Babəkdən məktub almışam

Babəkdən məktub almışam

Babəkdən məktub almışam

 

Aktyor Elmi Mirzəliyevin səsi ilə yeni musiqili variantı hazırlanıb.

Onlayn qulaq asmaq və yükləmək mümkündür.

 

Yükləmək ücün qeydiyyatdan keçin!


 
Salam olsun "Yanar odlara”

 

Salam olsun "Cənnət diyara”

Salam olsun "Qeyrət duyana”

Salam olsun Azərbaycana !

 

12 əsrdir ki, yad ölkədə, düşmən əhatəsində, zalım bildiyim, adını "peyğəmbər köməkçisi” qoymuş, əslində kafər bir bəndə sayılan Mötəsimin sarayında – Samirədə, məni cəllad Nudnudaya doğratdılar. Qanımı dəstamazda su əvəzi etdilər, başımı Xorasana göndərib gülüş atributuna çevirdilər, bədənimim hissələrini Bağdad küçələrində gəzdirərək min düşmən tüpürcəyinə məhkum etdilər. Can-qəlb qardaşım Abdulla böyük işqəncələrə məruz qalaraq dünyasını dəyişdi. Oğlum Buğday hələ Vətən eşqini tam anlamadan intihar etdi. Ömür-gün yoldaşım Zərnisə, anam Bərumənd və neçə-neçə bacılar, analar müqəddəs torpağımıza göz yaşlarını axıtdılar, həsrət çəkdilər, həyacanda yaşadılar, ancaq möhkəm oldular.

Mənim və mübarizə qardaşlarımın Vətən eşqini alçatmaq naminə, tarixdən silmək üçün yüzlərlə böhtan uydurdular, bizi ləkələdilər. Məni İslamın düşməni elan etmişdilər, məni müsəlman dünyasına yollanmış şeytan adlandırmışlar. Amma bilmirdilər ki, məni müsəlman adətlərində böyüdüblər, mənə Məhəmməd peyğəmbərin ilk oğul nəvəsi sevimli Həsən İmamın adını qoymuşdular. Mən hər günümü kəlmeyi şəhadətlə keçirirdim, böyüyürdüm. Heç məndən soruşan belə olmadı ki, ey Həsən niyə İslama qarşı vuruşdun ki sən? Niyə sən atəşpərəstliyi, xürrəmiliyi təbliğ etdin? Niyə xristian Bizansa sığınmağa çalışdın?

         Mən Babək Xürrəmi Vətən sevdası ilə yaşamışdım. Xalqımı öz torpağında əyilməsini, sınmasını qəbul edə bilmirdim. Mən xalqımın qədimdən qalan adətlərindən üz döndərə bilmirdim. Mən Azərbaycanımızı canımdan çox sevirdim. Azərbaycan duhası, Azərbaycan döyüntüsü, Azərbaycan, Azərbaycanım, Azərbaycan.......

         Məni əzdirən İslam deyil, məni əzdirən əsarət idi, işğal idi, haqsızlıq idi, ədalətsizlik idi. Axı niyə bir tikə balasına çörək qazanan kəndli, balasının boğazından kəsib onu işğalçıya verməli idi. Nə üçün? Bəyəm biz alçaldılmış ölkənin sakinləriyikmi? Bəyəm biz qapazaltıyıqmı? Babamız Atropat, Oroyz, Cavanşirin hünərini unutmuşuqmu? Xeyr! Unutmadıq, unuda bilməzdik. Bunu unudan işğalçılar idi. Mən onlara Vətənimin zəngin adətlərinin olduğunu xatırlatdım, mən onlara qəhrəman bir xalqla toqquşduqlarını xatırlatdım. İslam təbii ki, gəlib-keçmiş 124 min peyğəmbərin ən zirvəsi Məhəmməd peyğəmbərin yadigarı idi. Bu humanist dini, bu ədalət hökmünü, Allahımızın bəşəriyyatı son sınağa çəkdiyi "cənnətə yol” arzusunu biz necə qəbul edə bilməzdik? Edirdik, edəcəyikdə! Lakin peyğəmbərdən sonra onun arzularını, istəklərini yanlış yolla davam etdirən, özgə çörəyini qəsb edən, peyğəmbərin ən sevimli nəvəsi İmam Hüseynin başını kəsdirən Əməvilər, Abbasilər, öz doğma qohumlarının qədrini bilməyib bizəmi ədalət nümayiş etdirəcəkdilər?

