Gizli tarix-3

 

Gizli tarix-3

 

 

 

Puerto-Riko adasında yaşayan peşəkar pilot G.J.Xattisson öz şəxsi təyyarəsində Mayamiyə üz tutur. Bermud üçbucağınğn P zonasından keçəndə təyyarədaki kompas və aparatura yararsız hala gəlir. 8 dəqiqə davam edən naməlum hadisə birdən-birə başa çatır və yoluna davam edir. Mayaminin hava limanına çatanda limanın dispetçeri gözlərinə inanmıyaraq G.J.Xattissona söyləyir
-Siz düz 12 ildirki axtarışdasınız.
Artıq Xattissonun arvadı ölüb və bu hekayənin mənası odur ki, Xattisson p-zonasındakı keçirdiyi 8 dəqiqəlik naməlum hadisə 12 ilə bərabəriydi. Bir çox iddialar irəli sürsə də, Bermud üçbucağının sirri hələ də tapılmayıb.

 

 

 

Gizli tarix-3

 

 

 

İngiltərə'nin Bristol limanı açıqlarında 5 dekabr 1668-ci ildə bir gəmi batdı.Yalnız Hugh Williams adlı bir yolçu xilas oldu. 1784-cü ildə eyni bölgədə yeni bir qəza oldu. 60 dənizçi arasında yalnız ikinci kapitan Hugh Williams xilas oldu. 1952-ci ildə eyni yerdə üçüncü bir gəmi batdı. Xilas olan tək yolçunun adı Hugh Williams idi.



Gizli tarix-3

 

 
ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub. Hörmətli müəllim. Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var. Hər düşmənin əvəzinə bir dost mütləq var. Vaxtınızı alacaq, bilirəm, amma imkan olsa, ona öyrədin ki, qazanılan bir dollar, tapılan 5 dollardan daha dəyərlidir. İtirməyi də öyrədin ona, həm də qazanmaqdan həzz almağı. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Qoyun, zorakılığın zahirən qalib olduğunu öyrənsin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir şey olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, Nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birindən yapışıb gedəndə, kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma. Bütün insanlara qulaq asmağı, Qulaq asdıqlarını həqiqət ələyindən keçirib, ancaq yaxşıları özünə götürməyi, Bacarsanız, kədərlənəndə belə necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, Gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, Ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, Ulayan insan kütləsinə qulaqlarını tıxamasını, Və əgər özünün haqlı olduğuna inanırsa, dimdik dayanıb mübarizə aparmağı öyrədin ona. Ona qarşı mehriban olun, amma qucaqlamayın. Çünki ancaq odun qığılcımı poladı saflaşdırır. Qoyun, səbirsiz olacaq qədər cəsarətə sahib olsun. Qoyun, cəsur olacaq qədər səbri olsun. Ona həmişə: Özünə inanmağı öyrədin. Beləcə bəşəriyyətə də inamı daim olacaq. Bu, böyük tələbdir, özünüz baxın, nə qədərini bacararsınız.
[/b]
 
 
 
[b]
Gizli tarix-3

 

Dahi rəssam Salvador Dalinin "Geopolitik uşaq” adlı əsərində qadın barmağı ilə Bakını göstərir. Ola bilər ki, bu təsadüfdür. Lakin əksər mütəxəssislər bunun qəsdən edilmiş bir şey olduğunu düşünür və bunda müəmmalı bir sirr görür.

Gizli tarix-3

 

 
ŞAH İSMAYILIN VəSiYETi
Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox elleşdim - müharibe olmasın, dedim, - olmadı.
Budur, Çaldıran döyüşünden on dörd yıl keçib. Hele bir defe yüzüm gülmeyib, dodaqlarımda tebessüm olmayıb...
...Ömrün son günlerini yaşayıram... Sizin üçün bu az ömrümde elimden geleni eyledim. Fethler edib, parça-parça bölünmüş diyarımızı birleşdirmeye çalışdım.
Vetenin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü lel-cevahiretden üstün bildim. Her ikisinin - Vetenimizin ve dilimizin ebediyyeti üçün.
Ne bacardımsa onu eyledim. Yaxşı ne başladımsa - onu göyerdin! Sehvlerimi tekrar etmeyin! Size vesiyyetim budur!..
Size üç emanet qoyub eren babalar: dilimiz, qeyretimiz, Vetenimiz - can sizin can onlar emeneti!


