdirilməsinin başa çatması. Səfəvi-Osmanlı müharibələri. 1555-ci il sülhü. Tiyul. Səfəvi dövlətinin XVI əsrin ikinci yarısında daxili və xarici vəziyyəti. Səfəvi-Osmanlı münasibətləri. 1590-cı il sülhü. I Şah Abbasın mərkəzi hakimiyyəti gücləndirmək tədbirləri. XVII əsrin birinci yarısında Səfəvi-Osmanlı münasibətləri: 1639-cu il sülhü. Koroğlu. XVI əsr – XVII əsrin birinci yarısında Azərbaycanın iqtisadiyyatı. Elm və mədəniyyət. Azərbaycan XVII əsrin ikinci yarısında: təsərrüfat həyatı və mədəniyyət. AZƏRBAYCAN XVIII ƏSRDƏ Azərbaycanın beynəlxalq münaqişə meydanına çevrilməsi: XVIII əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti. I Pyotrun Xəzərsahili vilayətlərə işğalçılıq yürüşü. “Peterburq müqaviləsi”. Osmanlı imperiyasının Cənubi Qafqaza qoşun çıxarması. İstanbul müqaviləsi. Azərbaycanda rus v əOsmanlı idarəçiliyi.Kirmanşahş, Rəşt, Bağdad və Gəncə müqa-vilələri. Osmanlı və rus qoşunlarının Azər baycandan çıxarılması. Böyük Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın hakimiyyətə gəlməsi. Azərbaycanın şimalında üsyanlar. Hacı Çələbi. Azərbaycanda müstəqil dövlətlərin (xanlıqların) yaranması: Xanlıqların meydana gəlməsi. Camaatlar, sultanlıq-lar və məlikliklər. Onların qarşılıqlı münasibətləri. Xanlıqlar arasında ziddiyyətlər və Azərbaycanın düş-mənlərinin bundan istifadə etməsi. Azərbaycan xanlıq - larının xarici əlaqələri. İqtisadiyyat: kənd təsərrüfatı, sənətkarlıq, ticarət. Ağa Məhəmməd Qacar . Rusiya işğalçılarına qarşı mübarizə. Mədəniyyət. Azərbaycanın bölüşdürülməsi:

Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması. İşğalçılara qarşı mübarizə: Car-Balakən döyüşləri. Gəncədə Rusiya işğalçılarına güclü müqavi-mət. Xalq qəhrəmanı Cavad xan. 1804-1813-cü illər Rusiya-İran və 1806-1812-ci illər Rusiya -Osmanlı müharibələri. Kürəkçay müqavilələri. Buxarest sülhü. Gülüstan müqaviləsi. Azərbaycanın Rusiya ilə İran arasında birinci dəfə bölüşdürülməsi. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya -Osmanlı müharibələri. Türkmənçay müqaviləsi: Azərbaycanın Rusiya ilə İran arasında ikinci dəfə bölüşdürülməsi. Ədirnə müqaviləsi. Çarizmin köçürmə siyasəti. Azərbaycan ərazisində “erməni vilayəti”nin yaradıl-ması. Azərbaycan XIX əsrin birinci yarısında: Şimali Azərbaycanda çarizmin müstəmləkəçilik siyasəti. İqtisadi vəziyyət. İnzibati idarəçilik. Mərkəzi Şuşa şəhəri olan “Müsəlman əyalətləri rəisliyi”nin yaradılması. Kənd təsərrüfatı. Şəhərlər. Sənaye və tica-rət. Köçürmə siyasətinin davam etdirilməsi. Ermə-nilərin Qərbi Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi. 30-cu illərdə müstəmləkəçilik əleyhinə mübarizə. 40-cı illərin islahatları. Azərbaycanın ərazi bütövlüyü v ə sərhəd lərinin yenidən pozulması. Azərbaycanın Şimal-Qərb və Qərb torpaqlarının (Qazax, Şəmsəddil, Gəncə, Car -Balakən, İrəvan və Naxçıvan) Gürcüstan-İmeretiya quberniyasına daxil edilməsi. Qafqaz canişinliyinin yaradılması. İnzibati idarəçilikdə dəyişikliklər: Azərbaycan torpaqlarında Dərbənd, Şamaxı və İrəvan quberniyalarının yaradılması. Bəy və ağaların hüquqları barədə 1846-cı il reskrepti. 1847-ci il "Kəndli Əsasnamələri". Maarif. Elm və incəsənət. M.Kazımbəy, M.C.Topçubaşov, A.Bakıxanov. “Gülüstani-İrəm”. Cənubi Azərbaycan. Sosial-siyasi vəziyyət. Azərbaycan XIX əsrin ikinci yarısında: Şimali Azərbaycanda kapitalist münasibətlərinin inkişafı. Çarizmin qanlı müstəmləkə rejiminə qarşı xalq hə-rəkatı. Zaqatala üsyanı. 14 may 1870-ci il kəndli islaha-tı. Məhkəmə, şəhər və inzibati islahatlar. Dərbənd qu-berniyasının ləğvi, Yelizavetpol (Gəncə) quberniyasının yaradılması. Şimali Azərbaycan kəndi islahatdan son-rakı dövrdə. Qaçaq hərəkatı. Qaçaq Nəbi. Qaçaq Kərəm. XIX əsrin ikinci yarısında iqtisadi inkişaf. Neft sənayesi. Başqa sənaye sahələri. H.Z.Tağıyev, Ş.Əsədul-layev, M.Nağıyev. Azərbaycan mədəniyyəti. Elm və maarif. Milli mətbuat. “Əkinçi” qəzeti. Mədəni-maarif ocaqları. Teatr. İctimai fikir. Ziyalılar: M.F.Axundov, H.Zərdabi, Əli bəyHüseynzad ə, Əhməd bəy Ağayev və b. Millətin təşəkkülü. Cənubi Azərbaycan: təsərrüfat həyatı, kəsbkarlıq. “Tənbəki” üsyanı. Azərbaycan XX əsrin əvvəllərində: İqtisadiyyat. Kəndlilərin vəziyyəti. Kəsbkarlıq. Bakıda ilk ümumi tətil. 1904-cü il dekabr tətili. "Mazut konstitusiyası".

