GÜNDƏM...dövlət adları

GÜNDƏM...dövlət adları

ТARİXİMİZİ AŞAĞILAMAQ HESABINA GÜNDƏMDƏ QALMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ !
Dövlət adları orta əsrlərdə və hətta XVIII-XIX yüzilliklərdə də bir neçə faktorla bağlı olub :
1. Coğrafi məkanla (Avstriya (austriya-yəni cənub.alman tayfalarının lap cənubda yaşadıqlarına görə belə adlanıb), Dağıstan, Norveç, Ukrayna və s.)
2. Bölgəni məskunlaşdıran əhalinin etnik kimliyi ilə (Fransa (baxmayaraq ki bu günkü fransızlar, frank yox,roman dilində danışırlar); Bolqarıstan (baxmayaraq ki bulqarlar slavyanca yox,türk dilində danışırdılar); Portuqaliya, Finlandiya,Rusiya və s.)
3. Etnik tərkibi nəzərə alınmadan bəlli bir bölgədə hakimiyyətdə olan sülalərin adı ilə (Habsburqlar, orta əsrlərdə mövcud olmuş Yaxın və Orta Şərq dövlətləri)
Sacoğullarının (ən azından 901-941,bəzən 879-cu ildən də götürülür), Salaroğullarının, Eldənizlərin, Baharlıların, Bayandurların, Səfəvilərin titullarına diqqət yetirərkən onlar adətən AZƏRBAYCAN hökmdarları adlandırılırlar (lütfən orta əsr pəhləvi-ərəb-gürcü-Osmanlı mənbələrinə diqqət yetirin!).
"Türkiyə" adı isə siyasi termin kimi ilk dəfə 1250-1517-ci illərdə mövcud olmuş, "Məmlüklər" adlandırılan dövlətin adında "Dövlət- ət -Türkiyə" (Türkiyə dövləti) şəklində işlənmişdir.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.