Zaman....

Zaman....

Təhlil etdiyimiz tarixi və arxeoloji tapıntıların da açıq-aşkar göstərdiyi kimi darvinistlərin tarixin və cəmiyyətlərin təkamülü iddiası bir cəfəngiyatdır. Heç bir elmi əsası olmayan bu iddiaların gündəmdə tutulmasının kökündə isə materializmi müdafiə etmək qayğısı durur. Məlum olduğu kimi, materialistlər yaradılış həqiqətini rədd etmə yanlışlığı içərisindədir. Maddənin sonsuzdan bəri var olduğunu və sonsuza qədər də mütləq bir varlıq olaraq qalacağını hesab edirlər. Başqa sözlə, özlərinə görə, maddəni ilahlaşdırırlar (Allah`ı tənzih edirik). Halbuki, bu gün elmin çatdığı son səviyyə kainatın yoxdan var edildiyi, yəni yaradıldığı həqiqətini təsdiqləyir, materializmi və materialist baxışlara əsaslanan bütün nəzəriyyə və fəlsəfələri isə yalanlayır.

Buna baxmayaraq, materialistlər maddənin mütləq deyil, yaradılmış olduğu həqiqətini elmin ziddinə getmək bahasına da olsa qəbul etməzlər. Halbuki, ön mühakimələri və doqmalarından bir anlıq belə uzaqlaşsalar, onlar da açıq şəkildə həqiqəti görəcək, materialist təlqinlərin əsasında edilən sehrin təsirindən qurtula biləcəklər. Bunun üçün öz baxışlarını bir kənara qoyub, ideoloji mübtəlalıqdan özlərini çəkindirərək səmimi düşünmələri kifayət edər.
Zaman....

İlk olaraq düşünülməsi lazım olan məsələlərdən biri də zaman anlayışının əsl xassəsidir. Bu səbəbdən də materialistlər maddənin, bəzən də zamanın mütləq olduğunu hesab edirlər. Və bu yanlışlıq bir çox həqiqətləri görmələrinə mane olur. Müasir elm maddə kimi maddənin bir törəməsi olan zamanın da maddə ilə birlikdə yoxluqdan var edildiyini və zamanın da bir başlanğıcı olduğunu sübut etmişdir. Eyni zamanda, zamanın nisbi anlayış olduğu, materialistlərin yüz illərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı, dəyişən bir anlayış forması olduğu da bu əsrdə aşkar edilmişdir.
Zaman dediyimiz anlayış, əslində, bir anı bir başqa anla müqayisə etmək üsuludur. Bunu bir misalla izah edə bilərik. Bir cismə vursaq, bundan müəyyən bir səs çıxar. Eyni cismə bir daha vursaq, yenə bir səs çıxar. Vuran insan birinci səslə ikinci səs arasında bir müddətin olduğunu düşünür və bu müddətə zaman deyir. Halbuki, ikinci səsi eşitdiyi anda birinci səs sadəcə yaddaşındakı bir xəyaldan ibarətdir. Sadəcə yaddaşında var olan bir məlumatdır. Həmin insan yaddaşında olanı yaşadığı anla müqayisə edərək zaman anlayışını əldə edir. Əgər bu müqayisə olmazsa, zaman anlayışı da olmaz.
Məşhur fizik Culian Barbor (Julian Barbour) zamana belə tərif vermişdir:
Zaman əşyaların vəziyyətlərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Bir saat kəfkiri yırğalanır, saatın əqrəbləri işə hərəkət edir.91
Qısaca olaraq, zaman beyində saxlanılan bir sıra xəyallar arasında müqayisə aparılması ilə mövcuddur. Əgər bir insanın yaddaşı olmazsa, beyni bu cür şərhlər edə bilməz və dolayısilə, zaman anlayışı da əmələ gəlməz. Bir insanın: “Mən otuz yaşındayam”, -deməsinin səbəbi beynində həmin otuz ilə aid bəzi məlumatların saxlanmış olmasıdır. Əgər yaddaşı olmazsa, bu cür zaman müddətinin olduğunu düşünməyəcək, sadəcə yaşadığı tək bir an ilə əlaqədar olacaq.Biz, bizə verilən təlqinə görə, keçmiş, indi və gələcək kimi bölümlərə ayrılmış zaman müddətlərini yaşadığımızı zənn edirik. Halbuki, keçmiş kimi bir anlayışa sahib olmağımızın yeganə səbəbi -bundan əvvəl də qeyd etdiyimiz kimi- yaddaşımıza bəzi hadisələrin daxil edilməsidir. Məsələn, ilk dəfə məktəbə getdiyimiz an yaddaşımızda olan bir məlumatdır və biz bu səbəblə bunu keçmiş bir hadisə olaraq qəbul edirik. Gələcəklə bağlı hadisələri isə yaddaşımızda yoxdur. Bu səbəbdən, biz hələ xəbərdar olmadığımız bu hadisələri “olacaq”, “gələcəkdə baş verəcək” hadisələr olaraq qəbul edirik. Halbuki, necə keçmiş bizim üçün yaşanmış, təcrübədən keçmiş, görülmüş hadisələrdisə, gələcək də bu cür yaşanmışdır. Lakin bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün biz bunları bilmirik.
Əgər Allah gələcəklə bağlı hadisələri də yaddaşımıza daxil etsəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşındakı bir insanın yaddaşında 30 illik xatirələr, hadisələr olur və bu səbəbdən də bu insan 30 illik bir keçmişinin olduğunu düşünür. Əgər bu insanın yaddaşında 30 ilə 70 yaş arasındakı gələcəyinə dair hadisələr verilmiş olsa, onda 30 yaşındakı bu insan üçün həm 30 ili, həm də 30 ilə 70 yaş arasındakı “gələcəyi” keçmiş olur. Belə ki, bu vəziyyətdə keçmişi də gələcəyi də yaddaşında olacaq, hər ikisi də onun üçün baş vermiş, görülmüş, təcrübədən keçmiş hadisələr olacaq.
Lakin Allah bizə hadisələri müəyyən bir sıra ilə kiçikdən böyüyə doğru baş verəcək şəkildə, sanki keçmişdən gələcəyə axan bir zaman varmış kimi qəbul etdirdiyi üçün bizə gələcəyimizlə bağlı hadisələri bildirməz, bunların məlumatlarını yaddaşımıza verməz. Gələcək bizim yaddaşımızda yoxdur, lakin Allah`ın sonsuz yaddaşında, bütün insanların keçmişləri və gələcəkləri vardır. Bu bir insanın həyatını, artıq mövcud bir filmdə izləməsi kimidir. Film artıq çəkilmiş və bitmişdir. Lakin bu filmi irəliyə yığmaq imkanı olmayan insan kadrları bir-birinin ardınca izlədikcə həyatını görür. Hələ görmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.Bu həqiqət ictimai həyat və tarixə də şamil edilir. Xalqların, dolayısilə dünya tarixini də özümüz kimi məhdud olan zaman və məkan anlayışları içərisində qəbul edib qiymətləndiririk. Bu nisbi anlayışa əsasən, biz dünya tarixini dövrlərə ayırır və təhlil edirik.
Arxeoloq Pol Bahn (Paul Bahn) bəşər tarixinin təkamülü ssenarisinin bir nağıldan ibarət olduğunu belə ifadə edir:
Zaman....

