Gəncə xanlığının işğalında erməni
xəyanəti
Bir gün Cavad xan Şuşadan Gəncəyə
qayıdırmış.Yolda bir çay kənarında ağac altında dayanıb, günorta namazını
qılır.Sonra oturub bir az istirahət edir.Birdən bir uşağın başqa uşaqlar tərəfindən
döyüldüyünü görub onlara yaxınlaşır.Bu uşağı niyə döydüklərini soruşur.Uşaqlar
deyir ki, bu uşaq kəndən oğurluq edirmiş ona görədə onu döyürlər.Cavad xanın
uşaqa yazığı gəlir, onu ozü ilə Gəncəyə gətirir.Bu kimsəsiz uşaq onun sarayında
yaşayıb xanın xidmətcisinə çevrilir.Burada böyüyüb boya-başa çatır.Bu uşaq Aşot
adlı bir erməni uşağı idi.
Bu vaxtlar Gəncə bazarına başqa ölkələrdən
çoxlu ölkələrdən tacirlər gələrmış.
Onların içərisində erməni
tacirləri də olurdu.Aşot Gəncəyə gələn erməni tacirləri ilə dostlaşır.Gəncə erməni
tacirlərin çox xoşuna gəlirdi.Tacirlər Aşotdan xahiş edirlər ki, onların Gəncədə
məskunlaşmasına kömək etsin.Aşot Cavad xandan ermənilərin Gəncədə yaşaması üçün
icazə istəyir.Cavad xan xidmətçisinin arzusunu yerinə yetirir.Gəncənin gözəl
yerində erməni tacirlər ozləri üçün ev və kilsə tikdirirlər.Gəncəyə çoxlu erməni
ailələri köçüb gəlirlər.
1803 cü ilin soyuq dekabr ayı idi.Rus
qoşunları Car-Balakəni zəbt etdikdən sonra Gəncəyə yaxınlaşırlar.Quru qobu adlı
yerdə duşərgə salırlar.Rus general Sisyanov hədə-qorxu dolu məktub yazaraq, öz
elçisini Cavad xanın yanına göndərir ki, şəhəri ruslara təslim etsin.Cavad xan
gürcü mənşəlli bu generala yaxşı bələd idi.Rusların Carda insanlara nə divan
tutduğunu da yaxşı bilirdi.Cavad xan rus elçisinə rədd cavabı verib, sona qədər
vuruşacaqlarını bildirdi.Cavad xana məktub gətirən elçini sözlərini Aşot da eşitmişdi.O,
qorxu içində idi.Aşot gecə ikən gizlicə Gəncədə yaşayan varlı bir erməni
tacirin yanına gedir və vəziyyəti ona danışır.Tacir Gəncədə yaşayan bütün erməniləri
bir yerə yığıb vəziyyəti müzakirə etdilər.Onlar var-dövlətini itirməkdən çox
qorxurdular.Onlar gizlicə Sisyanovun yanına adam göndərib, ondan aman istədilər.Ermənilər
ümid edirdilər ki,ruslar Gəncəni türklərdən alib,”Rusiyaya sədaqətli” xristian
ermənilərə verəcəkdir.Sisyanovun əsgərləri Gəncəyə hücum edəndə ermənilər şəhər
qapılarını rus əsgərlərinin üzünə açdılar.Bu vaxta qədər şəhəri ala bilməyən
ruslar asanlıqla şəhərə daxil olub, Gəncə əhalisinə divan tutdular.Cavad xan
başda olmaqla,gəncəlilər əllərinə silah alıb, ruslarla vuruşanda, gözlərinə
inanmadılar.Şəhərə soxulub onlara atəş açan rus əsgərlərinin içində ermənilər də
var idi.Aşotun açdığı qəfil güllə Cavad xanın ürəyinə tuş gəldi.Cavad xan "ay
namərd erməni” deyərək yerə yıxıldı.Rus general Lisaneviç ikinci
gülləni xanın başından vurdu.Cavad xan vəfat etdi.Xanın oğlu Huseynqulu ağa namərd ermənini qılıncla vurub yerə sərdi.Rus əsgərlərinin
acdığı atəş nəticəsində Hüseynqulu ağa da öldürüldü.Şəhər düşmənin əlinə keçdi.
Rəylərin sayı:.