Açıq səmada dərs

Açıq səmada dərs

 

Açıq səmada dərs

 

8 noyabr 2012-ci il tarixində Bakı Modern Məktəbində Bayraq günü münasibətilə açıq dərs təşkil olunmuşdur. Açıq səma altında keçirilən dərsdə məktəbin bütün sinifləri (32 sinif) və bütün müəllim kollektivi iştirak etmişdir. Dərsin gedişi haqqında Sizlərə məlumatı çatdırmağa çalışacam........

 

Açıq səmada dərs

 

 

 

 

Birinci dərsə zəng vurulması ilə bütün məktəb kollektivi məktəbin qarşısında, Bayraq meydanına toplaşdı. Siniflər müəllimləri ilə birlikdə sıra ilə meydana düzüldü. Məktəbin tarix müəllimi Hamlet Əliyev çıxışa başladı.

Əziz şagirdlər! Əziz müəllimlər!

Sabahdan etibarən tətil günləri başlayır. Məhz bu günlərdə dövlətimiz üçün ən dəyərli üç gün qeyd olunacaq. 9 noyabr -  Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü və 17 noyabr – Milli Dirçəliş Günü.

 

Xalqımızın tarixinə qızıl hərflərlə düşən bu günlər dövlətimiz üçün xüsusi əhəmiyyəti vardır.[/i]

Sizlərə Bayrağımız haqqında məlumat vermək istərdim. 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti tərəfindən qəbul edilmiş, türklüyü, müasirliyi və islamı rəmz edən Üçrəngli bayrağımız 28 aprel 1920-ci ildə Sovet işğalı ilə əlaqədar həbsə alındı. 1988-ci ildə ölkəmizdə Sovet imperializminə və erməni iddialarına qarşı Meydan hərəkatı (17 noyabr-4 dekabr)başladı. Məhz o günlərdə bir çoxlarına qeyri-adi gələn Üçrəngli bayrağımız əldən-ələ gəzməyə başladı. Lakin sovet hakimiyyəti bunu nəinki qəbul etmir, hətta Dirçəlişimizə sədd çəkməyə çalışırdı. 17 noyabr 1991-ci ildə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında Üçrəngli bayrağımıza rəsmi status verdi, onu Naxçıvanda dalğalandırdı. Bu dirçəliş yolunda çox böyük bir addım oldu. Bu hadisənin təsiri ilə 5 fevral 1991-ci ildə Bakıda Üçrəngli bayrağımıza dövlət səviyyəsi verildi. Bayrağımıza həmişə böyük dəyər verən Ümummilli liderimiz Heydər Əliyev bu bayrağımız qarşısında iki dəfə diz çökərək, onu alnına vuraraq and içmişdir. Bayrağımıza ən böyük dəyər verənlərdən biri isə sözsüz ki, hörmətli prezidentimiz İlham Əliyev olmuşdur. 2009-cu ildə verdiyi fərmanla Bayraq meydanı yaradılması başlandı. 2010-cu ildə açılışı olan Bayraq meydanımız hamını heyrətə gətirdi. Prezidentimiz bu bayraqla bütün dünyaya Azərbaycan adını yazdırdı. Belə ki, bu bayraq hündürlüyünə və möhtəşəmliyinə görə Ginnesin rekordlar kitabına düşdü.  Təbii k. Bu addım bizi çox sevindirdi. Lakin bu sevinc mənəvi sevinc idi. Bizim əsas sevincimiz, bayrağımızın əsas zirvəsi hələ qoyulmayıb: Şuşa zirvəzi, Xankəndi eşqi, Xocalı harayı, Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam, Xocavənd, Kəlbəcər, Laçın cənnətlərimiz hələ də möhtəşəm Üçrəngli, Ay və ulduzlu bayrağımızın dalğalanmasını gözləyir. İnşallah bu zirvələr də yaxın gələcəkdə fəth olunacaq və onda hamımız mənəvi sevincimizcə yanaşı bədahət sevincimizə də qovuşacayıq.

Bayramızın mübarək olsun !


Himn səsləndi.

 

Açıq səmada dərs
Açıq səmada dərs

 



 

 

 


Bütün iştirakçılar himni xorla oxudu. Sonra hər bir kəsi məkətbimizin Vətənpərvər güşəsinə dəvət etdilər. Burada Ümummilli liderimizin büstünün önünə gül dəstləri qoyuldu. Heydər Əliyevin kövrək notlarla səsləndirdiyi Azərbaycan şeiri səsləndirildi. Böyük ekranlarda Bayrağızın tarixini əks etdirən video-roliklər nümayiş olundu, iştirakçılara bukletlər paylanıldı. Azərinin "Bayraq” mahnısı məktəbin bütün hissəsində həzn səslə oxuduldu. Dərs xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatdı.

Qürur hissi keçirən Azərbayacan vətəndaşlarına........      Bayramınız mübarək !

 

 

 

Açıq səmada dərs
Açıq səmada dərs
Açıq səmada dərs
Açıq səmada dərs
Açıq səmada dərs
Açıq səmada dərs

 

 

 

 

 

 

 

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 noyabr 2012 22:12
    Tebrike goshulub her birinizi tebrik edirem!

  2. 7 may 2013 21:39
    Mən fəxr edirəm ki, BMM-DƏ oxuyuram və mən fəxr edirəm ki , mənim belə müəllimim var. smile

  3. 28 may 2013 00:34
    Maraqlı tədbir alınıb. Açıq səmada dərs  ideyası isə xüsusilə !

  4. 16 noyabr 2013 19:12
    maraqli tedbirdi.ele bil 1 defe orada olmusam

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.