         Bəli, mənim Vətən aşiqlərim, biz qədimdəm, atəşpərəstlikdən qalan Novruzumuzu qoruduq, dilimizi qoruduq, adət-ənənələrimizi qoruduq. Bunları bizə unutdura bildilərmi? Bunu nə monqollar, nə farslar, nə ruslar edə bildi. Bax budur mübarizənin əhəmiyyəti. Yoxsa indi qədim sivilizasiyaya malik olan Misir, Suriya və s. kimi ölkələr sırasına düşərək əriyib getmişdik. Bu gün ölkəmizin hər yerində Novruz şamalları alışır, Azərbaycan dilimiz mükəmməlləşir. Bunu unutdura bildilərmi? Biz bunu unuda bilərdikmi?

         İşğala xeyr deyən, əli silahlıya silah göstərən, bir qarış torpağına canım qurban deyən, namərdliyə cəzəlandıracam deyən "Yanar odlar” vətəndaşları hələ də bu hissləri yaşadırmı? Bütün tarix boyu Xocalı qətlyamı kimi vəhşilik görməyən Azərilər, artıq 20 ildir ki, buna dözür. Bəyəm biz zalımlığa bu qədər dözə bilirdikmi? Biz necə "qara donlu kafirlərin” müqəddəs torpağımızda "at oynatmasına” , onların bütün dünyaya həyasızcasına Qarabağ bizimdi söyləmələrinə dözə bilirik? Mübariz İbrahimov təkbaşına düşmən üzərinə atılıb onları silkələyib Azəri yumruğunu göstərməsi, bizim hələ də ədalətsizliklə barışmaz mərd övladlarımızın olmasını sübut edir. Ramil Səfərovun yad eldə Vətən bayrağı naminə göstərdiyi şücayət, hələ neçə-neçə adları tarixə düşməyən qeyrətli oğul və qızlarımızın hünəri, rəşadəti, cəsarəti VARAM MƏNDƏ CAHANDA söyləmənin ən böyük sübutudur. Bunu dünya görmədimi? Gördü! Türkün oyamasından qoxduqları üçün beynalxalq arenada bizləri sıxışdırlar, bizə əl-qol açmağa imkan vermirlər.Bu qəhrəman evladlarımızın qanı Xürrəmi rəmzidir, azad bir ölkənin azad sevdasıdır. Biz onların qəhrəmanlıqları ilə fəxrləndik, alovlandıq, amma yenə də kədərləndik. Çünki bizlər də, yanlarında olub, o qəsbkarları cəzalandırmaq istərdik. Heyif. Mənim Vətən silahdaşlarım, səbr tükəndi bizdə, bəs Sizdə? Mənim Azərbaycanım, biz qiyamətə hazırıq, bəs Siz? Bizim qəhrəman salnaməmizi davam edin. Vaxt tükənib, qiyamətdə nə cavab verərik. Torpağımızı hədiyyə etdikmi deyək, yoxsa vuruşmağı unutduqmu deyək. İslam naminə cihad deyənlər, Vətən naminə mübarizə deyənlər, qisas almaq naminə qisas deyənlər TƏRPƏNİN! TƏRPƏDİN!

 Unutmayın Bizləri, Aypara uğrunda mübarizədə Allah dəstəyiniz olsun ! Ruhum, ruhumuz Sizinlə olacaq. Gücümüz, sevqimiz Sizinlə qalacaq. Son nəfəsə qədər, oyan türküm oyan! Yaşayacaq Azərbaycan!

Zalımlara nifrət

Düşmənə zülmət

Şəhidlərimizə rəhmət

Göstər Vətənə sədaqət!

Yolunuz açıq olsun !




