AXC - 100. Qarabağ məsələsi necə həllini tapdı?

AXC - 100.  Qarabağ məsələsi necə həllini tapdı?

1919-cu il 29-30 iyulda Qarabağın həyatında xoş hadisə baş verdi. "Azərbaycan"
qəzeti yazırdı: "Bu günlərdə Qarabağ öz torpağında özünün ən əziz və sevimli qonaqlarını Gəncənin qubernatoru Rəfibəyovun müşayiəti ilə Azərbaycan Respublikasının baş naziri N.Yusifbəylini və hərbi nazir Mehmandarovu qarşılayırdı. 29 iyulda qonaqlar Xankəndinə gəldi. 30 iyulda hörmətli qonaqlar Şuşaya gəldilər. Şəhər əhalisi qonaqları duz-çörəklə qarşıladı. Bundan sonra hörmətli qonaqlar məsciddə Azərbaycanlılar qarşısında çıxış etdilər. Sonra isə onlar erməni kilsəsinə getdilər. Erməni ruhaniləri onları duz-çörəklə qarşıladılar. Yepiskop Azərbaycan dilində çıxış edərək iki millətin dinc yanaşı yaşamasının zəruriliyini göstərdi"
Qarabağ ermənilərinin 7-ci qurultayının xüsusi nümayəndələri Qarabağ general-qubernatoru X.B.Sultanovun hüzuruna gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycanın hakimiyyətini tanımaq haqqında məsələni dinc yolla həll etmək arzusunda olduqlarını bildirmişlər.
Qubernatorun hüzuruna qurultayın nümayəndələri ilə birlikdə erməni ruhaniləri
də gəlmişlər. Danışıqlar iki gün davam etmiş və nəhayət müqavilə layihəsi işlənib hazırlanmışdır. Qarabağın dağlıq hissəsinin taleyi haqqında məsələnin Sülh konfransında ermənilərlə Azərbaycanlıların birgə yaşamasından asılı olaraq həll ediləjəyini nəzərə alaraq Qarabağ ermənilərinin 7-ci qurultayı 1919-cu il avqustun 15-də özünün səhər iclasında Azərbaycan Respublikasının hökuməti ilə müvəqqəti müqavilə bağlamağı qərara almışdır.
“Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ erməniləri arasında saziş”adlanan bu sənəddə ermənilərin sülh mesajları və birgəyaşayış arzuları təsdiq edilib.
Sənəddə qeyd olunur:
“Bütün qarşıdurmaların Qarabağda yaşayan əhali üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin bütün həll variantlarında erməni və azərbaycanlıların birgə yaşayacağını nəzərə alaraq , Qarabağ ermənilərinin 7- ci qurultayının 4 – cü səhər iclası 15 avqust 1919- cu ildə Azərbaycan höküməti ilə bu şərtlər daxilində qərar qəbul etdi:
Aşağıda biz həmin qərarın Qarabağ probleminə aid bəndlərini təqdim edirik:

1. Tərəflər hazırkı müvəqqəti sazişi sülh konfransının qərarına qədər qəbul edir. Sülh sazişinin qərarları hər iki tərəf üçün məcburi olacaq.
2. Qarabağın Dağlıq hissəsinin, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının (Dizak, Vərənd, Xaçen, Carabert) erməni əhalisi özlərini Azərbaycan Respublikasının hüdudlarında sayır.
3. Şuşa, Cavanşir və Cəbrayıl qəzaları Qarabağ general-qubernatorluğunun xüsusi inzibati vahidi kimi qalır. Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində üzvləri ermənilərdən təyin olunmuş administrasiya təyin olunur.
4. Qarabağın dağlıq hissəsində (Dizak, Xaçen, Varand və Carabert) inzibati vəzifələrə erməni şurasının təqdimatı əsasında olan şəxslər təyin olunur.
5. Qarabağ general-qubernatorluğu yanında 3 nəfər azərbaycanlı, 3 nəfər ermənidən ibarət altı nəfərlik Şura təsis edilir.
6. Şuranın erməni üzvləri Dağlıq Qarabağın erməni əhalisinin qurultayında seçilir. Qurultaya yenidən seçki keçirmək hüququ verilir.
7. Millətlərarası bütün prinsipial məsələlər əvvəlcədən Şurada müzakirə olunmadan həyata keçirilə bilməz.
8. Şura general-qubernatorluğun quruluşu və idarəçiliyi ilə bağlı məsələlərdə təşəbbüslə çıxış edə bilər.
9. Şura general-qubernatorluğun işinə nəzarət və onu müşahidə etmək hüququ var. Bununla yanaşı Şuraya administrasiyanın iş fəaliyyətinə müdaxilə hüququ verilmir.
10. General – qubernatorun mülki işlər üzrə köməkşi vəzifəsi təsis olunur. Bu vəzifəyə erməni təyin olunur.
11. Erməni qurultayı iki namizədi mülki işlər üzrə köməkçi vəzifəsinə təklif edə bilər. Onlardan biri təsdiq olunur.
12. Qarabağ ermənilərinə mədəni müxtariyyət hüququ verilir.
13. Mədəni muxtariyyət hüququ Qarabağ ermənilərinin milli şurası tərəfindən qurultyada seçilərək vəkil edilmiş şəxslər tərəfindən həyata keçirilir. Qurultayı Milli Şura çağırır.
14. Azərbaycan höküməti erməni milli şurasının fəaliyyətinə vəkil edilmiş ermənilərin vasitəsi ilə nəzarət edir.
15. Azərbaycanın ordu hissələri sülh dövründə Xankəndi və Şuşada mənzillənir.
16. Qarabağın dağlıq hissəsində -Şuşada, Cavanşir və Cəbrayıl qəzalarındakı erməni yaşayış məntəqələrində ordu hissələrinin hər hansı yerdəyişməsi şuranın 2/3 hissəsinin razılığı ilə aparıla bilər.
17. Siyasi baxışlarına görə heç kim məhkəmə və inzibati qaydada təqib oluna bilməz.
18. Siyasi motivlərə görə öz yerlərini tərk etməyə məcbur olmuş ermənilər öz yaşayış yerlərinə qayıtmaq hüququ verilir.
19. Sülh konfransının qərarına qədər Qarabağda erməni və azərbaycanlılar arasında tərksilah dayandırılır.
20. Azərbaycan höküməti dağılmış müsəlman və erməni kəndlərinin bərpası üçün Qarabağ əhalisinə maddi və mənəvi yardım göstərir.
21.Millətlərarası münasibətləri yaxşılaşdırmaq üçün vaxtaşırı birgə erməni-müsəlman qurultayları çağrılır.
22. Birləşmək, söz və mətbuat azadlığı verilir. Yığıncaq azadlığı üçün Azərbaycandakı hərbi vəziyyəti nəzərə alaraq administrasiyasının razılığı tələb olunur.
23.Mülki və vəzifəli şəxslərin bütün hərəkətlərinə məhkəmədə baxılır. Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin 11 iyun 1919-cu il qərarına müvafiq olan hərəkətlərdən başqa.
24. Bu sazişə qədər milli –etnik qarşıdurmalarda iştirak edənlər təqib olunmur.
25. Saziş Qarabağ ermənilərin 7-ci qurultayı tərəfindən qəbul olunduqdan dərhal sonra qüvvəyə minir.
26. Hazırkı saziş bütün vəziyyətlərdə – hərbi, mühasirə və s. öz qüvvəsini saxlayır.

1919-cu il 19 avqustda Şuşikənddən xəbər gəldi ki, müqavilənin şərtləri yekdilliklə
qəbul edilmişdir. Bu vaxtdan etibarən şəhərin erməni və Azərbaycan hissələri təntənəli hazırlığa başladılar"
1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndələrinin vasitəçiliyi ilə mübahisəli məsələləri nizama salmaq üçün Azərbaycanla Ermənistan arasında müqavilə bağlandı.
Lakin ermənilər müqavilədən az sonra, 1919-cu il dekabrın əvvəllərində yenidən
Qarabağa və Zəngəzura hücumlar təşkil etdilər. General-qubernator X.Sultanov 1919-cu il dekabrın 7, 8 və 11-də Azərbaycan xarici işlər nazirinə göndərdiyi teleqramlarda ermənilərin barışığı xainjəsinə pozub, hər yerdə hücuma başladıqlarını xəbər vermişdir
Dağlıq Qarabağ ermənilərinin yeddinci qurultayı Azərbaycanla olan bu sazişi təsdiq etdi. Ermənilər sazişlə Qarabağın dağlıq hissəsinin ərazi muxtariyyəti formasında Azərbaycan tərkibində daxil olduğunu bəyan etdilər.
Həmin dövrdə KİV-lər bu sazişi yüksək qiymətləndirərək yazırdı ki, uzun qanlı münqaişədən sonra bu saziş erməni –müsəlman mübahisəsinin həlli üçün ilk ciddi təcrübə idi. “Qarabağın erməni əhalisi başa düşdü ki, xilas olmaq üçün onu üzük kimi əhatə edən müsəlmanlarla dil tapmaq zəruridir. Erməni –müsəlman sazişi faktdır. Bu faktı isə bütün qafqaz demokratiyasının diqqətini çəkməlidir”,-deyə “Borba” qəzeti yazırdı.

Emil Rza


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.