XX əsrin əvvəllərində Azərbaycanda milli demokra-tik hərəkat. İctimai təşkilatların və milli partiyaların ya-ranması. Difai və Müsavat partiyaları. Azərbaycan 1905– 1907-ci illər inqilabı dövründə. Çarizmin Cənubi Qaf-Qəbul proqramı TƏLƏBƏ QƏBULU – 2010 17

qazda milli ədavət siyasəti: 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı. Ümumrusiya Müsəl-manları qurultayları. Müsəlman İttifaqı. Azərbaycanlı deputatların Rusiya Dövlət Dumalarında fəaliyyəti. Bakı Fəhlə Deputatları Soveti. 1905-1911-ci illərdə Cənubi Azərbaycanda inqilabi hərəkat. Səttərxan. 1912-1913-cü illərin aqrar qanunları. XX əsrin əvvəllərində mədəniyyət: Elm. Maarif. Mətbuat. “Molla Nəsrəddin”. İncəsənət. Azərbaycan Birinci dünya müharibəsi illərində (1914-1918): Azərbaycan müharibədə iştirak edən dövlətlərin planlarında. Azərbaycan Fevral inqilabından sonrakı dövrdə. Xüsusi Cənubi Qafqaz (Zaqafqaziya) Komitəsi. Milli azadlıq hərəkatı və onun xüsusiyyətləri. Bakıda Sovet hakimiyyətinin elan olunması. Bakı Sovetində rəhbərliyin S.Şaumyan başda olmaqla daşnak-bolşevik güruhunun əlinə keçməsi və onun Azərbaycan xalqını məhv etmək siyasəti. Bakı Xalq Komissarları Sovetinin yaranması və daşnak-bolşevik güruhunun antiazərbay-can siyasəti. Azərbaycanlılara qarşı 1918-ci il Mart soyqırımı. Cənubi Qafqaz (Zaqafqaziya) Komissarlığı və Seymi. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): “İstiqlal bəyannaməsi” və Azərbaycan Xalq Cüm-huriyyətinin elan edilməsi. Dövlətçiliyin bərpası. İrəva-nın ermənilərə verilməsi (29 may 1918-ci il) və Azər-baycan ərazisində erməni dövlətinin yaradılması. Bakı-da Xalq Komissarları Sovetinin və "Sentrokaspi” dikta-turasının süquta uğraması. Bakının azad edilməsi. Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti. Dövlət quruculuğu. Azərbaycan Parlamenti. Erməni təcavüzünə qarşı mübarizə. Şimali Azərbay-canın XI ordu tərəfindən işğal edilməsi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı. Ş.M.Xiyabani. Şimali Azərbaycanda Sovet rejiminin bərqərar olması (20-30-cu illər): Azərbaycanda Sovet hakimiyyətinin qurulması. Azərbaycan SSR-nin yaradılması. Sovet rejiminə qarşı üsyanlar. "Çanaq". Yeni iqtisadi siyasət. Azərbaycan SSR-nin ZSFSR və SSRİ-yə qatılması. Sovet dövlət or-qanlarının yaradılması. Yuxarı (Qərbi) Zəngəzurun Er-mənistan SSR-yə ilhaq edilməsi. DQMV və Naxçıvan MSSR-in təşkili. 