Gizli tarix-3

 

 
I PYOTRun VƏSİYYƏTİ

"...Rusiya yalnız o zaman dünyevi dövlet adlana biler ki, Asiya ve Avropanın xezinelerinin açarı olan İstambul onun paytaxtı olsun. Boş yere vaxt itirmek olmaz. İstambulu ele keçirmek lazımdır...İstambula sahib olan çar, dünyanın da sahibi olacaq...
...Bu meqsede çatmaq üçün her zaman Osmanlı imperiyası ile İran arasında nifaq salmaq lazımdır. Bu işde sünni ve sieler arasındakı mübahise ela vasite ola biler. Türkiye ve İran arasındakı tarazlığı ele pozmaq lazımdır ki, onlar ortaq dil tapa bilmesinler...
...Ermenileri ve eger varsa başqa xristianları Gilana ve Mazandarana köçürmek, müselmanları ise onlar bilmeden tedricen azaltmaq lazimdır...
...Ne İrana, ne de Osmanlılara Avropa xalqları ile elaqeye girmeye imkan verilmemelidir. Eger bu ölkelerin müselmanları qayğıdan azad olub öz hüquqlarını bilseler, bu bizim üçün böyük zerbe olacaq...
...Her yolla çalışmaq lazımdır ki, İran pulsuz ve ticaretsiz qalsın. En esası İranı süquta getirmek , onu asılı veziyyetde saxlamaq lazımdır ki, Rusiya istenilen vaxt onu mehv ede bilsin.Lakin İranı Osmanlı dövleti mehv edilmemişden önce sıradan çıxarmaq olmaz.Osmanlı dövletini süqut etdirdikden sonra, İranı da eziyyetsiz mehv etmek "onun başını kesmek” olar.Ona göre de vaxt itirmeden siz Qafqazı işğal ederek İranın daxili hakimlereini özünüzün itaetkar qulluqçularınıza çevirmelisiniz...
...Yunanlarla dostluq ve sülh içinde yaşamaq lazımdır. Müharibe zamanı onlar size kömek edecekler. Çünki yunanlar hemişe Osmanlilardan ziyan çekmişler...”

Gizli tarix-3

 

Novruzun heç kimə bəlli olmayan sirləri...

Bahar bayramı adətlərinin dəyişdirilməsində kim maraqlı olub?

"Bu gün qeyd etdiyimiz "Yel çərşənbəsi”nin adı əslində yel deyil. Bu çərşənbə axşamlarında heç tonqal da qalanmazdı. Əsl bayram martın 21-də ölkəyə yaz fəsli girəndə qeyd olunardı. Adət-ənənəyə görə, əvvəllər bu gün qeyd olunan "yel çərşənbəsi” "qara çərşənbə” adlanırdı. Bu çərşənbədə insanlar dünyasını dəyişmiş yaxınları və doğmalarının qəbirlərini ziyarət edər, ruhlarına dualar oxuyardılar”.

"Yəni bizim indi bildiyimiz qara bayram yel çərşənbəsində qeyd edilərdi. Əslində çərşənbələrin adları da əvvəllər başqa idi. Çərşənbələr "yalançı çərşənbə”, "müjdəçi çərşənbə”, "ata-baba”, yaxud da "qara çərşənbə” (dünyasını dəyişmiş yaxınlarmızı ziyarət etmək günü), "ilaxır çərşənbəsi” deyə adlanırdı. 

Novruz isə fars mənşəli söz olub, iki sözün "nou” yeni, "ruz” gün sözlərinin birləşməsindən yaranıb. 
Novruzun tarixi e.ə. 8-10-cu minilliklərə, yəni Neolit dövrünə gedib çıxır. Bu bayramda insanlar təbiətin onlara verdiyi hazır nemətlərdən artıq istehsala, yəni əkib-biçmək, heyvandarlıqla məşğul olmağa başlayırlar. 

Novruz Zərdüştilikdən qabaq da ayrı-ayrı tayfaların içərisində qeyd edilib. Zərdüştilər sadəcə Novruz ənənəsini yaymağa başlayıblar. Bu bayram ənənələri hətta Hindistana qədər yayılıb. Bu gün də Novruz Hindistanda yaz bayramı kimi qeyd edilir. 

Bundan başqa, Novruzu İslam dini ilə bağlama çalışanlar da var. Xüsusilə də bu hadisəni dördüncü xəlifə Əlinin (ə) taxta çıxması ilə bağlayırlar. Lakin İslamda Hicri-Qəməri təqvimi hər il 10 gün yerini dəyişir. Yəni xəlifə Əlinin (ə) doğum tarixi rəcəb ayının 13 fil ilindən, başqa sözlə, 30 il sonraya təsadüf edir. Bu təqvim də ilbəil dəyişir. Ancaq Novruzun gəlişi isə yarandığı gündən sabit olaraq qalır. Novruz hər il martın 20-də saat 15.02-də qeyd edilir. Bu da onu sübut edir ki, Novruzun islama heç bir aidiyyəti yoxdur. 

Digər tərəfdən Novruzun adı astrologiya elmi ilə də hallanır. Hələ 18-ci əsrdə Adam Oleari adlı bir alman səyyahı Avropadan tutmuş bütün şərq ölklərini gəzir. O, yolunu Azərbaycandan da salır. Şamaxıda olanda o, Novruz bayramının şahidi olur. Öz qeydlərində Novruzu belə xatırlayır: "Bütün insanlar küçələrə yığışmışdılar. Padşahdan tutmuş adi insanlara qədər hamı Novruzun daxil olmasını gözləyirdilər. Abdulla xanın yanında olan bir nəfər öz qonomonu ilə (durbin) tez-tez Günəşin hərəkətini müşahidə edirdi. Günəş şimal yarımkürəsindən Qoç bürcünə daxil olan kimi yaz girmiş hesab olunurdu. Hamı sevinclə Novruzu qarşıladı. Yaylım atəşləri açıldı. Novruz bayramının topu atıldı”. 

İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Yaponiya, Koreya, Çin, Türkmənistan, Türkiyə və digər dövlətlərdə Novruz bahar bayramı kimi keçirilir. 

Novruz regiondan regiona fərqli şəkildə qeyd edildiyi üçün onun adət-ənənələri, atributları da dəyişib. Bəzi bayram adətləri isə ümumiyyətlə sıradan çıxıb, dövrümüzə qədər gəlib çıxa bilməyib. Məsələn, İranda, Naxçıvan və Ordubada ənənəyə görə bayram süfrəsində "S” hərfi ilə başlayan 7 cür nemət olmalıdır. Amma əvvəllər süfrəyə "S” deyil, "Ş” hərfi ilə başlanan nemətlər düzülməli imiş. Müəyyən müddətdən sonra fikir veriblər ki, "Ş” hərfində "şərab” sözü var. Bu səbəbdən də onu dəyişiblər. 

Novruzun əsas atributu olan Səmənin də özünəməxsus tarixçəsi olub, yeni həyatı, yazın gəlişini, təbiətin oyanmasını nümayiş etdirən səməninin tarixi Şumerlərə gedib çıxır. Belə ki, şumerlərdə "somomi” adında müqəddəs bir bitki olub. Səməninin adının da oradan götürülməsi ehtimalı var. 
İnsanlar arasında daim sülh, barış, bolluq, əmin-amanlıq yaradan bu yaz bayramını Azərbaycanda daim unutdurmağa çalışıblar. İlk məhdudiyyətlər Türkmənçay müqaviləsindən sonra olub. 1967-ci ildə Ali Sovetin sədri Şıxəli Qurbanov 
Azərbaycanda Novruz bayramının keçirilməsi haqda qanun qəbul edib. SSRİ dövründə xalq gizli də olsa Novruzu qeyd etsə də, Novruz adət-ənənəsi itməyərək daha da kütləviləşdi. Yəqin ki, bunu bu yaz bayramının insanlar arasında bərabərlik yaratması, küsülüləri barışdırması, hətta qan düşmənlərini belə qisasdan vaz keçməyə çağırması ilə izah etmək olar.
 
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 mart 2013 13:37
    sagol admin.artiq 21mart "Beynelxalq Novruz gunu"kimi qebul edilib.Bu islam-turk dunyasinin medeni qelebesidir.

  2. 30 mart 2013 14:37
    Sah Ismayil Xetainin vesiyyeti Ferman Kerimzadenin Xudaferin korpusu eserindendir??

  3. 31 mart 2013 22:19
    Linkolnun mektubu...cox gozeldi...

  4. 31 mart 2013 23:04
    hugh williamsin sirri ne idi?cox maraqlid///.daha etrafli olar/?

  5. 4 aprel 2013 13:42
    1 CI MELUMAT COX MARAQLI Idi

    --------------------

  6. 4 aprel 2013 20:43
    Cox maraqli melumatlardi.Amma novruz kelmesi fars mensheli yox iran mensheli sozdur.

  7. 5 aprel 2013 00:43
    mence qadinin barmagi bakini gostermir.

  8. 5 aprel 2013 13:37
    novruz..cox maraqli idi twk.. love

    prizidentin mektubuda coooooooox menali ve maraqlidir..... winked

  9. 8 aprel 2013 23:19
    hmmmm/ belay bele

  10. 9 aprel 2013 19:35
    ox ox ox ox maraqldr laughing smile wink

  11. 10 aprel 2013 00:51
    cox saqoluun))) maaraqla oxudum...salvadorum o eseri ile bagli cox maraqlanmiwam maraqlidi helede )))

  12. 10 aprel 2013 14:47
    melumatlara gore sagolun maraglidi

  13. 10 aprel 2013 14:53
    cox maraqlidir beyendim

  14. 10 aprel 2013 16:04
    Avraam Linkolnun mektubu cox ibretamizdir.Sozleri cox tesirlidir. Qazanilan 1 dollar tapilan 5 dollardan daha deyerlidir.Ona itirmeyi de oyredin qazanmaqdan hezz almaqi da.Hami ona sehv oldugunu dese de oz fikirlerine inanmagi oyredin ona.
    gucunu ve beynini en yuksek qiymet teklif edene satmaqi ancaq ureyine ve ruhuna qiymet etiketi qoymamagi oyredin ona. bu meslehetler daha cox xosuma geldi

  15. 10 aprel 2013 17:20
    mence en menalisi Avraam Linkolnun mektubu idi.

  16. 1 iyun 2013 19:12
    En menalısı mencede Avraam Linkolnun mektubudur

  17. 18 avqust 2013 15:48
    maraxlidi..demey olarki

  18. 3 may 2014 17:11
    Pyotr cixmaqla cox maraqlidi

  19. 19 yanvar 2016 20:04
    1-ci melumatda Xattisson 8 deq gecikmekle 12-il itib

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.