Maraqlı iki rəvayət

Maraqlı iki rəvayət

 

 

Rəvayətə görə qədim zamanlarda bir şəhərdə iki dost yaşayırmış. Bunlardan biri çəkməçi, digəri isə heç bir işlə məşğul deyilmiş. İşi olmayan bekar dost hər gün çəkməçi dostunun çəkməçi dükanına gəlib onunla saatlarla söhbət edirdi. Çəkməçi öz dostuna işsiz olduğuna görə çox kömək edirdi. Onu evinə dəvət edir və bəzən də maddi yardım edirdi. Heç bir sənət öyrənməyən və heç bir işlə məşğul olmayan onun bekar dostu da günləri belə yaşamaqla keçirirdi.
Onlar bir-birinə elə öyrəşmişdilər ki, bir gün belə görüşməsəydilər narahat olurdular.
Bir gün işsiz dostun arvadı deyinərək ona dedi:
-Ay kişi! Nə qədər o çəkməçi dostunun burnunun dibini kəsdirəcəksən? O, balaları üçün çörək pulu qazanır, sən isə onun yanında boş-boş oturursan. Axı nə vaxta qədər?
Arvadının deyinməsindən xoşu gəlməyən zavallı kişi isə:
-Nə etməliyəm ay arvad? Axı mən heç bir iş bacarmıram! Bundan belə nə iş öyrənə bilərəm?
Arvad:
-Heç olmasa çəkməçi dostunun yanında otura-otura çəkməçiliyi öyrən barı! Onsuz da orada bekar oturursan.
Kişi:
-Necə öyrənim arvad?
Arvad:
-Sən ona heç nə demə. Əllərinə baxa –baxa çəkmə tikməyi və pinəçiliyi öyrən.
Kişi:
-Vallah sən düz deyirsən ay arvad! Bu heç mənim ağlıma gəlməyib indiyə kimi.
Beləliklə o, çəkməçi dostunun yanına hər gün gedir və gizlicə dostunun öz peşəsini necə yerinə yetirməsinə göz qoyurdu. Nəhayət, altı ay keçəndən sonra o, çəkmə tikməyi öyrənir və arvadına deyir:
-Ay arvad! Bu gün artıq mən dosumun əlinə baxaraq çəkməçiliyi tam öyrənməyimdən altı ay keçir. Ancaq bir iş var.
Arvad:
-Nədir o?
Kişi :
-Axı mənim çəkmə tikməyə bizim yoxdur! Nə də biz almağa pulum.
Arvad:
-O işdə asandır. Dostunun yanına get və onu söhbətə tutaraq ən yaxşı bizini oğurla. Bildin?
Kişi:
-Axı bu naxələflik olar?
Arvad:
-Onun bizləri çoxdur. Bir dənə ilə heç nə olmaz! Sənə isə çörək qazanmaq lazımdır. Bildin ?
Kişi:
-Yaxşı!
Bu söhbətdən sonra niyyəti bəlli olan işsiz kişi, çəkməçi dostunun dükanına gəlib salam verir. O, dostu ilə hal-əhval tutandan sonra, onu söhbətə tutur və çəkməçinin ən yaxşı ayaqqabı tikən bizini gizlicə cibinə qoyur. Aradan bir az keçəndən sonra, günortaya az qalmış o, dostuna deyir:
-Hə usta! İcazə ver evə gedim.
Çəkməçi:
-Nə ev qardaş? Günortaya az qalıb. Bizə gedib birlikdə nahar edərik. Buraxmaram səni.
Özünü itirən işsiz kişi:
-Yox, daha utanıram sizdə yemək yeməkdən. Axı nə qədər olar?
Mən qoy gedim. Ölüm –itim dünyasıdır. Halal elə "bizi!”
Çəkməçi :
-Nə? Sən nə danışırsan ay dostum? Nə ölüm, nə halallıq? Səni tanıya bilmirəm?
İşsiz dost:
-Deyirəm bilmək olmaz. İnsan bu gün var, sabah yox! Sən yenə də halal elə "bizi!”
Çəkməçi:
-Sən nə qədər saf və imanlı bir adamsan qardaş! Mən səni indiyə qədər belə tanımamışam. Çox heyif !
İşsiz dost :
-Sən halal et "bizi!”
Çəkməçi :
Ey əziz dostum ! Nə danışırsan? Ana südü kimi halalın olsun hər şey!
Bu "halallıqdan " sonra çəkməçinin bizini oğurlayan dostu sevincək halda evinə tərəf istiqamət götürdü.Yolda o, öz-özünə gülərək, dilinin ucunda hiyləgərcəsinə tez-tez bu ifadəni təkrar edirdi "Halal elə "bizi "!
 
 

Maraqlı iki rəvayət

 


 

1912-ci ildə Paris səfərindən qayıdan H.Z.Tağıyev "Bakı” qəzetinin müxbirinə belə bir əhvalat danışmışdır:
— Parisdə faytonda gedirdim, qabaqda mənə sağa burulmaq lazım idi. Faytonçu isə sola buruldu. Mən çətirin ucu ilə kürəyinə toxunub dedim:
— "Sağa dön.” Nə olsa yaxşıdır? Faytonçu qəzəblənmiş halda yerə atılıb qollarını ölçə-ölçə qışqırmağa başladı. "Ona nə oldu?” – deyə mən tərcüməçidən soruşdum”. 
Tərcüməçi dedi: 
— "O, qəzəblənib deyir ki, nə cəsarətlə siz çətirlə onun kürəyinə toxunmusunuz? Bununla onu təhqir etmisiniz.”

Mən oradakı camaata təəccüb qaldım və hər şeyi başa düşdüm… Bizdə əgər pulun, vəzifən varsa istəyirsən lap adamın belinə min sür, dəxli yoxdur, o yenə sənə səcdə eləyəcək. Bizdə də Parisdəki kimi camaat olandan sonra başqa həyat olacaq.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 mart 2015 11:43
    İbrət alınacaq hekayələrdir....Təşəkkürlər!

  2. 10 dekabr 2015 22:39
    Əlahttp://tarix.konspekt.az/maraqli/tarixi-revayetler/2748-maraqli-iki-revayet.html#
    wink

  3. 30 aprel 2017 11:31
    [i][/i] 1-ci rəvayət daha maraqlıdır. Əsl dost çəkməçi kimi olmalıdır. crying

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.