1929–1931-ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndlərinin Ermənistan SSR-ə verilməsi. Naxçıvanın Sovet Azərbaycanının digər torpaqlarından ayrı salınması. Sosialistcəsinə yenidənqurmalar və onların nəticələri: Azərbaycan SSR-də sənayeləşdirmə və kollektivləşdirmənin həyata keçirilməsi. Totalitar sosializm cəmiyyətinin qurulması. Azərbaycan SSR-də kütləvi repressiyalar. Mədəni quruculuq: maarif, elm və incəsənət. Əlifba islahatları. Sovet Azərbaycanı İkinci dünya müharibəsi illərində: Sovet Azərbaycanı müharibə edən dövlətlərin plan-larında. Bakı Sovet ordusunun yanacaq bazası və cəb-bəxanası kimi. Bakı neftinin faşizm üzərində qələbədə rolu. Milli diviziyalar. Azərbaycanlıların partizan və antifaşist-müqavimət hərəkatlarında iştirakı. Mədə-niyyət. Cənubi Azərbaycanda milli azadlıq hərəkatı. S.C.Pişəvəri. Azərbaycan SSR 1945–1960-cı illərin ortalarında: Dinc əməyə keçid. İlk dəniz neft mədənləri. Neft daşları. Yeni sənaye sahələri və mərkəzləri. Sənaye və kənd təsərrüfatı. Nəqliyyat: Bakı-Krasnovodsk gəmi-bərə yolu, Yevlax-Bərdə-Ağdam dəmir yolu. Azərbay-can əhalisinin Qərbi Azərbaycandan (Ermənistan SSR-dən) kütləvi surətdə sürgün olunması (deportasiyası). Mədəniyyət. Azərbaycan SSR 1960-cı illərin ortalarında – 1980-ci illərdə: Respublikada idarəçiliyin gücləndirilməsi və milli dirçəliş siyasəti. Azərbaycanın sərhədyanı torpaqlarının Ermənistan SSR-yə verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1969-cu ilin 7 mayında təsdiq etdiyi 1938-ci il qərarının həyata keçirilməsinin Heydər Əliyev tərəfindən dayandırılması. Sosial-iqtisadi həyat. 70–80-ci illərin əvvəllərində Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı. Mühüm tikintilər (Bakı məişət kondisionerləri zavodu, Heydər Əliyev adına Respublika Sarayı, Gülüstan sara-yı və s.). Nəqliyyat. Kadr hazırlığı. Elmi-texniki tərəqqi. Mədəniyyət. Cənubi Azərbaycan II Dünya müharibəsindən sonrakı dövrdə. Azərbaycan SSR "yenidənqurma" dövründə: Qarabağ düyünü. Azərbaycanlıların Qərbi Azərbay-candan (Ermənistan SSR-dən) sürgün olunmasının (deportasiyasının) başa çatdırılması. Müstəqillik uğrunda mübarizə. Xalq hərəkatı. Azərbaycan Xalq Cəbhəsi. Qanlı Yanvar. Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası. Müstəqilliyin möhkəmləndirilməsi uğrunda mübarizə:

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi. Sərbəst iqtisadiyyat və müstəqil dövlət quruculuğuna keçid: onun çətinlikləri, uğurları. Qarabağ müharibəsi. Xocalı soyqırımı. 90-cı illərdə sosial-iqtisadi və siyasi vəziyyət: ictimai-siyasi hərəkatlar və partiyalar; daxili vəziyyət; milli dövlət quruculuğu; xarici siyasət; Azər-baycanın BMT-yə və digər beynəlxalq təşkilatlara daxil olması. Əsrin müqaviləsi. Prezident H.Əliyevin başçı-lığı ilə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi uğrunda mübarizə. 1995-ci il Konstitusiyası. Milli Məclis. Azərbaycan Respublikasının Dövlət rəmzləri. Milli bayramlar. De-mokratik, hüquqi və dünyəvi dövlət quruculuğu. 1998-ci ilin prezident seçkiləri. Bələdiyyə seçkiləri. Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişlən-