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. kecmishler
    28 fevral 2012 22:11
    Salam.Siz bele edin gelin bu mektubda oz sesinzle seslendrin.
    Cox ela alnar.Mende kocurum.Komek etmish olarsnz.

  2. 28 fevral 2012 22:12
    ele hal-hazirda onunla meshqulam xoshunuza qeldimi? onu yazin helelik necedir?

  3. kecmishler
    28 fevral 2012 22:23
    Gelin Babekin size mektub yazmadan once onun Cavidann olumunden
    sonra Babekin andi sehnesinide ishleses bu mektub onun ardi
    ola biler.Men bele dushunurem.

  4. 28 fevral 2012 22:48
    o cetin ish oldu muallime Bilirsiz bele yazilari hemishe yazmaq olmur o bir an gelir ve dayanmadan yazirsan ureyinde olanlari hiss etdikleri amma dediyiniz ideya yaxshidi lakin inanmiram onu yazam

  5. 28 fevral 2012 23:35
    Yaziq Babek...Yaxshi ki sen bu gunu gormedin...Ancaq ruhun sene rahatdiq vermir..beli..qoruya bilmedik torpaqlarimizi..bizi bagishla..hele Xocalinin qisasi alinmayib..hele ishqal altindaki torpaqlarimiz inildeyir..Ancaq her shey bitmeyib..hele variq ..qolumuz bukulmeyib..Qisasimiz cox dehshet olacaq!!

  6. 29 fevral 2012 21:50
    Babeki bize bele oyretmemishler Babek keyfiyyetce ve deyerce layiqli oqul olub Allah ona rehmet elesin Vetenin bashi saq olsun Allah Azerbaycana yuzlerle yeni Babekler qismet etsin

  7. 3 mart 2012 15:08
    Gozel bir vetenperverlik dersi,sinesi veten eshqi ile dolu olan bir ureyin hayqirtisi.Meger bele bir cagirisha laqeydmi qalmaq olar?Demishem,deyirem,deyeceyemde mehz bele urekleri,bu qelblerin sesini eshitdikde ozune deyirsen,hele yashamagina deyer,hele itirilmeyen cox shey vardir,hele bu xalqi yashadan qiymetli shexsler var.Hele de qelbi veten ucun yanan adamlar var ve bu xalqi geleceyine inam vardir.Veten yalniz dash,torpaq deyil,o,hem de yanar urekdir,veten hissi ve ona qaygidir.Vetenperverlik yalniz elde tufeng onun ucun vurushmaq deyil,camaatin ayagina ilishmesin deye,adice yolun ortasindaki dashi goturub kenara atmaq da vetenperverlikdir. Nazim Hikmet insanlari bir nece qrupa bolub. Deyir: Insan var ki, yol ortasinda dashi gorub ,onu ora atanin arxasinca deyinir,cixib gedir.Ikincisi,bunun medeniyyetsizlik oldugunu bildirib gedir.Ucuncusu ise hec bir soz demeden eyilib dashi goturur ve yolun kenarina qoyub gedir.Bax bu ish de ucuncu adamin ishini xatirladir.Bu xalq boyuk xalqdir.Vaxtinda her bir shexse "Get" demeyi bacarir.Dunen Quba rayonu timsalinnda bunun bir daha shahidi olduq.Eger bir rayonun ehalisi icra bashcisina "get"demeyi bacarirsa,Xalq da bir gun ishgalciya "get" deyecek.Elmi muellime cox sag ol deyirem.Nece de gozel diksiyasi var.Aktyor ucun bu vacib shertdir.Yaziya elave ruh verir.Ele bil mektub yarimciq idi,yalniz indi o butovleshdi.Heqiqeten de qarshimda bitkin bir eser vardir.Bu eserden ushaq da,boyuk de faydalanacaqdir.Hamlet muellim mene ele gelir ki,bu birge ishiniz sonuncu deyil.Mektubdan sinifde ders kecen zaman dersin muxtelif merhelelerinde de istifade etmek olar.Bir sozle herterefli lazimli ve vacib materialdir.Ardini gozleyirem ve yaxud da axarinci olsun

  8. 3 mart 2012 15:26
    Nizami muallim Sizi kimi insanlarin bu kicik hecmli caqirish hekayesine verdiyiniz yuksek seviyyeli qiymet bizim ishimizi neinki ruhlandirir hetta vetenperverlik hissimizi daha da guclendirir. Var olun Vallah ! Fikirleriniz o qeder deyerlidir menim ucun onu vallah adi sozlerle ifade etmek bele mumkun deyildir Cox saqolun !