Biz 5 duyğu orqanlarımızla hiss edir və yaşayırıq. Beş duyğu orqanının vasitəsi ilə mümkün olanları qəbul edirik, bu çərçivədən kənara heç vaxt çıxa bilmərik. Yaşadığımız zamanı və məkanı da bu cür qəbul edirik. Beynimiz 5 duyğu orqanı ilə bir varlığı müəyyən edə bilmirsə, o varlıq üçün “yox oldu” deyirik. Bununla əlaqədar olaraq yaddaşımız hansı hadisəni və yaxud da təsvir və ya hissiyyatı saxlayırsa, o, bizim üçün vardır, yəni diridir. Nəyi unudursa, artıq o, bizim üçün yoxdur. Başqa sözlə, yaddaşımızda olmayan varlıqlar və hadisələr bizim üçün ölmüşdür, keçmişdir, yox olmuşdur.
Lakin bu, sadəcə insanlara şamil edilən bir vəziyyətdir; belə ki, sadəcə insanların yaddaşı məhduddur. Allah`ın yaddaşı isə hər şeydən üstündür. Lakin bu məqamda “Allah`ın yaddaşı” anlayışından istifadə edilməsi yalnız mövzunu izah etmək məqsədini daşıdığını qeyd etmək yerinə düşərdi, başqa cür iki yaddaş arasında hər hansı müqayisə və yaxud da bənzətmə qəti olaraq mümkün deyil. Allah hər şeyi yoxdan var edən və hər şeyi incə detallarına qədər biləndir.
Allah`ın yaddaşı sonsuzdur, belə olan halda, yaddaşından heç nə silinməz. Başqa sözlə, Allah`ın yaratdığı heç bir canlı ölərək yox olmaz, heç bir çiçək solub yox olmaz, heç bir içki bitməz, heç bir zaman müddəti keçməz, heç bir qida məhsulu tükənməz... Allah qatında kainat ilk toz buludu olduğu vəziyyətində durur, Stonhencin daşları daşınır, Misir ehramları inşa edilir, şumerlər səmanı müşahidə edir, neandertallar həyatlarına davam edir, Lasko mağarasındakı rəssam rəsmləri çəkir, Çatalhöyükdə gündəlik həyat yaşanır, İkinci Dünya Müharibəsi davam edir, qısaca olaraq demək olar ki, tarix boyunca baş vermiş hər an Allah qatında olduğu kimi durur. Eyni şəkildə, bundan minlərlə il sonra yaşayacaq xalqlar da Allah qatında sivilizasiyalarını qurur, ictimai quruluşlarını formalaşdırır, gündəlik həyatlarını davam etdirirlər.
Hər varlığın və hadisənin yaradıldığı anda, əslində, onun üçün sonsuzluq da başlamışdır. Məsələn, bir çiçək yaradıldıqda, əslində, bir daha yox olmamaq üçün yaradılmışdır. Bu canlının, ya da əşyanın insanın görmə dairəsindən çıxması, insanın yaddaşından silinməsi onun yox olması, ölməsi demək deyil. Vacib olan Allah`ın yaddaşındakı Allah`ın qatındakı vəziyyətidir. Və Allah`ın yaddaşında bu canlının var olması da, həyatı boyu yaşadığı anlar da, ölümü də mövcuddur.
Zaman....

Qeydlər:
91. Tim Folger, "Buradan Sonsuzluğa", Discover, dekabr 2000, səh. 54


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 may 2020 20:00
    Maraqlı meqaledir

    Maraqlı meqaledir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.