məsi. Dünya azərbaycanlılarının qurultayları. 2002-ci ilin referendumu. 2003-cü ilin prezident seçkiləri. İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi. Neft strategiyası. Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri. Bakı-Qars dəmiryolu. Müasir mərhələdə dövlət quruculuğu, sosial-iqtisadi vəziyyət. Azərbaycan Res-publikası regionlarının sosial-iqtisadi inkişafı – Dövlət proqramı və xarici siyasət. Dağlıq Qarabağ münaqişəsi-nin həlli uğrunda mübarizə. Xəzərin hüquqi statusunun həll edilməsi uğrunda mübarizə. Mədəniyyət. Türk dövlətləri və cəmiyyətlərinin XI Bakı qurultayı. Xarici ölkələrdəki azərbaycanlı və türk diasporlarının fəaliyyətinin əlaqələndirilməsi. 2008-ci ildə keçirilən prezident seçkiləri. İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi. Moskva bəyannaməsi. 2009-cu ilin referendumu. Türkdilli ölkə başçılarının Azərbaycanın Naxçıvan şəhərində IX zirvə görüşü.  

ƏDƏBİYYAT SİYAHISI

1. Y.Mahmudlu, R.Xəlilov, S.Ağayev. Ata yurdu. 5-ci sinif üçün dərslik. Bakı, 2007-2008.

2. V.Əliyev. Qədim dünya tarixi . 6-cı sinif üçün dərslik. Bakı, 2005- 2007.

3. Y.Mahmudlunun ümumi redaktorluğu ilə. Orta əsr-lər tarixi. 7-ci sinif üçün dərslik. Bakı, 2005–2008.

4. Y.Mahmudlunun ümumi redaktorluğu ilə. Orta əsrlər tarixi. 8-ci sinif üçün dərslik. Bakı, 2005–2007.

5. T.Vəliyevin ümumi redaktorluğu ilə. Yeni tarix. 9-cu sinif üçün dərslik. Bakı, 2005–2007.

6. T.Vəliyevin ümumi redaktorluğu ilə. Yeni tarix. 10-cu sinif üçün dərslik. Bakı, 2005–2007.

7. İ.Məmmədov və S. Qəndilovun ümumi redaktorluğu ilə. Ən yeni tarix. 11-ci sinif üçün dərslik. Bakı, 2005–2007.

8. Azərbaycan tarixi. 6-cı sinif üçün dərslik. Bakı, 2005–2008.

9. Azərbaycan tarixi. 7-ci sinif üçün dərslik. Bakı, 2005–2008.

10.Azərbaycan tarixi. 8-ci sinif üçün dərslik. Bakı, 2005–2009.

11.Azərbaycan tarixi. 9-cu sinif üçün dərslik. Bakı, 2005–2009.

12.Azərbaycan tarixi. 10-cu sinif üçün dərslik. Bakı, 2005–2009.

13.Azərbaycan tarixi. 11-ci sinif üçün dərslik. Bakı, 2005–2009.

14.Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, 2009.

15.Tarix. Abituriyentlər və yuxarı sinif şagirdləri üçün vəsait. “Abituriyent” jurnalının xüsusi buraxılışı. Bakı. 2007–2009.

16.Azərbaycan tarixi. VI-XI siniflər üçün test tapşırığı topluları. “Abituriyent” jurnalının xüsusi buraxılışları. Bakı, 2009.

17.Ümumi tarix. VI-XI siniflər üçün test tapşırığı toplu-ları. “Abituriyent” jurnalının xüsusi buraxılışları. Bakı, 2009.

 

Qeyd: Ədəbiyyat siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və 2005-2009-cu illərdə nəşr olunmuş dərsliklər əsasında tərtib edilmişdir. Tarix fənnindən qəbul imtahanı proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi orta ümumtəhsil məktəblərinin fənn proqramları və yeni dərsliklər əsasında tərtib edilmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tarix fənni üzrə elmi-metodiki seminarında geniş müzakirələrdən sonra qəbul olunmuşdur. Seminarın rəhbəri BDU-nun professoru, t.e.d. İ.X.Zeynalov. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyi proqramın tərtibində və təkmilləşdirilməsində zəhməti olan seminar iştirakçılarına dərin minnətdarlığını bildirir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 iyul 2012 15:50
    bes bu 2012 ili ucundurmu

  2. 31 iyul 2012 14:37
    tewekkur edirem dostum var o 2ci qrupa verecek bunu ona deyerem . cox saq olun Hamlet muellim

  3. 1 mart 2013 23:14
    2013 ucun olsa ela olar
    winked fellow

  4. 3 mart 2013 13:56
    Salam.Bes 2013-cu il ucun nece olur? Oda bunun kimi?
    Mene maraqlidir cunki ozum II qrupa verecem
    sualima cavab yazin zehmet olmasa request

  5. 21 noyabr 2013 16:24
    oxdu haaa.admintratorun xeberi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.