Ruhlarla söhbət
Qaranlıq duman boğurdu məni. Gözlərimi açmağa tələsdim, açanmadım. Ayağa durmağa çalışdım, dura bilmədim. Qışqırıb kömək istəyirdim, səslənəmədim. Məni sanki saxlayırdılar, işqəncə vermədən, söz demədən, dinləmədən. Ancaq baxırdılar, qəmli-qəmli, hirsli-hirsli. Onların nə istədiyini anlaya bilmirdim. Onları elə bil tanıyırdım, lakin yada sala bilmirdim. Kim idi axı bunlar? Nə istəyirdilər? Bu fikirlərlə onlara baxa-baxa qara dumanlıq bəyazlaşırdı, ətrafa qar saçırdı, ağaclar qışlamışdı, o "dinməzlərdən” biri isə yerində qalaraq mənə baxır və nə isə deməyə hazırlaşırdı. Gözlədim, anladım ki, ondan qaçış yoxdur, qulaq asmalıyam. Papaqlı, qara saqqallı, təxminən 50-60 yaşlı bu ağsaqqal qarlı ağacların arasında soyuqdan üşüməyərək mənə sarı gələrək dinləndi : "Oğul hara tələsirsən? Niyə bizdən qaçırsan? Biz səni özümüzünkilərdən bilərək sənə doğru addımladıq. Sən Dədəmiz Qorqudun diyarı, odlu-alovlu bərəkətli Azərbaycan məmləkətindən deyilsənmi? Sən buralarda neynirsən? Sən və Azərbaycan sakinləri buralara gəlməkdə tələsməsin. Sizin orada çox mühüm işiniz var. Məmləkəti "qara donlu kafirlərdən” təmizləməlisiniz, ayağa qalxmalısınız. Bizə buralara kimi Xocalı harayı gəlib, biz hər gün Qarabağ şəhidlərinin qohum-əqrabasının nalələrini eşidirik, biz düşmən tapdağında qalmış qəbiristanlıqların gecə laylaylarını dinləyirik. Bala qayıt elə, biz qayıda bilmirik. Bura giriş var, çıxış yoxdur. Sən hələ ki bura daxil olmamisan, qayıt. Qayıt el-obamıza, söylə qardaşlarımıza – Mən Yusif, bu Həsən və bax o uzaq qağacın yanında dayanan İsmayıl buralarda özümüzə yer tapa bilmirik, kütləyə qarışa bilmirik, çünki Vətən eşqi bizi ağladır. Mən Yusif atamın, babamın, qardaşlarımın, balalarımın düşmən tapdağında düşməməsi üçün gecə-gündüz bilmədən, düşmənlərlə mübarizə apardım. Həsən həyatından keçərək vətən sevgisini üstün tutdu. İsmayıl isə xalqımızın vahidliyi uğrunda hətta öz ailə üzvlərini itirməli oldu. Bütün bunlarla yanaşı bizlər heç vaxt ruhdan düşmədik, irəlilədik”[/b]
Onlara qulaq asdıqca, onları daha da yaxından tanıdığımı güman edirdim, ancaq yada sala bilmirdim. Bu üç tarixi görkəmli, orta əsrlər geyimli şəxsiyyətlər yavaş-yavaş gözdən itirdi, məndən uzaqlaşırdılar. Onların arxasınca getmək istəsəmdə gedə bilmədim. Ayaqlarım qarın üstündə dura bilmirdi. Uzaqdan isə mənə doğru bir atlı şığıyırdı. Çapar mənə söz demək istədiyini anladım və dayandım, onu dinlədim.
- Qardaş, Qaraqoyunlu Yusif, Xürrəmi Həsən (Babək) və Qızılbaş İsmayıl sənin tez bir zaman içində geri qayıtmağını və "Alovlu diyara” bu sözləri çatdırmağı əmr edir : "Qalxın, İrəliləyin, Cəzalandırın!”
- Qəfildən gözlərimi açdım, ətrafa baxdım, lakin nə o, çapar, nə o qarlı ağaclar, nə də ki, o soyuq hava yanımda deyildi. Ancaq, o sözlər hələ də qulağımdadır və mən millətimizin dirəkləri olmuş, o "üç cəngavərin” əmrini Sizlərə çatdırıram, ey Vətən aşiqləri : "Qalxın, İrəliləyin, Cəzalandırın!”
Əgər istəyirsinizsə bu yazıya səsli qulaq asmaq, bu halda vrilmiş qovluqu yükləyin və qulaq asın....
Yükləmək ücün qeydiyyatdan keçin!
Rəylərin sayı:.