  9. 3 mart 2012 16:29
    Sizi tebrik edirem!Istediyinize nail oldunuz. Elmi muallime de teshekkurler.

  10. 3 mart 2012 17:15
    Calishacam onuda edim inshallah Her kese uqurlar arzu edirem !

  11. 5 mart 2012 03:25
    Cox maraqli meqaledir....muasir dovre seslenishdir.....Ehsen eziyetinize deyer!

  12. 9 mart 2012 21:11
    coxx maraqli ve duzgun sozlerdir yeni buna yalniz superden de super demek bele azdir

  13. 30 avqust 2012 21:46
    sil vtnprvrlik drsi idi bu.Mn inanram k.bu gnmzn BABKLRI 12 sr vvl yaayan Babkdn daha hnrlidir.Yaralar da Babkin yaralarndan daha coxdur.z torpaqmzda adna qacqn. kckn damasi vurulan .hd ruhlar qassinda xcaltl kks trn.yaralari hec qaysaq baqlamayan insanlarimizn bel mracitlr cox ehtiyaci var.

  14. 2 sentyabr 2012 19:04
    Bir defe sizinle birge dinlemisdik. Yeniden dinlemek de cox maraqli oldu. nsani dusunmeye vadar edir. Derslerde cox istifade etsek bele meqalalerden mence shagirdlerde vetenperverlik hisslerini daha da guclendire bilerik. Cox sag olun muellim. Yazinin ne qeder gozel oldugunu sozle ifade etmek cetindir.

  15. 9 sentyabr 2012 10:28
    Zulmun topu var, gullesi var ,qelpesi varsa haqqinda bukulmez qolu ,donmez uzu vardir!!!

    *Tugba Aziz*

  16. 30 oktyabr 2012 18:47
    salam hamlet muellim bu melumat mene cox lazim oldu yenede sag olun wink

  17. 29 noyabr 2012 20:33
    tesekkur edirem amma bele oqullar azdi recourse

  18. 24 aprel 2013 14:07
    kaw bele ogullarimiz cox olsun
    tewekkurler bele maraqli xebere gore

    --------------------

  19. 24 aprel 2013 14:07
    ehsen cox super yazilib bunu video formatina salmaq lazimdir mp4 formatina YASHA YASHA COX YASHA EY SHANLI AZERBAYCAN

  20. 24 aprel 2013 14:44
    COX SAG OLUN MEKTUB COX MARAQLI IDI.XUSUSEN DE AUDIO VARIANTI.COX TESIRLIDI.

  21. 24 aprel 2013 16:21
    Cox sag olun cox ela mektubdur.Yasasin AZERBAYCAN.

  22. 25 aprel 2013 09:12
    cox maragli mektubdur sagolun winked

  23. 25 aprel 2013 20:53
    Cox tesekkur ederim.

  24. 16 may 2013 15:06
    super ellllllllaa.lakin bele ogullar azdi.

  25. 10 avqust 2013 18:58
    s2222222222222, ele senin 'elllllllllllaa'ndan gorunur ki, sen qeyretli ogulsan.Ha Ha Ha tongue tongue tongue

  26. 21 oktyabr 2013 22:26
    sayt da superdi,melumatlar da,dersler de
    her sheye gore cox sag olun Hamlet muellim

  27. 8 noyabr 2013 19:27
    Saytı çox sevirem. Maraqlı melumtlara göre teşekkürler

  28. 10 noyabr 2013 11:39
    ne mektubu almisan baabek

  29. 15 noyabr 2013 15:11
    ne mektubbbbbbbbbbbuuuuuuuuuuuuuuuu

  30. 18 noyabr 2013 21:07
    ne mektubu aslmisan

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.