Qələbə əzmi, yoxsa Qədər nizəsi?

Qələbə əzmi, yoxsa Qədər nizəsi?

 


        Müharibə... Nədir bu?...Ölüm! Qarət! Dağıntı! Fəlakət! Nə doğurur müharibəni?.. Qana susamış  kinli kralların qisas istəyi, yoxsa şöhrət zirvəsinə can atan lovğa siyasətçilərin sərvət və hakimiyyət hərisliyi?... Deyirlər, müharibə- siyasətdir, daha doğrusu, siyasətin zorakı üsul və vasitələrlə davam etdirilməsidir. Məncə müharibə sözün bitdiyi məkan, haqqın tapdandığı zamandır. Adətən siyasətçilər müharibələri iştirakçı tərəflərin güddükləri məqsədə müvafiq olaraq, "ədalətli” və ya "ədalətsiz” olmaqla iki qrupa bölürlər. Onlar Vətənin və insanların azadlığı, cəmiyyətin tərəqqisi uğrunda aparılan müharibələri "ədalətli”, qarətçilik və işğalçılıq məqsədi güdən müharibələri isə ədalətsiz hesab edirlər. Maraqlıdır, bəyəm onlar bilmirlərmi bütün müharibələr ölüm, qarət, dağıntı və fəlakətlərlə müşaiyyət olunur?! Yəqin ki, bilirlər. Bəs onda nə üçün onları "ədalətli” və ya "ədalətsiz” adlandırmaqla iki yerə ayırırlar?..
         

Qələbə əzmi, yoxsa Qədər nizəsi?

 

Hələ e.ə.VII əsrdə görkəmli Midiya hökmdarı Kiaksar dünyaya sübut etmişdi ki, ordunun düzgün təşkili döyüşdə qələbəni təmin edir. Ondan sonra gələn fatehlər; Makedoniyalı Filipp xəyanəti, oğlu Aleksandr (İsgəndər) ordunun fərqli düzülüş qaydasını tətbiq etməklə böyük qələbələr əldə etmişdilər. Daha sonralar Karfagenli Hannibal düzgün seçilmiş taktikanın, Napoleon hərbi texnikadan səmərəli istifadə etmək bacarığının, Suvorov ciddi hərbi intizam və təlimlərin, Mustafa Kamal Atatürk isə əqidə və inamın qələbənin rəhni olduğunu isbat etmiş, dünya hərb sənətini zənginləşdirmişdilər. Bunların hansının daha vacib olduğunu müəyyən etməyi sizin öhdənizə buraxır və mühakimənizə aşağıdakı kiçik yazını təqdim edirəm. 
  

Qələbə əzmi, yoxsa Qədər nizəsi?

 

    Bu maraqlıdır:
   
Qələbə əzmi, yoxsa Qədər nizəsi? 
 
    1097-ci ilin payızı idi. Səlbçi ordularının bir qrupu Suriyadakı zəngin Antioxiya şəhərini mühasirəyə almışdı. Şəhərə sahiblik üstündə sərkərdələr arasında mübahisə onun alınmasını ləngidirdi. Nəhayət, ağır döyüşlərdən sonra səlibçi dəstələri qala müdafiəçilərinin müqavimətini qırıb şəhərə daxil ola bildilər. Əhalinin çoxu qılıncdan keçirildi, əmlakları isə talan olundu. Lakin çox keçmədən Antioxiya yaxınlaşan türk orduları tərəfindən mühasirəyə alındı. Səlibçilərin viran etdiyi şəhərdə ərzaq və su çatışmırdı. Vəziyyət getdikcə pisləşirdi. Mühasirədəkilərin çoxu sağ qalacağına artıq ümidini itirmişdi. Bu çətin günlərdə Pyer adlı yoxsul bir kəndli səlibçi sərkərdəsi Tuluzlu Raymundun yanına gələrək, möcüzəli yuxular gördüyünü və bu yuxularda apostol Andreyin dəfələrlə ona Müqəddəs Pyotr kilsəsində çox qiymətli və müqəddəs bir əşyanın basdırıldığı yeri göstərdiyini deyir. Pyerin iddiasına görə bu əşya çarmıxa çəkilmiş İisusun bədəninə romalı əsgərin sancdığı nizənin ucluğu olmalı idi. O deyirdi ki, həmin nizəyə yiyələnənlər talelərinə hakim olub heç vaxt məğlubiyyət acısını dadmayacaqlar. Pyerin təkidi ilə kilsəyə gəlib onun göstərdiyi yeri qazmağa başlayan səlibçilər, az sonra doğrudan da döşəmənin altından nizə ucluğuna bənzəyən paslı bir dəmir parçası tapdılar. Bu tapıntı səlibçiləri ruhlandırdı. Onlar cəsarətlə döyüşə atılaraq mühasirəni yarıb xilas oldular. Döyüşdən sonra Raymundun rəqibi Tarentli Boemund Pyerin tapdığı əşyanın müqəddəsliyinə şübhə edərək; - "Qoy xəsis qraf və onu əhatə edən axmaqlar özlərini deyil, paslı dəmir parçasını qalib saysınlar. Biz inadla savaşmış və özümüz qalib gəlmişik. Bundan sonra da Müqəddəs İsa naminə döyüşəcək və qalib gələcəyik!” demişdi. 
 
P.S. Yeri gəlmişkən, bu nizələrin üç (?) məlum nüsxələrindən biri hal-hazırda Ermənistan Respublikasında, Üçkilsə (yeni adı Vaqarşapat) monastrında saxlanılır. Sizcə bu artefaktın Ermənistanda peyda olması təsadüfdürmü?  
 
 Hörmətlə: Sizin Aydın m. 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 oktyabr 2015 12:38
    məqalə coox maraqlidir.muselman torpaqlarini isgal edən səlibçilər də elə ermənilər kimi vəhsicəsinə ozgə torpaqlari talan ediblər,gunahsiz insanları məhv ediblər.bu məqalədə yazilanlardan belə cixir ki,nizənin uclugunun Ermənistanda olmasi təsaduf məsələsi deyil.səlibcilərlə ermənilərin əlaqəsi söhbəti burada mərkəzi mövqe tuta bilər.məsələni bilirsnizsə, burada bolusun,xahis edirəm.mənə cooox maraqli gəldi məqalənin axirinda yazilan sual...

  2. 3 oktyabr 2015 08:21
    Hörmətli "Miliçka", nəhayət ki, Sizin timsalınızda kimsə bu yazının sonunda verilmış təkcə maraqlı deyil, həm də çox aktual olan suala diqqət yetirdi. Oxucuları müzakirəyə dəvət etdiyiniz üçün təşəkkür edir, mən də əziz müəllimlərimizdən və şagirdlərimizdən bu sualla bağlı öz mülahizələrini bildirməyi xahiş edirəm.
    Hörmətlə: Aydın Allahverdiyev

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.